Vətən müharibəsinin Qələbə qapısı

 

Tovuz döyüşlərindən  üç il ötür

 

Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərdi.

Qəhrəman Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirildi. Azğın düşmən ağır itki verərək geri çəkilməyə məcbur edildi. İyulun 13-nə keçən gecə döyüşlər daha da intensivləşdi. Həmin gün Tovuz istiqamətində ağır artilleriya qurğuları yenidən işə düşdü. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu Ağdam kəndlərini atəşə tutdu. Artilleriya, minaatan tankların tətbiqi ilə gecə döyüşləri zamanı bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğusu, avtomobil texnikası xeyli canlı qüvvəsi məhv edildi.

İyulun 13-də Prezident, Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda dövlətimizin başçısı şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyərək artıq Vətən uğrunda canını fəda edən qəhrəman övladlarımızın intiqamının alındığını bildirdi: “Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq düşmənə yenidən onun yerini göstərəcəyik. Bizim işimiz haqq işidir Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”. Ölkəmizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan əsla torpaqlarının işğal altında qalması ilə barışmayacaq bütün vasitələrdən istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcək. “Ermənistan hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyib, mövqelərimizi məhv etmək istəyib, mülki əhalini, kəndlərimizi atəşə tutubdeyən Ali Baş Komandan təcavüzkar Ermənistanın siyasi hərbi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edərək bildirdi ki, bu çirkin məkrli siyasət Ermənistanı uçuruma aparacaq.

Öz çirkin niyyətlərindən əl çəkməyən, təcavüzkarlığını davam etdirən düşmənə qarşı görülən hərbi cəza tədbirləri nəticəsində onun atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, müxtəlif təyinatlı hərbi texnika döyüş vasitələri, komanda məntəqəsi, tabor qərargahı, hərbi infrastrukturu, müdafiənin dərinliyindəki ehtiyatlar 20 nəfərdən çox canlı qüvvəsi məhv edildi.

Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə onminlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərdi. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏliyevinƏgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıramçağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib müvafiq qaydada qeydiyyata alındılar.

Tovuz döyüşləri iyulun 14-ü davam etdi. Belə ki, düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam Əlibəyli kəndlərini iriçaplı silahlardan artilleriya qurğularından atəşə tutdu. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general - mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldular. Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov qətlə yetirildi. İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu Vahidli kəndlərini iriçaplı silahlar minaatanlardan atəşə tutdu. Lakin qarşı tərəf yenə cavab atəşi ilə susduruldu. İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edirdi.

Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı 1 mülki şəxs həlak oldu. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edildi, döyüş texnikası sıradan çıxarıldı. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola saldı. Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları şəhidlər, eləcə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden medallarla təltif olundular.

2020-ci ilin iyulunda baş vermiş döyüşlər Azərbaycan tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsinə aparan yolda ən mühüm mərhələlərdəndir. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Qəhrəman əsgər zabitlərimiz onların qisasını döyüş meydanında alaraq Qələbə qazandı, xalqımıza böyük sevinc qürur hissi yaşatdılar. Odur ki, biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimizin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Hazırda şəhid ailələri Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən diqqət qayğı ilə əhatə olunub. Bu Qələbəni bizə bəxş edən əsgər zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların şücaəti fədakarlığı isə artıq dastana çevrilib.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 12 iyul.- S.7.