Tarix müasirlik kontekstində Heydər Əliyev siyasəti

 

Məlum olduğu kimi, 2023-cü il ölkəmizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzüncü ildönümü şərəfinəHeydər Əliyev İlielan edilmişdir. Bütün sahələrdə fəallığın təzahür tapdığıHeydər Əliyev İli”ndə elm sahəsində təqdirəlayiq işlər həyata keçirilmişdir. Bu təqdirəlayiq işlərdən biri ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu zəngin siyasi fəaliyətinə həsr edilən kitab monoqrafiyaların çapı məsələsədir. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin nəşr etdirdiyiHeydər Əliyev siyasəti: tarix müasirlikmonoqrafiyası da dahi liderin uzaqgörən siyasi fəlaiyyətinə nəzər salan qiymətli elmi əsərlərdən biridir. Monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçisi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovdur. Monoqrafiya 2023-cü ildəElmnəşriyyatında yüksək poliqrafik keyfiyyətlə, nəfis şəkildə çap edilmişdir.

Monoqrafiyanın əvvəlində epiqraf olaraq seçilən Ulu Öndər Heydər Əliyevin fikri əsərin başlıca məqsədi, məzmunu ideyasına işıq tutur. Əsər Ulu Öndər Heydər Əliyevin bu müdrik fikri ilə başlayır: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Əsərin yazılma məqsədini ön səhifələrdən birində təqdim edilmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin ölkəmizdəHeydər Əliyev İlielan olunması haqqındakı Sərəncam da aydınladır. Sərəncamda Ulu Öndərin ümummilli statusu barədə deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Monoqrafiya haqqında müfəssəl məlumata əsərin müəllifi tərəfindən yazılanÖn söz”ündə rast gəlinir.  Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti misilsiz tarixi xidmətləri fonunda münasibət ifadə edilərək deyilir: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan tarixində, ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yerini tutmasında müstəsna xidmətləri olmuşdur. Müasir Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dahi şəxsiyyətinHeydər Əliyevin adı ilə bağlıdır”.

ƏsərÖn söz”dən başlayaraq altı fəsil, nəticə ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyanın ümumi məzmunu qoyulan elmi problemlər əsərdəkiHeydər Əliyev şəxsiyyəti siyasəti” (I), “Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı. Naxçıvanın milli azadlıq hərəkatının mərkəzinə çevrilməsi. Müstəqilliyə doğru böyük dönüş” (II), “Heydər Əliyevin dövlətçilik təlimi” (III), “Heydər Əliyev: tarix tarixi günlər” (IV), “Heydər Əliyev Naxçıvanın inkişaf strategiyası” (V), “Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır” (VI) kimi fəsillər daxilində araşdırılaraq nəticələndirilmiş, özünəməxsus, sanballı təhlillər yer almış, elmi fikir qənaətlər əks etdirilmişdir. 

Heydər Əliyev İliçərçivəsində nəşr olunan monoqrafiya özünəməxsus keyfiyyətlərə malikdir. Tam qətiyyətlə demək olar ki, monoqrafiyanın hər bir fəsli ayrılıqda bitkin, konseptual bir əsər təsiri bağışlayır. Əsər mövzu genişliyi, tədqiqat dərinliyi məqsəd konkretliyinə malikdir. Monoqrafiyanın ən böyük əhəmiyyət məziyyətlərindən biri budur ki, əsərdə Heydər Əliyevin yürütdüyü siyasət, tarixi xidmətləri qərarları konkret faktoloji baxımdan təqdim təhlil olunduğu kimi, xüsusilə tarixi inkişaf qanunauyğunluqları, konkret nəticələri müasir Azərbaycanın nailiyyətləri kontekstində dəyərləndirilərək daha geniş diapazonda təhlil edilmişdir.

Monoqrafiyanın ən maraqlı fəsillərindən biri əsərinHeydər Əliyev şəxsiyyəti siyasətiadlanan birinci fəslidir. Burada ən müxtəlif xalq ölkələrin görkəmli siyasi xadimlərinin fikirləri nəzər diqqətə çatdırılaraq görkəmli dövlət xadimi siyasət adamı kimi Ulu Öndərin şəxsiyyəti siyasətinə nəzər yetirilmiş, oxucuların diqqətinə çatdırılmış, habeləHeydər Əliyev öyrənilməmiş dünyadırtezisinə konkret faktlar işığında haqq qazandırılmışdır. Belə ki, əsərdə müəllif müxtəlif görkəmli dövlət siyasi xadimlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqındakı fikirləri təqdim edilmişdir.

Müəllif müxtəlif fikirlərə istinad edə ümumiləşdirərək Heydər Əliyev haqqında  yazır ki, “bir sıra hallarda Heydər Əliyevisiyasət nəhəngi”, “siyasət qrossmeyesteri”, “siyasət patriarxıkimi xarakterizə edirlər”. Müəllif yazır: “Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü”, “Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi b.

Müəllif Heydər Əliyevin türk dünyası birliyi işığında siyasi missiyasını da təqdim etmiş, əvəzedilməz şəxsiyyətin hakimiyyəti dönəmindəKremldə ucalan türk bayrağıolmasına konkret faktlarla  aydınlıq gətirmiş, özünəməxsus şərh, faktlar elmi qənaətlər vermişdir. Müəllif bugünkü ictimai, siyasi mədəni münasibətləri fonunda Azərbaycan-Türkiyə qardaşlığı eləcə , ümumən, türk dünyasının birliyi inkişafı fonunda da bu inkişafın siyasi ideyanın praktiki zəmininin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən atıldığı möhkəm təməllər üzərində ucaldıldığı qənaətlərini ifadə etmiş, dahi liderinBir millət, iki dövləttezisindən doğan siyasi-mədəni nailiyyətin təzahürü kimi meydana gəldiyi əsaslandırlmışdır.  

Əsərdə Ulu Öndər Heydər Əliyevin doğma vətəni olan Naxçıvanla bağlılığı da məxsusi olaraq yer almışdır. Əsərin iki fəsli dahi liderin həyatı siyasi fəaliyyətində Naxçıvanın yeri roluna həsr olunmuşdur. Əlbəttə, yaxşı məlumdur ki, blokadanın yaratdığı problemlər məngənəsində məhv olmaq təhlükəsilə üzbəüz qalan Naxçıvana Ulu Öndərin dönüşü xidmətləri Azərbaycan ümumən türk dünyası üçün böyük starateji əhəmiyyət daşıyan Naxçıvanın taleyində mühüm nailiyyətlərlə yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciət edərkən qeyd etdiyi kimi: “Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. ...Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”. Məlum olduğu kimi, Moskvadan Azərbaycana dönən Heydər Əliyevi o zamankı hakimiyyət Bakıya düşməyə icazə vermədiyindən dahi lider doğma vətəni olan Naxçıvana üz tutmuşdu. Naxçıvanlılar Heydər Əliyevi dərin məhəbbətlə bağrına basıb, qoruyaraq hifz etdikləri kimi, Heydər Əliyev müdrik qərarları uzaqgörən siyasi fəaliyyətilə Naxçıvanın müdafiə olunması blokadanın çətinliklərini aşmasında misilsiz rol oynamışdır. Ulu Öndərin Naxçıvandakı tarixi siyasi fəaliyyəti Azərbaycan tarixinə milli dirçəliş hadisələri olaraq daxil olmuş dövlət müstəqilliyinin zəminini hazırlamışdır.

Beləliklə, aksademik İsmayıl Hacıyevin 2023-cü ildə ortaya qoyduğuHeydər Əliyev siyasəti: tarix müasirlikmonoqrafiyası özünəməxsus elmi sanbala malik olmaqla dahi lider Heydər Əliyevin siyasi fəaliyyətinə məxsusi nəzər yetirən yaddaqalan bir elmi mənbədir. Müəllif monoqrafiyada Ulu Öndərin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mislisiz uzaqgörən fəaliyyətini maraqlı tarixi faktlar, ciddi elmi təhlillər konkret qənaətlərlə işıqlandırmış, xüsusi əhəmiyyət kəsb edən bir əsəri elmi dövriyyəyə buraxmışdır. Əsərdə gəlinən nəticədə ifadə edildiyi kimi, “XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. ...Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi bir dövlət kimi zamanın ağır sərt sınaqlarından çıxara bilmiş, gələcək inkişaf strategiyasını müəyyən etmiş onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır”. Bu vəsilə ilə müasir Azərbaycanın ümummilli tale, inkişaf taleyüklü məsələlərinin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi nailiyyətlər məhz müdrik dahi liderin uzaqgörən siyasi konsepsiyası ideyalarının uğurla davam inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.

 

Ramiz Qasımov

İki sahil.- 2023.- 10 iyun.- S.14.