Dəyişməyən yaşın mübarək, şəhidim!..
1992-ci il iyul ayı. Zeynəb ana oğlu Cəfərlə birlikdə bacısıgildən evlərinə qayıdırdı. İsti yay günümü, yoxsa içinə dolan sıxıntımı onu səhərin o başından onsuz da narahat etmişdi. Oğluna taksi ilə gedək, desə də məsafə yaxın olduğu üçün oğlu onu piyada qayıtmağa razı salmışdı. Sadəcə on dəqiqəlik məsafə ana üçün bitməyən bir yola çevrilmişdi. Qonşu binanın yanına yaxınlaşdıqda gördükləri izdiham onların əhvalını pozmuşdu. Bütün camaat cəm olmuşdu bir maşının ətrafına. Cavan ana ayaqları getməsə də, ağlı o insan kütləsinin yanında qalsa da, evinə getmək məcburiyyətində idi. Çünki orada toplaşanlar sadəcə kişilər idi. O sinəsinə çökən ağırlığın altında öz yaşayış binasına tərəf yol aldı. Binanın həyətinə çatanda bu dəfə qadınların izdihamı onu qarşıladı.
Dizləri taqətini
itirir, ürəyinin döyüntüsü kimin
nə dediyini eşitməyinə imkan vermirdi. Qapı qonşusunun onu qucaqlaması artıq hər şeyi məlum etdi ana üçün. Gözünün ilki, ciyər parası, nəfəsinə nəfəs,
omrünə həvəs
olan, ananın Canpolad balasına torpaq can deyərək
bağrına basacaqdı
artıq. İsti bir yay günündə
haradansa bir çovğun əsdi, buz bağladı ana ürəyi, qanı dondu. Bax elə nə
oldusa o gün oldu. Bitdi ananın
yaşamaq həvəsi,
sardı canını
bala adlı dərd.
O, bir soyuq
qış günü
dünyaya gəlmişdi.
Bapbalaca qədəmləri
ilə yuvasına cahana sığmayan böyük xöşbəxtlik,
hər kəsin qızına biləcəyi
istilik gətirmişdi.
Ailənin ilki, nübarı idi. Bir qadına analıq, bir kişiyə atalıq adı qazandırmışdı
Canpolad. Özündən
sonra gələcək
olan bacı və qardaşlarına arxa-dayaq olacaqdı o. Ona ata-ananın ümidi böyük idi. Gələcəyi üçün planlar, saysız hesabsız arzular var idi.
O böyüdükcə ümidləri
doğruldurdu. Yaxşı
övlad və yaxşı qardaş idi Canpolad. Hələ
uşaq vaxtından özünün ağır
təbiəti ilə seçilərdi. Məktəbdə
yoldaşlarından fərqlənərdi
böyüyüb kiçilmiş
ağlı ilə. Qayğıkeş, mehriban,
özünü-sözünü bilən, yardımsevər
biri idi. Sanki yaradan onu
yaxşılıq üçün
xəlq eləmişdir.
Evinə gözəl övlad, ölkəsinə
yararlı bir insan idi.
Birinci Qarabağ
müharibəsi şəhidi
Əsgərov Canpolad Ağaverdi oğlu
1973-cü il dekabr ayının 10-da Naxçıvan
Muxtar Respublikasının
Naxçıvan şəhərində
zəhmətkeş ailəsində
anadan olmuşdu.
1980-ci ildə Naxçıvan
şəhər 39 nömrəli
tam orta məktəbin birinci sinifinə daxil olmuş, 1990-cı ildə
həmin məktəbi
orta qiymətlərlə
bitirmişdi. Məktəbdə
oxuduğu dövrlərdə
nümunəvi şagird
olmuş müəllim
və şagird yoldaşlarının hörmət
və rəğbətini
qazanmışdı. Vətənpərvər
ruhlu bu Azərbaycan balası yurdumuzun ən ağır dönəmlərini
yaşayırdı hamı
kimi. Qarabağda baş verən hadisələr, Sədərəkdə
vəziyyətin gərginliyi bütün
oğullarımız kimi
onu da narahat
edir, hərbi xidmət üçün
vaxtının çatmasını
səbirsizliklə gözləyirdi.
1991-ci ilin sonlarında
nəhayət ki, arzusuna çatır. Hərbi xidmət üçün çağırış
vərəqəsini alan
gün sanki dünyanın ən gözəl hədiyyəsini
alıbmış kimi
sevinirmiş. Səbəbi
bəlli idi. Yağı düşməndən
yurdu qorumağa gedəcək, həlak olan 20 Yanvar, Sədərək döyüşlərinin
qurbanlarının qisasını
alacaqdır artıq. Cəsarətli və mətin idi. Heç nədən qorxmazmış, ölümdən
belə.
Hərbi xidmətini
ilk olaraq Naxçıvan şəhərində,
Sədərəkdə vəziyyət
gərginləşdikdən sonra isə Mili Ordunun Sədərək
bölgəsində yerinə
yetirməyə başlamışdı.
1992-ci ilin may ayının 18-də ermənilərin
Sədərək üzərinə
ağır zirehli texnikalarla hücumu zamanı Sədərəyin
müdafiəsində mərdlliklə
iştirak etmiş, döyüşlərdə şücaəti
ilə şeçilmişdi.
Az danışıb cox
iş görməyi üstün tutar, hərəkətləri ilə
örnək olarmıış.
May və iyun aylarında Qarağac, Əjdəkan, Cin təndiri, Beşbarmaq postları tərəfindən Sədərək
üzərinə olan
düşmən hücumlarının
qarşısının alınmasında
fəal döyüşcü
kimi tanınmışdı. Ölkənin ən ağır günlərində və
ən çətin şəraitdə Vətəni
müdafiə etmək
onu nə yorur, nə də qorxudurdu. Tam əksinə əzminə, hünərinə
güc qatırdı torpaqlarımızın müdafiəsi
və şəhidlərimizin
intiqamının alınması
hissi. Dinc və güclü vücudu, damarında coşan qanı, dəlisov cavanlığı
yalnız canını
qurban verdiyi Vətən üçün
səfərbər olmuşdu.
Bütün sevdaları
bitmiş, sankı ortada Vətən adlı bir yar
qalmışdı onun
gözündə. Ata,
ana, qardaş, bacı, gözaltı etdi qız belə
nə qədər əziz olsalar da, uğruna həyatını qurban verdiyi torpağı, Azərbyaycan adlı sevdası hamını və hər şeyi üstələdi.
Həyata keçməyən
saysız hesabsız arzular əbədi olaraq o gün həyata ğözlərini
yumdu. 1992-ci il iyul ayının 21-də Canpolad Qaraağac uğrunda gedən döyüşlərdə şəhadəti
ilə əbədiyyətə
qovuşdu. O gün onun cismani köçü
maddi həyatının
sonu olsa da, mənəvi həyatının başlanğıcı
oldu. Yaşarkən az insan tərəfindən
tanınıb, sevilən
digər şəhidlərimiz
kimi, o da bütün xalq tərəfindən tanındı,
sevildi, qəlblərdə
məskən saldı.
Onu dünyaya bir ana amansız
sancılarla gətirmiş,
bir ata böyütmüşdü
min əzabla. Şəhadətə yetdikdən
sonra isə minlərlə ata, analar onun üçün
öz balsı kimi ağladı. O minlərlə insana qardaş oldu. Ola bilmədiyi iki sey qalmışdı, sevdiyinə yuva, dünyaya gətirmək qisməti olmayan övladlarına
ata. Canpolad Naxçıvanda Şəhidlər
xiyabanında dəfn olundu. Onu son
mənzilinə minlərlə
insan yola saldı. O öz arzusuna çatmış olsa da onun
haqqında neçə-neçə
arzu və istəkləri olan valideyinlərinin arzuları
gözündə qalmışdı.
Günlər keçdikcə
həsrəti artır,
intizarı ananı yıxırdı.
O zaman məni
hamı kimi kədərləndirən şəhidimin
dərdi eyni zamanda onunla eyni məktəbdə oxuduğum üçün
qürurlandırırdı. Əvvəllər sadəcə
bir məktəbin şagirdləri kimi tanıdığım bu ağır təbiətli
məktəbli uşaq
indi əbədi qəhrəmanıma çevrilmişdi.
Onun haqqında ilk məqaləmi də elə 1992-ci ildə onuncu sinifdə oxuyanda yazmışdım Zeynəb
ana ilə ilk görüşüm də evlərinə getdiyim zaman oldu. Yaxsı yadımdadır bir saatdan artıq bir arada olduq.
Canpolad haqqında danışan ananın titrək səsinin altında fəğan edən ana fəryadı
dayanırdı. Elə
o məqaləmdə şəhidimizin
adının oxuduğumuz
məktəbə verilməsini
istəmişdim bir məktəbli və mənfur erməni qonşülarımız ilə
haqq savaşı aparan bir Azərbaycan
vətəndaşı olaraq.
1996-2004-cü illər Naxçıvan
şəhər 13 saylı
tam orta məktəb onun adını daşımış,
oxuduğu məktəbdə
isə ona aid guşə yaradılmışdır.
Bizim Zeynəb
ana ilə ilk və son
görüşümüzdən düz otuz il
keçmişdir. Naxçıvan
xatirə muzeyində bu il 26 sentyabr
tarixində 27 sentyabr-Anım
Günü ilə əlaqədar keçirilən
tədbirdə Zeynəb
ana və qızı Ramilə xanım ilə yenidən qarşılaşdıq.
O hisslərimi heç
bir söz ilə ifadə edə bilmərəm amma bir onu
deyə bilərəm
ki, otuz il əvvələ döndüm acı dolu xatirələrə. Və mütləq ki, bu görüşdə
bir kəramət var dedim. Yenə
yazmalı idim Vətənin can deyərək bağrına
basdığı cənnət
qoxulu şəhidimiz Canpoladdan. Bu dəfə də bir uyğun gün alıb ana ilə görüşə
getdim. Çox mehriban qarşılanma, isti münasibət məni kövrəltdi və sevindirdi. Qayıtdıq yenə o amansız 1992-ci ilə. Balaca vücudn böyük ürək sahibi idi bu
əsl Azərbaycan qadını. Məni özünə, əzminə
heyran etdi təkrar Zeynəb ana. Danışır arada kövrəlsə də məğrur duruşunu qorumağa çalışırdı. Oğlu
ilə bağlı xatirələri çözələnir,
hər şey dünən olmuş kimi yaddaşının ən qorunaqlı yerindən süzülərək
gəlirdi.
Yaşasaydı bu il 50 yaşı
olacaqdı. Kim bilir oğul-uşağının,
nəvələrinin, bacı
və qardaşlarının
əhatəsində yaxşı
bir yubiley də keçirəcəkdi
bəlkə. Anasını
öz yerinə oturdub, onun yanına
qısılaraq bir uşağa dönəcəkdi
Canpolad. Amma olmadı, ananın onun nişanı, toyu üçün tədarük etdiyi cehizləri evdə qalmasın deyə zaman-zaman ehtiyacı olanlara paylanmışdır.
Deyilənə görə,
elə sevdiyi qız da Canpoladın
evinə ilk və son dəfə
vida üçün gəlibmiş o gün. Qəlbində Canpolad adlı bir eşqi
əbədi basdıraraq
ayrılmışdır oradan.
Xatirələrin təzələnməsi
bacısı Ramilə
xanımı və qardaşı Cəfər
bəyi də kədər içərisində
buraxmışdır. Oğul
həsrətinə tab
gətirməyən Ağaverdi
atanın ocağında
indi oğlu Ramin bəy oturub bütün bacı və qardaşına atalıq etməyə çalıışır,
şəhid dərdli
anasına bacardığı
qədər dəstək
olurdu. İndi onların hamısı şəhadət adlı uca bir zirvənin
sakini olan Canpoladın ruhundan doğan nurun ətrafına toplaşıblar.
Dəyişməyən yaşın mübürək,
cənnət qoxulu, nur üzlü şəhidim! Sən bir xalqın əbədi qəhrəmanısan.
Az yaşı ilə tarix yazan qəhrəmanı.
Başladığın haqq
savaşını sənin
yolunu davam etdirən oğullarımız
Zəfərlə bitirdi.
Rahat uyu, sənin və sənin kimi minlərlə igid oğullarımızın, vəhşicəsinə
qətl edilmiş günahsız insanlarımızın
intiqamı alındı.
Siz qanınızla torpağımızı vətən
yoğurdunuz. Biz də insaalah o vətənə sahib çıxacayıq nəyin
bahasına olursa-olsun.
Bu şeiri nur üzlü şəhidimizin əziz xatirəsinə ithaf edirəm:
Tabutu bayraqlı,
a dar otaqlı,
Bu aylı,
ulduzlu daşın mübarək.
Bağrımın başına dağ çəkən oğul,
İllərdir artmayan yaşın mübarək.
Dur oğul qolumu salım boynuna,
Dur bala ananı al öz qoynuna,
Məni
həsrət qoydun övlad toyuna,
O dənsiz saqqalın, qaşın mübarək.
Alındı torpaqlar, döndü
kənd, şəhər,
İndi bambaşqadır, açılan
səhər,
Olmuşdu yediyim içdiyim
zəhər,
Qələbə ləzzətli aşın
mübarək.
A cənnət mələyim,
a qara gözlüm,
Dilindən bal daman a şirin
sözlüm,
Mən necə səbr etdim, dözdüm nur üzlüm,
Sənə yorğan olan qışın mübarək.
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi
İki sahil.- 2023.- 6 dekabr, ¹223.- S.8.