20 Yanvar:
Tariximizin mərdlik,
rəşadət və şəhidlik
zirvəsi
Qan yaddaşımıza
əbədi həkk olunmuş 1990-cı ilin 20
Yanvar hadisələri
tariximizin faciə və qəhrəmanlığı
özündə ehtiva
edən unikal səhifəsi, Azərbaycanın
sonrakı taleyinə əhəmiyyətli təsiri
olan dönüş anıdır. 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və
şəhidlik zirvəsidir.
Həmin gün 70 il sovet
imperiyasının əsarətində
yaşayan xalqımızın
azadlıq səsini ucaltdığı, öz
suverenliyi uğrunda cəsarət nümayiş
etdirdiyi şərəfli
bir tarixdir.
Keçmiş SSRİ rəhbərliyi 1988-90-cı illərdə
Azərbaycanda milli-azadlıq
hərəkatına zərbə
vurmaq, xalqımızın
iradəsini, milli azadlıq və istiqlaliyyət uğrunda mübarizə əzmini qırmaq üçün
müxtəlif məkrli
planlar hazırlayır,
ən çirkin vasitələrə əl
atırdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik
Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin
və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş
vəhşiliklə müşayiət
edildi.
20 Yanvar hadisələri
Azərbaycana qarşı
törədilmiş hərbi
və siyasi cinayətdir. Azərbaycan xalqını dəhşət
və müsibətə
düçar etmiş
20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş,
mütərəqqi qüvvələrin
qəzəb və hiddətinə səbəb
olmuşdur. Bu faciədən sonra Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur.
Xalqının şəhidlər verdiyi faciəli günlərdə, o bu faciəyə rəsmi bəyanatla münasibətini
bildirməmiş, xalqın
qəzəbindən qorxaraq
şəhidlərin dəfn
mərasimində iştirak
etməmiş, yas içində olan xalqına başsağlığı
belə verməmişdir.
20 Yanvar hadisələrinə
siyasi qiymət ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən
verildi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını
təhlükə qarşısında
qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələn
ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham
etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. 20 Yanvar
hadisələrinə ilk hüquqi
qiymətin verilməsi
ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il
tarixli qərar qəbul etdi. Məhz Ümummilli Liderimizin təşəbbüsü və
göstərişləri ilə
1994-cü ilin mart ayının
29-da parlament “1990-cı il
yanvarın 20-də Bakıda
törədilmiş faciəli
hadisələr haqqında”
Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar
faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən
sonra öz siyasi-hüquqi qiymətini
aldı. Ulu öndər
Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Prezident İlham Əliyev 20 Yanvar hadisələri zamanı şəhid olmuş ailələrin sosial vəziyyətini daim diqqətdə saxlayır. Prezidentimizin uğurlu sosial
siyasəti nəticəsində
20 Yanvar hadisələri
ilə əlaqədar
əlilliyi olan şəxslər və şəhid ailələri
üçün etibarlı
sosial müdafiə sistemi formalaşdı.
Prezident İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün
Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” Fərmanına
əsasən, şəhid
ailələrinə dövlət
qayğısını artırmaq
məqsədilə aylıq
təqaüd verilir. Təqaüdün məbləği
2021-ci il yanvarın 1-dən 300 manatdan
500 manata çatdırıldı.
Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə
Şəhidlər Xiyabanında
təmir və yenidənqurma işləri
aparılıb. Bundan başqa,
Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən
bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin
kəsişməsində Qanlı
Yanvar şəhidlərinin
xatirəsinə memorial abidə
kompleksi inşa olunub.
Bəli, Azərbaycan tarixinə milli qürur və qəhrəmanlıq
günü kimi yazılan 1990-cı ilin 20
Yanvarında xalqımız
azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bir neçə gündən
sonra 20 Yanvar faciəsinin ildönümünü
məğrur Azərbaycanın,
qalib ölkənin vətəndaşları kimi
yad edəcəyik.
Böyük qürur hissi
və dərin ehtiramla şəhidlərimizi
ziyarət edəcəyik.
Çünki Prezident,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə şanlı Azərbaycan Ordusunun 2020-ci
ilin sentyabrın 27-dən
torpaqlarımızın işğaldan
azad edilməsi uğrunda başlatdığı
Vətən müharibəsi
Zəfərlə başa
çatıb, şəhidlərimizin
qisası alınıb.
Allah Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən, öz fədakarlıqları
ilə xalqımızın
qəhrəmanlıq salnaməsinə
parlaq səhifələr
yazan bütün şəhidlərimizə rəhmət
eləsin.
Zahid Rza
İki sahil.- 2022.- 19 yanvar.- S.7.