Sızıltısı sönməyən yara...
Xocalı soyqırımından 31
il ötür
Müharibə bəşəriyyətə ən ağır zərbə, soyqırımı isə bu zərbədən əmələ gələn ən ağır və dərin yaradır. Müharibə ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələrin səbəbkarıdır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin ağrı-acılı, qanlı-qadalı səhifələrindən olan Xocalı müsibəti birinci Qarabağ müharibəsinin qaysaq qoymayan və ağrısı səngiməyən yarasıdır.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
İnsan belə adlandırmaq istəmədiyim mənfur qonşularımız olan erməniləri bəşəriyyətin ən vəhşi məxluqları adlandırsaq doğru olar. Cəmi 200 illik bir tarixə dayanır ermənilərin bizim ərazilərə ayaq basmağa başladıqları.
XX yüzillikdə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olub. Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər, əslində “dənizdən-dənizə böyük Ermənistan” sərsəm planını həyata keçirmək istəyirdilər. 1905-1907-ci, 1918-1920-ci illərdə də həmin dəhşətləri yaşadıq. 1948-1953-cü ildə Qərbi azərbaycanlıların deportasiyası, 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir və “Qarı düşmən dost olmaz”.
Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı.
Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi.
Ermənilər bu faciəyə
Dağlıq Qarabağ münaqişəsi
başladıqdan sonra hazırlıq
görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının
əsası qoyulurdu. 1991-ci ilin oktyabrında isə şəhərin
blokadası tam başa
çatdırılmışdı. Artıq Xocalıya gedən
bütün avtomobil
yolları bağlandığından şəhərə
gediş-gəliş yalnız helikopterlər vasitəsilə
həyata keçirilirdi. Belə vəziyyət şəhərə
özünümüdafiə üçün
silah, ərzaq və digər zəruri məhsulların
çatdırılmasında ciddi problemlər
yaradırdı. Təcrid vəziyyətinə düşmüş
Xocalıya sonuncu helikopter
isə 1992-ci il yanvar
ayının 28-də endi. Şuşa
səmasında çoxsaylı insan tələfatına
səbəb olmuş helikopterin
vurulması ilə şəhərlə hava
əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən
şəhərin elektrik enerjisi
təchizatının dayandırılması, sanki
yaxınlaşmaqda olan vahimədən, dəhşətli
kabusdan xəbər verirdi.
Belə bir şəraitdə
xocalılılar ancaq öz
qəhrəmanlıqları və şəhər müdafiəçilərinin
cəsurluğu sayəsində yaşayır və müdafiə
olunurdular.
Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı. Bütün bunlara baxmayaraq, ölkə rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər.
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafətlar törətdilər.
O qanlı gecədə 613 nəfər vəhşicəsinə qətlə yetirildi, 150 nəfər itkin düşdü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir düşdü. Sonra onlardan 800-ü qaytarılsa da, 500-dən hələ də xəbər yoxdur. 8 ailə yer üzündən silindi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 7000 nəfər sakini olan bir şəhər vəhşətli bir gecənin qurbanı oldu.
Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Bu faciənin işıqlandırılmasında mərhum jurnalistimiz, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin əvəzsiz rolu olmuşdur. Məhz onun çəkdiyi video və şəkillərə əsasən dünya Xocalı həqiqətlərini gördü. Vətənin müdafiəsində jurnalist kimi doğulub, şəhid kimi gözlərini yumdu el oğlumuz. 1992- ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində aldığı mərmi qəlpələrindən əbədi olaraq həyata göz yumdu.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Artıq Xocalı qətliamının növbəti
ildönümü ərəfəsindəyik.
31 illik
sızıltısı, iniltisi
dinməyən bir yara. Hər açdıqca qanayan,
hər toxunduqca göynəyən bir dağdır Xocalı.
Bu ərəfədə hər birimiz bir xocalılıya çevrilirik.
Vətən, torpaq, yurd yolunda
canlarını fəda
edən şəhidlərimiz
haqqında Naxçıvan
şəhərində yerləşən
xatirə muzeyində yaradılan guşələrdə
tarixi materiallar, xatirə əşyaları,
fotolar, rəsm əsərləri yer alır. Biz də öz növbəmizdə
çalışırıq ki, tariximizi muzeyi ziyarət edən yerli və xarici qonaqlara olduğu kimi çatdıraq.
Tarixi hadisələrlə əlaqədar
olaraq Naxçıvan
Muxtar Respublikası Mədəniyyət və
Təhsil Nazirliklərinin
qarşılıqlı razılaşması
əsasında muzeydə
açıq və
distant dərslər keçirilir,
mühazirələr oxunur.
Muxtar Respublikanın Ali və orta ixtisas məktəblərinin
tələbə və
şagirdlərinin muzeyə
ziyarəti təşkil
olunur.
Bir sözlə,
Tanrının xalqımıza
qismət etdiyi bu yurd yerinin
təməlində qoyulan,
şəhidlərimizin al qanı
ilə yoğrulan palçıqla hörülən
Azərbaycan adlı qalanı alınmaz etmək üçün Vətən daşıyıq.
Sevinc Səbzəliyeva,
Xatirə Muzeyinin baş
fond mühafizi
Naxçıvan
İki sahil.- 2023.- 24 fevral.- S.3.