Həyatını
müəllimliyə həsr edən insanlar
həqiqətən fədakar, xalqına, millətinə sədaqətli
insanlardır
Dahi lider ölkənin
və xalqın taleyində, hərtərəfli tərəqqisində,
təhsilin xüsusi rolunu
həmişə yüksək dəyərləndirib
Azərbaycan təhsilinin çağdaş tariximizə əsl intibah illəri
kimi daxil olan ilk mərhələsi
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci
dövrünə təsadüf edir. Ümummilli Liderin Azərbaycana
rəhbərliyinin birinci dövründə
həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına
zəmin yaratdı. Ötən əsrin 70-80-ci illərində
məktəbəqədər təhsil müəssisələrinin
sayı 1600-dən 1875-ə, orada tərbiyə
alanların sayı 110 mindən 147 min nəfərə
çatmış, məktəbəqədər təhsillə
əhatə səviyyəsi 12 faizdən 19 faizə
yüksəlmişdi. Bu dövrdə məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki
bazası da xeyli
möhkəmləndirilmiş, 35200 yerlik yeni körpələr evi-uşaq
bağçası tikilib istifadəyə
verilmişdi. Hələ
1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini
başa çatdırmaq və ümumtəhsil
məktəbini daha da
inkişaf etdirmək haqqında” və
1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin
iş şəraitini daha
da yaxşılaşdırmaq haqqında”
qəbul edilmiş qərarların
icrası nəticəsində respublikada
orta məktəb şəbəkəsi
genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə
nail olundu. Həmçinin
məktəblərin dərsliklərlə təminatı problemi həll edildi və
1978-ci ildən etibarən şagirdlərə dərsliklərin
pulsuz verilməsinə
başlanıldı.
Həmin dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərdi. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövründə peşə məktəblərinin
sayı 1965-ci illə müqayisədə 1,7, təhsilalanların
sayı isə 2,5 dəfə artdı. Onun
təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki
peşə təhsilinin təkmilləşdirilməsi və
inkişafı üzrə strategiya müəyyənləşdirildi,
54 yeni texniki peşə
təhsili müəssisəsi fəaliyyətə
başladı.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
və qayğısı ilə ötən əsrin 70-ci illərində
və 80-ci illərin əvvəllərində ali
təhsil müəssisələrinin şəbəkəsinin
genişləndirilməsi, maddi-texniki
bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı
kadr hazırlığı istiqamətində
böyük işlər görülmüşdü. Ali
məktəblər üçün çoxlu sayda tədris
korpusları, yataqxana kompleksləri tikilmişdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş
yeni ali təhsil
müəssisəsi açıldı və ali
məktəb tələbələrinin
sayı 70 mindən 100 minədək artdı. Əgər
1960-cı illərin sonunda respublikada
12 ali məktəbdə 105 fakültə,
450 kafedra var idisə
və 139 ixtisas üzrə kadr hazırlığı
aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni
və 530 kafedranı birləşdirən 21 ali
təhsil müəssisəsi fəaliyyət göstərirdi.
Respublika rəhbərinin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı.
Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci
müavini olduğu
1982-1987-ci illərdə də Azərbaycan gənclərinin
respublikanın hüdudlarından kənarda təhsil
almasına şərait yaradırdı. Tez-tez
azərbaycanlı tələbələrlə görüşür,
onların problemlərinin həlli üçün
bütün imkanlardan
istifadə edirdi. Onları “Azərbaycanın
yetirmələri, Azərbaycanın milli sərvəti”
kimi yüksək qiymətləndirirdi.
“Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər 1993-2003-cü illəri əhatə edən Azərbaycana rəhbərliyinin ikinci dövründə bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Nəzərə almaq lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində soydaşlarımızın deportasiyası və Qarabağın dağlıq hissəsinin işğal edilməsi ilə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi Azərbaycan təhsili üçün əlavə çətinliklər yaratmışdı. Respublikanın çox ağır vəziyyətində rəhbərliyə qayıdan Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumi təhsil müəssisələrində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.
Bununla yanaşı, təhsil sisteminin
maddi-texniki bazası
yaxşılaşdırıldı, 200 yeni
məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin
müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən
çox ümumtəhsil məktəbi təşkil
edildi. İstedadlı uşaqların
qabiliyyətini inkişaf
etdirmək məqsədilə 30-a yaxın lisey
və gimnaziya təşkil edilərək
buraya 12 minə yaxın şagird
cəlb olundu.
“Təhsil sistemimizin
hazırkı vəziyyətini, onun
problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr
müəyyən edilməlidir” deyən Ulu
Öndər Azərbaycanda dünyanın inkişaf
etmiş ölkələrinin təcrübəsinə
uyğun təhsil strategiyasının həyata
keçirilməsi üçün mühüm
işlər görüb. 1998-ci il martın 30-da Prezidentin
Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət
Komissiyası yaradıldı, “Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı” hazırlandı və 1999-cu il
iyunun 15-də təsdiq edildi.
“Azərbaycan Respublikasının
təhsil sisteminin təkmilləşdirilməsi
haqqında” 2000-ci il 13 iyun,
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 2001-ci il 18 iyun,
“Azərbaycan Əlifbası və Azərbaycan Dili
Gününün təsis edilməsi
haqqında” 2001-ci il 9 avqust,
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq
edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin
dünya standartları səviyyəsinə
qaldırılmasında böyük rol oynayıb. Bununla
yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının,
coğrafiyasının tədrisinə, mükəmməl dərsliklərin
hazırlanmasına, Azərbaycan dilinin
öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə
diqqət artırıldı.
“Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
müvafiq texniki bazasının möhkəmləndirilməsi
haqqında” 2002-ci il 4 oktyabr tarixli, “Azərbaycan
Respublikasında yeni ümumtəhsil məktəblərinin
tikintisi, əsaslı təmiri və müasir tədris
avadanlıqları ilə təmin olunmasına dair proqramın
(2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü
il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri
şəbəkəsinin genişləndirilməsinə,
maddi-texniki bazasının möhkəmləndirilməsinə
etibarlı zəmin yaradıb, mövcud problemlərin aradan
qaldırılması yönümündə mühüm
addımlar oldu.
İslahatlar təkcə təhsil müəssisələrini əhatə
etmir, gənclərin təhsilə həvəsləndirilməsi
üçün də əsaslı
işlər görülürdü. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün
təsis edilməsi haqqında 2001-ci il 3 sentyabr tarixli Fərman
bunun bariz nümunəsidir.
“Bizim hər birimiz elmi dərəcəmizdən,
biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün
nailiyyətlərimizə görə məktəbə, müəllimə
borcluyuq. Hər birimizdə müəllimin
hərarətli qəlbinin bir zərrəciyi
var. Mən dünyada
müəllimdən şərəfli ad
tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün illərdə
müəllim əməyini yüksək qiymətləndirir, onlara böyük hörmətlə
yanaşır, təhsil işçilərinin maddi
vəziyyətinin, rifahının yaxşılaşdırılmasının
qayğısına qalırdı.
Ulu Öndər 1998-ci ildə
Azərbaycan müəllimlərinin XI qurultayında bu barədə danışaraq deyirdi:
“Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar,
xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq
göstərən insanlardır. Müəllimlik peşəsi
asan peşə deyil.
Bəziləri hesab edirlər ki, hər adam müəllim
ola bilər. Bəzən olur
ki, müəllimliyə layiq
olmayan adam da müəllimlik edir. Belə
hallar bu gün də var, gələcəkdə
də ola bilər. Ancaq
Azərbaycan müəllimlərinin tam əksəriyyəti
layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi,
iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz
bunların hamısını məktəblərdən,
universitetlərdən, müəllimlərdən, sizdən
almışıq”.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin
hər iki dövründə müəllimlərin
sosial vəziyyətinin
yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət
mükafatları ilə təltif edilməsinə dair bir çox
sərəncamlar imzalayıb. Bütün
bunlar Ulu Öndərin
müəllim əməyinə verdiyi qiymətin
əyani təzahürüdür.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev təhsili millətin gələcəyi kimi dəyərləndirərək bu sahədə biri-birindən önəmli addımları atmaqla təhsilimizin bugünkü inkişafının əsasını qoymuşdur. Ulu Öndərin təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi təhsil sahəsində yeniliklərin, təkmilləşmənin davamlı olmasında özünü qabarıq şəkildə büruzə verir.
Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bugünümüzün reallıqlarıdır. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, Dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir. Xüsusi olaraq qeyd etməliyik ki, Ümummilli Liderin ideyalarına söykənən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz sanballı töhfəsini verən, Azərbaycanda elm və təhsilin inkişafında müstəsna xidmətlərə malik olan Heydər Əliyev Fondu bu sahədə ən uğurlu layihələrə imza atır. Bu cür layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır.
Qısa təhlil əsasında bu qənaətə gəlmək olar ki, təhsilimizin milli əsaslar üzərində qurulması, əsl inkişafa qîvuşması məhz Ulu Öndər Heydər Əliyev dühası sayəsində gerçəkləşdi. Ümummilli Liderin təhsilin hərtərəfli yüksəlişinə göstərdiyi qayğı sayəsində elm və təhsil sahəsində gerçəkləşən köklü dəyişikliklər, qəbul olunmuş qərar, Fərman və sərəncamlar bu sektorun hərtərəfli tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirdi.
Yaqut Ağaşahqızı
İki sahil 2023.- 11 avqust.- S.4.