Tarixi Zəfərin, sülhün və cəsarətin rəmzi
Şuşa
Bu gün Qarabağın tacı sayılan Şuşa böyük Zəfərin sevinc və təntənəsini yaşayır. Burada başlanan quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. İnfrastruktur xarakterli tədbirlər- su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır. Vaxtilə “Qafqazın konservatoriyası” adlanan, əsrarəngiz gözəlliyi ilə dillərə dastan olan Şuşada bərpa-quruculuq işləri hazırda sürətlə davam etdirilir.
Artıq istismara verilmiş Zəfər yolu həm də şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı uzunluğu 101.5 km olan bu yolu Zəfər yolu adlandırıb. Artıq Şuşaya elektrik enerjisinin və suyun verilməsi bərpa edilib.
İndi iki
mənbədən Şuşaya
su gəlir. Natəvan bulağı
da bərpa edilib. Həmçinin Şuşanın
tarixi abidələrinin
bərpasına start verilib.
Vaqifin məqbərəsi
artıq bərpa olunub. Şuşada “Xarıbülbül” oteli istifadəyə verilib. Şuşanın yaradılmasının
270 illiyi münasibətilə
ölkə başçısının
müvafiq Sərəncamı
ilə 2022-ci ili “Şuşa İli” elan etməsi
xalqımızın böyük
sevincinə səbəb
oldu.
Bundan başqa, erməni faşistləri tərəfindən
gülləbaran edilmiş
Xan qızı Natəvanın,
Üzeyir Hacıbəylinin,
Bülbülün büstləri
yenidən şəhərin
mərkəzi meydanında
qoyulub. Böyük şairimiz Vaqifin məqbərəsinin və
büstünün yenidən
açılış mərasimi
keçirilib. Dahi bəstəkarımız Üzeyir
Hacıbəylinin dağıdılmış
evinin bərpası ilə bağlı ölkə başçısı
tərəfindən göstəriş
verilib. Bülbülün
dağıdılmış evi bərpa edilib.
Bu gün türk dünyasının mədəniyyət
paytaxtı olan Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Heydər Əliyev İli”
çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü
ilə bağlı 49
ölkədən 150 xarici
qonağın, o cümlədən
dünyanın 34 ölkəsinin
dövlət informasiya
agentliyinin, 12 beynəlxalq
təşkilatın və
media qurumunun, 60 yerli
media rəhbəri və
nümayəndəsinin iştirakı
ilə beynəlxalq Forumun bu şəhərdə
keçirilməsi bunun
əyani təsdiqidir.
Prezident
İlham Əliyev iyulun
21-də “4-cü Sənaye İnqilabı
dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində
xarici və yerli media nümayəndələrinin
suallarını cavablandırarkən
bildirib ki, Şuşa
rəsmi olaraq Azərbaycanın mədəniyyət
paytaxtı, eyni zamanda, Şuşa Qələbəmizin və
sülhün rəmzidir:
“Çünki Şuşa
azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi
başa çatdı.
Siz buraya gələrkən azad olunmuş ərazilərdən
keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla
gəlmisiniz ki, biz onu
Zəfər yolu adlandırmışıq. Bu yol
nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud
deyildi. Bu yol bizim qəhrəmanlarımızın
cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya
məhz bu şəkildə gəlmişik,
şəhərlərimizi və
kəndlərimizi azad
edə-edə gəlmişik.
Bu şəhər həm
də bizim cəsarətimizin rəmzidir.
Şuşada artıq
bir neçə beynəlxalq tədbir keçirilibdir”.
Ölkəmizin başçısı, həmçinin vurğulayıb
ki, Şuşada “Xarıbülbül”
Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib. Bu
gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər
öz kimliyini qoruya bilib. Baxmayaraq
ki, işğal dövründə
Şuşa məqsədli
şəkildə, qəsdən
dağıdılıb.
Dövlət başçısı iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək
işlərlə tanış
olub, Daşaltı kəndində özəl
investisiya hesabına inşa ediləcək yeni
yaşayış kompleksinin
və turizm obyektlərinin təməlini
qoyub, 90 çarpayılıq
Şuşa şəhər
xəstəxanasında və
Şuşa şəhər
960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan
tikinti işləri ilə tanış olub. Şuşa üçün mühüm
əhəmiyyət daşıyan
Daşaltı kəndində
ictimai və yaşayış mərkəzlərinin,
mədəniyyət və
təhsil ocaqlarının
qurulması, sosial və ictimai obyektlərin inşası,
turizm sahələrinin
yaradılması, nəqliyyat
və kommunikasiya xətlərinin çəkilməsi,
ərazinin yaşıllaşdırılması,
kəndin ekoloji təmiz enerji ilə qidalandırılması
üçün infrastrukturun
təmin olunması nəzərdə tutulur. Yeri gəlmişkən, kəndə 220 ailənin köçürülməsi planlaşdırılır.
Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı
üçün ümumilikdə
228 ev - ikimərtəbəli
çoxmənzilli 9 bina,
ikimərtəbəli bloklaşdırılmış
66 ev və 153 ikimərtəbəli fərdi
ev tikiləcək. Kənddə, həmçinin
məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı
emalatxanaları, qida məhsullarının satış
köşkləri, ictimai-iaşə
və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati
bina, tibb məntəqəsi, poçt
şöbəsi, klub-icma
mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının
yaradılması planlaşdırılır.
Həmçinin Şuşa şəhər
1 nömrəli tam orta
məktəbin 960 şagird
yerlik üçmərtəbəli
binasında tədrisin
təşkili üçün
hər cür şərait yaradılıb.
Məktəbdə hər
biri 24 nəfərlik
40 sinif otağı, 2
fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1
STEAM mərkəzi, kitabxana
və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq
və musiqi kabinetləri, tibb otağı, müayinə
otağı, yeməkxana,
həmçinin akt və idman zalları,
inzibati heyət üçün iş otaqları var. Məktəb
üçün ayrılan
bir hektar ərazidə futbol meydançası, transformator,
fərdi qazanxana, su hovuzu və
digər zəruri yardımçı binaların
inşası da yekunlaşıb.
2021-ci il noyabrın 7-də Prezident
İlham Əliyevin və
birinci xanım Mehriban
Əliyevanın iştirakı
ilə təməli qoyulan, 3,7 hektara yaxın sahədə inşa edilən Şuşa şəhər
xəstəxana binası
4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli
olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən
stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda
hərbi hospital kimi fəaliyyət göstərəcək.
Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş,
ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət
göstərəcək.
Birmənalı demək lazımdır
ki, İkinci Qarabağ
müharibəsində tarixi
Zəfər qazanan Azərbaycan dövlətinin
Şuşada qısa zamanda həyata keçirdiyi bərpa-quruculuq
işləri, iri miqyaslı layihələrin
az vaxtda uğurla reallaşdırılması
dünyanın ən müxtəlif ölkələrindən
gələn media nümayəndələrini,
siyasətçiləri, analitikləri
və nüfuzlu ictimai xadimləri heyrətləndirib.
Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan qırx dörd günlük müharibədən
sonra bu Qələbəmizin ilhamvericisi,
təşkilatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi
ilə tarixi torpaqlarımızda həyata
keçirilən genişmiqyaslı
bərpa-quruculuq işlərinin
uğurla reallaşdırılması
sayəsində Şuşa
ən qısa zamanda çiçəklənən
diyara çevriləcək,
tarixi-dini abidələrimiz
yenidən bərpa olunaraq əvvəlki şöhrətinə qovuşacaq,
soydaşlarımız öz
ata-baba yurdlarına qayıdacaqlar. Azərbaycanın
üçrəngli bayrağı
Şuşada əbədi
dalğalanacaq.
Zahid Rza
İki sahil.- 2023.- 26 iyul.- S.5.