Musiqi dövlətlər, xalqlar

arasında körpüdür

 

Ənənə halını alan Qəbələ Beynəlxalq musiqi Festivalı Azərbaycan mədəniyyətinin, mədəni irsimizin təbliğində öz sözünü deyir

 

«Azərbaycanın zəngin təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya biləkDövlət başçısı İlham Əliyevin bu çağırışı özündə bütün məqamları ehtiva edir. Bu reallıq da hər zaman qeyd edilir ki, uzun illər  Azərbaycan müstəqillikdən məhrum idi. Xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq, xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, assimilyasiyaya uğrasın. Mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıb.

Zəngin ədəbiyyatımız dünyada tanınır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə «Nəsimi İli»,  2021-ci il  Nizami ilielan edildi. Bu mühüm addımlar dövlətimizin ədəbiyyatımızın öyrənilməsində   təbliğində qədər maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan, həmçinin  zəngin mədəniyyəti ilə diqqətdədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Mədəniyyət bəşəriyyətin topladığı  ən yaxşı nümunələrlə  xalqları zənginləşdirir onların mədəniyyəti bu yolla inkişaf edir. Musiqi sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan muğamı  milli sərvətimizdir. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  muğam sənəti bir neçə ölkədə mövcuddur. Muğam sənətinin mərkəzi məhz Azərbaycandır: «Çox şadam ki, bizim gənclərimiz muğam sənətinə böyük maraqla yanaşırlar. Bu, çox təqdirəlayiq bir haldır. Çünki bəzi hallarda gənclər daha çox populyar musiqiyə üstünlük verirlər, yəni, bəzi hallarda xarici musiqiyə üstünlük verirlər. Mən çox şadam ki, bizim gənclərimizin mütləq əksəriyyəti milli incəsənətimizə, musiqimizə bağlı olan insanlardır. Əlbəttə ki, bizim tanınmış muğam ustaları gənc nəslin yetişdirilməsində öz rolunu oynayırlar

«Bizim zəngin mədəni həyatımız var» söyləyən dövlət başçısı İlham Əliyev, eyni zamanda, bu çağırışı edir ki,  mədəni həyatımızı daha da zənginləşdirməliyik: «Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm xarici qonaqları bundan sonra da dəvət etməliyik

Ümummilli Lider Heydər Əliyevin  hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq ki,  daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, ədəbiyyatı,  böyük tarixi keçmişi ilə  qürur duyduğu gələcək nəsillərin taleyini  düşündüyünə görə  doğma  Azərbaycanı üçün möhkəm baza formalaşdırıb. Nəzərə  alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva  olunur, bu halda Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz  ziyalılarla keçirməsinin qədər böyük əhəmiyyətə malik, bu günümüzə gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik. Ümummilli Lider tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin, ədəbiyyatımızın öyrənilməsi, mədəniyyətimizin qorunması gələcək nəsillərə çatdırılması yönündə atdığı davamlı addımların miqyası genişdir. Ümummilli Lider, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi, ədəbiyyatımızı yaxşı öyrənin, dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyun.

Hazırda tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Cənab İlham Əliyev dağıdılmış ərazilərdə mədəniyyət ocaqlarının, tarixi dini abidələrimizin bərpasını prioritet məsələ kimi öndə saxladı. Azərbaycanın mədəniyyət incisi qürur yerimiz  Şuşa şəhərini  Azərbaycan mədəniyyətinin paytaxtı elan etməklə onun əvvəlki şan-şöhrətinin özünə qaytarılması barədə niyyətini ifadə etdi. Bu çağırışı da səsləndirdi ki,  Vaqif Poeziya Günləri, «Xarıbülbül»” musiqi festivalı ənənəsi bərpa ediləcək. Artıq üçüncü ildir ki, bu ənənə bərpa edilib Şuşa çal-çağırlı günlərini yaşayır. Heydər Əliyev Fondunun Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliği istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Fondun təşkilatçılığı,  Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən  Qəbələ Beynəlxalq Musiqi Festivalı da bu istiqamətdə atılan mühüm addımlar sırasındandır. Belə ki, 2009-cu ildən başlayaraq ənənə halını alan bu festivala ev sahibliyi edən Qəbələ 13-cü dəfədir ki, qonaqlarını qarşılayır. İyulun 27-dən başlayan XIII Qəbələ Musiqi Festivalının iştirakçılarına təbrik məktubunu ünvanlayan  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyeva bu mühüm məqamı diqqətə çatdırır ki, əsrlərboyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən müxtəlif millətlərin mədəniyyət incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malik olan fərqli sivilizasiyaların qovşağında yerləşən ölkəmizdə son illər keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələrini bir araya toplayır.

Təbrik məktubunda o da bildirilir ki,  klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik tədqiqatların mübadiləsinə xidmət edir. Biz bu festivalı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk.

Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, musiqi dövlətlər, xalqlar arasında bir körpüdür. Azərbaycan hər zaman ev sahibliyi etdiyi musiqi festivalları ilə bu körpünü daha da möhkəmləndirir. Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı ölkələrin malik olduqları imkanların təbliğində öz sözünü deyir, eyni zamanda, xalqları daha da yaxınlaşdırır. Bu baxımdan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı qonaqlarımızın yaddaşında Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaq. Festivaldakı çıxışlarda əksini tapan  «Mədəniyyət böyük bir silahdır. Gəlin, bundan da istifadə edək» kimi çağırışlar bu günümüzə gələcəyimizə, ən əsası kimliyimizin, milli varlığımızın təbliğinə yönəlir. Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya Türkiyədən dünya şöhrətli musiqiçilər - ifaçı dirijorlar, musiqi kollektivləri iştirak edirlər. İştirakçıların, eyni zamanda, onların təmsil etdikləri ölkələrin say tərkibi bu festivalın əhəmiyyəti barədə aydın təsəvvür yaradır. Bu diqqət maraq Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, potensiala malk olduğunu nümayiş etdirir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2023.- 29 iyul.- S.5.