Arzularımız, hədəflərimiz onların

həyata keçirilməsinə inamımız böyükdür

   

 "İki sahilqəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin müsahibəsi

 

- Vüqar müəllim, iyulun 10-da çoxsaylı mətbu orqanlar arasında öz dəst-xətti ilə seçilən, geniş oxucu auditoriyasına malik “İki sahilqəzetinin 32 yaşı tamam olur. Təbii ki, gələcəyə dünənimizə baxış əsasında addımlayan zaman hər günün hesabatını verir və bundan yaranan hisslərin işığında yeni hədəfləri müəyyənləşdiririk. Öncə “İki sahilqəzetinin fəaliyyətə başladığı dövrə qısa nəzər salaq

- 32 il zaman baxımından böyük olmasa da, qəzetimizin fəaliyyətə başladığı dövrlə bu günü müqayisə etdikdə bu yolun nə qədər zəngin olduğunu görür və bundan böyük qürur hissi keçiririk. Bugünkü Azərbaycanı 1991-ci ilin iyulundakı, yəni hələ müstəqilliyini bərpa etməyən Azərbaycan ilə müqayisə etmək qeyri-mümkündür. Bu gün Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edir, zəfər dolu addımları ilə dünyaya səs salır, 30 il ermənilərin işğalı altında olan ərazilərimiz bu gün azaddır və bərpa-quruculuq dövrünü yaşayır. Azərbaycanın demokratiya təcrübəsi də dünyaya nümunədir. Ölkədə demokratik təsisatların inkişaf etdirilməsi üçün bütün zəruru şərait mövcuddur. Demokratik prinsiplərin yüksək səviyyədə qorunduğu ölkəmizdə mətbuatın inkişafı prioritet vəzifələr sırasındadır. Azərbaycan MDB məkanında mətbu orqanların say tərkibinə görə ön yerdədir. Ölkəmizdə 5 mindən artıq mətbu orqan qeydiyatdan keçib. Bu çoxluq arasında özünəməxsus yer tutmaq, oxucu məhəbbətini qoruyub saxlamaq, auditoriyanı genişləndirmək hər bir mətbu orqanın nail olmağa çalışdığı böyük hədəfdir.

Təbii ki, bugünümüzə qısa baxışın əsasında oxucularımızda “İki sahilin nəşrə başladığı yarandığı dövrün çətinliyi barədə aydın təsəvvür yaratmaq dayanır. Qəzetimizin qarşıya qoyduğu hədəflər biri-birini əvəzləsə də, tutduğumuz yolun, əqidəmizin dəyişməzliyi, Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunmasına davamlı töhfələrimiz çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmağımız üçün böyük stimul oldu.

Qeyd etdiyimiz kimi, 1991-ci ilin iyulunda “İki sahilqəzeti yarananda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. Həmin illərdə müstəqil mətbuatın yaranmasından, fəaliyyətindən danışmaq qeyri-mümkün idi. Ümumiyyətlə, belə bir addım atmaq böyük cəsarət tələb edirdi. “İki sahilqəzetini böyük çətinliklə, maneələri dəf edərək yaratdıq. Əbəs yerə deyilmir ki, məqsəd gələcək uğurların başlanğıcıdır. Qəzetimiz o gündən indiyədək fəaliyyətini uğurla davam etdirir və artıq sizin də qeyd etdiyiniz kimi 32 yaşını qeyd edir. “İki sahil” “Vahid Azərbaycan uğrunda!” amalı ilə yola çıxdı. Adı ilə tutduğu yolu, məqsəd və məramını açıqlayan “İki sahililk sayından ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmadı, reallıqların təbliğində mühüm rol oynadı. Ötən 32 ildə cəmiyyətin hər bir üzvünün tribunasına çevrilən “İki sahilazad sözün inkişafının nümunəsi oldu.

Qəzetin yaranmasından qısa vaxt keçdikdən sonra Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə hakimiyyətsizliyin mövcudluğu, həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, idarəetmədə şəxsi ambisiyaların dövlət maraqlarını üstələməsi ölkəmizin müstəqilliyini, Azərbaycanın bir dövlət olaraq varlığını sual altında qoymuşdu. Ölkədə xaos, anarxiya, hərc-mərclik, özbaşınalıqlar baş alıb gedirdi. İctimai-siyasi, iqtisadi gərginlik bütün sahələr kimi, mətbuatdan da yan keçməmişdi. Jurnalistlərin döyülməsi, təqiblərə məruz qalması, redaksiyalara təzyiqlər və sair kimi addımlar demokratiyanın inkişafından danışmağın mümkünsüzlüyünün təsdiqi idi. Demokratiyanın boğulduğu bir dövrdə “İki sahilin çətin də olsa fəaliyyətini davam etdirməsi, mövcud reallıqları ölkə ictimaiyyətinə çatdırmaq üçün cəmiyyətin güzgüsü missiyasını uğurla yerinə yetirməsi oxucu məhəbbətini qazanmasında öz sözünü dedi.

Təbii ki, tutduğu yola, əqidəyə sadiqlik hər bir mətbu orqanın uğurlarının açarıdır. Gündəlik maraqlı yazılarla oxucuların görüşünə gəlmək, mövzu rəngarəngliyini qorumaq hər bir mətbu nəşrdən böyük məsuliyyət, axtarış tələb etdiyi kimi, eyni zamanda, bu şərəf məsələsidir. Bir ildə qəzetin işıq üzü görən saylarını 32 il üçün hesablasaq, yaranan rəqəmin sadəcə bir statistika olduğunu deyə bilmərik. Qəzetin hər bir sayı onu səbirsizliklə gözləyən oxucusunun informasiya ehtiyacını ödəməklə yanaşı, bu mərhələnin yaşanmasına qədər kollektivin hər bir üzvünün nə qədər böyük fədakarlıq göstərdiyini nümayiş etdirir. Bir mühüm məqamı da xüsusi qeyd etmək istərdim ki, nəşrə başladığı dövrün, həmçinin müstəqilliyimizin bərpasının ilk illərinin çətinliklərini yaşayan “İki sahilbəlkə də o illərdə birdən-birə 10 yaş böyüsə də, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə yaranan yüksək əhval-ruhiyyənin fonunda sanki gəncləşdi, uğurların arxasınca addımlayaraq hər bir sayını daha zəngin formada oxucusuna təqdim etməyə çalışdı. Azərbaycanın günbəgün vüsət alan inkişafından fərəhləndi, daim irəliyə baxmağa can atan müstəqil dövlətimizin qətiyyətindən qürur duydu. Bir daha əmin olduq ki, Azərbaycana bu uğurları qazandıran Ulu Öndər Heydər Əliyevin müdrik siyasətidir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni qurulan Azərbaycan qısa müddətdə Ümummilli Liderimizin təbirincə desək, dünyaya Günəş kimi doğdu. Heydər Əliyev siyasətinin Azərbaycana bütün sahələrdə qazandırdığı uğurlar fonunda gəncləşən, yeniləşən, daha da təkmilləşən “İki sahilbunu fəaliyyət dairəsini daha da genişləndirilməsi, bu məktəbin yetirmələrinin sayının artması ilə təsdiqlədi. Böyük təcrübəyə, eyni zamanda, gənclərlə yaşlı nəslin vəhdətinin yaradılmasına nail olan “İki sahilbu tendensiyanı uğurlarının davamlılığında əsas amillərdən biri kimi öndə saxladı. Bu gün qürurla qeyd edirik ki, 32 illik yolun təcrübəsindən bəhrələnən neçə-neçə əməkdaşlarımız ayrı-ayrı mətbu orqanların, dövlət strukturlarının mətbuat xidmətlərinin rəhbərləri kimi, həmçinin bu və ya digər sahələrdə məsul vəzifələrdə çalışır, qazandıqları təcrübəni tətbiq etmələridən sonsuz fərəh hissi keçirirlər. Mən qəzetin baş redaktoru kimi, bu məqamı böyük qürur hissi ilə qeyd edirəm.

Bu gün 32 yaşını qeyd edən qəzetin hansı sayına diqqət yetirsəniz, orada daim yeniləşmənin, təkmilləşmənin şahidi olarsınız. Bu, ondan irəli gəlir ki, qəzetimiz yarandığı gündən daim irəli baxdı, qazandığı uğurlarla kifayətlənməyərək axtarışlarda oldu və bu gün də axtarışlarını uğurla davam etdirir. Eyni zamanda, hər bir yeniliyin tətbiqinə səy göstərir, dolğun informasiyalarla oxucularının görüşünə gəlməkdən qürur hissi keçirir. Hər gün yeniləşən, müasirləşən Azərbaycanın reallıqlarının təbliğində özünəməxsus payı olması üçün üzərinə düşən şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır.

Bu uğurlara stimul verən, bütün dövrlər üçün fəaliyyətimizin bələdçisinə çevrilən bu məqamı xüsusi qeyd etmək istərdim. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev “İki sahilqəzetinin fəaliyyətini belə dəyərləndirmişdir: “O vaxt “İki sahilqəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahilqəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.”

- Bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən 91 nəfər ziyalının Ümummilli Liderə müraciəti də “İki sahildə dərc olunub….

- "İki sahilin fəaliyyətinin əsas istiqaməti Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğidir. “İki sahilin 32 illik tarixinin mühüm səhifələrindən biri məhz “91-lərin müraciətinin və Ulu Öndərin bu müraciətə cavabının işıqlandırılması oldu. “91-lərin üzvü, eyni zamanda, qəzetin rəhbəri kimi bu gün həmin məqamı böyük qürur hissi ilə xatırlayıram. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında Ümummilli Liderin fəaliyyətindən, dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən Yeni Azərbaycan Partiyasının yaradılmasında stimulverici amil olan “91-lərin müraciətindən xüsusi bəhs edir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında həmin dövrü, eyni zamanda, “91-ləri belə dəyərləndirmişdir: “O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlarməşhur “91-lərUlu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə. Senzuranı tətbiq etmişdir, guya ki, demokratik Xalq Cəbhəsi. Senzura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər.”

“İki sahilbütün təzyiqlərə, çətinliklərə, həmin dövrün acı reallıqlarına baxmayaraq sözügedən müraciəti öz səhifələrində dərc etdi və xalqa çatdırdı. Xalqın arzu və istəklərinin təbliğində fəal rol oynayan qəzetimiz bu istəkdən və zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyasının bütün təşəbbüslərini, qərarlarını, partiyanın həyatında əhəmiyyətli rol oynayan qurultaylarını, şəhər və rayon təşkilatlarının fəaliyyətini, keçirdikləri silsilə tədbirləri, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan seçkilərdə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin bütün məqamlarını geniş şəkildə işıqlandırır, YAPn qələbə, ümumxalq, gənclər partiyası kimi nüfuz qazanmasının səbəblərini konkret faktlar əsasında ölkə ictimaiyyətinə çatdırır. “İki sahil”, eyni zamanda, Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu, tarixin sınaqlarından şərəflə çıxaraq cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini, YAP-a xidmət etməyin xalqa, dövlətə xidmət etmək olduğunu əsaslı şəkildə analitik yazılar, partiyanın yarandığı dövrün şahidlərinin vasitəsilə indiki və gələcək nəsillərə çatdırılmasına səy göstərir. Bu çağırış dövlət başçısı, YAP Sədri İlham Əliyevin çıxışlarında da xüsusi qeyd edilir: “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.” Ümummilli Liderin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyasının gələcəyinə inamı Prezident İlham Əliyev belə ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. “Biz birlikdə güclüyük!” çağırışını səsləndirən YAP yeni Proqramında əksini tapan hədəflərin reallığa çevrilməsi istiqamətində bütün səylərini birləşdirir, Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanın uğurlarında payının olmasından şərəf duyur. “İki sahilolaraq bundan sonra da Ümummilli Liderin ideyalarının Azərbaycana qazandırdığı uğurların fəal təbliğatçısı olacağıq.

- Vüqar müəllim, “İki sahilin hesabat xarakteri daşıyan ad günündə qəzetin təsisçisinin dəstəyindən bəhs etməmək mümkün deyil. Qürurvericidir ki, Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında, ölkə iqtisadiyyatının dayanıqlı inkişafında öz payı olan və daim yeniləşən, müasirləşən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti rəhbərlik etdiyiniz qəzetin təsisçisidir. Bu təsisçilik “İki sahil”ə hansı uğurları qazandırır?

- Qeyd etdiyim kimi, Azərbaycan dövlətinin uğurları qəzetimizin inkişafında, daha böyük ruh yüksəkliyi ilə fəaliyyətində əhəmiyyətli rol oynayır. Hər bir ölkənin inkişafında iqtisadi tərəqqinin rolunu nəzərə alsaq məmnunluq hissi ilə qeyd edə bilərik ki, təsisçimiz olan SOCARn ölkə iqtisadiyyatının inkişafına töhfələri bizi qürurlandırmaqla yanaşı, Şirkətin fəaliyyətinin təbliğində fəal iştirakımızı şərtləndirir. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsikimi daxil olan neft sazişinin imzalanması, SOCARn Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurlu icrasına töhfələrini verməsi təqdirəlayiqdir. Bu gün SOCAR dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirərək dünyanın modern şirkətləri ilə bir sırada dayanır, həyata keçirdiyi investisiya layihələri ilə Azərbaycanın nəinki investisiya cəlb edən, eyni zamanda, investisiya yatıran ölkə imicinə əlavələr edir. Təsadüfi deyildir ki, bu gün SOCAR təkcə ölkə deyil, dünya iqtisadiyyatında böyük təsir gücünə malik olan nəhəng və modern bir quruma çevrilib. Bu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasətin nəticəsidir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün SOCARn fəaliyyətini yalnız qəzetimizin təsisçisi kimi deyil, dayanıqlı iqtisadi inkişafımızda əhəmiyyətli rol oynayan şirkət olaraq dəyərləndirir, gördüyü genişmiqyaslı işləri ictimaiyyətə çatdırmağa çalışırıq. Təbii ki, təsisçi olaraq SOCARn qəzetimizin fəaliyyətində öz xüsusi yeri var. “İki sahilin zamanın, dövrün tələblərinə uyğun yenilənməsində, kollektivimizin zəhmətinin dəyərləndirilməsində bu dəstək inkaredilməzdir.

- “İki sahil” 32 yaşında özünü necə hiss edir? Təbii ki, burada söhbət kadr potensialının mövcudluğundan gedir. Dövlət başçısı İlham Əliyevin çağırışlarında jurnalist peşəkarlığı xüsusi qeyd edilir

- Bu gün “İki sahilböyük bir ailədir. Amma 1991-ci ildə kiçik bir ailə şəklində fəaliyyətə başlamışdıq. Hər dövrün öz tələbi olur. İllər keçdikcə bu tərkibin genişləndirilməsinə, peşəkarlığın daha da artırılmasına böyük zərurət yaranır. Artıq müasir texnologiyaların tətbiqi və inkişaf etdirilməsi zamanında yaşayırıq. Yeni texnologiyaların tətbiqi kadr potensialını zəruri tələbə çevirir. Jurnalist mətbuatın qarşısında dayanan prinsiplərə riayət etməklə yanaşı, yeniliyi, təkmilləşməni özünün gündəlik fəaliyyətində də təsdiqləməlidir. “İki sahilin onlayn rejimdə fəaliyyət göstərən saytı, internet televiziyası fəaliyyət göstərir. İnternet televiziyasının, saytın inkişafında, qəzetin elektron versiyasının təkmilləşməsində, yeniləşməsində kadr potensialımızın mövcudluğu özünü aydın şəkildə nümayiş etdirir. Qəzetimizdə gənclərə böyük diqqət və qayğı göstərilir. Onların yenilikçi təşəbbsüsləri, ideyaları, hadisələrə yanaşma metod və formaları qəzetimizdə informasiya bolluğunun təmin edilməsində öz sözünü deyir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, “İki sahilhər bir yaşında gənclik dövrünü yaşayır. Buna səbəb kollektivimizin daim yenilik axtrışında olmasıdır. Dövlətin hər bir diqqət və qayğısını öz üzərində hiss edən “İki sahilin əməkdaşları sırasında Prezident İlham Əliyevin Sərəncamı ilə fəxri adlara layiq görülənlər az deyil. Hesab edirəm ki, bu diqqət ümumilikdə qəzetimizə olan etimaddır. Bu, bir daha təsdiq edir ki, “İki sahiltutduğu yola, əqidəyə sadiqlik nümayiş etdirərək dövlətçiliyimizin inkişafına töhfələri ilə diqqətdədir. Hər zaman qəzetimizə olan etimadı əməli fəaliyyətimizlə doğrultmağa çalışırıq.

- 32 illik yolu necə ümumiləşdirmək istərdiniz?

- 32 il hər bir “İki sahil”çinin həyatında əlamətdar anlarla, günlərlə zəngindir. Qəzetimizin uğurlarında kollektivimizin hər bir üzvünün öz payı vardır. Yaranma günümüzü bir hesabat kimi dəyərləndirsək, keçilən yolun təqdirəlayiq olub-olmadığını təbii ki, bizimlə birgə addımlayan oxucularımız deyə bilər. Redaksiyamıza daxil olan minnətdarlıq məktublarından bu əminliyi özümüzdə yaradırıq ki, onların etimadını, informasiya tələbatlarını lazımı səviyyədə təmin edirik. Bu vəhdət qarşıdakı illərdə daha böyük uğurlarımıza yol açacaq.

-Vüqar müəllim, təbii ki, ötən 32 ili bir müsahibə çərçivəsində əhatə etməyiniz mümkünsüzdür. Bu gün “İki sahilolaraq tarixi Zəfərimizin reallıqlarına söykənərək hansı hədəfləri müəyyənləşdirirsiniz?

- Tarixi Zəfərimizin müjdəçiləri sırasında olmağınız 32 illik fəaliyyətinizin ən böyük uğurudur. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri qəzetimizin hər bir sayında geniş təbliğ edilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın böyük Zəfərimizin ilk anlarından azad edilmiş torpaqlarımıza tarixi səfərlərindən yaranan qürur qəzetimizin səhifələrində dərc edilən materiallarda özünün aydın ifadəsini tapır. Artıq ötən ildən tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdacağımızı böyük əminliklə qeyd edirik. Dövlət başçısının tapşırığına uyğun olaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanıb. Bu mühüm addım özündə bütün məqamları ehtiva edir. Tezlikləİki sahil”i Qərbi Azərbaycana qayıdışımızın müjdəçiləri arasında görmək istərdik. Arxada qalan hər bir yaş növbəti yaşa böyük ruh yüksəkliyi ilə qədəm qoymağa stimul verir. “İki sahil”çilər 32 yaşın uğurlarına söykənərək növbəti yaşaXoş gəldindeyirlər. Bu bayram günündə kollektivimizə arzum, diləyim budur ki, qələmimiz iti, sözümüz kəsərli, yeni yaşımız mübarək olsun! Qalib Azərbaycanın reallıqları fonunda media sahəsində aparılan islahatların, yeni “Media haqqındaQanunun icrasına öz töhfələrimizi verək! Qalib Azərbaycan hər birimizin qürur mənbəyidir. Azad Qarabağımızın, Şərqi Zəngəzurumuzun dirçəldilməsinə yönələn hər bir addımın fəal təbliğatşısı olaq! Arzularımız, hədəflərimiz davamlı, onların həyata keçirilməsinə inamımız böyükdür. Bayramımız mübarək!

 

Yeganə Cəlilqızı

 

İki sahil.- 2023.- 11 iyul.- S.5.