ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

 

ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ

 

Qızıl Orda ondan törəmə tatar xanlıqları

 

(tarixi-etnoqrafik oçerklər)

 

S  İ  B  İ  R    X  A  N  L  I  Ğ  I

 

Dövlətin başında xan dururdu, amma o, ulusların (Barabin, İşim, Cəlairi ulusları bunların ən böyüklərindən sayılırdı) idarəçiliyinə qarışmırdı. Ulusların başında tayfa ağsaqqalları- bəylər, mirzələr, tarxanlar dururdu. Xan, o biri xanlıqlarda olduğu kimi qurultayda seçilir, dövlətin idarəçiliyi kollegial olaraq (“Dövlət Şurasıadlandırıla biləcək bəylər qrupu Sibir xanlığında da mühüm rol oynayırdı) həyata keçirilirdi. V.Trepavlovun yazdığına görə, dövlət həyatının əhəmiyyətli məsələlərinə dair qərarlar, qədimdə olduğu kimi, qurultayda, adi vaxtlarda isəməşvərət yoluilə çıxarılırdı. Müasir kriteriyalarlayarımhərbi feodal monarxiyasıkimi xarakterizə olunan Sibir xanlığında müharibələr zamanı hər ulus bəyi döyüşə öz qoşunu ilə çıxır, ələ keçirilən qənimətdən payı da qoşunun böyüklüyünə müvafiq şəkildə alırdı. Xanın öz sərəncamında noqaylardan ibarət daimi şəxsi qvardiya vardı. Yerlərdən zərurət halında toplanan ordu isə süvarilərdən piyadalardan təşkil olunur, əsas etibarilə ox-yay, nizə, qılınc, xəncər, döyüş baltası s. kimi ənənəvi arsenalla silahlanır, döyüşdən əvvəl bir qayda olaraq kəşfiyyat aparılırdı.

Sibir xanlığında hakimiyyətə iddia edən müxtəlif xanədanlar arasında ən böyükləri  yerli taybuğalar Çingiz soyundan gələn şeybanilərdir. Küçüm xan şeybanilərdən İbak xanın nəvəsi idi. Onun hakimiyyət  qovğasına başladığı dövrdə Sibir taxtını taybuğalar xanədanına mənsub iki qardaş- Yadigar Bəybulat (Bekbulat/Bəypolad) bölüşürdülər. Xanlığın ilk dəfə Rusiya himayəsini qəbul etməsi onların adı ilə bağlıdır. Amma bunu taybuğaların Sibiri məqsədli şəkildə rus çarına təslim etmək niyyəti ilə izah etmək  doğru olmazdı. 1555-ci ildə noqaylı İsmayıl Mirzənin vasitəçiliyi ilə İvan Qroznının yanına elçilər göndərib Kazan Həştərxanın alınması münasibəti ilə təbriklərini bildirən ondan himayəçilik xahiş edən qardaşları öz hakimiyyətlərini əldə saxlamaqdan başqa heç düşündürmürdü (bu, həm xanlığı zor gücünə işğaldan qorumaq niyyətinə dəlalət edir). Bir tərəfdən Sibir taxtının yasaya zidd olaraq qəsb edildiyini (taybuğalar Çingiz soyundan deyildilər) əsas gətirən şeybanilərin (Küçümün), digər tərəfdən qırğız-qazaxların cənubdan aramsız hücumları ilə qarşı-qarşıya qalmış Yadigar Bəypolad qardaşları rusların da nəzərlərini tədriclə bərəkətli Sibir torpaqlarına çevirdiklərini görür, vəziyyətlərinin çətinliyini anlayır, çar IV İvanın himayəsinə girməkdən başqa çıxış yolu tapa bilmirdilər. Hələ Qızıl Orda zamanında rus voyevodaları bir neçə dəfə (1465-ci ildə Skryabinin, 1472-ci ildə Pestrının, 1483-cü ildə knyaz F.Kurbskinin, 1499-cu ildə isə voyevodalardan S.Kurbski, P.Uşatıy, V.Brajnik-Qavrilovun silahlı dəstələri) Ural dağlarını aşaraq, Ob çayının mənsəbinə yaxınlaşmış, İskərə qədər gəlib çıxmışdılar. Dəniz limanlarına malik olmayan ruslar Sibirə tükənməz qiymətli xəz dəri mədəni kimi baxır, bu yerləri ələ keçirməklə beynəlxalq ticarət bazarlarında maraq doğurmağa ümid bəsləyirdilər. Rus tacir zadəganlarının Sibirə hakim olma arzusu Yadigar Bəybulatdan ötrü sirr deyildi. Get-gedə gücləndiyi aydın görünən bu arzunu gerçəkləşdirəcək siyasi iradə gec-tez ortaya çıxacaqdı. Bunu yaxşı anlayan qardaşlar çarın himayəsini qəbul etməklə dağıdıcı yürüşlərin qarşısını almaq, ən azı, təsirini azaltmaq, Kazanda baş vermiş dəhşətlərin təkrarlanmasına yol verməmək, eləcə kənar təhlükələrə qarşı güclü bir müttəfiq qazanmaq niyyəti güdürdülər.

1555-ci ilin yanvarında Yadigar Bekbulatın elçilərini qəbul edən çar İvan Qroznı xanlıqdan adambaşına 1 samur 1 dələ xəzi hesabı ilə illik bac ödənilməsi müqabilində Sibir xanlığını himayəsinə almağa razı olduğunu, qardaşlaraknyaz yarlığıveriləcəyini, eyni zamanda Sibirə canişin (“daruqa”) göndəriləcəyini söylədi. Bu vəzifəyə təyin olunan Dmitri Kurovun əsas vəzifəsi xəracın yığılmasına çatdırılmasına nəzarət etmək idi. Elçilər xanlıqda əhalinin sayının 30 700 nəfər olduğunu söyləsələr , 1556-cı ilin sonunda Sibir səfiri Boyanda ilə birlikdə Moskvaya qayıdan D.Kurov cəmisi 700 samur xəzi gətirə bilmişdi. Qəzəblənən çar Boyandanın şəxsi əmlakını əlindən aldırdı, özünü isə zindana atdırdı. Moskvaya çatası bacın tam şəkildə  toplanması üçün Sibirə çara sadiq tatarlardan ibarət bir heyət göndərildi. 1557-ci ilin sentyabrında heyət üzvləri 1104 samur xəzi (bunların 104-ü min dələ xəzinin əvəzinə göndərilmişdi) ilə qayıtdılar. Yadigar onlarla göndərdiyi məktubda xəracı vaxtı-vaxtında ödəmək öhdəliyinə sadiq oluğunu yazır, lakin şeybanilərlə aramsız döyüşlərinqara camaat”danyasaq”ların (vergilərin) toplanmasına maneçilik törətdiyini qeyd edərək, çarın müdaxiləsinə ehtiyac duyulduğuna işarə vururdu. İvan Vasilyeviçi isə hər şeydən əvvəl vergi (bac) ödənişləri maraqlandırırdı. bu, heç təsadüfi deyildi. Kazan Həştərxanın işğalına, ərazilərinin genişlənməsinə baxmayaraq, XVI əsrdə Moskva Rusu dövləti tarixinin heç parlaq dönəmini yaşamırdı. Baltik dənizinə çıxış əldə etmək uğrunda Livon cəngavərləri ordeni (Böyük Litva knyazlığı) ilə apardığı ağır yorucu müharibədə böyük maddi mənəvi itkilər verən (sonda isə məğlub olan) çar boşalmış xəzinəsinə əlavə gəlirlər cəlb etmək üçün yollar axtarırdı. Taybuğa qardaşlarının himayəçilik müqabilində natural şəkildə illik ödənc göndərmək təklifi rus çarı üçün dövlətin maliyyə kəsirini aradan qaldırmaq baxımından göydəndüşmə olmuşdu. Xəz ticarəti ölkənin ixrac gəlirlərinin üçdə birini təşkil edirdi.      

Sibir taxtı uğrunda mübarizə isə, doğrudan da, artıq ən qızğın mərhələsinə qədəm qoymuşdu. Çox keçmədən taybuğalar Mərkəzi Asiyanın hegemon hərbi-siyasi qüvvəsi olan Şeybanilər xanədanının başçısı, Buxara hökmdarı II Abdullahın (1560-1598) dəstəyini alan Küçüm xanın hərbi-siyasi təzyiqləri qarşısında dayana bilməyib məğlub oldular. Buxara hakimi II Abdulla xan zəmanəsinin mahir siyasətçilərindən görkəmli dövlət xadimlərindən biri kimiurus”ların Volqaboyu, Qafqaz Sibir istiqamətində ağır, ancaq qətiyyətli addımlarla irəlilədiyini görür bunu yeni bir səlib yürüşü kimi qiymətləndirirdi. O, eyni zamanda ayıq usta strateq olduğu üçün çar”la münasibətləri vaxtından əvvəl gərginləşdirmək istəmirdi. Rusların maliyyə çətinliklərindən xəbərdar olduğu üçün bir-birinin ardınca Moskvaya ticarət elçiləri göndərir, fürsət düşdükcə, Böyük Noqay uruqlarında möhkəmlənmək hətta Yaik çayı üzərində qala tikdirmək niyyətlərini ehtiyatla bəyan edir, bu niyyətlərini müxtəlif iqtisadi bəhanələrlə incə bir şəkildə əsaslandırmağa çalışırdı. Əlbəttə, rus çarı Abdullanı yaxın buraxmır, özünə bərabər bir hökmdar hesab etmirdi. Amma bununla belə Sibir uğrunda mübarizədə ona uduzmasını da etiraf etməyə bilməzdi. Tarixşünaslıqda yekdil rəy bundan ibarətdir ki, 1563-cü ildə taybuğalarla çingizilərin rəqabətinin ikincilərin xeyrinə nəticələnməsində əsas rolu məhz II Abdulla oynamışdı. Coğrafi uzaqlıq 1558-1583-cü illər Livon müharibəsi cəbhələrində gərginlik səbəbindən əl-qolu bağlanmış IV İvanın yarlık verdiyi qardaşlara yardım göndərməyə müvəffəq ola bilməmiş, böyük hissəsi noqay döyüşçülərindən ibarət (Küçümün Noqay Ordası ilə yaxın qohumluq əlaqələri qurması, qız verib-qız alması faktdır) çoxminli müsəlman ordusu Buxara hakiminin protejesi sayılan (“köhnə kişi”lərin varisi olduğunu nəzərə çarpdırmağı xoşlayan II Abdullanın Küçümə yarlık göndərməsi məlumdur) Küçüm xanı Sibir taxtına oturtmuşdu.

 

N. MUSTAFA

 

Davamı növbəti sayda

 

İki sahil.- 2022.- 28 sentyabr.- S.7.