Qürbətdən boy verib boylanan qərib Kərki
Hələ 30 il bundan əvvəl
doğma torpaqlarımız
qarı düşmən
tərəfindən işğal
olunanda dərin mənəvi sarsıntılar
keçirən, Vətən
sevgisi, el-oba həsrəti ilə alışıb yanan tanınmış şair
Adil Cəmil dərin mənalı şerlərindən
birində deyirdi:
Qürbətdən boylanır qərib
dağlarım,
Gəzir
sahibini yurd ocaqlarım.
Bəli
qürbətdən-dağların o üzündən boylanan yurd yerlərimizdən biri də təcavüzkar
Ermənistanın artıq
3 onillikdir ki, işğalı
altında qalan Kərki kəndidir. Naxçıvan Muxtar Respublikasının şimal
qərbində, Sədərək
rayonunun 8-10 kilometrliyində
yerləşən, 960 hektara
yaxın ərazini əhatə edən bu qədim yaşayış
məskənində vaxtilə
aşkar olunmuş nekropol, müdafiə istehkamları, daş qutu qəbirlər və s. maddi- mədəniyyət nümunələri
arxeoloqların fikrincə,
eramızdan əvvəl
III minilliyin sonu və II minilliyə aid edilir.
Naxçıvanın Sədərək
rayonu inzibati ərazisinə daxil olan Kərki kəndi 30 ilə yaxındır ki, erməni
işğalı altındadır.
Bu kənd Azərbaycanın
Ermənistan ərazisindəki
eksklavlarından biridir.
Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə
kərkilərin Azərbaycana
erkən orta əsrlərdə qıpçaqların
tərkibində gəldiyi
göstərilir. XIX əsrin
əvvəllərində qazaxlı
tayfasının tərkibində
kərkibaşlı adlı
tirənin olması haqqında məlumat verilir. Türkmənlərin
ersarı tayfasının
bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan
ərazisində də
qeydə alınıb.
Türkmənistan ərazisində
Kərki adlı şəhər, rayon, qəsəbə
və Kərkidağ adlı dağ mövcuddur. Belə ki, tarixi torpağımız olan Qarabağda Kərkicahan şəhəri, Qərbi
Azərbaycanın Göyçə
mahalında Kərkibaşı
kəndi, Türkmənistanda
Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol
stansiyası, “Kərkidağ”
toponimi də bu tayfanın adından yaranıb, boy alıb, boylanıb.
Arxiv sənədlərindən aydın
olur ki, ötən əsrin 30-cu illərində
SSRİ rəhbərliyinin bədnam
qərarı ilə Kərki kəndinin ətrafındakı torpaqların
xeyli hissəsi gizli olaraq Ermənistana
verilib. Həmin torpaqların Ermənistana
verilməsi haqqında
protokola o zamanlar Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsində
yerləşmiş iki
erməni-Qadakçiyan və
İsaxiyan qol çəkiblər. Kənd
ərazisindəki şəhidlikdə,
keçən əsrin
əvvəllərində burada
gedən döyüşlərdə
şəhid düşmüş
türk əsgərinin
türbəsi var.
Tanınmış şair-publisist Vaqif
Məmmədov “Kərki:
itirilmiş torpaqlarımız
və tarixi reallıqlar” adlı məqaləsində yazırdı:1921-ci il oktyabr ayının 13-də
Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış
Qars müqaviləsində
də Azərbaycanın
protektoratı altında
Naxçıvan vilayətinin
muxtar ərazi olmasına razılıq verilməklə Sədərək
tərəfdən başlanan
Naxçıvan sərhədinin
Urmiyə kəndi-Arazdəyən
stansiyası-Daşburun dağı-Cəhənnəmdərə-
Bağırsaq dağı
istiqamətindən keçməsi
ilə qeyd edilir ki, (bax: Azərbaycan EA-nın «Tarix, fəlsəfə, hüquq» məcmuəsi, Bakı, ¹ 1, 1990 səh.
78) bu da haqqında bəhs etdiyimiz Kərki kəndi ərazisinin ada şəklində Ermənistan
içərisində yox,
Azərbaycan torpaqları
daxilində mövcudluğunun
sübutudur. Moskva və
Qars müqavilələrində
adı çəkilən,
eyni zamanda, Sədərəklə Kərki
arasındakı ərazidə
yerləşən “Bağırsaq
dərəsi”, “Cəhənnəmdərə”,
“Qaraağac”, “Qurdbaba”,
həmçinin onlara
yaxın olan “Kərkinin düzü”, “Həsənqulu bağı”,
“Kaha”, “Bəzirxana”, “Qızıldaş”,
“Köhnə Kərki”
kimi yerlər də daim Azərbaycan
ərazisi olmuşdur”.
Kərki
kəndi 1990-ci ildə
ermənilər tərəfindən
işğal edilib. Ermənistan hökuməti
bu qədim yurd yerimizin adını dəyişərək
Tiqranaşen adını
verib. Bundan sonra kəndin didərgin düşmüş
əhalisini məskunlaşdırmaq
üçün Kəngərli
rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki
kəndində məskunlaşıb.
Naxçıvan MSSR Nazirlər
Sovetinin 1990-cı il 10 avqust
tarixli qərarında
bildirilirdi: Naxçıvan
MSSR Nazirlər Soveti qeyd edir ki, uydurma
Dağlıq Qarabağ
problemi ilə əlaqədar Ermənistan
SSR-dən qovulmuş
200 min azərbaycanlı ilə
yanaşı, Naxçıvan
MSSR-nin İliç rayonunun Kərki kəndində yaşayan
96 ailə erməni quldurları tərəfindən
və Azərbaycan torpağından çıxarılmışdır.
Hazırda qovulan ailələrin 64-nün muxtar
respublika ərazisində
yerləşdirilməsi zəruri
hesab edilir. Qeyd edək ki, digər ailələr Azərbaycanın müxtəlif
bölgələrində yerləşmişlər.
Kərki kəndini tərk etmiş vətəndaşlara dəymiş
əmlak zərərinin
ödənilməsi barədə
Naxçıvan MR Dövlət
Arxiv İdarəsində
sənədlər saxlanılır.
Prezident
İlham Əliyevin Azərbaycanla
Ermənistan arasında
dövlət sərhədinin
delimitasiyası üzrə
Dövlət Komissiyasının
yaradılması haqqında
Sərəncamı Naxçıvanın
işğal altındakı
Kərki kəndinin də delimitasiya prosesinə daxil edildiyini rəsmi olaraq təsdiqləyib.
Belə
ki, Dövlət Komissiyasının
üzvləri sırasında
Naxçıvan Muxtar
Respublikasının Baş
nazirinin müavini də təmsil olunacaq.
Bəli,
biz Qarabağa və Şərqi Zəngəzura
qayıtdığımız kimi, yolumuzu həsrətlə gözləyən,
hər gün bizi haraylayan Kərkiyə də qayıdacağıq. O gün
uzaqda deyil…
Zahid Rza
İki sahil.- 2023.- 24 iyun.-
S.6.