Dərəçiçəyin solmuş çiçəkləri, viran qalmış kəndləri...

 

Qərbi Azərbaycanda yüzlərlə yurd yerlərimiz erməni barbarlığının qurbanı olub

 

Bu gün riyakarcasına Azərbaycanı guya etnik təmizləmə siyasəti aparmaqda ittiham edən ermənilər tarix boyu soydaşlarımıza qarşı dəfələrlə soyqırımı törədiblər, onları öz yurdlarından didərgin salıblar. Təkcə bu gün Ermənistanda bir nəfər belə azərbaycanlının yaşamaması faktının özü kimin haqlı, kimin haqsız olduğunu sübut edir.

1991-ci ildə azərbaycanlıların vaxtilə əhalisinin mütləq əksəriyyətini təşkil etdikləri indiki Ermənistan ərazisindən tamamilə qovulması başa çatdırıldıqdan sonra həmin torpaqlar ermənilər tərəfindən mənimsənilib. Dünyaya özlərini məzlum xalq kimi sırımağa çalışan bu soysuz gəlmələr tarixi yurd yerlərimizin bir qismində yaşasalar da yüzlərlə kəndlərimiz mədəni irsimizlə birlikdə tamamilə dağıdılaraq xarabalığa çevrilib. Mütəxəssislərin Rusiya imperiyasının, SSRİ-nin məxfi xəritələrinin məlumatlarına, həmçinin son dövrlər peyk görüntülərinə əsasən dəqiqləşdirdikləri məlumata görə, Qərbi Azərbaycanda hazırda 450-dən çox kəndimizin xarabalıqları qalmaqdadır. Bu kəndlərin böyük bir qismi 1918-1920-ci illərin faciəli soyqırımının, bir qismi 1948-1953-cü illərdəki, bir qismi isə sonuncu - 1980-ci illərin sonlarında ermənilər tərəfindən misli görünməmiş qəddarlıqla həyata keçirilmiş deportasiyanın şahidləridir. Hər bir kənd xarabalığı Qərbi azərbaycanlıların başına gətirilən faciələrdən xəbər verir arxiv sənədlərində bu kəndlərin bir çoxunda ötən əsrin əvvəllərində Cənubi Qafqaza axın edən ermənilər tərəfindən kütləvi qətliamların həyata keçirilməsi haqqında məlumatlar mövcuddur. Həmin kəndlərin təkcə insanlarına qarşı qətliamlar törədilməyib, tarixi abidələr, məscidlər, mədəni irs nümunələri, qəbiristanlıqlarının böyük bir qismi erməni barbarlığı nəticəsində tamamilə yer üzündən silinib.

Ermənilər tərəfindən zəbt edilmiş ya xarabalığa çevrilmiş belə tarixi yurd yerlərimizdən biri vaxtilə İrəvan xanlığının tərkibində olmuş Dərəçiçək mahalıdır. Tarixən soydaşlarımızın yaşadığı mahalın ərazisində sonralar Yeni Bəyazid qəzası yaradılmışdır. Adını kənd Dərəçiçək dərəsinin adından götürən mahal Əlibəy dağının ətəyində yerləşən qədim yaşayış məntəqələrimizdən olub. Ermənistan SSR yaradıldıqdan sonra 1930-cu ilə qədər Aşağı Axta kəndinin adı ilə Axta rayonu adlandırılan Dərəçiçəyin adı 1946-cı ildə ermənicə Tsakadzor, 1959-cu ildə isə Hrazdan olaraq dəyişdirilmişdir.

1826-1828-ci illər Rusiya-İran müharibəsi nəticəsində mahalın 16 kəndi tamamilə dağılmışdır. Türkmənçay müqaviləsinin bağlanmasından sonra ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi nəticəsində Dərəçiçəyin digər 37 kəndi mərhələ-mərhələ işğal edilmiş, azərbaycanlılar öz ata-baba yurdlarından didərgin salınmışlar.

Mahalın kəndlərinin böyük əksəriyyəti 1918-ci ildə erməni vəhşilikləri ilə üzləşmiş, bir qismi məhz həmin qanlı hadisələr sonrası yandırılaraq xarabalığa çevrilmişdir. Rayon mərkəzindən 13 km şimal-qərbdə Zincirli dağının ətəyindəki Zəngiçayın qolu olan Dəllər çayının sahilində yerləşən Dəllər kəndi həmin aqibəti yaşamış kəndlərimizdəndir. Adıİrəvan əyalətinin icmal dəftəri”ndə Qafqazın 5 verstlik xəritəsində qeyd edilmiş Dəllərin adı Hun tayfa birliyinə daxil olan tele (dəli) türk etnonimi əsasında formalaşmışdır. Ümumiyyətlə, bütün mahaldakı toponimlərin demək olar ki, hamısı türk mənşəlidir.

Kənddə 1831-ci ildə 181, 1914-cü ildə 597 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə soydaşlarımız qırğınlarla öz doğma yurdlarından qovulmuş kəndə ermənilər yerləşdirilmişdir. Dəllər sonralar xarabalığa çevrilmişdir.

Dərəçiçəyin ermənilər tərəfindən işğal edilmiş kəndlərindən biri Zincirli dağının ətəyində yerləşən Solak kəndidir. ToponimSolaktürk tayfasının adı əsasında əmələ gəlmişdir. Kəndin adı XVIII əsrə aid ermənicə mənbədə Solak kimi qeyd olunur. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır. Türkiyədə tarixi Solaklar kəndi var.

Dəqiq məlumdur ki, 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə Türkiyədən, daha sonra İrandan ermənilər köçürülmüş, onlar burada 1840-cı illərdə tam məskunlaşdıqdan sonra azərbaycanlılar 1850-ci illərdə qovulmuşlar. Hazırda Ermənistan Respublikasının Kotayk mərzindəki kənddə yalnız ermənilər yaşayır...

Vətən müharibəsində qazandığımız şanlı Qələbə bizə, eyni zamanda, xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti mərhələ-mərhələ bərpa etmək imkanı yaradıb. Qarşımızda isə daha böyük hədəflər var. Bu hədəflər sırasında Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışının təmin edilməsi var. Biz bütün digər hədəflərimiz kimi bu məqsədimizə çatacağıq. Tarixi yurd yerlərimiz öz əsl sahiblərini gözləyir. Az qalıb...

 

Mahir Rəsuloğlu

İki sahil.- 2023.- 15 iyun. S. 7.