Bu gün Azərbaycan Ordusu daha da güclüdür

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində ordu quruculuğu sahəsində qarşıdakı dövrün hədəflərini açıqlayıb

 

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır.”

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində Silahlı Qüvvələrimizin istər işğal, istərsə postmünaqişə dövründə döyüş ruhunun daha da gücləndirilməsi istiqamətində atılan addımlardan uğurlu  nəticələrdən geniş bəhs edərək bu hədəfləri açıqladı ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir: «Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür

Müzəffər Ali Baş Komandan İlham Əliyev sözügedən çıxışında bu məqamı bir daha xüsusi vurğuladı ki,  işğal dövründə dəfələrlə  bizim üçün birinci vəzifənin ərazimizin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi ğolduğunu bildirirdim: «Deyirdim ki, əgər danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik. Əfsuslar olsun ki, mənim sözlərimə bəziləri laqeyd yanaşdı. Ermənistan onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, düşmən bu günə qədər özünə gələ bilmir

30 il davam edən işğal dövründə hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırdı.  Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyirdi. Bunu  bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr görürdü.   Hadislərin gedişi təsdiqlədi ki, Ermənistan heç bir sahədə Azərbaycan ilə rəqabət aparmaq imkanında deyil.  Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına bəzi başqa ölkələrin dairələrinədir. Azərbaycanın isə gücü  xalqımız, haqq ədalət, beynəlxalq hüquq artan gücümüzdür. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ərazi bütövlüyümüzü ədaləti bərpa etdi.  Böyük qətiyyətlə inamla səsləndirilən  bu fikirlər Azərbaycanın diplomatik mübarizədə, eyni zamanda, döyüş meydanında qələbəsinin təqdimatıdır. 30 ildə dünyanın ən  nüfuzlu dövlətlərinin edə bilmədiklərin Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə etdi, BMT qətnamələrini təkbaşına icra edərək bir daha dünyaya nümayiş etdirdi ki, ədalət beynəlxalq hüquq deyilən məfhumlar var onların düzgün dəyərləndirilməsi tətbiqi üçün vahib mexanizm lazımdır. Dünyanın yaşadığı beynəlxalq hüquq problemi özünü baş verən hadisələrin dəyərləndirilməsində qabarıq şəkildə bürüzə verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik.

Artıq 3 ildir ki, bayramlarımızı Zəfər ruhunda qeyd edirik.  Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Hər bir  bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir.  Reallıq budur ki, Azərbaycan Ordusu   dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.

Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da  yüksəlməsinə böyük stimul oldu. Ümummilli Lider Heydər Əliyev bildirirdi: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını  təmin etmək üçün lazımdır.  Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.» 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Məsələninin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bəyan edən rəsmi Bakı, eyni zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qarantı kimi ordunun  möhkəmlənməsini prioritet məsələ kimi öndə saxladı.

Nizami Silahlı Qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə sərgiləri  ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı  kimi dəyərləndirilir. İqtisadi inkişafı müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər,  keçirilən hərbi paradlarda  nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah sursatı  bir daha belə əminlik yaradırdı ki,  biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündə olduğunu qazandığı qələbələrdə təsdiqlədi. Belə ki, 44 günlük İkinci Qarabağ  müharibəsində tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı  Azərbaycan Ordusunun  güclü, peşəkar ordu olduğunu nümayiş etdirmişdi.  Lakin işğalçı dövlət bu əməliyyatlar zamanı aldığı dərslərdən nəticə çıxarmayaraq 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutarkən belə əks-hücum əməliyyatı ilə üzləşəcəyini düşünmürdü. Artıq Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. Azərbaycan Ordusu hər zaman Müzəffər Ali Baş Komandanın «Hücuməmrini gözləyirdi həmin an gəlib çatdı. 

44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin 20 ilə yaxın Prezidentlik dövrünün  17 ilinin məhz ərazi bütövlüyümüzün bərpası işinə hazırlığa yönəldildiyini təsdiqləyir.  «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam qələbənin başlıca amilləri olmaqla  Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə , icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı.

Azərbaycan əsgəri şanlı Qələbəmizlə  torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi.  Dövlətimizin  başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki,    müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir.  Qeyd edək ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə  gərgin səyləri nəticəsində  C.Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdı.  Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli Lider ordumuzun  gənclərimizin sayəsində  formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdi.  Ordumuzda xidmət  edən zabitlərin əksəriyyətinin Ümummilli Liderin   yaratdığı Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunların, hərbi hava hərbi dənizçilik məktəblərinin məzunlarıdır.  Son illərdə imkan potensialı  daha da artan  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən  hərbi paradlarda  nümayiş etdirirdilər.

Hərbi hazırlığı, Vətənə bağlılığı ilə fərqlənən, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları da  Ali Baş Komandanın əmrinə hazır olduqlarını, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirirdilər. Bu gün Zəfərimizin doğurduğu sevincə dövlətimizin başçısı İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş ruhunun daha da artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atdığı addımları ilə nümayiş etdirir.  

Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən  cənab İlham Əliyevin vurğuladığı kimi,  ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi.

Reallıq budur ki, son illərdə artan maddi imkanlarımız hesabına  ordunun maddi-texniki bazası möhkəmlənmiş,  hərbçilərin yaşayış məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır. Cənab İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində  «Onu da bildirməliyəm ki, uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Bizim uğurlu iqtisadi siyasətimizi, ölkəmizin artan gəlirlərini nəzərə alaraq, bu yaxınlarda dövlət büdcəsinə əlavələr edilmişdir. Onsuz da bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Ancaq buna baxmayaraq, biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdıq» söyləyərək onu da bildirdi ki, bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ Şərqi Zəngəzurun bərpa edilməsidir.

Qeyd olunanlar fonunda bu ümumiləşdirməni apara bilərik ki, müstəqilliyin qorunmasının onun əldə olunmasından daha çətin olduğunu bildirən Ümummilli Lider Heydər Əliyevin qətiyyəti siyasi iradəsi  sayəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz müstəqil dövlət kimi yaşaya inkişaf edə bilərik. Azərbaycanın 2011-ci ildə 193 ölkdən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına üç illik  sədrliyi  ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin göstəricisidir. Bunlar   ölkəmizin qazandığı uğurlara, eyni zamanda, ədalətli mövqeyinə əsaslanır.

Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə  «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən dövlət başçısı İlham Əliyev  Silahlı Qüvvələr Gününə təsadüf edən mərasimdəki çıxışında bir daha bildirdi ki, keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır: «Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır

Göründüyü kimi, arxada qalan hər il hər bir sahədə Azərbaycanın davamlı uğurları, yeni-yeni hədəfləri ilə  xarakterizə olunur. Azərbaycan ərazi bütövlüyünü bərpa etsə bu gün ordumuzun gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Tarix Zəfərimizdən sonra Azərbaycan Ordusunun «Qisas», «Qətiyyətli cavab» əməliyyatlarını nəzərə alsaq bir daha təsdiq olunar ki, Ermənistanda reavanşist qüvvələr baş qaldıraraq vəziyyətin gərginləşdirilməsinə cəhdlər edirlər. Dövlət başçısı İlham Əliyevin çıxışında da bu məqamlara münasibət diqqətdən kənarda qalmadı. Ölkə Prezidenti müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılmasını belə əsaslandırır ki,  dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2023.- 26 iyun.- S.2.