Ordumuz şərəfli missiyasını uğurla yerinə yetirir

 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu mühüm addım Ümummilli Liderin ordu quruculuğuna diqqətinin bariz nümunəsidir.

Nəzərə alsaq ki, hər bir tarixi gün, bayram keçilən yolun, ötən dövrdə qazanılan uğurların hesabatıdır, bu halda imzalanan sərəncamların, qəbul edilən qərarların əhəmiyyəti daha aydın görünür. Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Dahi rəhbər totalitar sovet rejimi şəraitində respublikamızda 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ümummilli Lider azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük İkinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlıqlar göstəriblər.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə hakimiyyətsizliyin hökm sürməsi digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğursuzluqlara yol açmışdı. Həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızı deyil, ayrı-ayrı qrupların maraqlarını müdafiə etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Ordudan yayınma halları, fərarilik geniş vüsət almışdı. Lakin dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi. Orduda fərarilik hallarına son qoyuldu. Azərbaycan gəncləri daha böyük ruh yüksəkliyi ilə hərbi xidmətə getməyə başladılar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

V.Rəhimzadə qeyd edib ki, yaradılan nizami ordunun ilk sınağı məhz 1994-cü ildə oldu. Silahlı Qüvvələrimiz həmin il uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Nəticədə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Təbii ki, müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib idi. Ümummilli Lider daim bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş məqsədöynlü siyasəti nəticəsində iqtisadi imkanlarımızın genişlənməsi ordu quruculuğu sahəsində biri-birindən mühüm addımların atılmasını şərtləndirdi.

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, 2003-cü ildən başlanan Böyük Yolun davamı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində mühüm işlərin görülməsi ilə xarakterizə edilir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr edilmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah hərbi texnika ilə təchizatı istiqamətində davamlı addımlar atıldı. Bu ali diqqət qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsinin prioritetliyi dövlət büdcəsindən ayırmalarda da özünün aydın ifadəsini tapır. Belə ki, hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrılır, ordu ən müasir silahlarla təchiz edilir, ölkəmizin ayrı-ayrı nüfuzlu dövlətlərlə hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirilir. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.

Bildirilib ki, 44 günlük İkinci Qarabağ müharibəsinə qədər rəşadətli ordumuz öz gücünü 2016-cı ilin Aprel döyüşlərində 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirdi. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Günnüt zəfərində isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi. Azərbaycan Ordusu missiyasını şərəflə yerinə yetirdiyini hər addımında nümayiş etdirməklə belə bir əminliyi söyləməyə əsas verdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Qarabağ münaqişəsini hərb yolu ilə həll edəcəyik. 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqi oldu. Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri Rusiya Prezidentinin münaqişə zonasında atəşin bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində düşmənin biabırçı kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik sürətli manevrə malik, yüksək dağlıq çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni hərbi birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Buna görə Prezident İlham Əliyevin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. İyunun 23-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasimində bildirdi ki, komandoların sayı gündən-günə artır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bundan sonra daha da güclənəcək qarıya qoyulmuş vəzifələrin icrasına daim hazır olacaqdır.

 

İki sahil.- 2023.- 26 iyun.- S.3.