Fars vandalizminin iyrənc hədəfi: Tarixi mədəni abidələrdən türk izi silinməlidir

 

İranın Güney Azərbaycanda tarixi abidələri restavrasiya adı ilə məhv etməsi hər kəsə məlumdur. Bu günlərdə İranın Mədəni İrs Nazirliyi yanında Tarixi Yerlərin İnkişafı, Bərpası İstismarı FonduPərdisan layihəsiadı altında bağlanmış müqavilə əsasında Makı şəhərində bir neçə tarixi bina, o cümlədən Maliyyə, Şəhrəbanu, Milli Bank Kulahfirəngi binaları təmir üçün KermanınMahan Holding” şirkətinə həvalə edib. Lakin təmir-bərpa işlərinin qeyri-standart şəkildə həyata keçirilməsi binaların orijinallığını itirməsinə məhvinə səbəb olub. Ümumiyyətlə, fars hökuməti hər zaman Azərbaycanın milli-mədəni irsinə qarşı bu cür qeyri-insani münasibət göstərib. Şübhəsiz ki, səbəb tarixi abidələrimizdən türk izini silmək, tariximizi saxtalaşdırmaqdır.

Tarixdən məlumdur ki, Rza Pəhləvinin hakimiyyətindən indiyə qədər panfarsizmə qulluq edən İran siyasi hakimiyyəti Azərbaycan türkünün izlərini ölkə ərazisindən silməyə cəhd göstərir, türkcə coğrafi yer adlarını dəyişdirir, milli-mədəni, tarixi abidələri dağıdır. Məsələn, 1994-cü ildə Rəfsəncaninin hakimiyyəti illərində Təbriz ətrafındakı qəbirlərə hücum olundu, Təbrizdəki Ərk qalasının ətrafında qadınların namaz qılması, ibadət etməsi adı altında ərazini mühasirəyə aldılar, Ərk qalasını dağıtmağa, məhv etməyə çalışdılar. Yerli əhali, Azərbaycan beynəlxalq ictimaiyyətin etirazından sonra bu məsələ təxirə salındı. Türklərə aid tarixi abidələrin dağıdılmasına cəhd, dağıdılması ilə bağlı çox sayda nümunələr mövcuddur. Oxşar hadisələr ermənilərin Azərbaycan ərazisindəki işğal illərində etdiyi işləri, İranın Şuşadakı məscidi bərpa etdiyi zaman fars ornamentlərini ora tətbiq etməsini, İrəvanda Göy məscidə Fars məscidi adı verilməsini xatırladır. Makıdakı hadisələr farsların türklərin varlığına, izinə, mədəniyyətinə qarşı edilən fəaliyyətlərindən biridir.

Digər bir nümunəyə diqqət edək. Molla rejimi Urmiya gölünün 10 kilometr cənubunda yerləşən əfsanəvi Həsənlitəpəni (Həsənli Təpəsi) zaman-zaman türk varlığından qoparmaq istəyib. Ondan əvvəl Pəhləvilər çox çalışıb ki, bu abidəni farslara bağlasın, amma alınmayıb, çünki o təpədən-dırnağa türk abidəsidir. Məlumatlara görə, dəmir dövründən miras qalan Həsənlitəpə İran adlanan ölkə tərəfindən prioritet olmadığı üçün BMT-nin Elm, Təhsil Mədəniyyət üzrə qurumu UNESCO-nun Ümumdünya İrsi Siyahısında müvəqqəti olaraq qeydə alınıb lakin rəsmi qeydiyyata alınmayıb. Bu, birbaşa fars molla rejiminin abidəmizə ögeyliyindən qaynaqlanır. Düzdür, İran onuFars abidəsisayır, amma dünyaya belə təqdim edə bilmir, çünki abidə türklərə aiddir. Arxeoloqların araşdırmasına görə, Həsənlitəpəsi tarix boyu 10 fərqli dövrdə mədəniyyətlərə ev sahibliyi etmişdir ki, 10-cu dövrü 8 min il öncəyə dayanır. Ən yaxın mədəniyyət sayılan 1-ci dövr isə Elxanlı dövrəsinə aiddir. Arxeoloqlara görə, bu 10 dövrün, ən önəmlisi 3-cü 4-cü dövr üç-dörd min il öncəyə aiddir.

Həsənlitəpə, yaxud Həsənli Təpəsi indi İran adlanan ölkənin, Qərbi Azərbaycan Ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Ekspertlərə görə, vadiyə giriş çətindir. Oraya giriş ancaq Qərbdən Kələyaşin Rəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür. Ziviyə tapıntıları skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan verir. 1956-cı ildən etibarən burada R.Daysonun rəhbərliyi altında Amerika Arxeoloji Cəmiyyəti İran Arxeoloji İdarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənli rayonu e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859–824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir. E.A.Qrantsovski güman edir ki, e.ə. IX əsrə aid assur mənbələrində təsadüf edilən İdi adı Həsənlinin qədim adıdır. O, göstərir ki, Həsənliyə aid onomastik material e.ə.IX əsrin sonlarınadək Həsənli əhalisinin İrandilli olmadığını sübut edir.

Həsənlidə qazılmış arxeoloji material Güney Azərbaycanın qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Həsənli qazıntıları özündən əvvəlkilərdən burada təkcə yaşayış məskəninə aid nekropolun aşkar edilməsi ilə deyil, həm yaşayış məskəninin özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə sistematik olaraq aparılmış qazıntılardır onlar bu rayonun ardıcıl mədəni inkişafının dolğun lövhəsini yaşadır. Müasir tədqiqat metodları sayəsində buradan ədə edilmiş materialın dəqiq etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur. Həsənli materialları qonşuluqdakı qədim yaşayış məskənləri nekropollar yerləşən təpələrdən aşkar edilmiş materiallarla tamamlanır. Həsənli təpəsi yaxınlığında bir neçə kiçik təpə qazılmışdır. Onlar Həsənlidə qazılmış dövr etibarilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adları ilə adlandırılmışdır.

Məlumatlara görə, bir neçə il əvvəl Qərbi Azərbaycan vilayətinin mədəni İrslər Əl Sənətləri İdarəsinin direktoru 2019-cu ildə verdiyi müsahibədə Həsənli Təpəsindən 14 min tarixi obyektin kəşf olduğunu bəyan etmiş ancaq bu 14 min obyektdən 7 min obyektin İran muzeylərində saxlandığını da bildirmişdi. Lakin digər obyektlər barəsində məlumat verməmişdi. O, bu obyektlərdən 27-nin İranın milli əsəri olaraq qeyd olunduğunu da ifadə etmişdi. Bu tarixi təpədə kəşf olunan obyektlərin ən önəmlisi dünyaca ünlü Həsənli Qızıl Kasasıdır. 950 qram saf qızıldan düzəldilmiş bu əsərin tarixi 3200 3500 il öncəyə dayanır. 1957-ci ildə Robert Dyson tərəfindən tapılan bu obyektin məşhur olma səbəbi üzərindəki naxışlar o naxışların daşıdığı anlamlardır. Arxeoloqlara görə, bu naxışlar dini epik nağılları əks etdirir. Naxışların ən əhəmiyyətli məşhuru 3 tanrı yəni su, yer günəş tanrısı naxışlarıdır. Robert Dyson daha sonra xatirələrində qızıl kasanın kəşfi barəsində belə deyir: “Həsənli Qızıl Kasası elə bir əsərdir ki, onun kəşfi hər bir arxeoloqun həyatına yetər.” Qədim türk abidəsi olan Həsənlitəpə fars şovinstləri tərəfindən laqeydliklə üzləşsə , soydaşlarımız hər zaman bu abidəyə sahib çıxıb, çünki o, xalqımızın əzəmətini, qədimliyini yaddaşında saxlayan unikal bir abidədir.

 

Sevinc Azadi,

İki sahil.- 2023.- 7 iyun. S. 7.