Sözü ürəyində qalan qəhrəman...
Ulu babalarımız
yurd və torpaq uğrunda vuruşub həlak olanlara ən yüksək ad veriblər-şəhid! Onlar
torpaq, Vətən üçün canlarını
əsirgəməyənləri həmişə yüksək
tutublar, ehtiramla anıblar, şəhadəti
şərəf işi
kimi qiymətləndiriblər.
Bu gün biz də min
il əvvəl yaşamış babalarımızın
ərlik ənənələrini
ləyaqətlə davam
etdiririk. Övladlar bizimlə bərabər, həm də Vətən torpağının
övladlarıdır. Torpaq
onları qucağında
saxlayacaq əbədi analarıdır...
Bu sözləri
Vətən Müharibəsini
Qəhrəmanı Orxan
Rövşən oğlu
Cabbarovun anası Yeganə xanım söylədi. Ana ürəyinin böyüklüyünə
bax!
Hələ məktəbli
ikən Orxan başa düşürdü
ki, kənd və şəhərlərimizi
dağıdıb yandıran,
uşaqları, qocaları,
qadınları qəddarlıqla
qıran erməni əsgərləri dünyanın
ən pis adamlarıdır. Kiçik
ürəyində onlardan
qisas almağı, torpaqlarımızdan qovub çıxarmağı düşündü.
Həmyaşıdları ilə
“dava-dava” oyunlarında
heç vaxt “erməni əsgəri” olmaq istəməzdi.
Orxan yeniyetmə
yaşlarında idmanın
sərbəst güləş
və karate növü ilə məşğul olurdu. Yarışlarda uğurlar
qazanırdı. 2013-cü ildə
tay-tuşları ilə
bərabər hərbi
xidmətə getdi. Elə orada da qalıb Vətənə
xidmət etməyə
qərar verdi. Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq
kursunu bitirərək
gizir rütbəsi aldı. 2016-cı ilin aprelindəki dördgünlük
müharibədə Tərtərin
Talış kəndi istiqamətində döyüşdü.
Gizir Orxan
Cabbarov 2020-ci il sentyabrın 27-də başlanan
44 günlük müharibədə
igidlik nümunələri
göstərdi. O, əlbəyaxa
vuruşmalardan birində
erməni zabiti ilə üz-üzə gəldi. Fiziki üstünlüyü və
cəldliyi ilə zabiti yerindəcə məhv etdi. Sonralar yoldaşlarına zarafatla deyirmiş ki, zabiti yaxınlaşan
ad günümdə özüm özümə
hədiyyə etdim. Qəhrəman gizirimiz Cəbrayılın, Füzulinin,
Zəngilanın, Qubadlının,
Xocavəndin işğalçılardan
azad olunmasında fəal iştirak etdi. Döyüşlərdən
birində yaralansa da dostlarını, səngəri tərk etmək istəmədi. Ancaq yarasının ağır olduğunu bilən komandiri onu hərbi hospitala qısamüddətli
müalicəyə göndərdi.
Müalicə başa
çatar-çatmaz Orxan
həkimlərə təkid
etdi ki, onu hospitaldan buraxsınlar, yoldaşları
üçün darıxır.
Noyabr ayının
əvvəlləri idi...Qarşıda son dərəcə ağır
döyüşlər gözlənilirdi.
Xüsusi Təyinatlı
Dəstənin tərkibində
vuruşan Orxan Şuşanın azadlığı
uğrunda döyüşlərdə
iştirak etmək üçün səfərbər
olunmuşdu. Şuşada
möhkəmləndirilmiş erməni qoşun hissəsi şəhərə
aparan bütün yol və cığırları
ciddi nəzarət altında saxlayırdı.
Üzbəüz hücumla
şəhəri azad etmək çətin məsələ idi, ermənilər bütün
hakim yüksəkliklərdə
betonlaşdırılmış səngərlərdə mövqe
tutmuşdular. Şuşanı
əhatə edən sıldırım qayalar təbii müdafiə səddi olduğu üçün ermənilər
o yerləri müdafiəsiz
qoymuşdular. Ağıllarına
da gəlmirdi ki, Azərbaycan əsgərləri sıldırım
qayaları dırmanıb
aşa bilərlər.
Qayalar o qədər hündür idi ki, aşağıdan yuxarı baxanın papağı düşərdi.
Döyüş əməliyyatlarına şəxsən
özü nəzarət
edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu şəraiti nəzərə alaraq əmr verdi ki, tarixi abidələrlə
dolu olan Şuşa bir top mərmisi və raket atılmadan,
abidələrə ziyan
vurulmadan azad edilməlidir. Azərbaycan
hərbi komandanlığı
həmin qayalardan dırmanıb gözlənilmədən
şəhərə girməyi
və əlbəyaxa döyüşlə düşməni
məhv etməyi və ya qovub
çıxarmağı planlaşdırmışdı.
Bu xüsusi əməliyyatda döyüşlərdə
ad qazanmış XTQ-nin giziri Orxan
Cabbarov da iştirak etdi. Gözlənilməz hücumdan
çaş-baş qalmış
erməni əsgərləri
özlərini toparlayıb
döyüşə atıldılar.
Onu da vurğulayaq
ki, Şuşanı əldən vermək istəməyən Ermənistanın
hərbi komandanlığı
özünün seçmə
hissələrini-xüsusi təyinatlıları
şəhərə gətirmişdi.
Azərbaycanın xüsusi təyinatlıları
ermənilərin gözləmədikləri
yerdən şəhərə
çıxdılar. Qızğın
döyüş əsasən
avtomat, tapança və soyuq silahla
oldu. Əlbəyaxa vuruşmanın sonunda namərd düşmənin
atdığı minaatan
mərmisi yaxınlıqda
partladı və qəlpələrdən biri
Orxanın min bir arzu ilə
dolu sinəsinə sancıldı. Onu güllələrin dolu kimi yağdığı döyüş meydanından
kənara çıxaranadək
xeyli qan itirdi. Həm də yara o qədər dərin idi ki, onu
ölümün pəncəsindən
qurtarmaq mümkün olmadı. Çətinliklə
də olsa “Anama heç nə deməyin, dərddən ürəyi
partlayar” dedi. Pıçıltı ilə
dediyi son sözü isə “Ayxan” oldu. Ayxana
nəyi demək, nəyi tapşirmaq istəsə də sözünün ardını
gətirə bilmədi...
Ayxan Orxanın yeganə övladıdır.
Burada bir
haşiyə çıxaq
ki, Orxanın kiçik qardaşı Ruslan qonşu hərbi hissədə vuruşsa da qardaşının həlak
olmasından xəbərsiz
idi.
...Beləcə müharibənin 42-ci günündə-noyabrın
8-də Şuşanın azad
olunduğu gündə
gizir Orxan Cabbarov şəhidlik zirvəsinə ucaldı. Qələbə günündə
bu dünyadan qalib əsgər kimi getdi. Döyüş
yoldaşları onun cənazəsini doğulduğu
Tovuz rayonuna gətirdilər. Baba yurdu Bozalqanlı kəndində ana torpağa tapşırdılar.
İgid öldü, amma adı qaldı...
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsində
xüsusi xidmətlərinə
və işğaldakı
ərazilərimizin azad
olunması zamanı döyüş tapşırığını
yerinə yetirərkən
mərdlik və igidlik nümunəsi göstərdiyinə görə
Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən
Orxan Cabbarova ölümündən sonra
“Vətən Müharibəsi
Qəhrəmanı” adı
verildi. O, “Vətən
uğrunda”, “Cəbrayılın
azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının
azad lunmasına görə”, “Xocavəndin
azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi. Bundan sonra Tovuz
rayonunun şəhər
tipli Qovlar qəsəbəsindəki gimnaziya
Vətən Müharibəsinin
Qəhrəmanı Orxan
Cabbarovun adını yüz illərlə daşıyacaq, onun mərdlik və igidlik nümunələrini
gələcək nəsillərə
aşılayacaqdır. Bakının
Binəqədi rayonunun
Biləcəri qəsəbəsindəki
küçələrdən birinə igid şəhidimizin adı ilə şərəflənir.
Orxanın ən böyük abidəsi isə anası Yeganə xanımın qəlbində ucaldı. İndi o, hər yerdə böyük qürurla özünü
“Vətən Müharibəsinin
Qəhrəmanı Orxan
Cabbarovun anasıyam” deyə təqdim edir. Ən başlıcası
isə igid oğullarımızın adı
hər birimizin və gələcək nəsillərin qəlbində
əbədiyyətə qədər
qalacaqdır.
Bu gün
xalqımız Mübariz
kimi, Fərid kimi, Xudayar kimi,
Orxan kimi igid oğullarımızın
qəhrəmanlıqları ilə fəxr edir. Onlar Vətən
qarşısında öz
övladlıq borclarını
axıradək şərəflə
yerinə yetirdilər.
Ancaq bu, son deyil, onlar
kimi yüzlərlə
yeni qəhrəmanınımız
yetişəcək, Vətənimiz
Azərbaycan onların
polad çiyinləri
üzərində azad
və xoşbəxt yaşayacaqdır!
Vəli İlyasov
İki sahil.- 2023.- 4 iyul.- S.3.