Polad magistralımızın tərəqqisi

Heydər Əliyevin adı ilə bağlıdır

 

Ölkəmizdə dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Həmin yol uzunluğu cəmi 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət idi. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artması nəzərə alınaraq inkişaf edib.

Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci il oktyabrın 3-də SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə SSRİ Yollar Nazirliyinin müstəqil dəmir yolu elan olunmuşdu. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Möhtərəm Prezidentimiz İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürərək, 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqındaSərəncam imzalayıb.

145 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. İstər çar Rusiyası, istərsə Sovet hakimiyyəti dövründə Azərbaycan dəmir yolu daim inkişafda olub Ümummilli Lider Heydər Əliyevin diqqət qayğısı sayəsində ötən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatıb. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilib bunlar dəmir yolunun bütün sahələrini əhatə edib.

Azərbaycan dəmir yollarında istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Heydər Əliyevin təşəbbüsü ciddi nəzarəti sayəsində istismara verilib. Ulu Öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Dahi şəxsiyyət respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, eləcə keçmiş SSRİ hökumətində fəaliyyətdə olduğu 1983-87-ci illər ərzində ölkə dəmir yolunun müasir, xaricdə istehsal olunan texniki maşın-mexanizmlərlə avadanlıqlarla təchiz edilməsinə böyük səylər göstərib.

O illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden medalları ilə təltif olunub. Bu da Ümummilli Lider tərəfindən dəmiryolçulara göstərilən böyük diqqət qayğının parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil alıblar. Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, Ulu Öndərin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.

1993-cü ildə ölkə vətəndaş müharibəsi yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qaldığı bir zaman xalqımız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Prezident səlahiyyətlərinin icrasına başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin tarixində sabitlik inkişaf dövrü başladı. Eyni proseslər dəmiryol nəqliyyatında baş verdi, 1996-cı il polad magistralın tarixində dönüş mərhələsi oldu.

Müstəqillik illərində nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması prosesi 1994-cü ildəƏsrin müqaviləsi”nin imzalanması ilə başlanıb. Bu tarixi müqavilənin imzalanması respublikanın siyasi-iqtisadi qüdrətini, həmçinin tranzit potensialını xeyli artırdı. Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədə liderlik statusunu təmin etdi. Bu nəqliyyat dəhlizi ilə böyük həcmli yüklərin daşınması intensivləşdi. Bunun üçün 1993-cü ilin may ayında Brüssel şəhərində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan Özbəkistanın iştirakı ilə keçirilən Avropa Beynəlxalq Cəmiyyətləri Konfransında TRASEKA proqramının əsasının qoyulması da mühüm rol oynadı. Avropa Asiya ölkələri ilə yeni iqtisadi-ticari əlaqələrin yaranması nəticəsində yüklərin daşınma istiqaməti dəyişdi. Qafqaz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxan nəqliyyat dəhlizini inkişaf etdirmək məsələsi qarşıya məqsəd qoyulmuşdu. Bu vaxtadək ölkəmizdə dəmir yolu sahəsində çox kritik bir vəziyyət hökm sürürdü. Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18-19 iyul 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi dəmir yolundakı neqativ hallar o vaxtki dövlət başçısı tərəfindən kəskin tənqid olundu. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. Heydər Əliyev tərəfindən dəmiryolçuların qarşısında qoyulan tələblər rəhbər tutularaq böhran vəziyyəti aradan qaldırılmağa başladı. Bunun üçün ilk addım kimi idarəetmə strukturunda dəyişiklik aparıldı.

Ulu Öndərin struktur dəyişiklikləri barədə müvafiq Fərmanına Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq dəmir yolunun idarəetmə sistemində üçmərhələli dəyişiklik həyata keçirildi. 1996-1997-ci illərdə birinci, 1998-ci ildən etibarən isə ikinci üçüncü mərhələlər başlandı. İkipilləli idarəetmə strukturları yaradılmaqla, bu strukturlara bacarıqlı kadrların düzgün yerləşdirilməsi işi sürətləndi nəticədə, işlək bir mexanizm yaradıldı.

Dünya nəqliyyat sisteminə inteqrasiya prosesi özünü bütün istiqamətlərdə büruzə verirdi. Nəqliyyat sektorunun tərkib hissəsi olan Azərbaycan dəmir yolu bir çox beynəlxalq təşkilatların həqiqi üzvünə çevrildi. Belə ki, ölkəmiz 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının (DYƏT), 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü olmaqla bu qurumların işində fəal iştirak etməyə başladı. 1997-ci ildən başlayaraq paytaxt Bakıda dəmiryolçuların bir çox beynəlxalq forumları, MDB Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının yığıncaqları, Tarif Konfransı, DYƏT-nin Nazirlər Müşavirəsinin Sessiyası, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dəmir yolu rəhbərlərinin müşavirəsi başqa tədbirlər keçirildi.

Həmin dövrdən Azərbaycan Dəmir Yolu tranzit kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Əsas daşıma mərkəzi olan TRASEKA dəhlizi (Böyük İpək Yolu) Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. 1998-ci il sentyabrın 7-9-də Heydər Əliyevin təşəbbüsü Bakıda Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Bu mötəbər tədbirdə 13 dövlətin 32 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirdi. İki gün davam edən konfransda Bakı Bəyannaməsi qəbul edildi. Sənədlər sırasındaBeynəlxalq tranzit daşınmaları haqqındaəsas çoxtərəfli Razılıq, həmçinin, beş texniki Əsasnamə, o cümlədən, dəmiryolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə var. Qədim İpək Yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən respublikamızın geostrateji əhəmiyyətini daha da artırdı. Bu beynəlxalq layihənin reallaşması Heydər Əliyevin gərgin fəaliyyətinin qətiyyətinin nəticəsi idi.

Sərnişinlərə göstərilən xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyi daim diqqət mərkəzində saxlayan dəmir yolu rəhbərliyi Heydər Əliyevin tapşırıq tövsiyələri ilə bu sahədə misli görünməmiş uğurlara nail oldu. O cümlədən respublika daxilində hərəkət edən qatarların xəritəsi sayı da xeyli genişləndi. 28 dekabr 1996-cı ildə bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olan Azərbaycan Dövlət Dəmir Yolunun Bakı-Ağstafa ilk firma qatarı sərnişinlərin istifadəsinə verildi. Sonradan ölkənin digər istiqamətlərinə hərəkət edən reyslər firma qatarları səviyyəsində yeniləşdirildi.

Sovet vaxtı sərnişin vaqonları respublikamızdan kənarda təmir edilirdi. 1997-ci ildə ilk dəfə olaraq Bakı Vaqon Deposunda vaqonların əsaslı təmiri işinə başlanılıb. 1997-ci ilin fevral ayında Naxçıvan-Təbriz sərnişin qatarı həftədə bir dəfə olmaqla hərəkətə başladı. Böyük Öndər Heydər Əliyevin gərgin əməyi qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edildi. 4 dekabr 1997-ci ildə Bakı-Rostov istiqamətində yeni sərnişin qatarı xəttə buraxıldı. Ondan sonra mərhələlərlə Kiyev, Brest, Xarkov, Həştərxan, Sverdlovsk, Sankt-Peterburq, Tümen, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa, Saratov, Ufa Çelyabinsk şəhərlərinə hərəkət edən sərnişin qatarları qoşma vaqonlar xəttə buraxıldı. 1998-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunda ilk dəfə olaraq Bakı Lokomotiv Deposunda elektrovoz elektrik qatarlarının əsaslı təmiri təşkil olundu.

1998-ci il yanvarın 4-də Dübəndi terminalının stansiyasının açılış mərasimi keçirilib. Həmin mərasimdə Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmiryolunun fəaliyyətini yüksək qiymətləndirmişdir. 6 dekabr 1998-ci ildə Heydər Əliyev Keşlə stansiyasında dəmiryolçular tərəfindən hazırlanmış, çadır şəhərciklərində məskunlaşmış qaçqınlar məcburi köçkünlər üçün konteynerlərdən ibarət evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxış keçirildi.

4 mart 1998-ci ildə Bakı-Xankəndi firma sərnişin qatarı istismara buraxıldı. 1999-cu ildə Bakı-Gəncə istiqamətindəEkspresstipli firma sərnişin qatarı istifadəyə verildi. 3 iyun 2002-ci ildən Azərbaycan Belarus dəmir yolu rəhbərliyi arasında əldə olunmuş razılaşmaya əsasən, Bakı-Brest sərnişin qatarı xəttə buraxıldı. 2002-ci ilin sentyabr ayından Qədim İpək Yolunun əsas marşrutlarından olan Bakı-Böyük-Kəsik arasındakı stansiyalara fibro-optik rabitə xəttinin çəkilişinə başlanıldı. 2003-cü ilin iyun ayında həmin başa çatdı Azərbaycan dəmir yolunda yeni telekommunikasiya sistemi istismara verildi. 7 aprel 2003-cü ildə Bakı-DərbəndEkspresstipli firma sərnişin qatarı xəttə buraxılıb.

Ulu Öndər tərəfindən təməli qoyulan Azərbaycan dəmir yollarının inkişafı siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq regional nəqliyyat layihələrinin reallaşması prosesində fəal iştirak edir. Son illər əldə olunan uğurlar fonundaAzərbaycan Dəmir Yolları” QSC beynəlxalq regional layihələrdə iştirak etməklə yanaşı, öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

 

YazıAzərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə KİV təmsilçiləri arasında keçirdikləri müsabiqəyə təqdim olunur

 

Cavid Əkbərov

 

İki sahil.- 2023.- 24 iyun.- S.4