Milli Ordumuz: Güvənc

yerimiz qürur mənbəyimiz

 

Beynəlxalq münasibətlər sistemində qaydaların pozulduğu, hüququn işləmədiyi, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə məhəl qoyulmadığı, beynəlxalq hüququn təminatçısı rolunda çıxış edən böyük dövlətlər tərəfindən bu hüququn pozulduğu bir dövrdə ölkənin hərbi qüdrətinin daha da artırılması zərurətə çevrilib.

Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyin əsas təminatçısıdır. Ölkə Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində uğurla həyata  keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu təkcə bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub.

Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasıdır. Bu yöndə aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda Azərbaycan xalqı möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, hər an düşmənə sarsıdıcı zərbələr vurmağa qadir ordusu ilə qürur duyur.

Vətən müharibəsi başa çatdıqdan sonra Ali Baş Komandan ordunun Türkiyə (NATO) ordu modelinə keçməsi barədə bəyanat verdi qısa müddətdə müxtəlif bölgələrdə yeni komando hissələri yaradılmağa başlandı. Türkiyədə tətbiq olunan komando briqada birliklərin təcrübəsi Azərbaycanda tətbiq edildi.  Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir bu lazımi səviyyədə həyata keçirilməkdədir. Bu gün ən müasir, daha yüksək dəqiqliyə malik olan silahlar alınır orduda müasirləşmə prosesi daim aparılır. Bütün bunlarla yanaşı, Azərbaycanda hərbi sənaye çox sürətlə inkişaf edir. Bu sahəyə böyük vəsait ayrılır, xüsusi diqqət göstərilir. Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Artıq Müdafiə Sənayesi Nazirliyində müxtəlif hərbi təyinatlı silah-sursat istehsal olunur proses uğurla davam etdirilir. Öz tələbatımızı maksimum təmin etməklə yanaşı, hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində müdafiə təyinatlı məmulatların istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, bütün sahələrdə belədir. Əldə edilən uğurlar aparılan islahatların nəticəsində hasil olur. Təsadüfi deyil ki, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ölkənin hərbi xərcləri 24 dəfə artıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrə ayrılan vəsait ildən-ilə artır. Keçən ilin dövlət büdcəsindən hərbi təhlükəsizlik sahəsinə ayrılan vəsaitin həcmi müstəqillik dövründə rekord həddə – 4 milyard 489 milyon 892 min 429 manata çatdı. Bütün bunları bilməsinə rəğmən Ermənistan yenə ordumuza, sərhədimizə qarşı təxribatlar törədir. Silahlı Qüvvələrimiz hər bir təxribata layiqli cavab verir.

İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu istiqamətdə çox ciddi addımlar atılıb bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialı kifayət qədər artırılıb. Həm döyüş qabiliyyəti, həm silah texnika ilə təchizat sahəsində mühüm işlər görülüb davamlı şəkildə görülməkdədir. Prezident bununla bildirdi: Biz daha da güclü olacağıq, çünki bu proses dayanmır dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrəhərbi potensial azad edilmiş torpaqların bərpasına qədər vəsait lazımdır, biz o qədər ayıracağıq.

Prezidentin qeyd etdiyi kimi, artıq Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması təkmilləşdirilməsi, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. Lakin gücümüzü artırmaqla yanaşı, istənilən anda təxribatlara layiqli cavab verməliyik. Bununla bağlı Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi aşağıdakı fikirlər maraqlıdır: “Bu sahə elə sahədir ki, burada az danışmaq, çox görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər yaşamalıdır”.

Göründüyü kimi, 44 gün davam edən Vətən müharibəsi bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi. Rəsmi İrəvanın öz ordusu barədə yaratdığıməğlubedilməzlikmifi yerlə-yeksan edildi. Zəfərin əldə edilməsində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin qəhrəmanlığını, əlahiddə rolunu qeyd etməliyik. Təbii olaraq bu amil digər qoşun növlərində xüsusi təyinatlıların sayının artırılması zərurətini yaradırdı. Bu istiqamətdə məqsədyönlü addımlar atıldı, Müdafiə Nazirliyinin dəniz piyadalarının, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırıldı.

 

Nigar Orucova

 

İki sahil.- 2023.- 14 iyul.- S.3.