Gənclər siyasəti: Sabaha böyük inamla...
2023
Heydər Əliyev İli
Müasir müstəqil Azərbaycanda
uğurlu gənclər
siyasətinin əsası
1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulub. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə
qayıdan Ulu Öndər sağlam düşüncəli yeni
nəslin yetişdirilməsinin
dövlətin və cəmiyyətin mühüm
vəzifəsi olduğunu
bəyan etdi.
Məlumdur ki,
həmin dövrdə
respublikamızda vəziyyət
heç də ürəkaçan deyildi.
Ölkə iqtisadi tənəzzül yaşayırdı,
müstəqilliyimizə daxildən
və xaricdən böyük təhdidlər
var idi. Bütün bu çətinliklərə baxmayaraq
Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda
gənclər üçün
yeni imkanlar açdı, yeni şərait yaratdı. Heydər Əliyev gənclərə böyük
rəğbətinin və
inamının ifadəsi
olaraq ilk görüşlərindən birini
məhz onlarla keçirdi. Ümummilli Lider ümidlə vurğulayırdı ki, Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli
qorumalıyıq: “Müstəqil
Azərbaycanın gələcəyi
gənclərin əlindədir,
gənclərə veriləcəkdir.
Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar,
müstəqil Azərbaycanın
gələcəyi də
o qədər müvəffəqiyyətli,
uğurlu, parlaq olacaqdır”.
Ümummilli Lider
Heydər Əliyevin
1994-cü il iyulun
26-da imzaladığı müvafiq
Fərmana əsasən,
ölkəmizdə gənclər
siyasətini həyata
keçirən mərkəzi
icra orqanı - Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndər 1995-ci ildə
Azərbaycan gənclərinin
forumunun keçirilməsi
təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixində müstəqil
Azərbaycan gənclərinin
ilk forumu keçirildi. Bundan bir il sonra
isə Ümummilli Lider gənclərə böyük qayğısının
daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzaladı.
Həmin vaxtdan etibarən hər il 2 fevral ölkəmizdə
Azərbaycan gənclərinin
bayramı kimi qeyd olunur.
Hazırda respublikamızda
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu
məqsədyönlü gənclər
siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif
illərdə imzaladığı
Fərman və sərəncamlar ölkəmizdə
aparılan gənclər
siyasətinə yeni impuls verib. Dövlət
başçısının müvafiq sərəncamları
ilə təsdiqlənən
və 2005-2009-cu, eləcə
də 2011-2015-ci illəri
əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda
Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci
il tarixli Sərəncamı ilə
təsdiqlənən “Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə”
Dövlət Proqramının
icrası da yüksək səviyyədə
təmin edilir.
Ölkəmizdə gənclər siyasətinin
mühüm tərkib
hissəsi kimi gənclərin yüksək
səviyyəli təhsil
almalarına, onların
öz intellektual bacarıqlarını daha
da artırmalarına dövlət səviyyəsində
böyük qayğı
göstərilməsi diqqətəlayiq
haldır. Dövlət
başçısı “Azərbaycanda
gənc istedadlara dövlət qayğısı
haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin
təsis edilməsi haqqında” müvafiq Fərman və sərəncamlar imzalayıb.
Ölkəmizdə “Xüsusi
istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı
üzrə Dövlət
Proqramı” (2006-2010-cu illər)
böyük müvəffəqiyyətlə
reallaşdırılıb. Dövlət başçısının
2 iyul 2013-cü il tarixli Fərmanı ilə Gənclər üçün Prezident mükafatı təsis edilib. Mükafat elm, mədəniyyət, ədəbiyyat, təhsil və ictimai fəaliyyət sahələrində
fərqlənən gənclərə
ildə bir dəfə təqdim edilir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə
təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində
5000 gəncin dünyanın
nüfuzlu ali məktəblərində təhsil
almağa göndərilməsi
təmin edilib.
Dövlət başçısının müvafiq
Fərmanı əsasında
Gənclər və İdman Nazirliyi 2006-cı
ildə yenidən qurulub. Ölkəmizdə
gənclər siyasətinin
inkişafına Prezident
İlham Əliyevin müvafiq Fərmanı əsasında 2011-ci ildə
yaradılan Gənclər
Fondu yeni təkan verib. 2018-ci il 7 mart tarixində
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında gənclər
siyasəti sahəsində
idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Fərman imzalayıb.
Fərmana əsasən,
Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan
Respublikasının Gənclər
Fondu” publik hüquqi şəxs yaradılıb və bu qurumun Nizamnaməsi
təsdiq edilib. Gənclər Fondu tərəfindən gənclərin
ictimai təşəbbüslərinə,
yerli və beynəlxalq miqyaslı layihələrinə dəstək
verilir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət
qayğısının əhatə
dairəsi kifayət qədər genişdir. Gənclər isə öz növbələrində
genişmiqyaslı dövlət
qayğısından, onlar
üçün yaradılan
əlverişli şəraitdən
maksimum dərəcədə
bəhrələnərək müstəqil Azərbaycanın
inkişafı naminə
böyük fəallıq
nümayiş etdirirlər.
Ardıcıllıqla həyata keçirilən
gənclər siyasətinin
uğurlu nəticələrindən
bəhs edərkən
ölkəmizdə vətənpərvər
gənclər nəslinin
formalaşmasını məmnunluq
hissi ilə qeyd edə bilərik.
Belə ki, Vətən müharibəsində
Böyük Zəfərin
qazanılmasında gənclərimizin
həlledici rolu olub. Ərazi bütövlüyümüz naminə,
torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər
idi. Bununla hər birimiz qürur duyuruq. Uğurlu gənclər siyasəti sayəsində
ölkəmizdə elə
bir nəsil yetişdi ki, hətta Qarabağı görməyən, oradakı
faciələrin canlı
şahidi olmayan gənclər Vətən
uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər
və şəhadətə
ucaldılar, qazi oldular və bayrağımızı zirvələrə
qaldırdılar.
Müzəffər Ali Baş Komandanımız
İlham Əliyev igid gənclərimizin rəşadətini yüksək
dəyərləndirib: “Azərbaycan
gəncləri Vətən
müharibəsində böyük
şücaət nümayiş
etdirdilər. Vətənpərvərlik,
dövlətə sədaqət
ruhunda yetişmiş Azərbaycan gəncləri
torpaqlarımızı işğalçılardan
azad etdi. O cümlədən işğal
edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən
o torpaqlardan olan gənclər torpaqları
uğrunda aslan kimi vuruşurdular. Bu, tarixi hadisədir”.
Biz İkinci
Qarabağ müharibəsində
3 min şəhid verdik, çoxsaylı qazilərimiz oldu, amma ermənilərdən fərqli olaraq, bir nəfər də fərarimiz olmadı. Onlarla gənc Vətən Müharibəsi Qəhrəmanı
adına layiq görüldü, minlərlə
Vətən müdafiəçisi
orden və medallarla təltif edildi. İnamla demək olar ki, indi biz
məhz 44 günlük
Zəfər yürüşünün
sayəsində bütün
dünyada qalib xalq kimi tanınırıq.
Vətənpərvərlik
gənclərimizin həyat
amalına çevirməli,
milli ruhda tərbiyə olunmalıdırlar.
Gəlinən nəticə
odur ki, Azərbaycanda gəncliyə
dövlət qayğısı
sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət
edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Nigar Orucova
İki sahil.- 2023.- 30 avqust.- S.3.