Naxçıvan paremioloji vahidləri:
deyimlər,
atalar sözləri və məsəllər
Folklorşünas alim Aytən Cəfərova bütün
fəaliyyəti boyu sarsılmaz özülə
malik milli-mənəvi dəyərlər
sistemimizin bir parçası olan ümumxalq yaradıcılığının
toplanması, tərtibi,
tədqiqi və təbliği istiqamətində
hər zaman vətəndaş
mövqeyi nümayiş
etdirən və fəallığı ilə
nümunə olan vətəndaş-ziyalılarımızdan biridir. Onun Naxçıvanın
paremioloji vahidlər sistemi ilə bağlı kitabı da bu istiqamətdə gördüyü işlərin
uğurlu davamıdır.
Aytən
Cəfərovanın tərtib
etdiyi kitabda, əsasən, Naxçıvan
Muxtar Respublikası ərazisində işlənən
paremioloji vahidlər toplanıb. Aytən Cəfərovanın kitabın
əvvəlində verdiyi
“Tərtibçidən” hissəsi
kitabın məqsəd
və məram açarı rolunu oynayır. Folklorşünas
alim paremioloji vahidlərin
milli-mənəvi dəyərlər
sistemimizdəki yerini elmi izahla və
tutarlı faktlarla diqqətə çatdırır.
Ən əsası odur ki, müəllif deyim, atalar sözləri
və məsəllərin
sərhədlərini müəyyənləşdirərək
yazır: “Deyim, atalar sözləri və məsəllərin
ərazilərə məxsus
olaraq müxtəlifliyini,
lakin eyni məna tutumuna malik örnəklərin mövcud
olduğu məkanın
dil xüsusiyyətləri
və s. baxımdan məqamlara uyğun olaraq müxtəlif leksik fərqliliklərlə
işlənməsini də
nəzərə almaq
lazımdır”. Müəllif
daha sonra paremioloji vahidlərlə bağlı görkəmli
alimlərin fikirlərinə
istinad edir, qədim və müasir xalq deyimləri, atalar sözləri, məsəllər
barədə məlumat
verir, dilimizdə işlənmə tezliyi ilə bağlı məqamlara diqqət çəkir.
Tərtibçi, qədim türk-oğuz
yurdu olan Naxçıvanın daha sıx müşahidə olunan xalq hikməti
xəzinəsinin incilərini
- atalar sözü, məsəllər və deyimləri toplamış
və kitaba daxil etmişdir. Kitabın “Xalq arasında ən çox işlədilən
deyimlər” bölməsində tez-tez rastlaşdığımız,
böyük əksəriyyəti
gündəlik məişətdə
geniş istifadə olunan deyimlər təqdim edilmişdir. Həmin deyimlər Azərbaycan əlifbasına
daxil olan bütün hərfləri
(ı və ğ hərfləri
istisna olmaqla) əhatə edir. Deyimlər əlifba sırası ilə, daxili əlifba qaydasına əməl olunmaqla a-dan z-yə doğru sıralanmışdır.
Kitaba daxil edilən deyimlər sadəcə adi cümlələrdən
ibarət deyil, bunlar daha çox
ahəngdar, bəzən
vəznli, ölçülü,
zərif, incə poetik yükü olan ifadələrdirlər.
Kitabdan seçdiyimiz bəzi nümunələrə
diqqət edək: “Anam mənə “kor” deyib, gəlib-gedəni
“vur” deyib”, “Araz aşığımdandır,
Kür topuğumdan”,
“Bir çustumdur, bir pustum, hamı da mənim dostum”, “Biri yeyər, biri baxar, qiyamət onda qopar”, “Biz ümid olduq qaza, qaz özün
qoydu naza”, “Dağların qarı, bağların barı, hamı dinsə də, sən dinmə barı”, “Durdun öz evini yıxdın, oturdun xalxın evini”,“Getdim dərdli yanına, məndən betər ağladı”, “Xalq qız verib quda qazandı, Biz qız verib qada qazandıq”, “İstəyirsən bal-çörək,
Al əlinə bel-kürək”,
“Aşı mollanın,
başı mollanın,
Altıdan da beşi mollanın. Yerdə qaldı bir dənə, Onunla da var işi mollanın”. Bu tip paremiyalarda ritm, qafiyə, obrazlı deyim tərzi xarakterik və özünəməxsusdur.
Xalq arasında işlənən
bəzi deyimlər vardır ki, onlar müəlliflidir. Nəzm
və ya nəsr əsərlərindən
götürülən, daha
tez yaddaqalan nümunələri xalq deyimə çevirir. Bəzən istifadəçi
- informator bu aforistik fikrin kimə aid olduğunun və ya hansı
əsərdən alındığının
fərqində olmadan,
ağızdan-ağıza eşitdiyi
şəkildə və
məqamı gəldikdə
qulaq yaddaşından
istifadə edir. Çünki onun üçün müəllif deyil, fikir maraqlıdır. Məsələn: “İti
bazarında atından
baha”, "Mənim könlüm deyir ki, hələ bunlar nədir ki?!”, “Şair, nə tez qocaldın
sən?”, “Bir salama dəymədi?!”, “Könül
sevən göyçək
olar”, “Yaman qonşu, yaman arvad, yaman at, Birindən köç, birin boşa, birin at” və s. kimi sıx işlənən
deyimlər görkəmli
şairlərin yaradıcılığından
alınan poetik ifadələr olmasına baxmayaraq, xalq yaradıcılığında nə qədər də cazibədar, mənalı və gözəl səslənir.
Ümumxalq danışıq dilində
işlənən deyimlərin
bəzilərinin yaranma
tarixi məlum olmasa da, müəyyən
bir hissəsinin yaranma səbəbi unudulmamış,
hələ də xalq yaddaşında qorunub saxlanmışdır.
Belə ki, Aytən Cəfərova kitaba daxil etdiyi bəzi
deyimləri izahla və birbaşa bağlı olduğu əhvalatla birgə vermişdir. Məsələn, “Xana yaradı, bəyə yaradı, keçəl Xunbay, sənə yaramadı?”, “Xəccə
bəzəyhdə qaldı”,
“İt aparan olsun”, “Kənd yığılıb
Ucubılığa paltar
tikir”, “Qızın oldu, qırmızı donunu çıxart”, “Tikəsi kimdən (hansı itdən) düşüb”,
“Molla gəlmişkən,
ölən ölsün!”,
“Elə yeməyin belə də xırıldamağı olur”,
“Gözdən iraq, könüldən iraq”, “Uşağın hökmü
padşahın hökmündən
üstündür”, “Usta
Mehdi yatdı, apardı”,
“Dava yorğan davasıdı”, “Verin Güloğlan yesin, ölməsə, hamı yesin”, “Dəy nə var, nə yox?”, “Əvəzedicisi yoxdur” və s. tez-tez işlənərək deyim
funksiyası qazanan bu dil elementlərinin
necə yarandığı
barədə də kitabdan məlumat əldə etmək mümkündür.
Məlumdur ki, dil hər
zaman inkişafdadır: bəzi
vahidləri passiv fonda atır, bəzilərinə daimi vətəndaşlıq hüququ
verir, bəziləri isə zamanla gündəlik məişət
leksikamıza daxıl
olur və o deyimlərin də ömrünün nə qədər olacağını
zaman göstərir. Toplunun
yeniliklərindən və
oxucuda məmnunluq yaradan xüsusiyyətlərindən
biri də qədim – daşlaşmış
el deyimləri ilə yanaşı, “Noldu Paşinyan?!”, “Korona Çindən gəldi İrana, oldu Məşədi Korona” və
s. kimi ağıza düşən, dilə dolanan müasir deyimlərin də daxil olmasıdır.
Dilin əsas linqvokulturoloji sahəsini təşkil edən paremioloji dil vahidlərinin böyük bir hissəsi - əsrlərin
sınağından çıxan,
uluların daş hafizəsində daşlaşan,
qəlbinin dərinliklərindən
süzülən, ağır
məntiq yükü daşıyan və günümüzdə də
dəyərini itirməyən
atalar sözləridir.
Aytən Cəfərova
kitabın növbəti
bölməsində bu
hikmət xəzinəsini
“Atalar sözləri və məsəllər” başlığı altında
əlifba sırası
ilə verib. Kitabdan götürdüyümüz
Azərbaycan şifahi
xalq ədəbiyyatının
incilərindən olan
atalar sözləri və məsəllərin
bir qisminə nəzər yetirək:
“Abad kənd tüstüsündən,
abad məclis aşığından bəlli
olar”, “Altı daş, üstü daş, yenə oğul aşı yaxşıdır”, “Bəxti
çağırsan, gəlməz,
bəlanı qovsan, getməz”, “Yetimə gəl-gəl deyən çox olar, çörək verən
az olar”, “Tək əldən səs çıxmaz” və s. kimi atalar sözləri və məsəllər ümumxalq yaradıcılığında
min illərdir, sabitləşmiş
ifadələrdir.
Nəticə olaraq qeyd edək ki, hər bir xalqın dili onun tarixi-fəlsəfi
həyat təcrübəsini,
sosial və ictimai inkişafını,
eləcə də maddi və mənəvi
təkamül prosesini
aydın şəkildə
əks etdirir. Sabit leksik strukturu
olan paremiyalar da həmin dilin özünəməxsus xüsusiyyətlərinin
məcmusu deməkdir.
Çünki zəngin
etno-mədəni materialın
yaddaşlardan toplanması,
tərtibi, təsnifi,
tədqiqi, nəşri
xalqın dünyagörüşünün
aşkara çıxarılmasına
xidmət edir. Tərtibçi şifahi xalq ədəbiyyatının
hikmət xəzinəsindən
adət-ənənələrimizi əks etdirən bu hikmətli sözlərlə bağlı
əhvalatları da qələmə
almaqla, xalqın məişət leksikasından
aforistik kəlamları
toplamaqla gələcək
nəsillərin qulağında
sırğa olacaq nəsihətlər, vəsiyyətlər
kimi istifadə edilməsinə zəmin yaratmış olur.
Dosent Aytən Cəfərova uzun illərdir ki, Naxçıvan Muxtar Respublikası ərazisini qarış-qarış gəzmiş,
xalq yaddaşında mühafizə olunan, bəzənsə nəsillərlə
birgə itib-batmaqda olan paremioloji vahidləri toplayıb
kitab halında tərtib
etməklə müqəddəs
bir missiyanı yerinə yetirmişdir. Təbii ki, hər toplayıcı tərtibçi,
hər tərtibçi
də toplayıcı
ola bilməz. Bunlar peşəkarlıq tələb
edən məsələlərdir:
informatorlarla ünsiyyət
yaratmaq, ondan məlumat əldə etmək səbir işi olmaqla yanaşı, bir də çöl materialı toplamaq səriştəsi mühüm
amildir. Toplanan materialların sistemləşdirilməsi
və daha sonra kameral şəkildə
işlənməsi isə
dərin elmi bazaya əsaslanan məsələlərdir. Aytən
Cəfərova tədqiqatçı
alimə xas bütün müsbət keyfiyyətləri özündə
birləşdirən əsl
mütəxəssis - folklorşünasdır.
Onun elmi monoqrafiyalarında olduğu
kimi, tərtib etdiyi kitablar da taftologiyadan uzaq, orijinal əsərlərdir.
Necə deyərlər:
əl əməyi, göz nuru, beyin məhsulu... Bu cür kitabların ortaya qoyulması elimiz və elmimiz
qarşısında xidmətlə
yanaşı, naxçıvanşünaslığa
dəyərli töhfədir.
İnanırıq ki, geniş
oxucu auditoriyası üçün nəzərdə
tutulan bu kitab genişləndirilmiş təkrar
nəşrlərilə dəfələrlə
oxucuların görüşünə
gələcək.
Zülfiyyə İsmayıl,
AMEA Naxçıvan Bölməsi,
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
İki
sahil.- 2023.- 4 iyul.- S.7.