Biz Laçındayıq!
Hayların "miatsum", separatizm kitabı bu torpağın əsl sahiblərinin doğma yurdlarına qayıdışı
ilə əbədilik
bağlandı
1992-ci ilin may ayında Ermənistanın təcavüzünün,
AXC-Müsavat iqtidarının
xəyanətinin qurbanı
olan Laçın işğal edildi. Dinc əhaliyə qarşı ağlasığmaz
vəhşiliklər törədən
erməni quldurları
evləri, sosial obyektləri yandıraraq cənnətməkan Laçını
viran qoydular, təbii sərvətlərini
dağıdaraq, meşələrini
yandıraraq ekoloji terrorlar törətdilər.
Rayonun işğalı
nəticəsində 1 şəhər,
1 qəsəbə, 125 kənd,
13745 fərdi yaşayış
evi, 48 sənaye, 63 kənd təsərrüfatı
obyekti, 109 təhsil,
142 səhiyyə, 217 mədəni-maarif
müəssisəsi, 460 ticarət
obyekti, 30 rabitə qovşağı ermənilər
tərəfindən dağıdıldı.
Heç vaxt düşmənə arxa çevirməyən laçınlılar
ata-baba yurdlarından didərgin düşərək
məcburi köçkünlər
kimi respublikamızın
müxtəlif rayonlarında
məskunlaşdılar.
2011-ci ildə ad gününü Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışı ilə qeyd edən, rayonun işğalını faciə adlandıran Prezident İlham Əliyev «Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir. Çünki bilirsiniz ki, Laçın rayonunun mərkəzində, sizin evlərinizdə indi düşmənlər yaşayırlar. Yəni, bu vəziyyətlə barışmaq mümkün deyil və biz bu vəziyyətlə barışmayacağıq» söyləməklə əminliklə bildirdi ki, siz doğma torpaqlarınıza qayıdacaqsınız.
28 may 2023-cü ildə doğma yurdlarına qayıdan laçınlılarla görüşündə o zaman ölkədə mövcud olan siyasi vəziyyətin dözülməzliyini «Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında da laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq» sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2023-cü ildə laçınlıların doğma ocaqlarına qaytarılacağı vədini yerinə yetirdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistanı kapitulyasiya aktını imzalaması Azərbaycanın işğal altında qalan digər rayonları kimi, Laçının da azad olunmasına yol açdı. Rayonun Zabux kəndində qeyri- qanuni məskunlaşan ermənilər onların köçməsi üçün yaradılan humanitar müddət ərzində də vəhşiliklərini illərdən bəri zəbt etdikləri evləri, meşələri yandırarmaqla təkrarladılar.
Artıq çətin günlər geridə qalıb. 28 may 2023-cü il Azərbaycanın Müstəqillik Günü tarixində ikiqat bayram kimi yadda qaldı. Həmin gün bir neçə laçınlı ailəsi 31 il sürən həsrətdən sonra sonra doğma şəhərlərinə qayıtdılar.
Son 7-8 ay ərzində tamamilə yenidən qurulan Laçının müasir siması ölkədə aparılan düşünülmüş uğurlu siyasətin nəticəsidir. Artıq Laçın şəhəri hazırlanmız Baş plan əsasında yenidən qurulur. Yaxın aylarda şəhərdə 4 minə yaxın sakinin yerləşdiriləcəyi nəzərdə tutulur. Ərazidə Aqro və Sənaye Parkının yaradılması gələcəkdə rayon sakinlərinin daimi işlə təmin olunması istiqamətində atılan mühüm addımdır.
2023-cü ilin aprel ayında Prezident İlham Əliyevin göstərişinə əsasən Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə dövlət sərhədimizə tam nəzarət Azərbaycanın səlahiyyətindədir.
Laçın öz doğma sakinlərinin məhrəm nəfəsi, təması ilə yenidən dirçəlir, erməni vəhşilərinin vurduqları yaralar doğmalarının əlləri ilə sağalır. Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Laçında aparılan tikinti-bərpa işləri sayəsində şəhər əvvəlkindən də artıq gözəl görkəmi ilə doğmalarını heyrətləndirir. Milli memarlıq üslubu qorunmaqla müasir standartlara uyğun tikilən yaşayış evlərində hər cür şərait yaradılıb. Səhiyyə, sağlamılq, təhsil, mədəni-məişət, ticarət obyektləri inşa olunub. Yaşayış evləri ilə birlikdə zəruri infrastrukturun inşasına, içməli su,-kanalizasiya xətlərinin yenilənməsinə, enerji ilə təchizat məsələlərinə, işıqlandırılma sisteminin bərpasına diqqət artırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf proqramlarında əks olunan tədbirlərə, islahatlara uyğun yeni iş yerlərinin yaradılması məqsədilə istehsal müəssisələrinin tikintisi, o cümlədən əhalinin məşğulluğu üçün müxtəlif müəssisələrin açılması işləri də davam etdirilir.
Dövlət başçımızın qətiyyəti, uğurlu diplomatiyası nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistan kimi onun havadarları, beynəlxalq təşkilatlar faktiki olaraq rəsmi Bakının haqlı mövqeyi ilə razılaşmağa məcburdurlar. «Çünki, biz öz torpağımızdayıq, Qarabağ bizim əzəli və hüquqi torpağımızdır. Azərbaycan –Ermənistan sərhəddinin demilitasiyası bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında imzalanmalıdır, Naxçıvana yolumuz açılmalıdır, Qarabağda qanunsuz fəaliyyət göstərən Ermənistan ordsunun bölmələri oradan çıxarılmalıdır» sözləri ilə bölgədə yeni reallıqlar yaradan Azərbaycanın bütün sahələrdə söz sahibi olduğunu təsdiqləyən Prezident İlham Əliyevin doğma evlərinə qayıdan laçınlılarla görüşü tarixi hadisə kimi yaddaşlarda qaldı.
Son 7-8 ay ərzində Laçın rayonunun böyük bir hissəsinin tamamilə yenidən qurulması Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Ölkə başçısının göstərişi əsasında qısa müddətdə şəhərdə fərdi və çoxmənzilli ictimai binalar inşa edilmişdir. Bu, dinamika yaxın gələcəkdə Laçın şəhərində 4 minə yaxın insanın məskunlaşacağı vədinə əminlik yaradır. Doğma ocaqlarına qoşuşan sakinlər onlar üçün yaradılan şəraitdən çox məmnundurlar. Bütün bunlar cənab Prezidentin ölkə vətəndaşlarına göstərdiyi qayğının bariz nümunəsidir. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində işğaldan azad olunmuş torpaqlarımızda olduğu kimi, Laçında da həyat öz məcrasına qayıdıb. «Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç zaman razı olmayacaq. Artıq bunu Ermənistan və onun havadarları da çox yaxşı başa düşürlər. Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq Azərbaycanın haqlı mövqeyi ilə tamamilə razılşaıblar. Çünki, biz öz torpağımızdayıq, Qarabağ bizim əzəli və hüquqi torpağımızdır. Azərbaycan –Ermənistan sərhəddinin demilitasiyası bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında imzalanmalıdır, Naxçıvana yolumuz açılmalıdır, Qarabağda qanunsuz fəaliyyət göstərən Ermənistan ordsunun bölmələri oradan çıxarılmalıdır» söyləyən Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsi prosesi başlayır. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarımza da Böyük Qayıdış başlayır.
Mayıq 27-də Bakı şəhərinin Qaradağ rayonundakı «Qobu park 3» yaşayış kompleksindən Laçına yola salınan köç axırıncı deyıl, axarıncıdır. Qeyd edək ki, yaxın günlərdə Laçın şəhərinə daha neçə köç karvanları gələcək. Hazırda isə Laçında məskunlaşan sakinlərin sayı 213 nəfər, ailələrin sayı isə 55-ə çatıb. Bu günlərdə Laçın şəhərinə daha 15 ailə – 48 nəfərin yerləşdirilməsi baş tutub. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçımızın göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib doğmalarının sərəncamına veriləcək. «İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, hayların «miatsum», separatizm kitabı Laçına qayıdışla əbədilik bağlandı.
Xuraman İsmayılqızı
İki sahil.- 2023.- 25 iyun.- S.4.