Xocalı dəhşəti – XX əsrin qanlı faciəsi

 

Azərbaycan xalqı son iki yüz ildə davamlı olaraq erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından, doğma yurdlarından didərgin salınaraq qaçqına, məcburi köçkünə çevrilmişdir. Dünya tarixində bənzəri çox az olan Xocalı soyqırımı da erməni vandalizminin daha bir nümunəsidir.

Xocalı soyqırımını törətməkdə erməni işğalçılarının məqsədi idi? Niyə məhz Xocalı hədəfə alınmışdı? Bu suallara cavab axtararkən hər şeydən əvvəl Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalının Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqe, həm də yağı düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə olmasına diqqət yetirmək lazımdır.

Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı quldur birləşmələri nəyin bahasına olursa-olsun bu maneəni aradan qaldırmağa çalışırdılar. Ermənilərin digər məqsədləri isə, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu da səbəbsiz deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni kimi bu qədimliyə güzgü tuturdu.

Erməniləri narahat edən məsələlərdən biri də Xocalının strateji mövqedə - separatizm yuvası olan Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi, Qarabağdakı yeganə aeroportun da burada olması idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərinin yuxularını ərşə çəkmişdi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən ən mühümü Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi. Əslində Xocalının işğalı 1991-ci ilin oktyabrından, erməni quldur birləşmələrinin şəhəri mühasirəyə almasından başlayır. Həmin vaxtdan etibarən bütün avtomobil yolları bağlanmış, cığır, keçidlər ermənilərin nəzarəti altına keçmişdi. Əraziyə yalnız havadan daxil olmaq mümkün idi ki, bu da böyük risk tələb edirdi. İşğal ərəfəsində Şuşa səmasında sərnişin vertolyotunun vurulması 40 nəfər azərbaycanlının həyatına və Xocalı sakinlərinin ümidlərinə son qoydu. Şəhərə son dəfə vertolyot yanvarın 28-də enmişbundan sonra Xocalı ilə hava əlaqəsi də kəsilmişdi.

Faciənin baş verməsindən xeyli əvvəl artıq şəhərdə humanitar vəziyyət gərginləşmişdi. Yanvarın 2-dən etibarən isə şəhərə elektrik enerjisinin verilişi dayandırılmışdı. Ciddi ərzaq və dava-dərman çatışmazlığı yaranmasına baxmayaraq, Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər. Əksinə, əli silah tutan hər bir Xocalı sakini ata-baba yurdunun müdafiəsinə qalxmışdı. Şəhəri erməni quldurlarından avtomatov tüfəngləri ilə silahlanmış yerli sakinlər, milis qüvvələri qoruyurdular. 1992-ci il fevralın 25-də gecə saat 23-də ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ən müasir döyüş silahlarının və canlı qüvvələrinin köməyi ilə qəflətən şəhərə güclü hücuma keçdi. Əvvəlcə şəhər top atəşinə tutuldu.

Şəhəri mərdliklə qoruyan, əllərindəki yüngül silahlarla döyüşən xocalılılar təpədən dırnağadək silahlanmış orduya qarşı tab gətirə bilmədilər. Qarlı-şaxtalı qış gecəsində ölümsaçan güllələrin altında qalan şəhərin yaşayış evləri dağıdılaraq yandırıldı. O müdhiş gecədə dinc əhaliyə aman verməyən yağı düşmənin toplardan, tanklardan, pulemyotlardan, avtomatlardan, artilleriya silahlarından açdığı aramsız atəşlər nəticəsində Xocalının küçələri qan selinə dönmüşdü. Şəhəri tərk etmək məcburiyyətində qalan təqribən 2500 nəfər köməksiz xocalılı Əsgəran rayonunun Naxçıvani kəndi yaxınlığında türk-azərbaycanlı qanına susamış silahlı erməni quldurları ilə üz-üzə gəldilər. Nəticədə o müdhiş gecədə uşaqlar, qadınlar, qocalar, əlillər öz doğma torpaqlarında erməni vandalları tərəfindən misli görünməmiş xüsusi amansızlıqla qətlə yetirildilər.

Bir gecənin içində yer üzündən silinən şəhəri tərk edən Xocalı sakinlərindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. O müdhiş gecədə 1275 sakin əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan dəymişdir. Soyqırımı faktı Xocalı şəhərində 105 sosial-məişət obyektinin dağıdılmasına səbəb olmuşdur. Şəhərdə 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evibir tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır. XIV-XV əsrə aid türbələr, kümbəzlər, məzarlar yerlə-yeksan olunmuş, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmış, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinmişdir. Bütün bu faktlar Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, istər 1992-ci ilin fevralında, istərsə də hadisədən sonrakı günlərdə Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla əcnəbi jurnalist gəlmişdir. Onlar qanlı hadisələri gözləri ilə görüb dəhşətə gəlirdilər. Həmin günlərdə dünyanın məşhur qəzet və jurnallarında xarici jurnalistlərin Xocalı soyqırımı haqqında məlumatları dərc olunurdu. Bu müdhiş günlərdə xarici KİV-lərdə yer alan informasiyalar bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı dəhşətlərini tam dolğunluğu ilə əks etdirməsə də, hər halda, dünya ictimaiyyətində faciənin miqyası haqqında müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətli idi: “Krua l'Eveneman” jurnalı (Paris), 26 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər”. “Sunday Times” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”. “Financial Times” qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar”. “Times” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”. “İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir s.

Halbuki ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqi normalara əsasən düşünmək qərar qəbul etməyin zamanı çoxdan çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləməli, terrorçu Ermənistana qarşı sərt sanksiyalar tətbiq olunmalıdır. Qeyd edək ki, İslam Konfransı Təşkilatına daxil olan 7 ölkə Xocalı soyqırımını rəsmi olaraq qəbul edib. Cənubi Amerika qitəsi ölkələrinin Xocalı soyqırımını tanıması dövlətimizin bu istiqamətdə apardığı gərgin işin miqyasını aydın göstərir. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya Cibuti parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıyıblar. Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona Aydaho ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Bütün bunlar diplomatiyamızın dünyada haqq səsimizin eşidilməsində apardığı məqsədyönlü işlərin nəticəsidir bu uğurla davam etdirilir.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 15 fevral.- S.7.