"Həmrəylik Halqası":
Yeni
iştirakçılar, ideyalar,
planlar…
Bakı Enerji
Həftəsi çərçivəsində
keçirilən tədbirlər,
çıxışlarda səslənən
fikirlər təsdiqlədi
ki, enerji təhlükəsizliyində təkcə
marşrutların deyil,
mənbələrin şaxələndirilməsinə
də diqqəti artıran Azərbaycan ümumavropa qaz təchizatçısına çevrilir
Paytaxtımızda öz işinə başlayan və üç gün davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində
28-ci Beynəlxalq Xəzər
Neft və Qaz – «Caspian Oil&Gas» və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin
təşkili ilə Azərbaycan yenidən dünya ictimaiyyətinin diqqət mərkəzinə
gəlib. 38 ölkədən
331 şirkətin iştirak
etdiyi bu ilki Bakı Enerji Həftəsinin ölkəmizdə tənətənə
ilə qeyd olunan «Heydər Əliyev İli»nə
təsadüf etməsi
sərgi iştirakçılarının
da marağına səbəb olub.
Prezident İlham
Əliyevin Bakı Enerji Həftəsi”nin
iştirakçılarına müraciətində qeyd olunduğu kimi, bu ilki tədbirin”
Azərbaycan xalqının
Ümummilli Lideri, müstəqil Azərbaycan
dövlətinin qurucusu
Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə
təsadüf etməsi
əlamətdar bir hadisədir. Müraciətdə
qeyd olunan «Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin
formalaşması Heydər
Əliyevin müstəsna
rolu ilə bağlıdır. «Xəzər
Neft və Qaz” sərgisi»nin
bünövrəsinin qoyulması
və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf etmişdir. Məhz həmin il imzalanmış «Əsrin müqaviləsi»”ndən sonra
enerji təhlükəsizliyinin
etibarlı təminatçısına
çevrilən Azərbaycan
neft-qaz sahəsində
bütün xarici tərəfdaşlarla əməkdaşlıqda
və enerji resurslarının ixracında
uğurlu nümunə
yaratmışdır. Hazırda
Azərbaycan «yaşıl
enerji» ixracına dair layihələr həyata keçirməklə
özünün neft-qaz
tarixindəki uğurunu
təkrarlayır» sözləri
dünyanın enerji xəritəsini dəyişən
neft strategiyasının
müəllifi Ulu Öndər Heydər Əliyevin xatirəsinə
beynəlxalq səviyyədə
göstərilən hörmət
və ehtiramın ifadəsidir.
Sərgi münasibətilə
Prezident İlham Əliyevə səmimi arzularını çatdıran
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Cozef Baydenin dövlət başçımıza
ünvanladığı məktubda
30 ildə hər iki dövlət arasında daha da möhkəmlənən
əməkdaşlıqdan məmnunluq
ifadə olunur.
«Bu tədbir
ölkələrimizin təhlükəsiz
və təmiz enerji ilə bağlı gələcəyə
birgə sadiqliyini vurğulayır. Azərbaycan
bu səylərin həyata keçirilməsində
vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə
yardım etməkdədir
– buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin
şaxələndirilməsinin artırılması daxildir.
Qlobal iqlim məqsədlərinə nail
olmaq üçün
Azərbaycanın səyləri,
o cümlədən bərpaolunan
enerjinin inkişafının
artırılmasına və
enerji səmərəliliyinin
gücləndirilməsinə dair təşəbbüslər
məni sevindirir.» Məktubda əlavə olaraq qeyd edilir
ki, Azərbaycan xalqı üçün imkanların artırılmasına
yönəlmiş islahatların
həyata keçirildiyi
dönəmdə ABŞ yanınızda
olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər
üçün Cənubi
Qafqazda sülhün və rifahın təşviqinə kömək
göstərəcək ədalətli
və dayanıqlı
sülhü dəstəkləməyə
davam edəcəyik.
Ənənəvi olaraq hər il keçirilən Bakı Enerji Həftəsində dünyanın
enerji xəritəsində
rolu artan Azərbaycanın təşəbbüsü
ilə reallaşan layihələrin əhəmiyyətindən
bəhs edən Prezident İlham Əliyev mühüm tədbiri qlobal enerji təhlükəsizliyinin
təmini, alternativ və bərpa olunan enerji potensialı,
o cümlədən «yaşıl
enerji» layihələrinin
təşviqi sahəsində
əməkdaşlığın genişləndirilməsi, habelə
enerji mənbələrinin
şaxələndirilməsi istiqamətində müzakirələr
üçün fürsət
kimi dəyərləndirdi.
Müasir dövrümüzün
əsas enerji hədəfi olan «yaşıl enerji»yə
keçidlə bağlı
ölkəmizdə görülən
işlərin sürətləndirilməsini
Avropa dövlətlərinin
enerji tələbatının
ödənilməsi istiqamətində
önəmli addımlar
adlandırdı. Bildirildi
ki, xüsusilə işğaldan azad edilmiş ərazilərdə
irimiqyaslı layihələrin
həyata keçirilməsi,
o cümlədən Qarabağda
və Şərqi Zəngəzurda «yaşıl
enerji» zonasının
yaradılması enerji
istehsalçısı və
ixracatçısına çevrilən
Azərbaycanın alternativ
resurslardan səmərəli
istifadə qitə dövlətləri üçün
əlverişli mənbədir.
1994-cü ildə «Əsrin müqaviləsi»nin
imzalanmasından sonra təşkil olunan Xəzər Neft-Qaz Sərgisi, artıq ənənəvi keçirilən
Bakı Enerji Həftəsi beynəlxalaq
tədbirlər arasında
əməkdaşlıq formatının
genişlənən coğrafiyası
ilə fərqlənir.
Avrasiyanın enerji xəritəsini qlobal layihələri ilə dəyişdirən, istehsalçı
kimi tranzit ölkələr, istehlakçılar
üçün təhlükəsiz
şərait yaradan Azərbaycan milli təhlükəsizlik qədər
əhəmiyyətli olan
enerji təhlükəsizliyinin
gündəliyində önəmi
ilə fərqlənir.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair
Anlaşma Memorandumunun
imzalanması ilə başlanan enerji dialoqu uğurla icra edilir. «Biz
artıq enerji dialoqumuzu başlamışıq,
uğurla davam edir. Biz Avropa
İttifaqı ilə
bərabər, Cənub
Qaz Dəhlizi Məşvərət Şurasının
üzvləriyik, o, hər
il fevral ayında Bakı şəhərində baş
tutur. O da çox böyük əhəmiyyətə malikdir
ki, bizim bütün səylərimiz
əlaqələndirilir. Cənub
Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra belə, bu gün
bizim yeni vəzifələrimiz var.
Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının
müsbət məqamları
olduqca çoxdur və gələcək potensial da olduqca
genişdir» sözləri
ilə yenilənən,
bərpa olunan enerji ilə bağlı layihələrin
əhəmiyyətini diqqətə
çatdıran Prezident
İlham Əliyevin vurğuladığı kimi,
enerji təhlükəsizliyi
təkcə marşrutların
şaxələndirilməsi deyil, eyni zamanda,
mənbələrin şaxələndirilməsidir.
Ötənilki Bakı Enerji Həftəsindən sonra qitə dövlətləri
ilə birgə həyata keçirilən
tədbirlər, mərasimlər
qarşılıqlı əməkdaşlığın
nəticəsidir. 2027-ci ilə
qədər Avropa bazarına qaz təchizatını iki dəfə artırmağı
nəzərdə tutan
Azərbaycanın enerji
səmərəliliyi və
bərpa olunan enerji məsələsi üzrə təklifləri
beynəlxalq səviyyədə
dəstəklənir. Yunanıstan-Bolqarıstan
interkonnektorunun açılması
ilə Azərbaycanın
təbii qazı Bolqarıstana, sonra isə digər ölkələrə çatdırılacaq.
Rumıniya artıq bu əməkdaşlıq
formatının üzvüdür.
Hər şey plana uyğun getsə və bütün interkonnektorlar
vaxtında inşa edilsə, bu ilin sonuna qədər
Azərbaycanın təbii
qazı Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da ölkəmizin
qaz ixracı üzrə marşrutu genişlənəcək.
Ötən il
Buxarestdə Azərbaycanın,
Gürcüstanın, Macarıstanın,
Rumıniyanın, və
Avropa Komissiyasının
Prezidentinin iştirakı
ilə yaşıl enerjiyə və transmissiyaya dair sənədin imzalanması,
layihə çərçivəsində
Xəzər dənizinin
Azərbaycan sektorundan
əldə olunacaq külək enerjisinin ötürücü xətlər
və Qara dənizin dibi ilə çəkiləcək
sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli Azərbaycanla qitə dövlətləri arasındakı
qarşılıqlı əməkdaşlığın
nəticəsidir. Sofiya
şəhərində Azərbaycanın,
Bolqarıstanın, Macarıstanın,
Rumıniyanın və
Slovakiyanın daxil olduğu «Həmrəylik Halqası»nın reallaşması ilə Azərbaycan ümumavropa qaz təchizatçısı
adlandırılır.
«Bizim təchizatın
coğrafiyası, əminəm
ki, genişlənməkdə
davam edəcək. Çünki Azərbaycan
qazına ehtiyac artmaqdadır. Son ilyarım ərzində bizə 10-dan artıq ölkə müraciət
edib ki, təchizatın həcmini
artıraq və ya həmin ölkələrə
təchizata başlayaq.
Əlbəttə, biz
bütün dostlarımızın
ehtiyaclarını ödəməyə
çalışırıq» söyləyən Prezident
İlham Əliyev bərpa olunan enerji sahəsində də Azərbaycanın zəngin potensialını
diqqətə çatdırıb.
TANAP-ın, TAP-ın ixrac imkanlarının
genişləndirilməsi ilə
digər Avropa boru kəmərlərinə,
Balkanlara çıxışı
təmin etməklə
Avropada interkonnektorların
sayı artırılmalıdır.
Prezident İlham Əliyevin «Ona görə də biz bu komanda
işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi
hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə
gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki
artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız
var, planlarımız var. Biz bunları
reallaşdırdıqca, bütün
işlərimiz uğurla
gedəcəkdir» sözlərini
təsdiqləyən ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi
Cefri Pyattın vurğuladığı kimi,
Azərbaycan enerji təhlükəsizliyinin gücləndirilməsində
etibarlı tərəfdaş
olub. ABŞ bundan sonra da əməkdaşlığı
davam etdirəcək və əmindir ki, etibarlı enerji mənbələri Azərbaycan tərəfindən
təmin olunacaq.
Xuraman İsmayılqızı
İki sahil.- 2023.- 8 iyun. S. 4.