Azərbaycan-Türkiyə qardaşlığının qəhrəmanlıq salnaməsi

 

Bakının azad edilməsi:

 

Bu qopan fırtına Türk ordusudur ya Rəbbi,

Sənin uğurnda ölən ordu, budur ya Rəbbi

Ta ki yüksəlsin əzanların müəyyəd namın

Qalib et, çünki bu son ordusudur İslamın.

 

(Yəhya Kamal Bəyatlı)

 

Düz 104 il əvvəl - 1918-ci il sentyabrın 15-də Azərbaycan Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yazdılar.

 

Bakının işğaldan azad edilməsi ilə Azərbaycanda ermənilərin bolşeviklərin Bakı ətraf rayonlardakı ağalığına son qoyuldu. Başqa, sözlə, Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

1918-ci ilin yazında Zaqafqaziya Seymi dağılmış, mayın 28-də Azərbaycan müstəqilliyini elan etmişdi. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət Türkiyə oldu. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Belə bir kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri Ali Baş Komandanın müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi. Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı.

Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi. 1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasındaQarşılıqlı yardım dostluq haqqındamüqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı Azərbaycan türkləri təşkil edirdi. Bakı işğaldan azad edilənədək şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu, həmin hökumət idi ki, onun vaxtında Bakı ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım siyasəti həyata keçirilmişdi. Soyqırımın həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən iblis Stepan Şaumyanın böyük rolu olmuşdu.

1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etdi şəhərdə Sentrokaspi adlı hökumət quruldu. Həmin ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç asan getmədi. Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid vermişdi. Ümumiyyətlə isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir.

Sentyabrın 16-da parlaq qələbə münasibətilə Türkiyə-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru Paşa, Xəlil Paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri Bakı ətraf kəndlərin sakinləri iştirak edirdilər.

Bu möhtəşəm, dillərə dastan olan qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Məhz bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi əsl dövlət quruculuğu mərhələsi başladı.

1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Ancaq XX əsrin 90-cı illərində rus-sovet imperiyasının dağılması xalqımızın milli-azadlıq hərakatı nəticəsində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun şərəfinə 1999-cu ildə Şəhidlər Xiyabanında abidə ucaldıldı.

Qədirbilən Azərbaycan xalqı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun bu köməyini heç vaxt unutmur, şəhidlərin əziz xatirəsini uca tutur.  Hətta o illərdə ŞəkidəYa ölüm, ya Türkiyəadlı kitab nəşr olundu. AXC-nin qurucularından olan Məmməd Əmin Rəsulzadə yazırdı ki, 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını sülh ilə elan etmişdiksə, 1918-ci il sentyabrın 15-də əməl ilə həyata keçirdik.

2020- ci il sentyabrın 15-də Prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda deyilir ki, Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür: “Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir”.

 

Zahid Rza

 

İki sahil.- 2022.- 15 sentyabr.- S.7.