Ulu
Öndərin xalqımız
qarşısındakı xidmətləri
heç vaxt unudulmayacaq
Oğuz
rayonunda "Heydər
Əliyev İli" çərçivəsində tədbir keçirilib
“Heydər Əliyev
İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının
(YAP) Mərkəzi Aparatı
tərəfindən hazırlanan
və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində
iyunun 7-də YAP Oğuz
rayon təşkilatı
tədbir keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri
qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı
uğrunda canlarını
qurban vermiş şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş
sözü ilə açan YAP Oğuz rayon təşkilatının
sədri Saleh Məhərrəmov qəlbi
daim Azərbaycan ilə döyünən, bütün varlığı
ilə xalqına bağlı olan Heydər Əliyevin misilsiz xidmətlərindən
danışıb. Vurğulayıb
ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla
davam etdirən Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi partiyasıdır.
Oğuz rayon
İcra Hakimiyyətinin
başçısı Eyvaz
Qurbanov Ümummilli Lider Heydər Əliyevin şərəfli
həyat yolu, zəngin və çoxşaxəli fəaliyyətindən
bəhs edib. Qeyd edib ki,
Azərbaycan xalqının
dahi oğlu Heydər Əliyev Azərbaycanı zamanın
mürəkkəb tarixi-siyasi
sınaqlarından uğurla
çıxararaq müstəqilliyə
qovuşdurmuş qüdrətli
şəxsiyyətdir.
Tədbirdə çıxış edən
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləyib
ki, Ulu Öndər
Heydər Əliyev bütün dövrlərdə
öz xalqına sədaqətlə xidmət
edib. Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin
dəyərlərinin tanıdılmasında
və ölkəmizin
beynəlxalq münasibətlər
sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib ki, Vətəninə,
xalqına sədaqətlə
xidmət etmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini
yaşadan və gələcəyini müəyyən
edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin
əsl vətəndaş
kimi formalaşmasında
Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Müslümat Allahverdiyeva vurğulayıb
ki, müasir müstəqil Azərbaycan
Ümummilli Liderin şah əsəridir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı
misilsiz xidmətləri
heç vaxt unudulmayacaq. Bu gün qalib və qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm
uğurlar qazanır.
İkinci Qarabağ
müharibəsi iştirakçısı
Sənan Rəşidli,
Oğuz rayon Təhsil sektorunun əməkdaşı
Günel Abdullayeva, Vətən müharibəsi
şəhidi, Azərbaycan
Bayrağı ordenli Tural Məmmədovun atası Arif Məmmədov və Oğuz rayon Mərkəzi Xəstəxanasının
əməkdaşı Lalə
Salamova çıxışlarında
vurğulayıblar ki,
Ümummilli Liderin həm SSRİ dövründə,
həm də müstəqillik illərində
ölkəmizə rəhbərlik
etdiyi dönəmdə
görülən işlər
respublikamızın qüdrətinin
artmasına, Azərbaycanın
tarixi nailiyyətlər
qazanmasına xidmət
edib.
Daha sonra
rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar təqdim edilib.
Tədbir
konsert proqramı ilə davam edib.
İki sahil.- 2023.- 8 iyun. S. 3.