Bir ömür xidmətimizdə...
Çağdaş Azərbaycan tarixində son dərəcə
mühüm hadisələrlə,
xüsusilə Ermənistanla
dövlət sərhədində
Laçın nəzarət-buraxılış
məntəqəsinin qurulması
və Qarabağda bir günlük lokal antiterror tədbirləri
nəticəsində bütün
ölkə ərazisində
suverenliyimizin tam bərpası
ilə əlamətdar
olan 2023-cü il həm
də şanlı yubileylər ilidir.
Təbii
ki, başqa əlamətdar
hadisələr kimi, yubileylər də fərqliliyi ilə seçilir. Yubiley var ki, bir ailə, nəsil və ya bölgə üçün əhəmiyyət
kəsb edir. Yubiley də var ki, nəinki bir ölkə, hətta dünya miqyasında mühüm tarixi hadisə kimi böyük təntənə
ilə qeyd olunur. 2023-cü il boyu təkcə respublikamızda
deyil, əksər ölkələrdə anadan
olmasının 100 illiyi
təntənə ilə
qeyd edilən dahi şəxsiyyət, Azərbaycan xalqının
yaddaşında qurucu
və xilaskar kimi qalan, milli iftixarımız Heydər
Əliyev kimi. Bu il həm də milli səhiyyə sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında
müstəsna xidmətləri
olan görkəmli oftalmoloq alim, Ulu Öndər
Heydər Əliyevin vəfalı ömür-gün
yoldaşı Zərifə
xanım Əliyevanın
100 illik yubileyidir.
Tale elə gətirmişdi
ki...
Dünya
ictimaiyyəti tərəfindən
etiraf olunan faktdır ki, Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya
rəhbərlik etdiyi
1969-1982-ci illərdə, keçmiş
SSRİ-nin ali hakimiyyət orqanlarında
təmsil olunduğu dövrdə, həmçinin
müstəqil Azərbaycanın
Prezidenti kimi fəaliyyət göstərdiyi
10 ildə Heydər Əliyev Vətənimizin
ictimai-siyasi, sosial-iqtisadi
və mədəni həyatının bütün
sahələrinin tərəqqisi
üçün var qüvvəsi
ilə çalışıb.
Hər bir sahənin mütəxəssisləri Prezident
İlham Əliyevin müvafiq
Sərəncamı ilə
elan olunan “Heydər Əliyev İli” çərçivəsində
100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Ümummilli Liderin Azərbaycan tarixində, ictimai-siyasi həyatımızda
rolunu dərindən araşdıraraq yeni heyrətamiz
faktlar ortaya çıxarırlar. Belə
sahələrdən birinin
- səhiyyə sistemi
mütəxəssislərinin qənaətinə görə,
Heydər Əliyevin gündəlik fəaliyyətində
ən vacib istiqamət məhz insanların sağlamlığı,
tibb elminin inkişafı, savadlı,
əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Məhz Heydər Əliyevin Azərbaycan xalqının sağlamlığının
mühafizəsinə, millətin
genofondunun qorunmasına
diqqət və qayğısı, dəyərli
töhfələri ölkənin
səhiyyə sistemini
bugünkü yüksək
inkişaf mərhələsinə
gətirib çıxarıb.
Hələ gənc yaşlarından
dahi liderin dəyərlər sistemində
insanların səhhəti
millətin sağlam gələcəyini şərtləndirən
amil kimi əsas yerlərdən birini tuturdu. Bu mövzuda söhbətlər, müzakirələr,
qayğılar, düşüncələr
dahi şəxsiyyətin
gündəlik həyatının
bir parçasına çevrilmişdi. Səhiyyənin
ağrılı problemləri,
zəif nöqtələri
ilə yaxından tanışlığı sonralar
Heydər Əliyevə
vəziyyəti düzgün
təhlil etməkdə
və situasiyanı kökündən dəyişmək
üçün doğru
qərarlar qəbul etməkdə köməklik
göstərmişdi. Tale elə
gətirmişdi ki, Ulu Öndərin
ailəsindəki həkimlər,
xüsusən ömür-gün
yoldaşı, görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva da o dövrdə
təbabət qarşısında
duran başlıca problemlər üzərində
düşünür, həlli
yollarını axtarırdı.
Zərifə xanım
insanların sağlamlığı
ilə bağlı ən ağrılı məsələləri Heydər
Əliyevlə müzakirə
edir, tibbi-sosial problemlərdən mümkün
çıxış yollarını
bu müdrik şəxsiyyətlə məsləhətləşirdi.
Nurdan yaranmışdı, nur idi amalı...
Zərifə Əliyevadan söz
düşmüşkən mayası nurdan yoğrulan, amalı insanların gözünə,
qəlbinə nur saçmaq olan bu parlaq şəxsiyyətin
zəngin, şərəfli
ömür yolu bugünkü və gələcək nəsillər
üçün nümunədir.
O, peşəkar həkim-mütəxəssis,
ləyaqətli ziyalı,
vəfalı ömür-gün
yoldaşı, həmçinin
qayğıkeş ana kimi
Azərbaycan tarixində
silinməz izlər buraxıb. Zərifə xanım XX əsr Azərbaycan səhiyyəsində,
xüsusilə onun mühüm tərkib hissəsi olan oftalmologiya sahəsində
savadlı, peşəkar
mütəxəssislərin yetişməsində fəal
rol oynamaqla yanaşı, öz ailəsinin timsalında gənc nəslin milli-mənəvi dəyərlər
əsasında tərbiyəsinin
örnəyini yaradıb.
Bu məqamda belə bir faktı xatırlatmaq yerinə düşər ki, Zərifə
xanım ötən əsrin 30-40-cı illərində
ölkənin əsas
problemlərindən biri
olan malyariya və traxomaya qarşı fədakarlıqla
mübarizə aparan atası, qayğıkeş
həkim, görkəmli
pedaqoq-alim, professor Əziz
Əliyevin həyat yolunu özünə örnək götürmüşdü.
O dövrdə Azərbaycanda
geniş yayılmış
traxoma kimi təhlükəli göz
xəstəliyinin ləğv
edilməsi Zərifə
xanımın adı ilə bağlıdır.
Biz hələ Zərifə
Əliyevanın dünyada
ilk dəfə görmə
orqanının peşə
patologiyasını araşdıran
elmi-tədqiqat laboratoriyası
yaratması, bununla da tibb elmində yeni bir istiqamətin - peşə oftalmologiyasının
əsasını qoyması
kimi beynəlxalq əhəmiyyətli kəşflərini
demirik. Eləcə də bu elm fədaisinin apardığı
tədqiqatlar, keçirdiyi
yuxusuz gecələr sayəsində ərsəyə
gəlmiş dərsliklər,
monoqrafiyalar günü
bu gün də bütün dünyada oftalmologiya elminin inkişafına xidmət edir. Təsadüfi deyil ki, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitablar məhz akademik Zərifə Əliyevaya məxsusdur.
Həllini gözləyən problemlər
və...
Heydər
Əliyevin keçmiş
SSRİ-nin ən geridə qalmış respublikalarından olan Azərbaycanda “dövlət
idarəetmə maşınının”
sükanı arxasına
keçməsi durğunluq
dövrünə təsadüf
etmişdi. Cəmiyyətin
hər sahəsində
olduğu kimi, səhiyyədə də əvvəlki dövrlərdə
əldə edilən uğurlar həmin günlərin adına yazılırdı. Bununla
belə, diqqətli müşahidəçi vəziyyətin
heç də deyilən kimi olmadığını, səhiyyənin
maddi-texniki bazası cəhətdən isə hətta acınacaqlı olduğunu görürdü.
İmmunlaşdırma, bir sıra infeksion xəstəliklər, o cümlədən
vərəm, malyariya,
difteriya, poliomielit, məxmərək, narkomaniya,
ana və uşaq sağlamlığı, kadr
çatışmazlığı və mövcud kadrların səviyyəsi
– bütün bunlar Azərbaycan səhiyyəsində
öz həllini gözləyən problemlərin
yalnız bir hissəsi idi. Məhz buna görə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqustunda keçirilmiş
plenumunda respublikada səhiyyənin inkişaf
sürətini prinsipcə
dəyişmək qarşıya
mühüm vəzifə
kimi qoyulmuşdu.
Gələcək nailiyyətlərin bünövrəsi
Heydər
Əliyev əhalinin sağlamlığının qorunması
sahəsində problemlərin
həllinə səhiyyənin
qanunvericilik bazasının
möhkəmləndirilməsindən başladı. 1969-cu ilin dekabrında Azərbaycan
SSR Ali Sovetinin VII sessiyası
Ulu Öndərin təşəbbüsü
ilə məhz gələcək nailiyyətlərin
bünövrəsində dayanan
“Sağlamlıq Məcəlləsi”
adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin
gələcək inkişaf
istiqamətlərini müəyyən
etməklə yanaşı,
həm də qarşıdakı illər
üçün fəaliyyət
planı oldu.
O dövrdə səhiyyənin
tərəqqisinə zəmin
yaradan daha bir addım ölkədə korrupsiya ilə mübarizədə
neqativ halların qarşısının alınmasında
qazanılan uğurlar
oldu. Məhz bütün bunların nəticəsində cəmiyyətin
sağlamlaşdırılması ayrı-ayrı insanların
sağlamlığına gedən
yolun təminatçısına
çevrildi.
Respublika çərçivəsindən İttifaq miqyasına...
Bu yol təkcə o vaxtkı SSRİ-nin müttəfiq respublikalarından
biri olan Azərbaycan çərçivəsində
qapanıb qalmadı, tezliklə bütün İttifaq miqyasına doğru uzanmağa başladı. 1982-ci ilin noyabrında SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyev bundan sonra bütün
Sovet İttifaqının
səhiyyə sisteminə,
həmçinin Yer kürəsinin quru hissəsinin altıda birini əhatə edən nəhəng ölkə iqtisadiyyatının
bir sıra ən mürəkkəb və məsul sahələrinə rəhbərlik
edəcəkdi.
Bu nəhəng ölkənin
səhiyyə sistemində
ciddi islahatlar aparılması təşəbbüsü
ilə çıxış
etməsi dahi rəhbərin qlobal düşüncə tərzindən,
hər bir problemi köklü surətdə həll etmək bacarığından
xəbər verirdi. Çox qısa müddətdə SSRİ səhiyyəsini
yeni inkişaf səviyyəsinə
qaldıran Heydər Əliyevin 1985-ci ildə Moskvada keçirilən mötəbər beynəlxalq
tədbirdə bəyan
etdiyi “Təbabət insan biliklərinin və əməli fəaliyyətinin bütün
başqa sahələrindən
daha artıq dərəcədə ümumbəşəri
xarakter daşıyır”
fikri dahi şəxsiyyətin bu sahənin problemlərinə
qlobal yanaşma tərzini əyani surətdə nümayiş
etdirirdi. SSRİ-nin siyasi, iqtisadi, sosial problemlərinin həlli ilə məşğul olan Heydər Əliyev fəaliyyət diapozonunun genişliyinə baxmayaraq,
Vətəni Azərbaycanda
əhalinin sağlamlığının
qorunması məsələsini
bir an da olsun unutmur, bu sahənin
tərəqqisi üçün
əlindən gələn
köməyi əsirgəmirdi.
Amma... 1987-ci ilin oktyabrında
Mixail Qorbaçov kimi avantüristin təhriki ilə Ulu Öndər Kremldəki ali vəzifələrindən
uzaqlaşdırıldıqdan sonra SSRİ, o cümlədən
Azərbaycan səhiyyəsi
sürətlə tənəzzül
etməyə başladı.
Tənəzzüldən tərəqqiyyə...
İş elə gətirdi
ki, Ulu Öndərin Azərbaycanda
hakimiyyətə qayıdışı
da Vətənimiz və
səhiyyəmiz üçün
çətin bir məqama təsadüf etdi. Bununla belə,
Onun bilavasitə rəhbərliyi ilə səhiyyə sistemində
ardıcıl və məqsədyönlü islahatlar
aparıldı.
Bütün bunlar indiki nəslin gözü qarşısında cərəyan
etdiyinə görə
hesab edirik ki, Ulu Öndərin səhiyyə
siyasətinin müstəqillik
illərində çoxsaylı
uğurları barədə
geniş söhbət
açmağa lüzum
yoxdur. Bu prosesi bir cümlə ilə ifadə etməli olsaq tərəddüd etmədən
deyə bilərik ki, ictimai həyatın bütün sahələrində
olduğu kimi, səhiyyədə də
yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən
islahatlar, inkişaf və tərəqqi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Hər birimizin təbibi
TƏBİB
“Azərbaycanda səhiyyə
sistemində aparılan
islahatlar, görülən
işlər dünya səviyyəsində gedir.
Hətta deyə bilərəm ki, biz artıq
Azərbaycan standartlarından
da danışa bilərik.”
Son 20 ildə Ulu Öndərin
mükəmməl səhiyyə
siyasətini yeni dövrün
tələblərinə uyğun
uğurla davam etdirən Prezident İlham
Əliyevin bu fikri tibb sahəsində
qazanılan nailiyyətlərə
verilən ən layiqli qiymətdir. Şübhəsiz, səhiyyə
sistemində ölkə
standartlarının mövcudluğundan
danışılarkən yubileylər
ilində yaranmasının
5 ili tamam olan “Tibbi Ərazi
Bölmələrini İdarəetmə
Birliyi” publik hüquqi şəxsin
(TƏBİB) uğurlu fəaliyyəti
xüsusi qeyd edilməlidir.
Beş illik yol bir
daha sübut edir ki, Prezident İlham Əliyevin 2018-ci il 20 dekabr
tarixli Fərmanına
əsasən İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yaradılan və əsas məqsədi tabeliyində olan tibb müəssisələrində
tibbi xidmətlərin
təşkilini təmin
etməkdən, keyfiyyəti
yüksəltməkdən, eyni zamanda, bu
müəssisələrin fəaliyyətini
icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaqdan
ibarət olan
TƏBİB dövlətin ona göstərdiyi etimadı layiqincə doğrultmaq üçün
inamla irəliləyir.
Bircə faktı qeyd etmək kifayətdir ki, hazırda İcbari tibbi sığortanın Xidmətlər
Zərfinə uyğun
olaraq əhaliyə göstərilən ödənişsiz
xidmətlərin sayı
3315-ə, tibb müəssisələrinin
sayı isə 115-dən
140-a qədər artırılıb.
Başqa sözlə,
TƏBİB bu gün
özünün əsas
amalı olan hər bir Azərbaycan
vətəndaşının təbibi funksiyasının
öhdəsindən bacarıqla gəlir.
Yazıya
seçdiyimiz ümumi
sərlövhəyə gəldikdə
isə məmnuniyyətlə
vurğulaya bilərik
ki, bununla Heydər Əliyev siyasətinin təntənəsi olan bugünkü Azərbaycan
səhiyyəsinin artıq
sayı 10 milyonu ötmüş xalqımızın
hər bir fərdinin xidmətində
şərəflə dayanmasından
sonsuz qürur duymasını simvolizə
etməyə cəhd göstərmişik. Başqa
sözlə ifadə etnəli olsaq, onu demək istəmişik ki, bu gün səhiyyəmiz, o cümlədən onun tərkib hissəsi olan TƏBİB “Bir ömür
xidmətimizdə”dir. Bundan
da şərəfli missiya
ola bilərmi?..
Cavid Əkbərov
İki sahil.- 2023.- 9 dekabr, ¹226.- S.5.