Tarixi Qayıdışdan şanlı Zəfərə

 

Ümummilli Lider Heydər Əliyevin 9 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında geniş imkanlar açdı

 

Xalq o zaman xoşbəxt olur ki,  ölkəsinin gələcəyini düşünən Liderinin düşünülmüş siyasəti nəticəsində irəliyə doğru  inamla addımlayır, hər bir hədəfə zamanında nail olur. Həmçinin bu reallıq da daim  önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan gələcəyə doğru böyük inamla irəliləyən xalq tarixin sınaqlarından şərəflə çıxır, böyük uğurlara imza atır,  yüksək zirvələri fəth edir. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı dünyaya bu nümunəni göstərib. Xalqımız XX əsrin əvvəllərində qazandığı müstəqilliyi qısa zamanda obyektiv səbəblərə görə itirsə , əksinə, müstəqil azad yaşamaq arzusu daha da alovlandı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən  bərpa edən Azərbaycan nəinki yenidən onu itirmək, hətta bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsini yaşadı.  Həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı böyük təhlükələrlə, faciələrlə üz-üzə qoymuşdu.  Ölkəmizdə vətəndaş müharibəsi başlanmışdı. Digər tərəfdən torpaqlarımızın işğalı xalqın sabaha ümidlərini itirmişdi. 1993-cü il  4 iyunda  Gəncə şəhərində baş verən hərbi qiyam vəziyyəti daha da gərginləşdirirdi.  Belə bir ağır  vəziyyətdə Azərbaycan xalqı üzünü xilaskarına - o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən  Ulu Öndər Heydər Əliyevə tutdu.  Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlişi ölkəmizi vətəndaş qarşıdurmasından xilas etdi.  Azərbaycanda vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması həmin o tarixi gündən başlandı.

 

Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdışının ilk mərhələsində hər bir inkişafın əsasında dayanan sabitliyi təmin etdi, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdirtezisini önə çəkərək iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verdi, bugünümüz üçün möhkəm iqtisadi təməl yaratdı, əsl liderə xas olan səbir, qətiyyət, müdriklik nümayiş etdirərək bütün çətinliklərə qalib gəldi.

Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə   gördüyü işlər  dahi şəxsiyyətin bugünümüzə xidmət edən addımları sırasındandır. Həmin dövrdə Ulu Öndərin təşəbbüsü bilavasitə rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, himni, gerbi bərpa olundu, dünyanın müxtəlif guşələrinə  səpələnmiş soydaşlarımızın birliyinə hesablanmış 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edildi. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ulu Öndər Heydər Əliyev harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırdı. Ümummilli LiderinMən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrildi. Ulu öndər Heydər Əliyev dönə-dönə bəyan edirdi ki, müstəqillik yolunda ilk addımlarını atan dövlətin varlığının təsdiqlənməsində ikitərəfli çoxtərəfli çərçivədə əməkdaşlıq, diaspor quruculuğu vacib amillərdir. Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Ümummilli Lider müstəqil dövlətimizin Prezidenti  kimi ilk gündən diqqətini Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəltdi. Təbii ki, dünyanın müxtəlif ölkələrində yaşayan  soydaşlarımızın bir araya gətirilməsi, vahid mərkəzdən idarə olunmaları da bu prosesə öz müsbət təsirini göstərirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu, bir sözlə, Azərbaycanın dünyaya təqdimatı istiqamətində növbəti addım oldu. Torpaq, Vətən sevgisi bütün dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirdi. Ümummilli Lider bu çağırışı da edirdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl əqidə birliyi , sarsılmaz həmrəylik tələb olunur.

Müstəqilliyin əldə olunması qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindirsöyləyən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın  Prezidenti olduğu 10 il müddətində daim bu tezisinə sadiq qalaraq dövlətçiliyimizi, xalqımızı gözlənilən bəlalardan xilas etdi. 1993-cü ilin iyununda törədilən Gəncə hadisələrinin,  1994-cü ilin oktyabrında, 1995-ci ilin martında Bakıda dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalqla birliyi ilə alan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin əbədiliyinin qarantı oldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri göstərdi ki, dövlətin qorunması, müstəqilliyin əbədiliyi üçün xalq-iqtidar birliyi silahdan qat-qat artıq gücə malik olan həlledici amildir.

Sabitliyi hər bir ölkənin inkişafında əsas amil kimi önə çəkən Ümummilli Lider Azərbaycanı qısa müddətdə sabitlik, böyük investisiyalar məkanına çevirdi.  Onun gərgin səyləri nəticəsində  1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsi ilə yanaşı, digər istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində əhəmiyyətli addımların atılmasına geniş imkanlar yaratdı. Məhz həmin ilin sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəni, əməkdaşlıq əlaqələrinin genişləndirilməsini, dünya iqtisadi sisteminə inteqrasiyanı şərtləndirdi. Ulu Öndər Heydər Əliyev bildirmişdir ki,  dünya təcrübəsi göstərir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına  iqtisadi tərəqqiyə nail ola bilməz.  Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırdı bu gün bu uğurlar davam etməkdədir. Ulu Öndər Heydər Əliyev   iqtisadiyyatın inkişafında  neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi.  1999-cu ildə  imzaladığı Fərman əsasında Dövlət Neft Fondunun yaradılması neft gəlirlərinin idarə olunmasında şəffaflığın təminatında, yeni-yeni sosial-iqtisadi layihələrin uğurlu icrasında mühüm rol oynayır. «Əsrin müqaviləsi»ndən sonra onlarla sazişin imzalanması da Azərbaycana olan inamın göstəricisidir.

Azərbaycan dövlətinin siyasi iradəsi ilə həyata keçirilən layihələr  onu regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Ölkəmizin Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması uğurlu sosial-iqtisadi islahatların nəticəsi kimi qeyd olunur. Hazırda ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü siyasi çəkinin artmasının göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: «Enerji təhlükəsizliyi  əlbəttə ki,  bu gün Avropa ilə  Azərbaycan arasında  gedən danışıqların demək olar, əsas  mövzusudur.  Azərbaycan öz rolunu oynayır.  Azərbaycan tərəfindən irəli sürülmüş layihələr  Avropanın enerji xəritəsini dəyişdirir. Avropanın enerji təhlükəsizliyi gələcəkdə, həmçinin  Azərbaycanın hesabına təmin ediləcəkdir

Reallaşan layihələr dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq  körpüsünün daha da möhkəmlənməsinə yol açır. Bir əsas məqamı da qeyd edək ki, Azərbaycanda mövcud sabitlik dünya dövlətləri ilə  əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.   Bu gün böyük fəxrlə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 280 milyard dollara çatıb.   Azərbaycan dövləti qapılarını  xarici investorların üzünə açdı. Ulu Öndər Heydər Əliyev ölkə iqtisadiyyatına qoyulan investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini ən yüksək tribunalardan bəyan etməklə, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına stimul verdi. Azərbaycanın malik olduğu iqtisadi  imkanların təqdimatında Dünya İqtisadi Forumu da öz rolunu oynadı.  Ümummilli Lider  Azərbaycanın ilk dəfə təmsil olunduğu Dünya İqtisadi Forumunda çıxışında  bildirmişdir: «Zəngin neft qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır 

İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas yaratdı. Azərbaycan yeni-yeni dostlar qazandı, beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla  həqiqətlərini dünyaya çatdırmaq üçün yeni tribunalar əldə etdi.  Ulu Öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki,   Qarabağ münaqişəsi müzakirə mövzusu olmasın, erməni yalanları ifşa edilməsin. Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması da Ümummilli Liderin səylərinin nəticəsidir.  Dahi şəxsiyyət, eyni zamanda, bu məqamı önə çəkirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü ordu olmalıdır. Ordu müstəqilliyimizin, suverenliyimizin qarantıdır. 1993-cü ildən başlayaraq  digər sahələr kimi ordu quruculuğu istiqamətində atılan addımlar bugünümüz  üçün möhkəm baza oldu.

2003-cü ildən başlanan yol Heydər Əliyev yolunun uğurlu davamı kimi dəyərləndirilir. Cənab  İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı  ilk gündən bu çağırışı etdi ki,  Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir.   Cənab İlham Əliyev Prezident kimi ilk müsahibəsində iqtisadi amilin rolunu önə çəkərək 1993-2003-cü illərdə yaradılan möhkəm baza əsasında  iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini açıqladı. Son 20 ilə yaxın dövrdə  Azərbaycanın iştirakçısı təşəbbüsçüsü olduğu enerji layihələrinin coğrafiyası genişlənməkdə, neft-qaz gəlirlərini həcmi artmaqda, yeni-yeni hədəflər müəyyənləşməkdə uğurlu icra olunmaqdadır.  Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanması  dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolundan da aydın görünür.  Bu inam ifadə olunur ki,  BTC BTƏ neft-qaz kəmərlərinin  stimul verdiyi  digər layihələr qarşıdakı illərdə ölkəmizin bu rolunu daha da artıracaq.   2012-ci ildə  TANAP layihəsinə start verildi,  2013-cü ildə  TAP  layihəsi  əsas ixrac marşurutu kimi seçildi.  2014-cü ildə  «Əsrin müqaviləsi»nin  imzalanmasının 20 illiyində Cənub Qaz dəhlizinin təməli qoyuldu.  Bütün layihələrin təşəbbüskarı  Azərbaycan oldu.  2018-ci ildə  Cənub Qaza Dəhlizinin rəsmi açılış oldu,  həmin il  TANAP,  2020-ci ilin sonunda isə  TAP istifadəyə verildi.  2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu.  Dövlət başçısı İlham Əliyev bildirdi ki,  Cənub Qaz Dəhlizi bu günədək görülən işlərin zirvəsidir. Təbii ki, BTC BTƏ neft-qaz kəmərləri olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən danışmaq qeyri-mümkün idi. Azərbaycan dövləti daim beynəlxalq  əməkdaşlığın önəmini önə çəkərək bildirir ki, hər bir məsələnin həllində  qlobal əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimad   inama güvənmək əsasdır.

Bugünümüzün reallığı budur ki,  Azərbaycanın qarşısında yeni-yeni imkanlar açılır.  Azərbaycan yeni iqtisadi sosial çağırışların müzakirəsi üçün əsas məkana çevrilib. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir.  Dövlət başçısı İlham Əliyevin söylədiyi «Ölkə inkişaf edir. Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti   xüsusilə   Azərbaycan ilə hələ   əməkdaşlıq  etməyən işgüzar dairələrə daha geniş şəkildə  təqdim etmək istəyirik. Biz  qapılarımızı geniş şəkildə  açmışıq  dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik» fikirləri Azərbaycanın əməkdaşlıqda maraqlı oluğunu bir daha dünyaya nümayiş etdirir.  Çoxmilyardlı iri sərmayələrin neft qaz sektoruna cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinə kömək edir.  Bu, onu göstərir ki,  Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir bu, yalnız  neft qazla bağlı deyil. Azərbaycan dövlətinin  apardığı şaxələndirmə siyasətinin bəhrələrindən biri kimi  Davos İqtisadi Forumunun reytinqinə əsasən  ölkəmizin  iqtisadiyyatın rəqabətədavamlılığına görə reytinqi yüksəkdir.

Azərbaycan daim davamlı uğurları ilə dünyanın diqqətindədir. Artıq iki ildən çoxdur ki, xalqımız, 30 ildən sonra azadlığına qovuşan torpaqlarımız Zəfərimizin sevincini yaşayır. Bu, Qələbə 1993-cü il 9 iyun tarixindən başlanan yolun təqdimatıdır. Azərbaycan bütün sahələrdə uğurlara imza atdı. Xarici siyasətimizin yeganə məsələsi olan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Müstəqilliyimizin qarantı olan ordumuz daha da gücləndi, maddi-texniki bazasını daha da möhkəmləndirdi.  Azərbaycan Ordusu dünyanın ən güclü  orduları sırasında yer aldı. Ulu Öndər Heydər Əliyevin  düşünülmüş gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan dünya birliyinin  əsl söz sahibinə çevrildi. 20 ilə yaxın dövrün 17 ilini torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldən dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata 30-dan artıq müsahibəsinin hər biri dünənimizin perspektivlərin təqdimatı, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbə oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədə qələbəmizə tam əmin idi. Təbii ki, bu əminliyə əsas verən münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu, digər mühüm məqam isə ordumuzun gücü, qüdrəti idi. 44 günlük İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında gücünü dünyaya nümayiş etdirmişdi.

Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımız mərhələli şəkildə  doğma yurd-yuvalarına qayıdırlar. Artıq iki ildən çoxdur ki, azad Şuşa diplomatik mərkəzə çevrilib. 2021-ci ildə mədəniyyət paytaxtımız iki dost, qardaş ölkənin- Azərbaycan Türkiyənin müttəfiqliyinin rəsmiləşdirilməsinə şahidlik etdi. Dünyaya mesaj olan bu sənəd məhz 15 İyun-Milli Qurtuluş Günündə imzalanmışdır. Bunun da öz rəmzi mənası vardır. Böyük Öndərlər Mustafa Kamal Atatürkün Heydər Əliyevin iki qardaş ölkənin münasibətlərinin bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında böyük rolu vardır. Yaxın günlərdə Şuşa Bəyannaməsinin ikinci ildönümü qeyd ediləcək.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu daha da artıb. Dahi şəxsiyyət Heydər Əliyevin bütün arzuları reallığa çevrilib. Dünyaya Günəş kimi doğan  müasir müstəqil Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətə imza atdı.  1993-cü il 9 iyun tarixindən başlanan  müstəqillik yolumuz uğurla davam edir, Azərbaycana möhtəşəm uğurlar qazandırır.

 

Yeganə Əliyeva

İki sahil.- 2023.- 9 iyun. S. 2.