Xüsusi Təyinatlı Qüvvələr:
Ordumuzun şah damarı
Bu gün Azərbaycanın bütün sahələrində yüksək inkişaf və tərəqqi özünü göstərir. Bu sözləri Azərbaycan Ordusuna da şamil etmək olar. Belə ki, ordumuzda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı ölkəmizin müdafiə qüdrətini daha da artırıb. Bu baxımdan ordumuzun əsas aparıcı qüvvələrindən sayılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin fəaliyyəti daha çox diqqətçəkəndir.
Şübhəsiz, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin
formalaşmasında Türkiyə
Silahlı Qüvvələrinin
Xüsusi Təyinatlı
Qüvvələri müstəsna
rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif
ölkələrin təlim
mərkəzlərində keçirilən
kurslarda iştirak edib və dəfələrlə
müxtəlif ölkələrdə,
o cümlədən ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək
nailiyyətlər qazanıblar.
Yüksək döyüş
təcrübəsinə malik
olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 2016-cı ilin aprelində erməni faşistləri ilə döyüşlərdə
düşmənin çoxsaylı
canlı qüvvəsi
və hərbi texnikası məhv edib.
2020-ci il sentyabrın
27-də başlayan və
44 gün davam edən Vətən müharibəsində də
Azərbaycan Xüsusi
Təyinatlı Qüvvələri
misli görünməmiş
şücaət göstəriblər.
Belə ki, Şuşanın erməni
dığalarından təmizlənməsi
onların adı ilə bağlıdır.
Hətta xüsusi təyinatlıların qayalara
dırmaşaraq Şuşa
şəhərini işğaldan
azad etmələri artıq dünya hərb tarixinə düşüb. Bir sözlə, hazırda onların döyüş
təcrübəsi öyrənilməkdədir.
Bu mənada Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin
ordumuzun şah damarı adlandırmaq olar.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya
müdafiə sənayesinin
aparıcı şirkətlərinin
istehsalı olan müasir silahlar, döyüş vasitələri
və texnikalara malikdir. İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin
birinə Döyüş
bayrağının təqdim
olunması mərasimində
çıxışında bir daha onlardan
söz açaraq deyib: “İkinci Qarabağ müharibəsində
Xüsusi Təyinatlı
Qüvvələr xüsusi
peşəkarlıq və
qəhrəmanlıq göstərmişdir.
Bir çox hərbi əməliyyatların
keçirilməsində onların
xüsusi rolu var idi. Bütün
bunları və müasir döyüş əməliyyatlarını nəzərə
alaraq yeni Komando Qüvvələrinin
yaradılması mənim
tərəfimdən qarşıya
bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə
uğurla icra edilir”.
Məlum olduğu
kimi, Azərbaycan Ordusu öz döyüş qabiliyyətinə
görə regionda lider olan hərbi
gücdür. Beynəlxalq
reytinq təşkilatlarının
hesabatları da göstərir ki, Azərbaycan öz hərbi gücünə görə dünyanın
bir çox dövlətini qabaqlayır.
Təbii ki, bütün bunların səbəbi ordumuzun döyüş qabiliyyətinin
artırılması üçün
dövrün nəbzini
tutmaqla həyata keçirilən tədbirlərdir.
İkinci Qarabağ
müharibəsindən sonra
ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını, bununla
bağlı əlavə
addımlar atıldığını
vurğulayan dövlətimizin
başçısı bu
istiqamətdə kompleks
tədbirlərin həyata
keçirildiyini bəyan
edib. O, həmçinin bildirib ki, bu məqsədə
xüsusu təyinatlı
qüvvələrin daha
müasir silahlarla təmin olunur, onları say təkibi artırılır:
“Bununla bərabər,
digər xüsusi təyinatlı qüvvələrdə
şəxsi heyətin
say tərkibi genişləndirilir, Müdafiə
Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin
sayı böyük dərəcədə artırılmışdır”.
Prezident qeyd edib ki, bu
kimi addımlar ərazimizin qorunması, ərazi bütövlüyümüzün
təmin edilməsi, təhlükəsizliyimizə təhdid
olarsa, düşmən
qüvvələrə sarsıdıcı
zərbələrin endirilməsi
məqsədi güdür.
Bütün bunlar o deməkdir ki, ən müasir
silah-sursat və döyüş vasitələri
ilə təchiz olunan, üstəlik yüksək vətənpərvərlik
ruhuna malik Azərbaycan Ordusu göstərilən etimadı
hər an doğrultmağa hazırdır.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2023.- 24 iyun.- S.1; 5.