Ölkəmizin və xalqımızın
maraqlarını hər şeydən üstün tutacağam
Mehriban xanım Əliyevanın məqsədi, amalı Azərbaycanı beynəlxalq
aləmdə zəngin
mədəni irsə,
mənəvi dəyərlərə
malik ölkə kimi tanıtmaq, dəyərlərimizin təbliğində
vətəndaş kimi
vəzifə borcunu yerinə yetirməkdir
Azərbaycanın uğurlarında böyük
xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti
həm ölkədə,
həm də hüdudlarından kənarda
bütün dünyada
təqdir olunur. Atdığı addımları,
həyata keçirdiyi
layihələrlə dövlətinə,
xalqına sədaqət
nümunəsini nümayiş
etdirən Mehriban xanım Əliyevanın adı çəkilən
xeyirhahlığı, mərhəməti,
insanlara qayğısı
istiqamətində gördüyü
işlərin ölçüyəgəlməzliyi
xüsusi qeyd edilir. Mehriban xanım Əliyeva haqqında bir dövlət xadimi, siyasətçi, ictimai xadim, mədəniyyət,
elm xadimi kimi danışmağa o qədər iş, fəaliyyət, onların
əsasında dayanan uğurlar var ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür.
Xeyirxahlıq simvolu
Xeyirxahlıq simvolu kimi tanınan
Mehriban xanım Əliyeva altı ildən artıqdır ki, Azərbaycanın Birinci vitse- prezidenti kimi ölkəmizin ictimai-siyasi
həyatında yaxından
iştirak edir. Azərbaycan qadınına
məxsus səmimiyyəti,
təvazökarlığı, mərhəməti şəxsiyyətində
formalaşdıran, siyasi
xadim Mehriban xanımın əsas diqqət yetirdiyi sahələr insanlara qayğı, yardıma möhtac olanlara dəstək, gənc nəslin təhsili, uşaqların sağlamlığı
naminə çalışmaqdır.
Bu istiqamətdə həyata keçirilən
layihələrə maddi-mənəvi
yardımını əsirgəməyən
Mehriban xanım ünvanına göndərilən
vətəndaş müraciətlərinə
də humanizm, ədalət prinsipləri
əsasında yanaşır,
köməyini əsirgəmir.
Bölgələrə səfərləri
zamanı vətəndaşlarla
görüşündə insanların istək və arzularını öyrənən Mehriban xanım qadınların işlə təminatını
da fəaliyyətinin əsas istiqamətləri
kimi diqqətdə saxlayır. “Yeniləşən
Azərbaycana- yeni məktəb”, “ Hər uşağın ailəyə
ehtiyacı var” layihələri çərçivəsində
təhsil ocaqlarının,
internatların, uşaq
bağçalarının inşası və təmiri ilə yaxından maraqlanan Mehriban xanım Əliyeva xüsusilə azyaşlıların sağlamlığının
qorunmasına gələcəyimizin
etibarlı zəmanəti
baxımından yanaşır,
fiziki cəhətdən
qüsurlu uşaqların,
talassemiyalı xəstələrin
müalicəsi ilə
daim maraqlanır. Həyata keçirilən
layihələrə maddi-mənəvi
dəstəyini əsirgəməyən
Mehriban xanım Əliyeva ünvanına gələn müraciətlərə
də qayğıkeş
ana, vətəndaş
kimi yanaşır.
Heydər Əliyev
Fondunun prezidenti,
İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində
milli mədəniyyətimizin
inkişafı naminə
həyata keçirilən
layihələr xüsusilə
fərqlənir. Mədəniyyətimizin
inkişafı, təbliği
naminə maraqlı layihələr həyata keçirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə
reallaşdırılan tədbirlər
yüksək dəyərləndirilir.
Məhz bu səylərin nəticəsi
olaraq İçərişəhər,
o cümlədən Şirvanşahlar
Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin
muğam və aşıq sənətimiz,
“Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”,
“Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.
Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına
uğurla ev sahibliyi etdi.
Mehriban xanımın
fəaliyyətinə verilən
beynəlxalq qiymət
onun xeyirxah-humanistlik, insanlıq missiyasının
etirafı olmaqla, ölkəmizin iqtisadi, mədəni, elmi inkişafının təcəssümü
kimi də diqqəti cəlb edir. Təltif və mükafatlar isə biri-birindən dəyərlidir: “Qızıl
ürək” və Ümumdünya Dünya Səhiyyə Təşkilatının
“İhsan Doğramacı
adına Ailə Sağlamlığı Fondu”nun
mükafatı, “Əsrlərin
xeyriyyəçiləri” Beynəlxalq
Fondunun Yaqut Xaç ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Fransanın “Şərəf
legioneri” ordeni, “XXI əsrin böyük qadını” fəxri titulunun nominantı, Krans Montana Forumunun
qızıl medalı...
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın
II dərəcəli Müqəddəs
Mələksima Knyaginya
Olqa ordeni ilə təltif edilməsi Azərbaycan qadınlarını dünyada
təmsil edən birinci xanımın siyasi və ictimai fəaliyyətinin dünya birliyi tərəfindən yüksək
dəyərləndirilməsinin nümunəsi, Azərbaycanın
tolerantlıq təcrübəsinin
təbliğidir.
Ümumbəşəri mədəniyyət abidələrinin
bərpasında da iştirak edən Fondun dəstəyi ilə Strasburq Kafedral, Parisin məşhur Notrdam kilsələrində aparılan
bəzi təmir-bərpa
işləri bəşəri
dəyərlərin yaşadılması
üçün göstərilən
xeyirxahlıqdır. Pakistanda
qız məktəbinin
inşasının, MDB ölkələrində
həyata keçirilən
layihələrin müəllifi
də Mehriban xanımdır. Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına
dair ikitərəfli Saziş”in imzalanma mərasimində çıxış
edən Mehriban xanım Əliyevanın “Dünyəvi müsəlman
ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi abidələrin bərpasında iştirak
etmir, eyni zamanda ümumdünya əhəmiyyətli abidələri
bərpa edir” sözləri Azərbaycanın
əsrlərdən bəri
qoruduğu multikulturalizm
və tolerantlığının
dünyada təbliğinə
xidmət edir.
Qəlbində dözümlülük, başqa
xalqlara hörmət ruhunun əsrlər boyu formalaşdığını
çıxışlarında, müsahibələrində bildirən
Mehriban xanım Əliyevanın vurğuladığı
kimi, Azərbaycan xalqı dünyanın mədəni müxtəlifliyinə
də eyni hörmətlə yanaşır.
Mehriban xanım
Əliyeva hər zaman müsahibələrində
bu fikri böyük fəxr və qürur hissi ilə bildirir ki, xalqımızın
taleyüklü problemlərinin
həllinə yardımçı
olmaqdan qürur duyur. Bu, onun
Vətən, xalq sevgisindən, Azərbaycanı
daha qüdrətli, nüfuzlu, beynəlxalq münasibətlər sistemində
əsl söz sahibinə malik olan ölkə kimi görmək istəyindən qaynaqlanır.
Ümummilli Liderin ideyalarına, Azərbaycan xalqının
zəngin mədəniyyətinə, milli-mənəvi
sərvətlərinə dərin
bağlılıq
Bu reallıq
da xüsusi vurğulanmalıdır ki,
Mehriban xanım Əliyevanın siyasi xadim kimi formalaşmasında
müasir müstəqil
Azərbaycan dövlətinin
qurucusu, Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin böyük
rolu vardır. Ümummilli Liderin ideyalarına, Azərbaycan
xalqının zəngin
mədəniyyətinə, milli- mənəvi sərvətlərinə dərin
bağlılıq Mehriban
xanım Əliyevanın
həyat amalına çevrilərək, zaman-zaman
daha geniş miqyası əhatə edən layihələrin həyata keçirilməsinə
yol açıb. Onun 2004-cü ildən fəaliyyətə başlayan
Heydər Əliyev Fondunun prezidenti kimi qurumun məqsəd
və məramına uyğun olaraq Heydər Əliyev irsinin təbliği istiqamətində atdığı
addımlar göz önündədir. «Heydər
Əliyevin həyatı
böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini
və anlarını,
Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz
xəyalların və
arzuların reallaşması
insan fenomeninin gücünə mümkündür»
söyləyən Mehriban
xanım Əliyeva möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə,
beynəlxalq nüfuzunun
artmasına davamlı
töhfələr verir,
həmçinin zəngin
tariximizin, mədəniyyətimizin,
milli-mənəvi dəyərlərimizin
təbliği istiqamətində
biri-birindən mühüm
layihələrin müəllifi
kimi çıxış
edir. Bütün xalqlarla dostluq əlaqələrini möhkəmləndirməklə
beynəlxalq əməkdaşlığa
böyük önəm
verən ölkəmizin
nüfuz və imic qazanmasında Heydər Əliyev Fondunun, qurumun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri
vardır.
Mehriban xanım
Əliyevanın məqsədi,
amalı qeyd etdiyimiz kimi, Azərbaycanı beynəlxalq
aləmdə zəngin
mədəni irsə,
mənəvi dəyərlərə
malik ölkə kimi tanıtmaq, dəyərlərimizin təbliğində
vətəndaş kimi
vəzifə borcunu yerinə yetirməkdir. Təbii ki, hər bir xalqın
varlığı, milli
kimliyi ilk növbədə milli-mənəvi
dəyərlərində ehtiva
olunur. Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu,
Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz öz tarixi köklərimizlə, milli
köklərimizlə, mənəvi
dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə,
böyük tariximizlə
fəxr edə bilərik.” Təbii ki, Azərbaycanın çoxəsrlik tarixə,
zəngin mədəniyyətə
malik olması dünya birliyində fəal roluna və mövqeyinə də öz müsbət təsirini göstərir. Bu gün Azərbaycanın adının beynəlxalq aləmdə multikulturalizm
ünvanlarından biri
kimi çəkilməsi
həyata keçirilən
düşünülmüş və məqsədyönlü
siyasətin nəticəsidir.
Heydər Əliyev Fondunun fəaliyyətində
tariximizə, milli-mənəvi
dəyərlərimizə, ədəbiyyatımıza, musiqimizə
verilən dəyərdən
qaynaqlanan addımların
uğurlu nəticələrini
Azərbaycanımızın bugünkü reallıqlarında
görürük. 2006-cı ildən isə İSESCO-nun xoşməramlı səfiri kimi üzərinə düşən
məsuliyyəti əməli
fəaliyyəti ilə
doğruldan Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılması
və təbliği yönümündə həyata
keçirdiyi layihələrin
miqyası genişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
bu
günümüz və gələcək naminə həyata keçirilən layihələr
Mehriban xanım
Əliyevanın humanistliyi,
xeyirxahlığı, gənc
nəslin formalaşması
istiqamətində həyata
keçirdiyi layihələr,
Onun təşəbbüsü
ilə Bakıda keçirilən sivilizasiyalararası
dialoq forumları və konfranslar Azərbaycan haqqında məlumatların beynəlxalq
ictimaiyyətə çatdırılması
baxımından əhəmiyyətlidir.
Milli-mənəvi dəyərlərimizin,
tariximizin, mədəniyyətimizin
inkişafını, təbliğini
fəaliyyətinin önündə
saxlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə
həyata keçirilən
tədbirlər, layihələr
təkcə bugünümüz
üçün deyil,
gələcək naminə
görülən işlər
kimi dəyərləndirilir.
Belə bir ümumiləşdirməni apara
bilərik ki, Mehriban xanım Əliyeva milli-mənəvi
dəyərlərimizin hamisidir.
Özünün də
qeyd etdiyi kimi, indi kütləvi,
mədəniyyət stereotiplərin
hakim olduğu bir şəraitdə milli ənənələrin
qorunub saxlanılması,
onlara qayğı ilə, düşünülmüş
münasibət göstərilməsi
son dərəcə vacibdir.
Onun muğam
sənətinin qorunub
saxlanılması və
təbliği istiqamətində
gördüyü işlər
ictimaiyyət tərəfindən
böyük rəğbətlə
qarşılanır, dünya
miqyasında yüksək
dəyərləndirilir. «Qarabağ
xanəndələri» musiqi
albomunun, «Muğam» jurnalının, "Muğam
Ensiklopediyası"nın nəşri xalqımıza
məxsus zəngin sənətin təbliğində
böyük əhəmiyyətə
malikdir. Bu istiqamətdə görülən
işlərin davamı
kimi "Muğam irsi", " Muğam dəstgahı" kimi layihələr Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsünün
nəticələridir. Beynəlxalq
Muğam Mərkəzinin
istifadəyə verilməsi
də bu qəbildəndir. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
hər il Qəbələdə Beynəlxaq
Musiqi festivallarının
keçirilməsində də
məqsəd dünya
və milli musiqimizin pərəstişkarlarını
bir araya toplamaq, musiqinin dili ilə dövlətlər,
xalqlar arasında körpü rolumuza yeni bir əlavələr
etmək, rəng qatmaqdır. Onu da qeyd edək
ki, 1996-cı ildə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin geniş
təbliğ olunması
məqsədilə üç
dildə (Azərbaycan,
ingilis və rus) çap olunan «Azərbaycan-İrs»
jurnalını təsis
etmişdir.
Atılan hər
addım Azərbaycanın
uğurlu siyasətinin
təqdimatına, ən
əsası xarici siyasətinin prioritetlərinə
bir işıq salır. Bu uğurlar sırasında Mehriban xanım Əliyevanın təşkilatçılığı
ilə 2012-ci ildə Bakıda keçirilən
«Evrovision» mahnı yarışmasını, 2015-ci ildə ilk Avropa
Oyunlarını, 2017-ci ildə
IV İslam Həmrəyliyi
Oyunlarını qeyd edə bilərik. Hər bir tədbir
özlüyündə bir
təqdimat, çağırışdır.
Qərblə Şərqin
qovşağında yerləşən
Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə,
eyni zamanda tolerantlıq, multikulturalizm
təcrübəsini dünyaya
təqdim edir. Ölkəmizdən dünyaya
sülh, əmin-amanlıq,
birlik, həmrəylik
mesajları ünvanlanır.
Dövlətimizin başçısı
İlham Əliyevin 29
iyun 2015-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyeva ölkəmizdə təhsilin,
səhiyyənin və
idmanın inkişafında
səmərəli fəaliyyətinə,
Azərbaycan xalqının
mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə
və eyni zamanda birinci Avropa Oyunlarının təşkilində böyük
xidmətlərinə görə
«Heydər Əliyev» ordeni ilə təltif edilmişdir.
Uşaqlara qayğı, təhsilə,
səhiyyəyə diqqət
Heydər Əliyev
Fondunun həyata keçirdiyi layihələrdən
bəhs edərkən
uşaqlara qayğını,
təhsilə, səhiyyəyə
diqqəti xüsusi qeyd etməliyik. Gələcəyin ixtisaslı
mütəxəssislərinin hazırlanması mexanizminin
əsası məktəb
illərində qoyulduğu
üçün təhsil
müəssisələrinin ən müasir İKT avadanlıqları ilə təmin olunmasını başlıca vəzifə
kimi irəli sürən Heydər Əliyev Fondunun «Yeniləşən Azərbaycana-yeni
məktəb» layihəsini
həyata keçirməsi
də bu istəkdən irəli gəlir. Layihə çərçivəsində 2 mindən artıq məktəbin tikintisinə,
yenidən bərpasına,
dünya standartlarına
cavab verən şəkildə avadanlıqlarla
təchiz olunmasına
Mehriban xanım Əliyevanın göstərdiyi
diqqət ölkə ictimaiyyəti tərəfindən
yüksək dəyərləndirilir.
Heydər Əliyev Fondunun «Uşaq evləri və internat məktəblərinin
inkişafı» proqram
və layihələrinə
uyğun olaraq həyata keçirilən
yenidənqurma və bərpa işləri də təqdirəlayiqdir.
«Hər bir uşağın ailəyə
ehtiyacı var» layihəsinə uyğun olaraq uşaqların ailələrə verilməsi
kimi önəmli kampaniyaların həlli istiqamətində mühüm
addımlar həyata keçirilir. Atılan bu kimi addımların,
gerçəkləşdirilən layihələrin əsasında
bir amal dayanır: Vətən üçün sağlam
düşüncəli, layiqli,
bacarıqlı övladlar
yetişdirilsin. Diabetli,
hemofiliyalı, fiziki cəhətdən qüsurlu
uşaqların sağlamlığı
qayğısına qalan
Mehriban xanım Əliyevanın bilavasitə
diqqət və qayğısı ilə həyata keçirilən
«Talassemiyasız həyat
naminə», «Diabetli uşaqlara ən yüksək qayğı»,
«Kor və zəif görən uşaqların İKT-yə
çıxışının təmin olunması» kimi layihələr də bu qəbildəndir.
Bu məqsədlə Bakıda Talassemiya Mərkəzinin, Qan Bankının yaradılması
xeyirxahlıq, vətənpərvərlik
hisslərinin məcmusundan
qaynaqlanan addımlardır.
Mehriban xanım
Əliyeva üçün
özünün də
ifadə etdiyi kimi, məsuliyyətin və yerinə yetirilən vəzifənin
böyüklüyü, kiçikliyi
yoxdur. Yalnız xalqa, dövlətə xidmət istəyi, insanları sevindirəcək,
imkansızlara yardım,
humanistlik və xeyirxahlıq duyğuları
vardır. Mehriban xanım Əliyevanın «Bakı» jurnalına müsahibəsində «Fikrinizcə,
həyatda hər şey qanunauyğundur və heç bir şey təsadüfi
olmur, yoxsa Siz xoşbəxt hadisəyə inanırsız»
sualına cavabını
bir daha xatırlatmaq istərdik: «Bu suala birmənalı
cavab verə bilmərəm. Düşünürəm
ki, həyatda hər şey əvvəlcədən müəyyən
edilib və çox vaxt təsadüf kimi qəbul olunan hadisələr əslində
heç də elə deyil. Nə dialektik materializmin qanunauyğunluğunun
və təsadüflüyünün
nisbətinin xülasəsi,
nə də nisbilik nəzəriyyəsinin
öyrənilməsi həyatda
nəyin qanunauyğun,
nəyin təsadüf
olduğuna aydınlıq
gətirə bilməz.
Fikrimcə, hər bir insan öz
taleyinin yaradıcısı
ola bilər və olmalıdır. Seçim həmişə
var. Mən nə təsadüfi bir hadisəyə, nə də əvvəlcədən müəyyən
olunmuş dünyaya inanmıram. Mən Allaha və insanın imkanlarına inanıram.»
Humanizm, insanpərvərlik və mərhəmətlilik
Humanizm, insanpərvərlik
və mərhəmətlik
kimi bəşəri prinsiplər Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında
dayanır. Məlum olduğu kimi, Mehriban xanım Əliyeva dəfələrlə
Amnistiya aktlarının
təşəbbüsçüsü kimi çıxış edib və Milli
Məclis bu təşəbbüslərlə bağlı yekdiliklə müvafiq qərarlar qəbul edib. Mehriban xanım Əliyeva bu təşəbbüsünü belə əsaslandırır
ki, Heydər Əliyev Fondu hər bir addımında,
hər bir fəaliyyətində insanpərvərlik
və humanizm ideyalarını rəhbər
tutur, qayğı və yardıma ehtiyacı olan insanlara kömək etməyə çalışır.
Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən
böyük ümidi azadlığa çıxmaq,
ailələrinə qovuşmaq
və normal həyat tərzi qurmaqdır. Onları bağışlamaq, onlara
yeni şans vermək həyatlarında
başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma
prinsiplərinə əsaslanan
yeni ömür yolunu vermək deməkdir. Qəbul olunmuş hər bir Amnistiya Aktını
humanizm prinsiplərinin,
ideyalarının qələbəsi
kimi dəyərləndirən
Mehriban xanım Əliyeva bildirir: «Mərhəmət təkcə
çətinliyə düşən
insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin
və məsuliyyətli
qərar qəbul etməyi tələb edir. Bir dəfə
səhv etmiş insanların bağışlanmaq
hüququ var. Bu gün biz
yenidən cəmiyyətdə
öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik.»
Mehriban xanım
Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi dövrlərdə
də gördüyü
işlərin zənginliyi
xüsusi diqqət çəkmişdir. Bunun
üçün Azərbaycanın
birinci xanımının
seçildiyi Xəzər
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
istiqamətində gördüyü
işlərə diqqət
yetirmək kifayətdir.
O, mütəmadi olaraq
seçiciləri ilə
görüşlər keçirərək
onların qayğıları
ilə yaxından tanış olub. Sözü ilə işi bir olan,
verdiyi vədlərə
layiqincə əməl
edən, mühüm problemlərin həllinə
nail olan Mehriban xanım Əliyevanın gördüyü
işlər Xəzər
rayonunun sakinlərində
böyük ruh yüksəkliyi yaratmışdır.
Dövlətimizin başçısı İlham
Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bu kimi mühüm
məqamları xüsusi
vurğulayaraq bildirmişdir:
«Bax, bu, çoxşaxəli fəaliyyət
və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır.
Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva
çox peşəkar,
bilikli, təcrübəli,
prinsipial, çox xeyirxah bir insandır.
Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət
və sevgi ilə yanaşır.» Dövlətimizin başçısı
İlham Əliyevin bu etimadını yüksək dəyərləndirən
Mehriban xanım Əliyeva «Ölkəmizin
və xalqımızın
maraqlarını hər
şeydən üstün
tutacağam, Azərbaycana
layiqincə xidmət etməyə çalışacağam»
vədini verməklə,
istər bu günədək Heydər
Əliyev Fondunun prezidenti, istərsə də Azərbaycanın Birinci vitse-prezidenti kimi bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub. Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyət göstərdiyi
bu illər ərzində onun gördüyü işlərin
miqyasına diqqət yetirsək bu fəaliyyətin ölçüyəgəlməz
olduğunu görərik.
Mehriban xanım Əliyevanın sosial təşəbbüsləri də
ölkə ictimaiyyəti
tərəfindən daim
yüksək dəyərləndirilir.
Mütəmadi olaraq dövlətimizin başçısı
cənab İlham Əliyevlə birgə xalqın arasında olmaq, onların qayğıları ilə
maraqlanmaq, insanlarla səmimi ünsiyyət qurmaq Azərbaycanın birinci xanımına milyonların sevgisini qazandırır.
Qeyd etdiklərimiz
Mehriban xanım Əliyevanın xidmətlərinin
çox az bir hissəsidir. Hazırkı dövrün
ölkəmizin həyatında
tarixi Zəfərimizin
yaratdığı reallıqların
həyata keçirildiyi
mərhələ olduğunu
nəzərə alsaq
Mehriban xanım Əliyevanın xidmətlərinin
nə qədər böyük olduğunu əminliklə qeyd edə bilərik. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı
bərpa-quruculuq işləri
həyata keçirilir.
Mehriban xanım tarixi Zəfərimizdən
dərhal sonra 16 noyabr 2020-ci ildə dövlət başçısı,
Müzəffər Ali
Baş Komandan İlham Əliyev ilə birgə Füzuli və Cəbrayıl rayonlarına
səfər etdi. O zamandan başlanan səfərlərin say tərkibi genişliyi ilə diqqətdədir. Bu torpaqlarda tarixi və dini abidələrimizin bərpası Heydər Əliyev Fondunun hesabına həyata keçirilir. “Xarıbülbül”
musiqi festivalının,
Vaqif Poeziya Günlərinin yüksək
səviyyədə təşkilində
Heydər Əliyev Fondunun xidmətləri böyükdür.
Heydər Əliyev
Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini
və qazilərimizi də daim diqqətdə
saxlayır, onların
qayğısına qalır.
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik
etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə
yaxından maraqlanır,
onları narahat edən məsələlərin
həlli üçün
mütəmadi olaraq tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı
ilə Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşləri zamanı,
eyni zamanda, 44 günlük Vətən müharibəsində ağır
yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün
Türkiyəyə göndərilib,
həmçinin müharibədə
sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək
texnologiyalı protezlərlə
təmin edilib.
Mehriban xanım
Əliyevanın fəaliyyətində
həmrəylik, birlik
çağırışları əsas yer tutur.
Pandemiyaya qarşı
mübarizə tədbirlərinin
gücləndirildiyi bir
zamanda Mehriban xanım Əliyevanın xalqa müraciətlərinə
diqqət yetirək. Mehriban xanım belə bir əminliyi
ifadə etdi: “Əminəm ki, müdrik xalqımızın
ən gözəl xüsusiyyətləri – ruh
yüksəkliyi və
mərdlik, mərhəmət
və şəfqət,
inam və məhəbbət sayəsində
biz birlikdə bu ciddi çağırışın
öhdəsindən gələcəyik.”
Heydər Əliyev Fondu hər zaman olduğu kimi, pandemiya dövründə də xüsusi qayğıya ehtiyacı olan insanlara, əhalinin həssas təbəqəsinə
xüsusi qayğı
ilə yanaşıb.
Təbii ki,
Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyətini bir yazıda əhatə etmək qeyri-mümkündür.
Mehriban xanımın müsahibələrinin birində
söylədiyi bu fikirlərlə yazını
ümumiləşdirmək istərdik: “ Həyatda hər bir kəsin
yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə
böyük, nə də kiçik rollar olmur. Öz
həyat kitabını
yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda
hər bir kəs özünü şəxsi həyatının
və dünyanın qurub-yaradıcısı, yaxud
dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız.
Ona görə də özgələrin rollarını və obrazlarını gərək
öz üzərinə
götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə
və bənzərsizdir.”
“İki sahil”
Analitik Qrupu
REDAKSİYADAN:
“İki sahil”in
kollektivi adından Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə
ürəkdən təbrik
edir, Ona möhkəm cansağlığı,
dövlətimizin daha
da inkişafı, xalqımızın rifahının
daha da yüksəldilməsi
naminə fəaliyyətində
yeni-yeni uğurlar diləyirik.
İki
sahil.- 2023.- 26 avqust.- S.3.