Elm fədaisi

 

Görkəmli alim Teymur Bünyadovun 95 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirildi

 

Fevralın 22-də Azərbaycanda Atatürk Mərkəzində görkəmli tarixçi-etnoqraf alim, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli akademik Teymur Bünyadovun 95 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirildi.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların, mərhum yubiliyarın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov tədbiri giriş sözü ilə açaraq  bildirdi ki, Azərbaycan arxeologiyaetnoqrafiya elmlərinin inkişafına sanballı töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, böyük alimictimai xadim, görkəmli ziyalı Teymur Əmiraslan oğlu Bünyadovun ömür yoluna və çoxşaxəli elmi-ictimai fəaliyyətinə nəzər saldıqda bu böyük insanla fəxr etməmək mümkün deyil: “Teymur Bünyadov Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir. Olduqca ədalətli insan idi. Onda müdriklik, yüksək ziyalılıq keyfiyyətləri vardı. Teymur Bünyadov Azərbaycan etnoqrafiya elminin banilərindən biri, tələbkar elm təşkilatçısı, zəngin mənəviyyatlı, geniş dünyagörüşü ilə ad-san qazanan nurlu şəxsiyyətlərimizdəndir. Görkəmli alim, səmimi insan Teymur Bünyadovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.”

Nizami Cəfərov diqqətə çatdırdı ki, Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində doğulub: Orta məktəbi bitirdikdən sonra o, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alıb, 1951-ci ildə isə SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olubburada 1955-ci ildə namizədlik dissertasiyası müdafiə edib. 1955–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb, 1993-cü ildən ömrünün sonunadək AMEA-nın hazırkı Arxeologiya, EtnoqrafiyaAntropologiya İnstitutunda Tarixi etnoqrafiya şöbəsinin müdiri olub. Teymur Bünyadov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək arxeologiyaetnoqrafiya elmləri sahəsində respublikamızda ilk tarix elmləri doktoru, alimlik dərəcəsi alıb, 1970-ci ildə professor elmi adına layiq görülüb. O, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. Akademik Teymur Bünyadov yarım əsrdən artıq bir dövr ərzində respublikada etnoqrafiya elminin inkişafına sanballı töhfələr verib. Fədakar alim Azərbaycanın tarixşünaslıq baxımından xüsusi əhəmiyyət kəsb edən qədim dövrlərinin bir sıra problemlərini araşdırıb, 30-dan çox kitab və monoqrafiyanın, yüzlərlə məqalənin müəllifidir. Alimin Azərbaycanda əkinçilik ənənəsi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, sənətkarlıq və xalq məişəti ilə bağlı silsilə tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb və lazımınca dəyərləndirilib. Azərbaycanın etnoqrafiyasına dair fundamental üçcildlik onun bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə işıq üzü görüb.Teymur Bünyadov yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük qüvvə sərf edib. O, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə ahəngdar şəkildə əlaqələndirərək uzun illər ölkənin aparıcı ali təhsil ocaqlarında mühazirələr oxuyub. Bir sıra mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil edib. O, eyni zamanda, bədii və publisistik fəaliyyəti ilə tarixi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində təqdirəlayiq xidmətlər göstərib. Teymur Bünyadov respublikanın elmi-mədəni həyatında yaxından iştirak edib, fəal ictimai işlə məşğul olub, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin (1995-2000) deputatı olub. Akademik Teymur Bünyadovun uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan elminin inkişafında xidmətlərinə görə o, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.”

Görkəmli alimin yaxın dostu Əvəz Ələkbərov çıxış edərək akademik Teymur Bünyadovun bir sıra elmi, ictimai fəaliyyətindən, keçdiyi şərəfli və mənalı həyat yolundan söz açdı, onunla bağlı xatirələrini bölüşdü. Ə.Ələkbərov onun ədəbi yaradıcılığı haqqında da tədbir iştirakçılarına geniş məlumat verdi. Vurğuladı ki, Teymur Bünyadovu həm tarix elmində müstəsna xidmətləri olan bir alim kimi, həm də ədəbiyyatımızda, folklorumuzda böyük işlər görmüş xalqşünas alimdir. Teymur Bünyadov Azərbaycan elmində elə böyük zirvədir ki, hər kəs o zirvə ilə fəxr edir.

Daha sonra  tədbirdə professorlar Şirindil Alışanlı, Sevdagül Əliyeva, Qafar Cəbiyev, Bakı Slavyan Universitetinin dosenti Adil Əliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov  və başqaları çıxış edərək akademik Teymur Bünyadovun ömür yoluna və çoxşaxəli elmi-ictimai fəaliyyətinə nəzər saldılar. Bildirildi ki, nəcib, xeyirxah, elmli və işıqlı insanların həyatı çətin və əziyyətli olsa da, bu həyat yolu qüruriftixarla dolu olur. Teymur Bünyadovun yarım əsrdən çox elmi yaradıcılığını təhlil etdikcə, Azərbaycan elmində nəhəng və yeni bir yolun əsasının qoyulduğunu aydın şəkildə görürsən. Onun hər bir əsəri, monoqrafiyası, kitabı, çıxışı tədqiqata cəlb edilməli, geniş şəkildə araşdırılmalıdır. 

Sonda Teymur Bünyadovun qızı Şirin Bünyadova tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi: “Xoş sözlərdən, səmimi çıxışlardan bir daha əmin oldum ki, insanlar mənim atamı çox sevirlər, ona böyük hörmət və ehtiram göstərirlər.”

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2023.- 23 fevral.- S.6.