Qədim, doğma yurdumuz Dərələyəz

 

Qərbi Azərbaycanda ən qədim yaşayış məskənlərindən biri, qədim türk-oğuz yurdu olan Dərələyəz mahalı Zəngəzur mahalı ilə bitişik olub 2908 kvadrat-kilometr ərazini əhatə edir. Qərbi Azərbaycanın Dərələyəz mahalında tarixin ən qədim dövrlərindən as/kas, sak, hors, şirak, qarqar, qayı, kəngər, qaşqay, gencək, muğ, quşçu, oğuz, ivə/yivə, cığatay, çul, küyərçi, sal, aban, xələc s. türk tayfaları yaşamış öz adlarını bir sıra etnotoponimlərdə (Ələyəz, Ərgəz, Hors, Hosdun, Zirək, Herher, Qaşqa, Gənzək, Quşçu, Cığatay, Cul, Göyərçin, Sallı s.) əbədiləşdirmişlər. Qərbi Azərbaycanın Dərələyəz mahalının oykonim, oronim hidronimlərinin hamısı türk mənşəli olmuşdur.

Dərələyəz toponimi Azərbaycan dilindəiki dağ ya təpə arasında, çuxurmənasında işlənən dərə sözü ilə alagöz türk etnonimi əsasında yaranmışdır. Oykonimini isə alagöz tayfa adını əks etdirən etnotoponim kimi izah edir. XIX əsrdə Şimali Qafqazda Dağıstan əyalətinin Teymurxanşura dairəsində Alagöz, Naxçıvan qəzasında Alagöz-Məzrə, Şərur-Dərələyəz qəzasında Alagöz kənd xarabalığı, Qars əyalətinin Kaqızman dairəsində Alagöz kənd xarabalığı, Şərur-Dərələyəz qəzasında Alagöz çayı, Qars əyalətinin Ərdəhan dairəsində Alagöz adları ilə mənşəcə eynidir. Adın birinci komponenti olan ala sözü türk dillərindəgeniş, böyük, ucamənasında işlənir.

Dərələyəzin oğuz yurdu olması faktı dəfələrlə sübut olunmuşdur. Bu faktları ermənilər çox gözəl bilirlər. Dərələyəzdəki qoç, qoyun, at daş abidələri mahalın qədimliyini - oğuz yurdu olduğunu sübut edir. Bu toponim Dərə Ələyəz sözləri birləşərkən “ə” saitinin birinin düşməsi ilə formalaşmışdır. XIV-XVI yüzilliklərdə Dərələyəz bölgəsinin Əmir Teymurun onun tərəfdarlarının tabeliyində olması, sonralar, yəni 1504-cü ildə isə Şah İsmayıl Xətai tərəfindən idarə olunmasına dair faktlara rast gəlinir.

İndiki Ermənistan ərazisində olan qədim tarixi abidələrin böyük bir qismi Dərələyəzdədir. Bütün Qafqazı qarış-qarış gəzən alman səyyahı tarixçisi İ.Şopen demişdi ki, Dərələyəz Qafqazın İsveçrəsidir. Əlverişli coğrafi mövqedə yerləşməsi ilə əlaqədar olaraq, Dərələyəz mahalı ermənilər tərəfindən daha çox hücumlara, basqınlara məruz qalan bölgələrdən biri olmuşdur. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilər minilliklər ərzində azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan ərazisinə, o cümlədən Dərələyəz mahalına kütləvi surətdə köçürülməyə başlamış, Rusiya İmperiyasının dəstəyi ilə azərbaycanlılar öz dədə-baba torpaqlarından tədricən sıxışdırılıb çıxarılmış, mərhələlərlə deportasiyaya məruz qalmışlar. Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1 faizini azərbaycanlılar, 5,8 faizini ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25 faizə çatmışdır. Belə ki, 1828-1830-cu illərdə İran Türkiyədən Dərələyəzə 2773 erməni köçürülüb məskunlaşdırılmışdır. Bundan sonra azərbaycanlıların qədim yaşayış məskənlərinin adları dəyişdirilməyə başlamışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir.

1920-ci ill noyabrın 29-da “Ermənistansovetləşəndən az sonradekabrda Rusiya bu sovetləşmənin müqabilində Zəngəzur, Göyçə, Dərələyəz s. mahalları zorla alıb ona vermişdir. Əvvəlki 9 min kv.km üzərinə daha 20 min kv.km əlavə edilmiş, Ermənistanın ərazisi 29 kv.km olmuşdur. 1929-cu ildə məşhur Nüvədi daha 11 kənd Ermənistana verilmişdir bununla da, Azərbaycan torpaqlarının hesabına 29,8 min kv.km olanErmənistandövləti yaradılmışdır. Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən, Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar Şərur-Dərələyəz qəzası ləğv edilmiş, tərkibindəki Qurdqulaq, Xaçik, Horadiz kəndləri torpaqları ilə birlikdə Ermənistana qatılmışdır. Bu, Moskva müqaviləsinin (1921) Qars müqaviləsinin (1921) şərtlərinə, eyni zamanda beynəlxalq hüquq normalarına tamamilə zidd idi. Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır. Həmin dövrdə Dərələyəz mahalında əhalinin zorla qovulması, deportasiyası başlamış, yaşayış məntəqələrinin dağıdılması ləğv olunması 1988-ci ilə qədər mərhələlərlə davam etmiş, 48 kənd bir dəfə, 49 kənd 2 dəfə, 16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd 5 dəfə deportasiyaya məruz qalmış, dağıdılmış ləğv olunmuş, əhalisi zorakılıqla qovulmuşdur. Azərbaycanlıların sıxışdırılıb qovulması ilə paralel olaraq, ermənilərin bu ərazilərə köçürülməsi prosesi davam etmişdir.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 25 iyun.- S.6.