Narkotik asılılıq problemi milli beynəlxalq təhlükəsizliyə çox böyük təhdiddir

 

İnsanı narkotik qəbul etməyə vadar edən səbəbləri başa düşmək son dərəcə çətin olsa da, onların müzakirəsi, araşdırılması daimi nəzarətdə saxlanılması vacibdir. Bu məsələlərə yenə mütəxəssis rəylərinin, elmi ədəbiyyatın medianın işığında ətraflı nəzər yetirilməsi faydalı ola bilər. Qeyd etdiyimiz amilləri fizioloji, psixoloji sosial olmaqla üç qrupda birləşdirmək olar.

Əsas səbəblər arasında ailədaxili problemlər, stresli vəziyyətlər, gələcəklə bağlı qeyri-müəyyənlik qeyri-sabitlik, sosial mühit, iqtisadi çətinliklər ön planda gedirsə , narkotacirlərin yeniyetmə gəncləri tora salmaq alıcı kütləsi qazanmaq üçün qurduqları tələləri, gizlin aşkar şəkildə sosial qeyri-sosial müstəvidə aparılan təbliğatı bu təbliğatın üsul formalarını da nəzərdən qaçırmamaq əks tədbirlər sistemini gücləndirmək vacibdir. Mövcud olduqları mühit, “dostamili, özünü böyüklər kimi ya sadəcə güclü göstərmək istəyi, risklərə, qeyri-adi davranışlara meyillilik bu kimi digər səbəblər gəncləri narkotika dünyasına sürükləməyə imkan yarada bilir.

Fizioloji anlamda insanı narkotiklərin qəbuluna cəlb edə bilən amillər sırasında maddələr mübadiləsinin irsi xüsusiyyətlərini, beyində hər hansı fərdin həyat keyfiyyətinə, rifahına əhval-ruhiyyəsinə təsir edən biokimyəvi maddələrin səviyyəsindəki tərəddüdləri göstərmək olar. Bu cür maddələrin həddən artıq olması ya çatışmazlığı emosional vəziyyətin dəyişməsinə, müsbət emosiyaların olmamasına, narahatlıq qorxu səviyyəsinin artmasına, daxili narazılıq səbəbsiz narahatlıq hisslərinə səbəb olur.

Şüurla, beynin idarə edilməsi ilə bağlı problemlər, ehtiyacların sağlam yollarla təmin oluna bilməməsi, arzularla real planlaşdırma arasındaboşluq”ların mövcudluğu narkomaniyanın psixoloji səbəbləri arasında əsas yerləri tutur. Narkomanın psixikası sağlam insanların dünyagörüşündən köklü surətdə fərqlənir. Narkotiklərdən istifadə nəticəsində əqli fiziki asılılıq formalaşır.

Asılılığın formalaşma sürəti şiddəti fərqli ola bilər: burada yaş faktoru, narkotiklərdən istifadə tezliyi orqanizmin fərdi xüsusiyyətləri mühüm rol oynayır. Qeyd edtmək lazımdır ki, narkotik maddələr asılılıq yaratma qabiliyyətinə görə fərqlənir. Bəzi narkotik vasitələrin yalnız 1-2, digərlərinin isə 5-10 dəfə qəbulu real asılılıq yarada bilir. Bəzi özünə güvənən insanlar “1-2 dəfə qəbuldan bir şey olmazdedikləri halda, həyatlarını hansı tora saldıqlarının fərqinə belə varmırlar.

Psixi asılılıq vəziyyəti o zaman özünü büruzə verir ki, insan narkotik preparatlar vasitəsilə sinirlərini sakitləşdirməyə, daxili ruhani tarazlığa nail olmağa can atır, ilkin istifadədə narkotikin təsiri xoş gəlir, problemlərini qısa bir müddət üçün unudur. Fərd eyni hissləri təkrar-təkrar yaşamağa çalışır bütün bunlar tədricən onun üçün adi həyatdan alına biləcək normal müsbət emosiyaları əvəz edir. Alimlərin heyvanlar üzərində apardıqları tədqiqatlar göstərir ki, narkotik preparatlar qısa müddət ərzində istifadə edildikdə belə, beynin əhval dəyişikliyini idarə edən maddə olan serotonin hormonunu istehsal edən beyin hüceyrələrini öldürür. Müəyyən dövr ərzində intoksikasiya nəticəsində inkişaf edən psixi pozuntular elə bir hala gəlir ki, psixoz diaqnozunun aradan qaldırılması üçün uzunmüddətli müalicə kurslarına ehtiyac yaranır. Narkotik preparatların müntəzəm qəbulu ilə insan orqanizmində endorfinlərin istehsalı əhəmiyyətli dərəcədə azalır.

Narkotiklərin qəbulu nəticəsində həmçinin fiziki asılılıq yaranır. Orqanizm narkotiksiz normal fəaliyyət göstərə bilmir, fiziki psixoloji pozuntular yaranır, kəskin ağrılar, xüsusən sümük ağrıları heç cür keçmir, əhali arasındalomkadeyilən hal baş verir. Narkoman ağrılardan xilas olmağın yeganə yolunu təkrar narkotik qəbulunda görür, zamanla yumşaq narkotik artıq əvvəlki təsiri göstərmir yeni, daha güclü narkotik maddələrə ehtiyac yaranır.

Narkotiklərdən istifadəni dayandırdıqdan sonra apatiya, depressiya, ağır yorğunluq yuxululuq vəziyyəti müşahidə olunur. Bu vəziyyət bir neçə gün davam edə bilər, çünki bədənin sərf etdiyi qüvvəni bərpa etməsi lazım gəlir. Uzunmüddətli istifadə fiziki sinir tükənməsinə, daxili orqanların distrofiyasına gətirib çıxarır, bədənin ehtiyatları tez tükənir. Sinir sistemi, ürək, qaraciyər çox zədələnir. Narkotiklər genetik koda gələcək nəsillərə zərərli təsir göstərir. Psixikanın tükənməsi insanı hətta intihara qədər sürükləyən ağır depressiyaya səbəb olur.

Narkotiklərdən istifadə zamanı yüksək HİV hepatitə yoluxma riski, qaraciyər beyin zədələnməsi, immunitetin azalması nəticədə yoluxucu xəstəliklərə qarşı həssaslıq, ürək-damar xəstəlikləri, kalsium mübadiləsinin pozulması səbəbindən diş çürüməsi, nekroz, səthi düşüncəyə meyletmə, kəskin yaddaşsızlıq kimi patologiyalar, insan orqanizmi sağlamlığı üçün digər fəsadlar yarana bilər.

Mətbuatda alimlərimizin çıxışları, internet resurslarında, müxtəlif sosial şəbəkələrdə gənclərə, uşaq yeniyetmələrə sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici cağırışlar mütəmadi xarakter daşıyır. Azərbaycanın elmi müəssisələri, alim mütəxəssisləri narkomaniyaya qarşı ictimai hərəkatda fəal iştirak edir, narkotik asılılığın zərərləri barədə əhalinin müxtəlif qrupları arasında təbliğat işləri aparırlar. Onların sosial mediada, kütləvi informasiya vasitələrində yazıları, çıxışları müsahibələri hər zaman xalq tərəfindən böyük maraqla qarşılanır. MənNarkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramıçərçivəsində AMEA-nın nümayəndəsi kimi müxtəlif tədbirlərdə, o cümlədən Azərbaycan Respublikası Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının videokonfranslarında müxtəlif iclaslarda müntəzəm iştirak edirəm. Müvafiq dövlət proqramı digər rəsmi tapşırıqlar üzrə hesabatlar institutlardan toplanıb araşdırılaraq, lazımi formatda hazırlanır aidiyyəti üzrə təqdim olunur. 

Narkomaniya narkotik asılılıqla bağlı dövlət tapşırıqlarında qeyd edilmiş bir sıra məsələlərin, narkotiklərin istifadəsinin törətdiyi zərərlər, asılılığın mexanizməri s. bu kimi ümumi maraq doğuran problemlərin öyrənilməsi istiqamətində alimlər tərəfindən lazımi addımlar atılır, fundamental tətbiqi xarakterli tədqiqat işləri aparılır.

Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin Abdulla Qarayev adına Fiziologiya İnstitutunda heyvanlar üzərində aparılan müxtəlif eksperimental modellərdə narkotik asılılığın yaranması göstərir ki, müxtəlif kimyəvi mənşəli narkotik preparatları asılılığı olan heyvanların orqanizminə yeritdikdən sonra beyin strukturlarında neyrotransmitter serotonin miqdarının kəskin artması müşahidə edilir. Bu nəticələri nəzərə alaraq, aparılan tədqiqatın əsas məqsədi narkotik preparatlardan yaranan çox güclü müsbət emosiyaları təmin edən sinir hüceyrələrinin daxilinə serotonin siqnalının ötürülməsinin dayandırılması üsulunun işlənilməsi olmuşdur. 

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yeni serotonin-modullu antikonsolidasiya zülalına (SMAZ) qarşı anticisimlər vasitəsilə məqsədyönlü blokada tətbiq edilmişdir. SMAZ institutun müvafiq laboratoriyasında siçovul beyninin qabığında aşkar olunmuş bütöv beyindən ayrılmışdır. Bu zülal serotonin ilə düz mütənasib əlaqədədir serotonin siqnalının hüceyrədaxili ötürülməsini təmin edir.

Şərti-reflektor birdəfəlik passiv qaçış çoxdəfəlik məkik kamerası modellərində aparılan tədqiqatların nəticələri göstərmişdir ki, təlimdən əvvəl beyindaxili yeridilən SMAZ heyvanlarda mənfi möhkəmləndirmə ilə yaradılan yaddaşın pozulmasına gətirib çıxarır.

SMAZ-a qarşı poliklonal anticisimlər bu ardıcılıqla əldə edilmişdir. Əvvəlcə adadovşanlarının beynindən ayrılmış SMAZ ilə 3-4 aylıq immunizasiya nəticəsində bu zülala qarşı poliklonal immunoqlobulinlər alınmışdır. İmmobilizasiya olan SMAZ ilə CNBr-sefaroz sütunun üzərində immunoaffin üsulu ilə immunoqlobulinlər məhlulundan SMAZ-a qarşı poliklonal anticisimlər əldə edilmiş -70°C şəraitində saxlanılmışdır.

Əvvəlki illərdə aparılan tədqiqatların nəticələri əsasında müəyyən edilmişdir ki, həm mənfi, həm müsbət möhkəmləndirmə modellərində 80% meyarına çatmış heyvanların beyin qabığında SMAZ-ın miqdarının qabarıq azalması müşahidə olunur. SMAZ-a qarşı anticisimlər vasitəsilə narkotik asılılığın sarsıtma eksperimentlərində SMAZ-ın miqdarının azalmasına oxşar olan SMAZ-ın aktivliyinin blokadası baş verirdi. Bunun əsasında güman etmək olar ki, anticisimlər vasitəsilə SMAZ-ın aktivliyinin məqsədyönlü endirilməsi yaddaş izlərinin yaranmasına kömək edir.

Bu fikrin qədər düzgün olmasi iki mürəkkəb şərti-reflektor modelində (növbəli qaçiş instrumental differensiasiya modelləri) sınaqdan keçirilmiş hər iki modeldə alınmış nəticələrdən aydın olmuşdur ki, SMAZ-a qarsi anticisimlər həqiqətən yaddaşın yaranmasını sürətləndirir möhkəmləndirir.

Tədqiqatlarda SMAZ-a qarşı anticisimlərin yeridilməsindən 3 gün keçdikdən sonra beynin sol təpə qabığında onun miqdarının azalması (p<0,001), eyni zamanda hippokampda sinir böyümə faktorunun miqdarının artımı (p<0,001) müşahidə olunmuşdur. Ədəbiyyatdan məlumdur ki, beyin nahiyələrində sinir böyümə faktorunun miqdarının enməsi sinir hüceyrələrinin proliferasiyası yeni neyronların yaranmasını (neyrogenez) göstərir.

SMAZ-a qarşı anticisimlərin yeridilməsindən 3 gün keçdikdən sonra kontrol qrupu rəqəmlərinə nisbətən beynin sol təpə qabığında (p<0,01) hippokampında (p<0,001) βIII-tubulinin miqdarının azalması müşahidə olunmuşdur.

Tədqiqat nəticələrini təhlil edərək belə qənaətə gəlmək olar ki, SMAZ-a qarşı anticisimlərin yaddaş proseslərinə güçləndirici təsiri hippokampda (yetkin orqanizmlərdə yeni neyronlar əmələ gələn yeganə beyin strukturu) yeni sinir hüceyrələrinin yaranması (neyrogenez) ilə bağlıdır. Alınmış nəticələri əsas tutaraq, gələcəkdə kliniki şəraitdə müxtəlif mənşəli preparatlardan yaranan narkotik asılılığın korreksiyası məqsədilə SMAZ-ın immunokimyəvi blokadaetmə xüsusiyyətinin tətbiqi mümkün olacaqdır.

Təbiətdə yabanı halda bitən narkotik tərkibli bitkilər botanik alimlər tərəfindən tədqiq olunur. Bu bitkilər ümumən zərərli olsa da, bir sıra dərman preparatlarının hazırlanmasında onların rolu danılmazdır. Azərbaycanda narkotik bitkilər həm təbii halda, həm əkilib xüsusi qulluq edilmiş sahələrdə rast gəlinir. İstər yabanı halda bitən, istərsə qanunsuz əkilən bitkilərin məhv edilməsi günümüzün vacib məsələlərindən hesab edilir. Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin Botanika İnstitutu əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq narkotik bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı bitən narkotik tərkibli bitkilərin məhv edilməsi məqsədilə respublikanın ayrı-ayrı bölgələrinə təşkil edilmiş ekspedisiyalarda təyinat monitorinqi onlara qarşı mübarizə tədbirləri aparılmışdır. Yabanı halda bitən qanunsuz əkilən bitkilərin bir neçə növü Botanika İnstitutunun əməkdaşları tərəfindən keçirilən ekspedisiyalar zamanı yığılıb məhv edilmiş, vegetasiya dövrləri nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülmüşdür. Qusar Quba rayonlarında yerinə yetirilən ekspedisiyalar nəticəsində Ləzə kəndi ərazisində qara batbat – Hyoscyamus niger növünün geniş yayıldığı müəyyən edilmişdir. Qara batbat Qaragilə fəsiləsinə mənsub olub, ikiillik ot bitkisidir, xoşagəlməz bihuşedici qoxuya malikdir. Tərkibi atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. O qurudulduqda belə, öz zəhərli təsirini itirmir. Xoşagəlməz qoxuya malik olduğu üçün heyvanlar tərəfindən yeyilməsə , insanlar bu bitkidən müəyyən məqsədlər üçün istifadə edirlər. Həmçinin respublikanın ayrı-ayrı bölgələrində yayılan Şərq laləsi – Papaver orientalis, ziyilotu – Chelidonium majus, dəlibəng – Datura stramonium kimi narkotik tərkibli bitkilərin sayının durmadan artdığı qeydə alınmışdır.

Haqqında bəhs edilən tədqiqat işləri davam etdirilir onlardan alınan nəticələr mütəmadi olaraq ictimaiyyətə çatdırılacaqdır.

Narkotik bitkilərin morfoloji təsvirini əks etdirən tablo fotoalbomlardan, herbari materiallarından istifadə edilərək, onların zərərli xüsusiyyətlərinin açıqlanması yolu ilə Zaqatala, Qax, Balakən, Yardımlı, Lerik, Lənkəran, Tərtər digər rayonların ərazilərindəkəndlərdə, qəsəbələrdə, bir sıra idarə müəssisələrdə antinarkotik təbliğat maarifləndirici tədbirlər həyata keçirilmişdir bu əsas məqsədlərdən biri kimi gündəmdə qalmaqdadır.

Bütün yuxarıda qeyd olunanlar bir vacib sualın ortaya qoyulmasına ona cavab axtarılmasına xidmət edir: etməli?!

Bu sualın cavabı isə narkotəhlükəsizlik sisteminin işindənpsixoaktiv maddələrin narkotik vasitələrin qanuni qeyri-qanuni dövriyyəsinə nəzarət sferasında mövcud olan real potensial təhlükələrdən fərdlərin, cəmiyyətin dövlətin müdafiəsinin, narkomaniyanın qarşısının alınması ona qarşı mübarizədə səmərəliliyin hansı səviyyədə təmin olunmasından, narkotika aludəçilərinin reabilitasiya yenidən sosiallaşmasının vaxtında səmərəli həyata keçirilməsinin dərəcədə reallaşdırılmasından, daha çox isə təbliğat şüurlara təsir mexanizmlərinin işindən asılıdır.

Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə narkomanlığa qarşı mübarizə sahəsində yeniyetmələr gənclər arasında aparılan antinarkotik təbliğat işlərində internetin, sosial şəbəkələrin imkanlarından daha geniş məqsədyönlü istifadə edilməlidir, təsirli səhnələri olan qısametrajlı filmlərin, sosial çarxların hazırlanması peşəkar mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Sağlam həyat tərzinin təbliği narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işi olduca həssas, səliqəli, uşaq gənclərin psixoloji xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Çünki bəzən antitəbliğat düzgün qurulmadıqda ya qeyri-peşəkarlar tərəfindən icra edildikdə yeniyetmə gənclərdə əks təsəvvürlərin, qeyri-sağlam marağın yaranmasına səbəb ola bilər.

İnternet şəbəkələrində sürətlə yayılan hər hansı informasiya resursu xaraktercə tam formalaşmamış yeniyetmə gənclərə fərqli şəkildə təsir edə bilər. Sağlam düşüncəli hər bir insan, hər bir vətənpərvər, hümanist ziyalı, xüsusən problemlərin dərinliyinə bələd olan alim mütəxəssislər çox böyük ölçülü informasiya trafikinin intellektual təhlilinə, etibarlı mənbələrin məlumat yükünə, elmi tədqiqat nəticələrinə əsaslanaraq, gənc həyatların xilası uğrunda mücadilə etməlidirlər. İcra hakimiyyəti orqanları, dövlət ictimai, milli beynəlxalq institutlar narkotəhlükəsizliyin təmin edilməsi uğrunda aparılan bu mübarizənin ön sıralarında yer almalıdırlar. Bu yolda qazanılmış hər kiçik yaxud böyük qələbə isə təkcə ayrı-ayrı fərdlərin deyil, ümumilikdə bəşəriyyətin xilası deməkdir.

 

İradə Hüseynova

İki sahil.- 2023.- 10 iyun.- S.29.