Naxçıvan

 

Sabahı daha gözəl olacaq qədim diyar!

 

Prezident İlham Əliyevin «Heydər Əliyev İli»ndə təsdiqlədiyi «Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı» muxtar respublika əhalisinə diqqət qayğının, Ulu Öndərin irsinə sadiqlik ifadəsidir

 

1990-cı ilin iyulunda doğma Vətəni Azərbaycana qayıdan, o dövrdə respublikanı Kremlin göstərişlərinə əsasən idarə edən ələbaxan iqtidarın təzyiqləri ilə üzləşən Ulu Öndər Heydər Əliyev boyabaşa çatdığı Naxçıvana üz tutdu. Naxçıvanın mərkəzi meydanında 80 mindən artıq həmyerlisi ilə keçirilən görüşdə «Doğma Vətən torpağına heç yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq ancaq respublikanın bu ağır çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir» söyləyən Ulu Öndər muxtar respublikanı Ermənistanın təcavüzündən qorudu, həmyerlilərini əzab-əziyyətdən xilas etdi. Doğma yurdunda el ağsaqqalı, sonra deputat, nəhayət Naxçıvan MR Ali Məclisinin Sədri kimi ən vacib problemlərin əsl mahiyyətini müdrikcəsinə dərk edib, çıxış yollarını müəyyənləşdirib, alternativ yollar axtaran Ulu Öndərin həyata keçirdiyi islahatların hər biri özlüyündə Azərbaycanın gələcək inkişafı üçün təməl idi.

17 noyabr 1990-cı ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisin sessiyasına deputat kimi sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə «Naxçıvan MSSR»in adından «sovet, sosialist»» sözlərinin çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himn gerbinin bərpası barədə qərarın qəbulu müdriklik, cəsarət tələb edirdi.

Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət muxtar respublikanın Ali Məclisi tərəfindən verildi. «Dünya Azərbaycan türklərinin milli həmrəylik birlik günü haqqında» qərar qəbul olundu. Ali Məclisin 14 dekabr 1990-cı il tarixində keçirilən sessiyasında yeni İttifaq müqaviləsinə daxil olmaq üçün referendumun keçirilməsinin əleyhinə olan Ulu Öndər iqtisadi siyasi müstəqillik yolunun cığırlarını açdı. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi isə Azərbaycanın müstəqilliyinin əbədiyyət rəmzi idi.

Muxtar respublikada təkcə siyasi müstəvidə deyil, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan modellərin formalaşması istiqamətində ilkin addımlar atıldı. Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi diqqət göstərmişdir. Bu qətiyyət torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının niyyətlərinin qarşısında sipər olmuşdur. «Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından olmaqla Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını qoruyub saxlayan abidələr diyarıdır» söyləyən Ulu Öndər əlavə olaraq bildirirdi ki, Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar.

«Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun Vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü» söyləyən Prezident İlham Əliyevin muxtar respublikaya səfərlərinin hər biri bu qədim diyarın yeniliklər, zəngin inkişaf mərhələsi kimi yaddaşlarda qalıb.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edərkən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bu amilləri əsas hədəf kimi diqqətə çatdırıb, müvafiq tapşırıqlarını, tövsiyələrini bildirib. Dövlət başçısının ulu məskənə göstərdiyi diqqət sayəsində birbaşa tapşırığı ilə görülən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə təhsil obyektlərinin tikintisi, yeni yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunmaqla perspektivlər açıqlanıb. Dövlət başçımızın səlahiyyətli nümayəndəyə tapşırığının əsasında da insanlara diqqət qayğı öndə dayanıb: Muxtar respublikanın iqtisadiyyatını, özəl bölməni inkişaf etdirmək, insanların qayğısına qalmaq, həyat tərzini yaxşılaşdırmaq, mərkəzi icra orqanları ilə insanlar arasında sıx təmas qurmaqla neqativ halların qarşısını almaq.

Prezident İlham Əliyevin «Heydər Əliyev İli»ndə təsdiqlədiyi «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”» bu vəzifələrin həllinə açılan körpü, Ulu Öndərin irsinə sadiqlik ifadəsidir. Proqramda nəzərdə tutulan, muxtar respublikanın iqtisadi-sosial inkişafını sürətləndirəcək islahatlar biri-birindən aktual, məsuliyyətli möhtəşəmdir. Tarixi İpək Yolunun mərkəzində yerləşən Naxçıvanda azad iqtisadi zonanın yaradılması, ticarət logistika imkanlarının genişlənməsi ilə bağlı vəzifələrin nəzərdə tutulması bilavasitə Zəngəzur dəhlizinin açılmasını şərtləndirir.

«Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi ilə bağlı Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdu. Regionların sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən həyata keçirilən Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində muxtar respublikada da iqtisadiyyatın inkişafı sürətlənmiş, yeni yerləri, müəssisələr açılmış, əhaliyə göstərilən yol, nəqliyyat, kommunal sosial infrastruktur təminatı yaxşılaşmışdır. Hazırda bu qədim diyarda əlverişli biznes mühiti formalaşmış, investisiyaların cəlb edilməsi sahəsində önəmli addımlar atılmış, ixracyönlü dəyər zəncirinin qurulması dayanıqlı yerlərinin yaradılması istiqamətlərində kompleks proqramlar hazırlanmışdır. İslahatların icra mexanizminin monitorinqi qiymətləndirilməsi üçün aidiyyəti orqanların qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Qarşıdakı illər üçün nəzərdə tutulan Dövlət Proqramı”na əsasən yaradılacaq sənaye parkı muxtar respublikada istehsal olunan sənaye məhsullarının respublikadan kənara ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlətözəl bölmə tərəfdaşlığı ilə bu sahədə resurs xidmət təminatı gücləndiriləcək. Naxçıvanda mövcud olan iri müəssisələrin istehsal məhsullarının həm ölkədaxili satışının dəstəklənməsi, həm xarici bazarlara çıxışının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək.

Sənaye Məhəllələrinin yaradılmasına diqqət artırılacaq. Təbii sərvətləri, zəngin resursları, müalicəvi suları, dərman bitkiləri ilə zəngin olan, tarixi abidələri ilə qonaqları heyran edən Naxçıvanda istehsal olunan məhsulların Avropa bazarlarına, region ölkələrinə çatdırılması üçün sənəddə lazımi imkanların yaradılmasının birbaşa icra strukturlarına tapşırılması islahatların icra mexanizminə məsuliyyəti artıracaq. Naxçıvan MR-nın bütün ərazisi üçün gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması, yerli istehsalın ixracı üçün hüquqi bazanın formalaşdırılması kimi mühüm məsələlərin nəzərə alınması, muxtar respublikada fəaliyyət göstərən hüquqi fiziki şəxslərə vergi, gömrük, sosial sığorta digər sahələrdə güzəştlərin tətbiqi Prezident İlham Əliyevin daim səsləndirdiyi ölkəmizin dövlət siyasətinin əsasında insan amil dayanır sözlərinin gerçəkliyidir.

Bu günlərdə paytaxtımızda təşkil edilən «Bakı Enerji Həftəsi: 2023» çərçivəsində «Naxçıvan Şərqi Zəngəzurun yaşıl enerji potensialı» mövzusunda xüsusi sessiyanın Ulu Öndərin doğulub, boyabaşa çatdığı Naxçıvan şəhərində keçirilməsi müdrik şəxsiyyətin xatirəsinə ehtiramdır. Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xüsusi sessiyadakı çıxışında Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə göstərdiyi fədakarlıqlardan söz açaraq Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının, «Əsrin müqaviləsi»nin imzalanmasını ölkəmizin hərtərəfli inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Muxtar respublikanın elektrik enerjisi ilə tələbatının üçdə birinin bərpa olunan enerji hesabına ödənildiyini qeyd edən energetika naziri Pərviz Şahbazov vurğulayıb ki, Dövlət Proqramında xüsusilə qeyd olunan Naxçıvanın «yaşıl enerji» marafonuna qoşulması muxtar respublikanın iqtisadiyyatına önəmli töhfə, enerji ilə təchizata göstərilən diqqətdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf uzaqgörən siyasətçi Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi günlərdə Bakı Enerji Forumu çərçivəsində təşkil edilən xüsusi sessiyanı neft strategiyasının uğurlarının geniş coğrafiyada dəstəklənməsi enerji diplomatiyamızın uğuru adlandırıb.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi bu ulu diyarın sakinlərinə dövlət qayğısının daha bariz ifadəsidir. Dövlət Proqramından irəli gələn vəzifələri yerinə yetirmək üçün qüvvələri səfərbər edən, Ulu Öndər Heydər Əliyevin « Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir» sözlərini Ümummilli Liderə tükənməz ehtiramı ilə doğruldan muxtar respublika sakinləri onlara göstərilən diqqətə layiq olmaq üçün qüvvələrini səfərbər edəcək, səylərini birləşdirəcəklər. Naxçıvan Ulu Öndərin arzuladığı kimi çiçəklənəcək, adına layiq cənnət məkan kimi daha da gözəlləşəcək.

 

Xuraman İsmayılqızı

İki sahil.- 2023.- 7 iyun. S. 5.