Heydər Əliyevin qətiyyəti, cəsarəti

siyasi iradəsi ilə qurulan ordu

 

Bu gün qalib Silahlı Qüvvələrimiz müstəqil dövlətimizin ən böyük dayağı, təhlükəsizliyimizin, suverenliyimizin ərazi bütövlüyümüzün ən sədaqətli təminatçısıdır

 

26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Hazırda regionun dünyanın ən güclü orduları sırasında özünə yer alan  105 yaşlı Azərbaycan Ordusu müstəqilliyimizin bərpasının ilk illərindən, xüsusilə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı 1993-cü ildən onun qarşısına qoyulan hədəfləri yerinə yetirdi.

 

Silahlı Qüvvələrimizin yaranmasından sonrakı prosesləri təhlil etsək görərik ki,  1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində respublikamızda hərbi kadrların hazırlanması prosesi başlanmışdı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbingörkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları mümkün oldu.

Azərbaycan  1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa etdiyi zaman respublikada kifayət qədər peşəkar hərbçi var idi. Ancaq o zamankı hakimiyyət öz səriştəzisliyi ucbatından mövcud hərbi qüvvələrdən imkanlardan düzgün istifadə etməyi bacarmadı. Bütün bunlar Birinci Qarabağ müharibəsində gedən döyüşlərdə faciələrə torpaq itkilərinə səbəb oldu. Xalq bu çətin vəziyyətdən çıxmağın tək yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Ulu Öndər xalqın tələbi istəyi ilə 15 iyun 1993-cü ildə Milli Məclisin Sədri vəzifəsinə seçildi. Bu hadisə Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Prezidenti İlham Əliyev bu faktı belə şərh edir: “Heydər Əliyev 1993-cü ildə parlamentin sədri seçiləndən sonra müstəqil Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Əgər 1993-cü ildə xalqın tələbi təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan çox bəlalarla üzləşə bilərdi. Bu gün həmin dövrü təhlil edəndə görürük ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, iradəsi Azərbaycanı bu bəlalardan qurtardı”.

Heydər Əliyevin hakimiyyətə qayıdışı Qarabağ uğrunda gedən döyüşlərdə əsaslı dönüş yaratdı. Milli ordu quruculuğu sahəsində yeni mərhələ başlandı. Kriminogen şərait yaradan silahlı dəstələr qısa bir vaxtda ləğv edildi, nizami ordunun yaradılması istiqamətində qətiyyətli addımlar atıldı. Milli hərbi kadrlar hazırlayan hərbi məktəblərin fəaliyyəti günün tələbləri səviyyəsinə qaldırıldı.  Bütün bunların nəticəsidir ki, hazırda ölkəmizdə Cəmşid Naxçıvanski adına hərbi lisey, Hərbi Akademiya, Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi, Bakı Ali Ümumqoşun Məktəbi, Azərbaycan Hərbi Təyyarəçilik Məktəbi, Hərbi Təlim Tədris məktəbi, Azərbaycan Tibb Universitetinin  Hərbi tibb fakultəsi, ADPU-nun nəzdində Çağırışaqədər Hərbi fakültə fəaliyyət göstərir. Bu gün fəxrlə demək olar ki, Azərbaycan Ordusu Avropa standartları səviyyəsinə yüksəlmişdir. Ordumuz Türkiyə digər NATO dövlətləri ilə əməkdaşlıq edir, birgə təlimlər keçirir.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Baş Qərargahdan başlayaraq bütün hissə birliklərdə ştat struktur dəyişiklikləri aparıldı. Ordunun təminat təchizatında müsbət dəyişikliklər müşahidə olundu.

Azərbaycanda ordu quruculuğu istiqamətində atılan inqilabi addımlar 6 aydan sonra ilk bəhrəsini verdi. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ümummilli Lider Heydər Əliyevin komandanlığı altında Silahlı Qüvvələrimizin müxtəlif qoşun növlərindən ibarət hərbi qruplaşması 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Horadiz əməliyyatını uğurla həyata keçirdi. Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşmən işğalından azad etdi. Bu qələbə ordumuzda xalqımızda qələbəyə qəti inam yaratdı. Bundan ruhlanan ordumuz Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə bir çox uğurlu xüsusi əməliyyatlar da həyata keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi.

Ermənistanla atəşkəs haqqında saziş imzalanandan dərhal sonra Ulu Öndər ordu quruculuğunda həm Türkiyə, həm NATO ilə əməkdaşlığın inkişafına diqqəti artırdı. Atəşkəsdən cəmi 5 ay sonra Heydər Əliyev NATO ilə təhlükəsizlik müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədini imzaladı. Ümumilli Liderin 1997-ci ildə imzaladığı Fərman ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradıldı, 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə Azərbaycan Şimali Alyansın Assosiativ üzvü oldu, 2004-cü ilin martında isə NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşuldu. Türkiyə ilə hərbi, hətbi-texniki hərbi təhsil sahəsində əməkdaşlıq sürətli inkişaf dövrünə qədəm qoydu. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda İraqda zəngin təcrübə qazanan öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Varislik prinsipi əsas tutularaq Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Heydər Əliyevin zəmanəti xalqın istəyi ilə 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərin daxili xarici siyasətinin inkişafına, xüsusilə ordu quruculuğunun modernləşdirilməsinə müstəsna əhəmiyyət vermişdir.  Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. 

2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatınaVətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində işğal altında olan torpaqlarını azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatdı.

İkinci Qarabağ müharibəsi çox böyük geosiyası dəyişikliklərə gətirib çıxardı. Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətinə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev regionun ən qüdrətli dövlət başçısina çevrildi. Artıq dünya hibrid müharibəsinin mahiyyətini İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən Azərbaycandan öyrənməyə üstünlük verir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimiz hazırda müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizama yüksək döyüş hazırlığına malikdir. 30 illik işğaldan azad olunmuş ərazilərə - ata-baba yurduna insanların qayıdışı yeni vüsət almışdır. Azad olunmuş bütün regionlarda abadlıq yenidənqurma işlərinin aparılması, qaçqın köçkünlərin öz doğma yurdlarında məskunlaşmasının təşkili bilavasitə Müzəffər Ali Baş  Komandan  İlham  Əliyevin rəhbərliyi qayğısı sayəsində icra olunur.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2023.- 26 iyun.- S.4.