Uğurlarımızın başlanğıc nöqtəsi
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıdışından
başlanan Qurtuluş
Zəfərə yol açdı
1993-cü il 4 iyun hadisələrindən
30 il keçir. Həmin hadisələr hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün
iflası idi. Ölkəyə səriştəsiz,
idarəçilik qabiliyyəti
olmayan, şəxsi ambisiyalarını dövlət
maraqlarından üstün
tutan ünsürlərin
rəhbərliyi vəziyyəti
anbaan ağırlaşdırırdı.
Bir tərəfdən
ərazilərimizin işğal
edilməsi, digər tərəfdən Silahlı
Qüvvələrin ayrı-ayrı
qrupların maraqlarının
müdafiəsinə xidmət
etməsi xalqın sabaha olan ümidini
itirmişdi. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli
məhv edilməsinə
yönəldilmiş cinayət
idi. O dövr Azərbaycanda hakimiyyətsizlik
illəri kimi xatırlanır. Surət Hüseynov kimi cinayətkar «milli qəhrəman» adına layiq görülmüşdü.
Dövlət başçısı
İlham Əliyev Azərbaycan gəncləri
ilə görüşlərində
müstəqillik yolumuzun
geniş təhlilini verərək «Mən bu tarixə nəyə görə qayıdıram» sualı ətrafında fikrini belə açıqlayır
ki, çünki birincisi, bu həqiqətdir.
Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər
bunu bilməlidirlər
ki, biz hansı
vəziyyətdən çıxıb,
hansı vəziyyətə
gəlib çıxmışıq.
Digər tərəfdən,
əgər bu tarixi yaddan çıxarsaq,
onda biz öz gələcək planlarımızı düzgün
qura bilməyəcəyik.
Ölkə Prezidenti
müstəqilliyimizin bərpasının
ilk illərinin problemlərindən bəhs
edərkən hakimiyyətdə
olanların təcrübəsizliyini,
xəyanətini xüsusi
qeyd edərək belə dəyərləndirmə
aparır ki, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti
xalqımız üçün
böyük bəla, biabırçılıq idi.
Birincisi, 1992-ci ildə
onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O
vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi.
Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə
gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın
işğal altına
düşüb və
bu, tezliklə əvvəlki hakimiyyətin
yıxılmasına gətirib
çıxaracaq. O vaxtkı
tarix çox acınacaqlı, ağırdır,
tariximizin qara səhifələridir. Hakimiyyəti
zəbt edəndən
sonra Azərbaycanı
faktiki olaraq uçurum kənarına qoymuşdular: «Əgər
o vaxt Azərbaycana rəhbərlik edənlərin
şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik
ki, bu adamlar
nəinki ölkəni,
bir kolxozu da idarə edə
bilməzlər. İndi
gənclər təbii
ki, bu tarixi,
əlbəttə bilə
bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər.»
AXC-Müsavat cütlüyünün hakimiyyəti
dövründə vəzifə
tutanların kimliyinə
nəzər saldıqda
yaranan sual hər kəs tərəfindən səslənir-Bu
adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən
sonra dərhal onlar bir-biri ilə mübarizəyə
başladılar. Bu mübarizənin, eyni zamanda, xalq tərəfindən
onlara olan inamsızlığın nəticəsi
olaraq cəmi 1 il hakimiyyətdə qala bildilər. Elə o ağır vaxtlarda nicat gözləyən xalqın
nəzərləri Naxçıvana
yönəldi, xilaskarını
Bakıya dəvət
etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Bakıya gəldi. İyunun 13-də
mövcud vəziyyəti
öyrənmək üçün
bir qrup jurnalistin müşayiəti
ilə Gəncəyə
yola düşdü. Ölkədə yaranan xaosu xalqın taleyinə yazılan qaranlıq səhifə adlandıran Ümummilli Lider Gəncə hadisələrindən vahiməyə
düşən xalqı
səbirli olmağa çağırdı: «Əminik
ki, Gəncə hadisələri diqqətlə
araşdırılacaq, mübahisəli
məsələlər bütün
Azərbaycan xalqının
mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar,
qarşılıqlı anlaşma
və sülh yolu ilə həll
ediləcək.» Dahi şəxsiyyət Heydər
Əliyev qan tökülməməsi, vətəndaş
müharibəsinin başlanmaması
üçün tədbirli
hərəkət etməyi
biri-birini ittiham edən tərəflərin
hər ikisindən tələb edirdi. Yenə də Vətəni təhlükəli
vəziyyətdən xalqın
birliyi və həmrəyliyi qurtardı.
15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə
baxılaraq, həmin dövrdə Naxçıvan
Ali Məclisinin Sədri Heydər Əliyev parlamentin sədri seçildi. Bu tarix Azərbaycanın
tarixinə Milli Qurtuluş Günü kimi daxil edildi.
Qurtuluşdan başlanan
yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir.
1993-2003-cü illər tariximizə
dirçəliş, inkişaf
dövrü kimi yazılıb. 1993-cü ildə
Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı,
bu gün Azərbaycan adlı dövləti təsəvvür
etmək çətin
olardı. Heydər Əliyevsiz Azərbaycan bugünkü uğurlu inkişaf yolunda inamla irəliləyən Azərbaycandan fərqli olardı.
Azərbaycanın müstəqilliyini yenidən
bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqil Azərbaycan
dövlətinin qurucusu,
Ulu Öndər Heydər Əliyevin «Müstəqilliyin əldə
olunması nə qədər çətindirsə,
onun saxlanılması,
daimi, əbədi olması bundan da çətindir» tezisinin reallıqda öz əksini tapdığı təsdiqlənir.
Bu gün Azərbaycan müstəqil
dövlət olaraq beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirmiş,
ikitərəfli və
çoxtərəfli çərçivələrdə
əlaqələri inkişaf
etdirməklə dünya
birliyinin layiqli üzvünə çevrilmişdir.
Ümummilli Lider
1993-cü ilin oktyabarında
keçirilən andiçmə
mərasimində bildirmişdir:
«Azərbaycan xalqı
öz tarixinin ən mürəkkəb, faciəli dövrünü
yaşayır. Məhz
bu dövrdə mənim üzərimə
qoyulan bu vəzifənin məsuliyyətini
dərindən dərk
edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi,
bütün həyatımı
bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq
işinə həsr edəcəyəm.» Prezidentliyinin
ilk mərhələsində
Ümummilli Liderin apardığı islahatlar,
böhran içərisində
olan Azərbaycanın
iqtisadiyyatının gücləndirilməsi
istiqamətində həyata
keçirdiyi genişmiqyaslı
quruculuq işləri xalqın gələcəyə
olan inamını daha da artırdı.
Ulu Öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkərək
ölkədə ictimai-siyasi
sabitliyin qorunmasını
hər kəsin vətəndaşlıq borcu
olduğunu bildirdi. Uğurlu siyasət Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi,
ölkəmizlə iqtisadi
əlaqələrin qurulmasında
maraqlı olan dövlətlərin sayı
artmağa başladı.
Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il
mayın 12-də Ermənistanla
atəşkəs sazişinin
imzanlanması bu sabitliyin daha da möhkəmləndirilməsinin,
Azərbaycanın bugünkü
uğurlarının stimulu
oldu. Azərbaycan müharibə şəraitində
yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün biri-birindən
əhəmiyyətli islahatların
həyata keçirilməsinə
nail oldu. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin
imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinin,
dünya iqtisadi sisteminə inteqrasiyanın
əsası qoyuldu. Bu sazişdən sonra imzalanan onlarla müqavilə, Anlaşma memorandumları Azərbaycanın bugününə,
sabahına olan inamdan qaynaqlanır. Bu gün Azərbaycanın
beynəlxalq aləmdə
təşəbbüsləri gerçəkliyə çevirən
ölkə kimi tanınması və nüfuz qazanması təbii ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.
Ulu Öndər
Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyini qarşıya
mühüm vəzifə
kimi qoyurdu. Azərbaycanın demokratiya
yolunda inamlı addımları dahi şəxsiyyətin uğurlu
islahatlarından qaynaqlanır.
Azərbaycanın demokratik
inkişafını qəbul
etməyən daxili və xarici qüvvələr hər vəchlə bu yolda böyük maneələr yaratmağa
çalışırdılar. Ölkəmizin Avropa Şurasına tamhüquqlu
üzv qəbul olunmaq yolunda hansı maneələrlə
üzləşdiyi hər
kəsə məlumdur.
Lakin Ümummilli Lider uğurlu addımları ilə bu maneələri dəf etdi. 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu
üzv qəbul olunması haqqında qərar qəbul olundu. Həmin ilin yanvarın 25-də Azərbaycanın bayrağı
bu mötəbər qurumun qarşısında
dalğalandı. Beləliklə,
ölkəmiz öz həqiqətlərini dünya
ictimaiyyətinə təqdim
etmək üçün
növbəti tribunanı
əldə etdi. Bu uğurumuzu şərtləndirən əsas
amillər təbii ki, Ulu Öndər
Heydər Əliyevin düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində
insan hüquqlarının
qorunması, mətbuat
azadlığının təmin
edilməsi, demokratik seçkilərin keçirilməsi,
çoxpartiyalı sistemin
yaradılması və
sair kimi sahələrdə uğurların
əldə edilməsi
idi. Bu addımların
nəticəsidir ki, hazırda Azərbaycanın
demokratiya təcrübəsi
digər ölkələrə
nümunə göstərilir.
Dövlət başçısı
İlham Əliyev bildirir: «Azərbaycanda bütün azadlıqlar bundan sonra da
təmin ediləcək
və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan
azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz
var və bu proses davam
etdirilməlidir. Bütün
fundamental azadlıqlar
Azərbaycanda bundan sonra da təmin
ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır.»
Azərbaycan tarixində, xalqın yaddaşında Ümummilli
Lider Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış
və qalacaqdır. Hakimiyyətinin birinci dövründə iqtisadi və mədəni tənəzzül dövrünü
yaşayan Azərbaycanı
Qırmızı Bayraqlar
respubilkasına çevirən
Ulu Öndər Heydər Əliyev
1993-cü ildə hakimiyyətə
qayıdışı, müdrikliyi
ilə ölkəni vətəndaş müharibəsi
təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən
xilas etdi və dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın
bir amal - azərbaycançılıq məfkurəsi
ətrafında sıx
birləşməsinə nail
olaraq bugünkü uğurlarımıza yol açdı. Bir sözlə, Azərbaycanın
müstəqil dövlət
quruculuğuna yolu məhz Onun hakimiyyətə qayıdışı
ilə başlamışdır.
Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm və bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
tezisi harada yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlının
qürur mənbəyidir.
2003-cü ildən isə Ulu Öndər
Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab
İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli
uğurlara imza atır, dünya birliyinin layiqli üzvü kimi yerini və rolunu möhkəmləndirir.
Müasir müstəqil
Azərbaycan dövlətinin
qurucusu, Ulu Öndər Heydər Əliyev 1 oktyabr
2003-cü ildə xalqa
müraciətində bildirmişdir:
“Üzümü Sizə
- həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.
O, yüksək intellektli,
praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz
ətrafında sıx
birləşdirərək Azərbaycan
dövlətinin inkişafı
və xalqımızın
firavanlığı yolunda
çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları,
işləri Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm.»
Cənab İlham
Əliyev 2003-cü il
oktyabrın 15-də xalqın
böyük əksəriyyətinin
səsini qazanaraq Prezident seçildi. Keçirilən andiçmə
mərasimində bildirdi
ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə
çevrilməsi üçün
Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 20 ilə yaxın dövrdə bu siyasətə sadiqlik cənab İlham Əliyevin növbəti prezident seçkilərində
qələbəsini təkrarlamasını
şərtləndirdi. «Mən
bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən
layiqincə gələcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm» söyləyən
dövlət başçısı
İlham Əliyev bu fikirlərin davamı olaraq belə bir vədi
də vermişdir: “Mən bu gün
bu yüksək kürsüdən əziz
Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək
deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik,
zənginləşdirəcəyik, hərtərəfli inkişaf
etdirəcəyik, Sizin
yolunuzla yeni qələbələrə doğru
gedəcəyik.»
Ölkə Prezidenti
İlham Əliyev Ümummilli Lider Heydər Əliyevə bu müraciətindən
17 il sonra, 44 günlük Vətən müharibəsinin hər gününü xalqımıza
qələbə sevinci
yaşatmaqla noyabrın
8-də Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından
xalqa çatdırarkən
keçirdiyi xoşbəxtlik
hissini belə ifadə etdi: “Mən bu gün
Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük
Qələbədir! Bu
gün şəhidlərimizin,
Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın
olsun, dünya azərbaycanlıları!”
Ulu Öndər
Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. 2021-ci ildə Şuşada keçirilən
«Xarıbülbül» musiqi
festivalının bağlanış
mərasimində Ulu Öndər Heydər Əliyevin « Arzu
edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın
gözüdür, hər
bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa
bizim mədəniyyətimizin,
tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir.
Amma təkcə Şuşa yox, Laçın dağları
da əzizdir. Biz heç vaxt laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli,
Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcərin
o bulaqları, Kəlbəcərin
o İsti suyu-biz onlarsız yaşaya bilmərik» fikirlərinin davamı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin “ Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
sözlərinin səsləndirilməsi
dünənimizə baxış,
bugünümüzün reallıqlarının
təqdimatıdır.
Yeganə Əliyeva
İki sahil.- 2023.- 6 iyun. S. 3.