Böyük gücə çevrilən bu qardaşlığa heç
kim iradəsini diktə edə bilməz - Türkiyə –Azərbaycan
Şuşa Bəyannaməsinin imzalanmasının
ikinci ildönümünün
tamamına təsadüf
edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 mayda
qazandığı Qələbədən,
səlahiyyətlərinin icrasına
başladıqdan sonra
ilk dövlət səfərini ölkəmizə
planlaşdırması tarixi
ənənələrə sadiqlikdir
Türkiyə - Azərbaycan qardaşlığı
nadir hallarda müşahidə olunan sarsılmaz birliyin təkzibolunmaz reallığıdır.
Ən çətin dönəmlərdə belə
biri- birinə dəstək olan, ortaq milli- mənəvi
dəyərlərə, tarixə
malik hər iki xalqın eyni məqsəd naminə birlik nümayiş etdirməsi Türkiyə-Azərbaycan əməkdaşlığını
daha da möhkəmləndirib.
1918- ci ildə Bakını erməni –bolşevik birləşməsinin
qırğınlarından qurtaran Qafqaz İslam Ordusunun əsgərləri Azərbaycan
xalqına qarşı
törədilən soyqırımının
qarşısını aldı.
Sarıqamış, Çanaqqala
savaşlarında türkiyəli
əsgərlərə kömək
göstərən azərbaycanlılar
qardaş harayına səs verdilər. 44 gün davam edən İkinci Qarabağ müharibəsində
daim Azərbaycanın
yanında olduğunu bildirən Türkiyənin
göstərdiyi maddi,
mənəvi, hərbi
dəstək xalqımız
tərəfindən qardaş
köməyi kimi qiymətləndirildi.
Prezident İlham
Əliyevin «Vətən
müharibəsinin ilk
günlərindən, daha
doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini
hiss edirdik. Türkiyənin Cümhurbaşqanı
Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın
haqq işinə öz dəstəyini verdi. Onun açıq,
birmənalı və
sərt açıqlamaları
Azərbaycan xalqını
çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır,
demişdir ki, Azərbaycan tək deyil və Türkiyə
hər zaman Azərbaycanın yanındadır.
Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin
Azərbaycana verdiyi siyasi və mənəvi dəstək
hər bir Azərbaycan vətəndaşını
qürurlandırır, sevindirir»
sözlərinin real təsdiqi və dünyanı heyrətləndirən
Ermənistan üzərində
Qələbəmizə həsr
olunan Zəfər paradını hər iki ölkənin dövlət başçılarının
birgə izləmələri
idi.
Qürurla dolu
fəxrlə o günlərdə
paytaxtımızın küçələrində,
şəhər və
kəndlərimizdə Azərbaycanla
Türkiyənin dövlət
bayraqlarının qoşa
dalğalanması «qardaş
da, dost da dar gündə
tanınar» el məsəlinin bariz nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Türkiyə
olaraq Azərbaycan ilə münasibətlərimizdə
özümüzə hər
zaman böyük lider Heydər Əliyevin «Bir millət, iki dövlət»” şüarını
rəhbər tutduq. Qazi Mustafa Kamal
Atatürkün dəqiq
ifadəsi ilə Azərbaycanın kədərini
kədərimiz, sevincini
sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə
yara etdik. Bu gün də
bu yaranın sağalmasının sevincini
paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq» sözləri
hər iki xalqın mübarizlik tarixinin simvolu idi.
Vətən müharibəsindən sonra
tariximizi, ortaq etnik köklərimizi, milli dəyərlərimizi,
maraqlarımızı birləşdirən
amillərin geniş miqyasda yer aldığı
Azərbaycanla Türkiyə
arasında imzalanan «Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa
Bəyannaməsi» bütün
sahələri əhatə
edən həmrəylik
sənədi kimi tarixə yazıldı. Müttəfiqlik Bəyannaməsi
dünyada alternativi olmayan, iki qardaş
ölkə arasındakı
əlaqələri ən
yüksək səviyyəyə
qaldıran nadir əməkdaşlıq, iş
birliyi, həmrəylik
nümunəsi, tarixə
əsaslanan, qarşıdakı
onillər üçün
iş birliyinin təminatçısıdır.
Bir əsrlik
tarixə malik Qars müqaviləsinə istinad edilən Şuşa Bəyannaməsinin
imzalanması öndərlərimizin
irsinə sadiqlikdir. Hər ki dövlətin
beynəlxalq müstəvidə
əməkdaşlığının, siyasi, iqtisadi, ticari əlaqələrinin,
mədəniyyət, təhsil,
idman, gənclər siyasəti ilə bağlı münasibətlərinin
gələcək inkişafının
istiqamətlərinin yer
aldığı Bəyannamənin
ən böyük əhəmiyyətini «Müdafiə
sənayesi sahəsində
və qarşılıqlı
hərbi yardım məsələləri bu
Bəyannamədə öz
əksini tapır. Bu, tarixi nailiyyətdir.
Biz bir daha
göstəririk ki, bundan sonra da
hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin
təhlükəsizliyini təmin
edəcəyik, necə
ki, bu günə
qədər Türkiyə
və Azərbaycan bütün məsələlərdə
bir yerdədir, bundan sonra da
bu, belə olacaq» sözləri ilə ifadə edən Prezident İlham Əliyev iki dövlət arasında enerji, nəqliyyat kommunikasiya sahəsində iş birliyinin intensivləşməsini
Cənubi Qafqazda sabitliyin əsas təminatçısı adlandırır.
Zəngəzur dəhlizinin
açılmasının Şuşa
Bəyannaməsində əksini
tapması dövlət
başçımız İlham
Əliyevin «Bu gün biz Türkiyəni
və Azərbaycanı
dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək
Zəngəzur dəhlizi
haqqında nəinki danışırıq, bu
dəhlizi əməli
işlərlə yaradırıq»
sözləridir.
İki qardaş
ölkə mütəxəssislərinin
Ermənistanın işğalından
azad edilən torpaqlarda, xüsusilə yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında aparılan bərpa-quruculuq
işlərində birgə
çalışması bu
birliyin qurub-yaratma niyyətindən yaranan iş birliyidir.
Torpaqlarımızın
işğaldan azad olunmasından sonra Qarabağdan dünyaya açılan pəncərə
kimi dəyərləndirilən
Füzuli, Zəngilan Beynəlxalq Hava limanlarının qısa müddətdə inşa
edilərək istifadəyə
verilməsi hər iki qardaş ölkənin birgə səyinin məntiqi nəticəsidir.
«Azərbaycan xalqı üçün bütün bunları sevincli edəcək daha bir hadisə
hər zaman belə açılışlarda
ölkəmizə səfər
edərək bizə dəstək verən qardaş Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın iştirakıdır»
sözləri ilə Türkiyə ilə Azərbaycan arasındakı
münasibətlərin bölgədə
sülhə, yenidənqurmaya,
regionun iqtisadi, nəqliyyat – kommunikasiya imkanlarının artmasına
fayda verəcəyini diqqətə çatdıran
Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, dünya miqyasında böyük gücə çevrilən
bu qardaşlığa
heç kim iradəsini diktə edə bilməz. Ermənistan da, havadarları da bilməlidirlər ki, bu dostluq Zəngəzur
dəhlizinin bərpasına
böyük əminlik
yaratmaqla bütün türk dünyasını
birləşdirəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi,
gün gələcək
Zəngəzurdan çıxıb
İstanbula qədər
gedə biləcəyik
və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə
imkanı möhkəmlənəcək.
Prezident İlham
Əliyevin «Biz Zəngəzur dəhlizini
icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə
də zorla həll edəcəyik» sözlərinin real təsdiqi Prezident İlham Əliyevin türkiyəli həmkarı
Rəcəb Tayyib Ərdoğanla birlikdə
Rize-Artvin Hava Limanının açılışında
iştirakları, iki ölkə arasındakı
nəqliyyat –kommunikasiya
infrastrukturunun şaxələnmiş
istiqamətinin nümunəsidir.
Həmin mərasimdə
Şuşa Bəyannaməsinin
önəminin xüsusilə
vurğulanması, nəqliyyat,
enerji təhlükəsizliyi
ilə bağlı əməkdaşlıq məsələlərinin
aktuallaşdırılması bölgədəki sabitliyə
önəmli töhfədir.
Səfər çərçivəsində
Türkiyənin Milliyyətçi
Hərəkat Partiyasının
sədri Dövlət
Bağçalının Prezident
İlham Əliyevə
Ulu Öndər Heydər Əliyevlə görüşlərini əks
etdirən fotolar və üzərində «Qarabağ Fatehi»” yazısı olan tapança hədiyyə etməsi birliyin tərkib hissəsi idi.
Bu ilin fevralında Türkiyədə
baş verən, «əsrin fəlakəti» adlandırılan dəhşətli
zəlzələnin ağır
nəticələrinin aradan
qaldırılmasında qardaş
ölkənin mütəxəssisləri
ilə birgə çalışan azərbaycanlıların
Türkiyənin Prezidenti
Rəcəb Tayyib Ərdoğan tərəfindən
mükafatlandırılması qardaşlıq nümunəsinin
daha bir ifadəsi idi. Türkiyənin Kahramanmaraş
şəhərinin Pazarcık,
Elbistan rayonlarında baş verən, sonra Malatya, Adana, Hatay və
digər şəhərləri
də əhatə edən zəlzələlər
zamanı həyatlarını
itirmiş insanların
yaxınlarının kədərinə
şərik olan Azərbaycan xalqı ilk gündən humanitar yardımı ilə qardaşlarımıza
dəstək göstərdi.
O ağır günlərdə
belə bu qardaşlığın sarsılmazlığını
Azərbaycan xalqına
minnətdarlığı ilə
bildirən Rəcəb
Tayyib Ərdoğan
100 minə yaxın
vətəndaşın ziyarət
etdiyi «TCG Anadolu»” gəmisinin, Qara dənizdə çıxarılan
təbii qazın istismarına başlanılmasını,
milli döyüş təyyarəsi «Gökbey»”
helikopterinin, «Hürjet»”
və «ATAK-2»” qırıcılarının,
«Altay”» tankının
istifadəyə verilməsini
Türkiyənin son illərdə kosmik sahədə qazandığı
uğurların rəmzi
adlandırdı. Türkiyə
ilə Azərbaycanın
qardaşlığının suda, quruda, səmada
təsdiqlənməsi isə
türk dünyasının
«Əbədi var olacağıq!» əminliyidir.
Zəlzələnin acı fəsadlarının
aradan qaldırılmasında
hər cür yardım göstərilməsini
xalqımızın qardaşlıq
borcu adlandıran Prezident İlham Əliyev türkiyəli həmkarına ünvanladığı
məktubundakı « Hər zaman Türkiyə də bizim yanımızdadır,
yaxşı günlərdə,
çətin günlərdə.
Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın
dərdinə şərikik.
Yaralılara tezliklə
Allahdan şəfa diləyirik» sözləri
ulularımızdan qalma
«qardaş qardaşa əl tutar» deyiminin təzahürü
idi. Bütün türk dünyası əmin oldu ki, siyasi, iqtisadi
güdrəti ilə seçilən Türkiyə
bu ağır sınaqdan da gücü, həmrəyliyi
ilə çıxacaq.
Prezident İlham Əliyevin Azərbaycanın
zəlzələnin baş
verdiyi Kahramanmaraş vilayətində min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət
yaşayış kompleksinin
inşası ilə bağlı xəbərini
açıqlayan Prezident
Rəcəb Tayyib Ərdoğan bu dəstəyi qardaş yardımı kimi yüksək dəyərləndirdi.
İstanbulda keçirilən
«TEKNOFEST”» festivalı Türkiyə
-Azərbaycan birliyinin,
bölgədə sülhün,
sabitliyin, təhlükəsizliyin
qarantı kimi diqqəti cəlb etdi. Türkdilli ölkələrin birləşdiyi
Türk Dövlətləri
Təşkilatının yaranmasında
aparıcı qüvvə
olan Azərbaycan –Türkiyə müttəfiqliyi
bu festivalda da diqqəti cəlb etdi. Müxtəlif illərdə
hər iki qardaş ölkənin Silahlı Qüvvələrinin
birgə iştirakı
ilə keçirilən
«TUR-AZ», «Sarsılmaz dostluq»
adlı təlim-məşqlərin,
İzmir bölgəsində
keçirilən «Efes-2022»” çoxmillətli hərbi
təlimlərdə azərbaycanlı
hərbçilərin uğurlu
iştirakı hər
iki ölkənin müdafiə qüdrətinin
göstəricisi, bölgədə
sabitliyə töhfə
verəcək birliyin ifadəsi, bölgə dövlətlərinin sülhə
çağırışdır.
Elm-inkişaf- bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan” aerokosmik və texnologiya sahəsində əməkdaşlığın
nümunəsi «TEKNOFEST» festivalı
gənclərin yaradıcılıqlarının
təqdimatıdır. Bakı
festivalından sonra İstanbulda «Dünya türkün gücünü
görsün, yerini bilsin”!» amalı ilə səmada xarüqələr yaradan
«TEKNOFEST”» iştirakçılarının
elmi düşüncələrinin
nümunələri olan
kəşfləri, cəsur
pilotlarımızın səmada
göstərdikləri tryüklar
türk dünyasının
həmrəyliyinin, gənclərinin
elmdə də ən ön sıralarda yer almasının dünyaya çatdırılması, «Biz
bir yerdəyik, bir yerdə olacağıq, gücümüz
də gündən-günə
artacaq» mesajı idi. Bütün dünyanın heyrətlə
izlədiyi «TEKNOFEST» türk
birliyinin sarsılmazlığının
səmada təzahürü
idi. ” Festivalda
Türk Dövlətləri
Təşkilatına üzv
ölkələrinin də
iştirakı bu cür platformalarda təməlləri qoyulacaq
yeni və daha böyük əməkdaşlıqların, ortaq gələcəyimizin
aydın üfüqlərdə
yer alacağının
müjdəsi idi. Türkiyə və Azərbaycan prezidentləri
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin İstanbulda keçirilən
«TEKNOFEST”» Aerokosmik və
Texnologiya Festivalında
iştirak etmələri
sarsılmaz qardaşlığın
növbəti təntənəsi
idi.
Avrasiyanın
ticarət, enerji, nəqliyyat, siyasi mərkəzi kimi şöhrət qazanan bu ölkənin güclü sənayesi Türkiyə kimi müttəfiqlərini gücləndirir.
Türk Ordusunun adı dünyada ön sıralarda çəkilir. Türkiyənin
müdafiə sənayesinin
uğurları bütün
dünya tərəfindən
etiraf edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi Türkiyəni
gücləndirir, ölkənin
təhlükəsizliyini təmin
edir. Azərbaycanda «Bayraktar»” Mərkəzinin yaradılması isə iki ölkənin müdafiə qüdrətini
daha da gücləndirəcəkdir.
«Mən fürsətdən
istifadə edərək
«Kızılelma»” ilə
bağlı bütün
qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə «Kızılelma”»
Azərbaycanın səmasında
da olacaqdır. «Kızılelma»” havada, «Altay»” və «Togg»” quruda, «Anadolu»” dənizdə - bugünkü Türkiyə
budur» söyləyən,
« Atam demişkən,
«Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, «Bir yumruq!”.» ifadəsi ilə sevincini diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri qardaş ölkənin qüdrətinin
ifadəsidir.
Bu qardaşlığın
daha bir ifadəsi iyun ayının 3-də Ankarada
Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına
başlaması mərasimində
Türkiyə ilə Azərbaycanın dövət
başçıları arasındakı
səmimiyyətlə təsdiqləndi.
Türkiyənin regionda və dünyada liderliyini təsdiqləyəcək ən
layiqli liderin Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsinə inanan xalq qarşıdakı illərdə seçimində
yanılmadığının şahidi olacaq. Bu ölkənin Şərqi Aralıq dənizində söz sahibi olması, ölkə ərazisində
yüksək sürətli
dəmir yollarının
ardıcıl istifadəyə
verilməsi, Yeni İstanbul Kanalı layihəsinin reallaşdırılması,
ən iri hava limanlarının, səhiyyə müəssisələrinin
istifadəyə verilməsi
qardaş ölkədə
qazanılan nailiyyətlər
sırasındadır. Qlobal
məsələlərin müzakirələrində,
mühüm əhəmiyyətli
layihələrin reallaşmasında
maraqları eyni olan, qoşa addımlayan Türkiyə
ilə Azərbaycanın
dünya siyasətinə
təsir imkanlarının
artması qardaş ölkədə keçirilən
prezident seçkilərində
bir daha təsdiqləndi.
Bütün dünya inandı ki, Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir.
«Türkiyənin gücü
bizim gücümüzü
artırır» sözlərini
«Gün bir olmaq, bərabər olmaq, min illik
qardaşlığımızı daha da möhkəmləndirmək
günüdür. Gün
övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə
«Türkiyə yüzilliyi»”nin inşası
üçün çiyin-çiyinə
çalışmalıyıq”» sözləri ilə türk dünyasını
birlik və həmrəyliyə səsləyən
Rəcəb Tayyib Ərdoğan inamında iki qardaş arasındakı sarsızlmaz
birliyin əbədiliyinə
tam əmindir. Hər iki ölkə
arasında dəyişilməyən
ənənəyə görə
prezident seçkilərində
qalib gələn liderilərin ilk səfərləri də qarşılıqlı olaraq
qardaş ölkəyə
ünvanlanır. Bu ənənəyə sadiq
qalan Rəcəb Tayyib Ərdoğanın Prezident kimi «Yavru Türkiyə» adlandırılan Şimali
Kiprdən sonra Azərbaycana ali səviyyəli xarakterə
malik dövlət səfəri bu qardaşlığa sadiqlik,
hörmət və etimaddır.
İyunun 12-də Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın
ölkəmizə səfəri,
keçirilən görüşlər,
hər iki dövlətin maraqlarını
əks etdirən danışıqlar, aparılan
müzakirələr bu
birliyi daha da möhkəmləndirəcək.
Qardaşlığın yol
xəritəsi olan, ikinci ili qeyd
olunan Şuşa Bəyannaməsinin yeni istiqamətləri bu səfərin məntiqi nəticəsi kimi birliyimizi daha da möhkəmləndirəcək,
qarşıdakı təmaslar
diplomatik əlaqələrin
yeni istiqamətlərinə
etibarlı zəmin yaradacaq.
Xuraman İsmayılqızı
İki sahil.- 2023.- 15 iyun. S. 2.