MƏN HEYDƏR
ƏLİYEV
MƏKTƏBİNDƏ
NECƏ DƏRS ALDIM
Jurnalist Aslan Aslanov 45 ildən
çox Azərbaycanın müxtəlif mətbuat
orqanlarında çalışıb. Ömrünün 30 ili
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə
bağlı olub. Əvvəlcə agentlikdə müxbir,
baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci
müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə
Heyətinin sədri işləyib.
Ulu öndər Heydər Əliyevin 1993-çü il
iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək
iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında
xarici ölkələrin səfirləri ilə ilk
görüşündən başlayaraq, 2003-cü ilədək
keçirdiyi görüşlərin, qəbulların,
iclasların və digər tədbirlərin, eləcə də
xarici ölkələrə səfərlərinin tam əksəriyyətində
AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının
üzvüdür.
Hazırda təqaüddə olan
Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə
yazdıgı “Mən Heydər Əliyev məktəbində
necə dərs aldım” sərlövhəli xatirələrini
oxuculara təqdim edirik.
Beynəlxalq Əlaqələr İnstitutundakı görüşdə Azərbaycan Prezidentinə çoxlu suallar verildi. Hiss olunurdu ki, Cənubi Qafqazın coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət daşıyan və hazırda dünyada görkəmli dövlət xadimi kimi tanınan Heydər Əliyevin rəhbərliyi ilə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunu seçmiş Azərbaycanın gələcəyi, xüsusilə Qərb yönümlü respublikaya çevrilməsi imkanları professor-müəllim heyətini çox maraqlandırır. Müharibənin davam etməsi onların fikrincə, Azərbaycanda demokratik islahatların gedişini ləngidə bilər. Heydər Əliyev qəti sürətdə bildirirdi ki, Azərbaycan sülh tərəfdarıdır və müharibənin dayandırılması ilə bağlı bir çox təşəbbüslər irəli sürüb. Lakin işğalçı Ermənistan hökuməti və ordusu danışıqlar stolu arxasında oturmaqdan açıq-açığına boyun qaçırır. Ulu Öndər suallara cavab verərkən vəziyyəti tam aydınlığı ilə izah etmək üçün dəfələrlə xəritə qarşısına keçir, dinləyicilərdə əyani təsəvvür yaradırdı.
Səfərin sonuncu günü Oksford Universitetindəki görüş də xüsusilə yaddaqalan oldu. Universitetin rektorluğu Heydər Əliyevin şərəfinə qəbul təşkil etdi. Qəbulda universitetin ən məşhur alimləri iştirak edirdilər. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivləri, tələbə və elmi informasiya mübadiləsi, habelə aspirantların və yüksək ixtisaslı alimlərin ixtisasartırma kurslarının, birgə seminarların təşkili imkanları nəzərdən keçirildi. Alimlər Heydər Əliyevin çıxışını böyük maraqla dinlədilər.
Gecədən xeyli keçsə də, Heydər Əliyevi Hilton otelində soydaşlarımızla görüş gözləyirdi. Hoteldəki salona daxil olan dövlətimizin başçısı hərarətlə, gül-çiçəklə qarşılandı. Heydər Əliyev salondakıları salamladıqdan sonra çox maraqlı bir məqama toxunaraq dedi: buraya toplaşanların müstəqil Azərbaycan Respublikasından və yaxud başqa yerdən gəlməsini aydınlaşdırmağın o qədər əhəmiyyəti yoxdur. Əsas məna bundan ibarətdir ki, nəhayət azərbaycanlılar da bir yerə yığışıb öz Vətənləri – Azərbaycan torpaqları barədə düşünə bilərmişlər. Bu amil Azərbaycan xalqı üçün demək olar ki, yenidir. Çünki biz sayca çox olsaq da, keçmiş zamanlarda bir-birimizdən daim uzaq düşmüşük. Avropada, başqa ölkələrdə də azərbaycanlıların sayca çox yaşamasına baxmayaraq onların arasında əlaqələr zəif olub. Ona görə də keçmiş vaxtlarda harada nə qədər azərbaycanlı olduğunu müəyyənləşdirmək çox çətin idi.
Heydər Əliyev fikrini belə yekunlaşdırdı: “Hesab edirəm ki, indi Azərbaycan müstəqil dövlət olandan sonra, digər ölkələrdə yaşayan azərbaycanlılar özlərinin Azərbaycan kimi bir ana Vətənlərinin olduqlarını dərk edəndən sonra bu çatışmazlıq da, bu nöqsan da aradan götürülə bilər”.
Qızğın diskussiya şəraitində keçən görüşdə soydaşlarımız respublikamızla daha çox əlaqələr qurulması barədə maraqlı təkliflər irəli sürdülər. Azərbaycan radiosunun verilişlərinin İngitərədə yayımlanması, Londonda Azərbaycan evi, informasiya mərkəzi yaradılması və bir-birindən daha faydalı digər arzu və təkliflər Prezident tərəfindən razılıqla qarşılandı.
Bu, dünya azərbaycanlılarının həmrəyliyi baxımından çox yaddaqalan, mühüm bir görüş idi. Tədbir başa çatandan sonra da soydaşlarımız Heydər Əliyevdən ayrılmaq istəmirdilər. Onlar dəstə-dəstə dövlətimizin başçısına yaxınlaşır, ən əziz adam kimi bu dünyaşöhrətli insandan daha nəyisə eşitmək istəyir, onunla xatirə fotosu çəkdirirdilər. Hiss olunurdu ki, Heydər Əliyevin Fransadan sonra Qərbin böyük nüfuza malik daha bir ölkəsində də rəğbətlə, hörmətlə qarşılanması həmyerlilərimizdə qürur hissi yaradıb, onların gələcəyinə inamını daha da artırıb. Digər tərəfdən, istər Böyük Britaniya, istərsə də Qərbin bir sıra digər ölkələrinin mətbuatında respublikamızın rəhbərinin həm Parisdə, həm də Londonda keçirdiyi görüşlər barədə dərc olunan materiallar da sözsüz ki, onlarda vətənpərvərlik və həmrəylik hisslərinin oyanmasına öz müsbət təsirini göstərirdi.
Heydər Əliyev imkan düşən kimi mətbuat nümayəndələri ilə görüşə də vaxt ayırırdı. Fevralın 24-də Böyük Britaniyada akkreditasiyadan keçmiş bir sıra xarici jurnalistlərin və ölkə qəzetlərinin baş redaktorlarının onunla görüşmək istəyinə dərhal razılıq verdi. Jurnalistlər və qəzet redaktorları ilə söhbətində Azərbaycan-Böyük Britaniya münasibətlərinin bütün vacib məqamlarından və gələcəkdə hər iki tərəfin əldə edə biləcəyi faydalı nəticələrdən ətraflı bəhs etdi. Eyni zamanda, media nümayəndələrini Ermənistanın Azərbaycana hərbi təcavüzü, ərazilərimizin 20 faizinin işğal olunması, maddi-mədəni abidələrimizin, mülki strukturların dağıdılaraq viran qoyulması barədə məlumatlandırdı. Ermənistan-Azərbaycan münaqişəsinin həllində beynəlxalq təşkilatların, xüsusilə də ATƏM-in Minsk qrupunun səylərinin əlaqələndirilməsinə dair ölkəmizin mövqeyini bir daha açıqladı.
Londonda son görüşlərdən biri nazir Baranesso
Çolker ilə oldu. Görüş zamanı belə bir
ümumi fikir ifadə edildi ki, Azərbaycanın çox
geniş iqtisadi potensialı və formalaşmış
infrastrukturları bütün dövlətlərlə, o
cümlədən Böyük Britaniya ilə əməkdaşlıq
üçün mühüm əhəmiyyətə malikdir.
Azərbaycanla Britaniya arasında
imzalanmış sənədlər - dostluq və əməkdaşlıq
haqqında müqavilə, habelə energetika sahəsində əməkdaşlıq
haqqında Memorandumdan danışan Baranesso Çolker
imzalanmış səkkiz sənədi iki ölkənin
münasibətlərinin bünövrə daşları
adlandırdı. Obrazlı şəkildə dedi ki, gələcəkdə
bu təməl üzərində əməkdaşlığın
çox möhtəşəm binası ucaldıla bilər.
Azərbaycanla Böyük Britaniya arasında
imzalanmış bir sıra müqavilələrin maliyyələşməsini
Avropa Yenidənqurma və İnkişaf Bankı üzərinə
götürdü. Heydər Əliyevi Londondakı ən
nüfuzlu banklarından birində çox səmimiyyətlə,
ehtiramla qarşıladılar. Söhbət zamanı
dövlətimizin başçısı dedi ki, Azərbaycana
sərmayə qoyuluşunun konkret planını hazırlamaq,
sözdən əməli işə keçmək
lazımdır. Bankın rəhbərliyi bu
fikirlə razılaşdı, Azərbaycanda keçirilən
islahatlara yardım göstərilməsinə, eyni zamanda, bir
sıra irimiqyaslı layihələrin maliyyələşməsinə
dair razılıq əldə olundu.Konkret maliyyə
proqramları və bu proqramların
reallaşdırılması barədə məsləhətləşmələr
görüşdə xüsusi yer tutdu.
Azərbaycan Prezidentinin səfər proqramına daxil olan
mühüm tədbirlərindən biri də Böyük
Britaniya parlamentinin aşağı palatasında
görüşlər idi. Ənənələrə
uyğun olaraq, palatada əvvəlcə Baş nazir Con Meycor rəsmi
çıxış etdi və sualları cavablandırdı.
Parlamentdə görüş zamanı Azərbaycanla
bağlı xüsusi parlament qrupu formalaşdırmaq məsələsi
nəzərdən keçirildi və həmin qrupun tərkibi
təsdiq edildi. Prezident Heydər
Əliyevin qrupa daxil olan deputatlarla söhbəti son dərəcə
maraqlı keçdi. Görüş əsnasında
müstəqil Azərbaycanda gedən ictimai-siyasi proseslərin
müxtəlif cəhətlərinə toxunuldu.
Heydər
Əliyev parlamentdə olarkən ermənilərin və
xüsusən “Dağlıq Qarabağ problemi” barədə
onların bədnam mövqeyinin Qərbi Avropa ölkələrində,
xüsusən Böyük Britaniyada fəal təbliğatçısı
olan baronessa Kerolayn Koksla da görüşdü. Şahid olanlar təsdiqləyər ki, bu, çox
maraqlı bir görüş idi. “İpə-sapa
yatmayan” xanım Koks yavaş-yavaş, özü də hiss etmədən
Heydər Əliyevin təsir dairəsinə düşdü və
sonadək bu təsirdən çıxa bilmədi.
Prezident Heydər Əliyev münaqişənin səbəblərini
və bütün aspektlərini açıqlayaraq dedi ki, Azərbaycan
xalqı baronessa Koksun simasında düşmən yox, dost
görmək istəyir. Ona görə də
baronessanın respublikamıza gəlməsi və məsələnin
məğzinin yerindəcə öyrənməsi onda
münaqişə barədə aydın təsəvvür
yaranmasına kömək edərdi.
Nə isə baronessa Koks söhbəti uzun bir əhvalatdır
və bu yazıda ona geniş yer ayırmağa dəyməz. Atalar
demişkən, “ilanın ağına da lənət,
qarasına da”.
Prezident Heydər Əliyevin Böyük Britaniyaya səfəri
uğurla başa çatdı. Dünyanın bir
çox nüfuzlu kütləvi informasiya vasitələrində
bu səfərin geniş işıqlandırılması ona
olan xüsusi maraqdan xəbər verirdi. Dövlətimizin
başçısı da səfərin nəticələrindən
razı qalmışdı. Böyük
Britaniyanın Baş naziri, xarici işlər və digər
nazirlərlə görüşlər qarşıda geniş
üfüqlər açırdı. Əldə
edilmiş razılaşmalar, bağlanmış müqavilələr
həm iqtisadi, həm də siyasi cəhətdən Azərbaycan-Böyük
Britaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə
qalxmasına xidmət edəcəkdi. Heydər Əliyev
jurnalistlərə dedi ki, bu səfər iki dövlət
arasında əməkdaşlığın möhkəm əsasını
qoymaqla yanaşı, onun müqavilə zəminində
inkişaf etməsi üçün daha yaxşı perspektivlər
açılır. Böyük Britaniya rəhbərliyi
ilə görüşlər və danışıqlar
prosesində əldə edilən nəticələr bir daha
göstərdi ki, rəsmi London Azərbaycanın ərazi
bütövlüyünə, sərhədlərinin
toxunulmazlığına hörmətlə yanaşır.
Böyük Britaniya ölkəmizə kapital qoymaqla
yanaşı, Cənubi Qafqaz regionunda münasibətlərin tənzimlənməsində
maraqlıdır, xüsusilə Azərbaycan-Ermənistan
müharibəsinin siyasi yolla dayandırılmasına həm
ikitərəfli danışıqlar zəminində, həm də
beynəlxalq təşkilatlar çərçivəsində
hər cür yardım göstərməyə
hazırdır.
İqtisadi
əlaqələrin, iki ölkənin ən iri şirkətləri
arasında əməkdaşlıq məsələlərinin
də danışıqlarda mühüm yer tutduğunu
vurğulayan dövlətimizin başçısı Azərbaycanın
neft yataqlarının işlənməsində BP şirkətinin
iştirakı məsələsinə toxundu və Qərbin
neft şirkətləri konsorsiumu ilə imzalanmalı olan
müqaviləyə xüsusi yer verildiyini dedi.
Respublikamızın
rəhbəri parlamentdə həm Mühafizəkarlar
partiyasından, həm Leyboristlər partiyasından olan
deputatlarla, həm də Lordlarla məzmunlu söhbətlərdən
bəhs edərək dedi ki, bütün səviyyələrdə
görüşlər zamanı daxili və xarici siyasət məsələlərində
Azərbaycan rəhbərliyinin mövqeyini aydın şərh
etməyə imkanı oldu. Azərbaycanın daxili siyasətinin
hüquqi, demokratik dövlət, demokratik cəmiyyət
yaradılmasına, siyasi
plüralizmin və çoxpartiyalı sistemin bərqərar
edilməsinə, insan hüquq və azadlıqlarının
müdafiəsinə, söz, mətbuat, vicdan
azadlıqlarının, milli mənsubiyyətindən, dini
etiqadından və siyasi əqidəsindən asılı
olmayaraq bütün vətəndaşların hüquq bərabərliyinin
təmin olunmasına yönəldiyi diqqətə
çatdırıldı .
Heydər
Əliyevin fikrincə, Azərbaycan Birləşmiş
Krallığın timsalında beynəlxalq sahədə əməkdaşlıq
üçün, eləcə də Birləşmiş
Krallıq Azərbaycanın timsalında yaxşı tərəf-müqabilə
malik ola bilər. Böyük Britaniya səfərinin
yekunlarından razılıqla söhbət açan Azərbaycan
Prezidenti sonda yerli və xarici KİV nümayəndələrinin
suallarına cavab verdi.
Bir
sözlə, dünyanın ən nüfuzlu, ən çox
inkişaf etmiş ölkələrindən, BMT Təhlükəsizlik
Şurasının beş daimi
üzvündən biri olan Böyük Britaniya gənc müstəqil
dövlətin – Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevi ən ali dərəcəli qonaqlara məxsus
yüksək diplomatik səviyyədə qarşıladı və
yola saldı. Doğrudur, bu ölkənin müxtəlif dairələrində
Azərbaycan haqqında nisbətən az məlumata
malikdirlər. Lakin onu da görürdük ki,
Britaniyada Prezidentimiz Heydər Əliyevi çox yaxşı
tanıyır, ona dünyanın ən görkəmli dövlət
xadimi və siyasi xadimi kimi böyük maraq göstərirdilər.
Dövlətimizin başçısının
Londonda keçirdiyi çoxsaylı görüşlər,
apardığı danışıqlar, imzalanan sənədlər
Azərbaycan diplomatiya tarixinin parlaq səhifəsi kimi
yaddaşlara həkk olundu. Aradan 30 ilə
yaxın vaxt keçməsinə baxmayaraq, şəxsən mən
bir jurnalist, bir vətəndaş olaraq həmin tarixi səfəri
bu gün də qürur hissi ilə xatırlayıram.
1994-cü
il martın 1-də, Prezident Heydər
Əliyevin Londona səfəri başa çatandan bir neçə
gün sonra ATƏM-in (indiki ATƏT) Minsk konfransının
İsveçdən olan yeni sədri Yan Eliasson Azərbaycana gəldi.
Minsk qrupunun fəaliyyətinin indiyədək səmərəsiz
olmasına baxmayaraq, biz yenə də Ermənistan–Azərbaycan
münaqişəsinin aradan qaldırılmasında ona
ümid bəsləyir və hesab edirik ki, Minsk qrupu bu
missiyanı yerinə yetirməyə tamamilə qadirdir. Azərbaycan dövlətinin başçısı
ümidvar olduğunu bildirdi ki, isveçli diplomatı Minsk
qrupunun bütün bu dövrdəki fəaliyyətini təhlil
edəcək, sanballı nəticələrə nail olmaq
üçün daha fəal səylər göstərəcək.
“Biz atəşin,
hərbi əməliyyatların dayandırılmasını
istəyirik, lakin bir şərtlə ki, respublikanın ərazi
bütövlüyü, onun sərhədlərinin
toxunulmazlığı, Azərbaycanın bütün ərazisində
vətəndaşların təhlükəsizliyi təmin
edilsin”, - deyən Heydər Əliyev sülh yaratmaq yolunda
göstərilən bütün təşəbbüslərin,
səylərin Ermənistan tərəfindən pozulduğunu
diqqətə çatdırdı. Tələb etdi ki, haqq-ədalət prinsipləri beynəlxalq
birliyin çox vaxt etdiyi kimi “anlaşılmaz bitərəfliyi”
gözləməyi deyil, münaqişədə iştirak edən
hər iki tərəfin hərəkətlərinə obyektiv
qiymət verməyi tələb edir.
Moskvada və
Ankarada apardığı məsləhətləşmələr,
Minsk konfransına daxil olan bir sıra ölkələrin
nümayəndələri ilə görüşlər barədə
Prezident Heydər Əliyevə məlumat verən Yan Eliasson da
öz növbəsində bildirdi ki, münaqişə mərhələlərlə,
tədricən aradan qaldırılmalıdır. Həmin addımlar qoşunların işğal
olunmuş ərazilərdən çıxarılmasından,
kommunikasiyaların bərpasından, qaçqınların
daimi yaşayış yerinə qayıtarılmasından ibarət
olmalıdır. Bundan sonra münaqişənin
siyasi yolla aradan qaldırılmasına dair
danışıqlara başlamaq mümkündür. Yan Eliasson Minsk prosesinin bərpa olunmasının əlaməti
kimi, münaqişə zonasında atəşin
dayandırılmasını təklif etdi.
Kənd təsərrüfatı Azərbaycan
iqtisadiyyatının həmişə böyük bir hissəsini
təşkil edib. Statistik məlumatlara görə, respublika əhalisinin
yarıya qədəri kənd təsərrüfatı məhsulları
istehsalı ilə məşğul olub, hələ sovet
dönəmində Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi illərdə Bakı ilə yanaşı,
respublikanın regionlarında da çox sürətli sosial
inkişaf, daha doğrusu, inqilabi dəyişikliklər baş
vermişdi. Amma 1980-ci illərin sonu, 1990-cı
illərin əvvəllərində respublikada səriştəsiz,
bacarıqsız insanların günahı ucbatından kənd
təsərrüfatı bərbad hala salınmışdı
ki, bu da əhalinin güzəranına ağır zərbələr
vurmuşdu. İndi isə müharibə vəziyyəti
bu sahədə daha ciddi problemlər yaradırdı.
Prezident
Heydər Əliyev 1994-cü il martın
4-də Prezident Sarayında kənd təsərrüfatı
problemlərinin həllinə həsr olunmuş böyük
bir müşavirə keçirdi. O, müşavirədəki
çıxışında mövcud problemləri ətraflı
təhlil etdi, sahənin əsaslı sürətdə
dirçəldilməsi üçün lazımi tövsiyələr
və tapşırıqlar verdi. Təxminən iki saatdan çox davam edən
görüşdə kənd təsərrüfatı ilə
məşğul olan rayonların, bu sahədəki mərkəzi
idarənin rəhbərləri çıxış etdilər
və görüləcək işlər barədə Ulu
Öndər Heydər Əliyevdən lazımi istiqamət
aldılar.
Elə həmin günlərdə məlum oldu ki, Azərbaycan
Prezidenti yaxın vaxtlarda Çinə səfər edəcək. Gördüyü
kimi, Heydər Əliyev istirahət, rahatlıq bilmədən
işləyir, dövlət əhəmiyyətli mühüm
tədbirlər bir-birini əvəz edirdi.
Martın 6-da axşam Heydər Əliyev Çin Xalq
Respublikasının Sədri Tszyan Tszeminin dəvəti ilə
Pekinə yola düşdü. İki ölkə
arasında əlaqələr qədim tarixə malik olsa da, bu
səfər Azərbaycan dövlət
başçısının Çinə ilk səfəri
kimi tarixə düşdü.
Azərbaycan Respublikası Prezidentinin Pekinə səfər
proqramı Çin Xalq Respublikasının Sədri Tszyan
Tszemin ilə görüşlə başladı. ÇXR-in Sədri Azərbaycanla
münasibətlərin inkişaf etdirilməsinə
böyük əhəmiyyət verdiyini və bütün sahələrdə
dostcasına əməkdaşlığın daha da genişləndirilməsi
üçün Heydər Əliyevlə birgə səylər
göstərməyə hazır olduğunu dedi. Vurğuladı ki, Çin xalqı
Azərbaycan xalqına daim dostluq hissləri bəsləyib,
indi isə Azərbaycanın istiqlaliyyət qazanması Pekinlə
Bakı arasında diplomatik münasibətlər
qurulmasına, ikitərəfli əlaqələrin genişləndirilməsinə
əlverişli imkanlar açıb. Bu əlaqələrin
sabit və sağlam əsasda inkişafında maraqlı
olduğunu bildirən Çinin Sədri beynəlxalq təşkilatlarda,
o cümlədən BMT çərçivəsində tərəflərin
qarşılıqlı fəaliyyətini gücləndirməyin
mümkün olduğunu söylədi. Həmçinin
Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsindən
narahatlığını dilə gətirərək dedi ki,
çoxlu insan tələfatına və maddi itkilərə gətirib
çıxaran bu münaqişənin davam etdirilməsi hər
iki tərəf üçün sərfəli deyil.
Prezident
Heydər Əliyev BMT Təhlükəsizlik
Şurasının üzvü olan ÇXR-in beynəlxalq
arenada güclü təsirə malik aktor olduğunu
vurğulayaraq, Azərbaycanda Çinin islahatlar təcrübəsinə
böyük maraq göstərildiyini dedi.
Görüşdə hər iki ölkənin əlaqələrində
öyrənilməmiş və istifadə edilməmiş
kifayət qədər mənbələrin olduğu qeyd edildi. Bu fikir həm
Çinin iqtisadi islahatları həyata keçirmək təcrübəsinin
öyrənilməsinə, həm də Azərbaycana kredit
verməsinə və digər iqtisadi yardımlara aid idi.
Razılıq əldə olundu ki, Çin tərəfi
Azərbaycanda əsasən yüngül sənaye məhsulları
istehsalına, eləcə də müştərək müəssisələr
yaradılmasına kreditlər ayıracaq. Eyni
zamanda, yeni istehsal sahələrinin işə sàlınmàsınà
kömək göstərəcək, yüksək texnoloji
tutumlu məhsulların istehsalı və ixracı sahəsində
əməkdaşlığın inkişafına diqqəti àrtıràcaq.
Hər
iki ölkənin rəhbərləri belə bir yekdil fikir
söylədilər ki, dövlətlərarası münasibətlər
dinc yanaşı yaşamağın beş
prinsipi əsasında qurulmalıdır.
/Ardı var/
İki sahil.-
2023.- 15 aprel.- S.7.