MİLLİ İDEOLOGİYAMIZIN

BANİSİ VƏ LİDERLİK MİSSİYASI

 

Məlum olduğu kimi, 2023-cü il ölkəmizdə müstəqil Azərbaycan Respublikasının qurucusuideoloqu, ümummilli lider Heydər Əliyevin şərəfinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İlielan edilmişdir. Sərəncamda da deyildiyi kimi: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

 

Bu gün milli düşüncəmizin, eləcə də milli vətəndaşlıq təlimimizin nüvəsini milli ideologiyamız olan Azərbaycançılıq məfkurəsi təşkil edir. Azərbaycan xalqının ümummilli ideologiyası kimi Azərbaycançılıq məfkurəsinin formalaşması və bitkinləşməsi ümummilli lider Heydər Əliyevin xidmətləri və zəngin təcrübəsi sayəsində mümkün olmuşdur. Özünəqədərki ideoloji tezisləri təcrübə edən və ümumiləşdirən dahi lider Heydər Əliyev uzunmüddətli liderlik dönəmində bu məfkurənin həyata keçirilməsi və kütləviləşməsi yolunda əvəzsiz xidmətlər göstərmişdir. Əgər nəzərə alsaq ki, milli ideologiya gələcəyə doğru ümummilli inkişaf yoludur, milli inkişaf strategiyasıdır, birləşdirici mənəvi dəyərdir, təlim və tərbiyə vasitəsidir və sair, o zaman belə mühüm və zəruri təlimin hazırlanmasındakı xidmətin əvəzsizliyini də aydın təsəvvür etmək olar. Belə bir mühüm və nəhəng xidmətin öhdəsindən də yalnız Heydər Əliyev kimi fenomenal bir şəxsiyyət, müdrik insan, təcrübəli lider gələ bilərdi. Bu baxımdan sözügedən ideologiyanın formalaşmasını da məhz bütün kamil liderlik xüsusiyyətlərini öz şəxsiyyətində təzahür etdirən dahi lider Heydər Əliyev həyata keçirmiş oldu.

Bugünkü dünyanın siyasi mənzərəsinə görə məlumdur ki, yer üzündə 5000-dən artıq xalq mövcuddur. Amma daha ibrətamizi və düşündürücüsü odur ki,  BMT iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin cəmi sayı bu gün 200-dən bir az çoxdur. Azərbaycanın da bu sırada layiqli yer tutması xalqımızın böyük tarixi nailiyyəti kimi hər bir azərbaycanlının qəlbini qürurla doldurur. Bu baxımdan ölkəmizin müstəqil dövlətlər arasındakı yerimilli ideologiyamızın müəyyənləşməsi sahəsindəki misilsiz nailiyyətlərə görə məhz müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyev şəxsiyyətinə minətdarıq və onun fəaliyyətinə borcluyuq.

Bütün məsuliyyəti ilə demək olar ki, milli ideologiya kimi formalaşmış Azərbaycançılığın müddəa və tezislərinin müəllifi də məhz ulu öndər Heydər Əliyevdir. Onun müdrik və uzaqgörən fikirləri bu ideyanın əsas məğzini, mənasını və müddəalarını təşkil edir. Dahi lider həm xalqımızın və dövlətimizin, həm də hər bir vətəndaşın və azərbaycanlının qarşısında duran mühüm vəzifələri, məqsəd və məramı ən mükəmməl şəkildə müəyyənləşdirmiş və ifadə etmişdir. Əbədiyaşar lider demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz ən əsası Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənlərini yaşatmalıyıq”. Dahi liderin: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirləri də Azərbaycançılığın təməl prinsipi, başlıca şərti kimi səslənir.

Ümummilli liderimiz Heydər Əliyev öz dərin, yığcam ibarəsi ilə: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır” deyərək azərbaycanlılığın və Azərbaycançılığın məğzini ifadə etmişdir. Dahi lider azərbaycanlılığın qarşısında ən böyük vəzifə və məqsədi müstəqillik, azadlıq və bütövlük üzərinə müəyyənləşdirmişdir: “Hər bir vətənpərvər adam millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir. Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur”. Azərbaycan bir vətən kimi müqəddəs mənasını “Bizim hamımızın bir vətəni varbu Azərbaycandır” deyən bu böyük dahinin fikir və nümunəvi ideal sevgisində tapmış, Azərbaycançılıq məfkurəsinin Vətənçilik prinsipinin uğurlu düsturunu özündə təcəssüm etdirmişdir. Bu, həm də müstəqil, azad Azərbaycanın bütün dünya azərbaycanlılarının vahid, ümumi evi, ana vətəni, əbədi yurdu olduğuna qəti bildirişdir.

Dahi rəhbərin zəngin, müdriklik dolu fikirlərində Azərbaycan müqəddəs Vətən, qibləgah və səcdəgahdır. Bu böyük insanın qüdrətli xaraktår və şəxsiyyətinin məzmununda, fəaliyyət təhrikində müstəqilliyi əbədi və dönməz îlan bütöv, böyük Azərbaycanın konturları çulğaşıb. Fikrimizcə, Heydər Əliyevin ömür yolu, həyat fəaliyyəti və fikir ümmanında Vətən qibləsinə durub Azərbaycan adlı Tanrıya səcdə edən, iman dolu sözlərini ifadə edən vətən qazisinin ibadəti görünür. Müdrik liderin siyasi kursunun uğurlu davamçısı olan Prezident İlham Əliyevin: Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir. Bu yüksək ideyaların birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs amalı idikimi fikirləri də Azərbaycançılıq ideologiyasıın mükəmməl şərhini təqdim dir. Birmənalı və qətiyyətli qənaətdir ki, Heydər Əliyev Azərbaycançılıq məfkurəsi və milli ideologiyanın yaradıcısıdır. Bütün bunların davamı olaraq qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev ana dilimiz olan Azərbaycan dilini və dövlətçilik atributlarını ümumilikdə Azərbaycançılığın müqəddəs dəyərləri olaraq qəbul edərək dövlətin də, millətin də, hər bir vətəndaşın da ali vəzifəsi olaraq bu dəyərlərə sahib çıxmaq, qorumaq və yaşatmağı vacib vəzifələr olaraq müəyyənləşdirmişdir.

Əlbəttə ki, bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Bu mənada, başda ana dilimiz Azərbaycan dili olmaqla milli dəyərlərimiz, adət-ənənələrimiz bizi birləşdirən dəyərlərimizdir. Buna görə də Ümummilli Liderimizin siyasətində ana dili həmişə başlıca yer tutmuş, Azərbaycan dilinin dövlət dili qazanmasından tutmuş onun inkişafı üçün yaradılan bütün imkanlar məhz bu böyük şəxsiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan Ümummilli Lider Heydər Əliyev demişdir: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.

Beləliklə, Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində Heydər Əliyev fenomeninin misilsiz xidmətləri olmuşdur. Ümummilli Lider zəngin və çoxcəhətli təcrübəsi və bilikləri ilə Azərbaycançılıq ideologiyasının yetkinləşməsinə xidmət etmiş, siyasi cəhətdən bitkinləşməsi və ümummilli ideologiya olmasında əvəzsiz xidmətlər göstərmişdir. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin ideoloqudünya azərbaycanlılarının əbədi lideridir. İndi bu ideologiyanın daha da möhkəmlənməsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi fəaliyyəti mühüm rol oynayır. Düzgün idarəçilik və müdrik rəhbərliyin nəticəsidir ki, Azərbaycan xalqı fikirdə, dildə və əməldə həmrəylik nümayiş etdirməklə 44 günlük Vətən müharibəsində böyük qələbə əldə etdi. Bu böyük Zəfərin müəllifi isə vaxtilə Ulu Öndərin haqqında: “Mən ona özüm qədər inanıram!”, – deyə bəhs etdiyi dünya şöhrətli siyasi xadim Prezident İlham Əliyevdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurla səsləndirdiyi “SÖZÜMÜZ İMZAMIZDIR!” təlimi Ulu Öndərin qətiyyətli siyasi təlimindən doğan yüksək keyfiyyət göstəricisi, doğruluq, sədaqət və qətiyyət ifadəsidir. Ümummilli lider Heydər Əliyevin siyasi təlimi və məfkurəsi milli dövlətçiliyimizin əsasını təşkil edir. Uğurla həyata keçirilən bu təlim Azərbaycançılıq və milli dövlətçilik təlimi olaraq ölkəmizin – Azərbaycanın bir Günəş kimi parlamasına xidmət edirona əbədiyaşarlıq, böyük nailiyyətlər qazandırır.

 

Ramiz Qasımov,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2023.- 15 fevral.- S.4.