Azərbaycanlı olmaq ilə fəxr etməyin
Heydər Əliyev nümunəsi
DAHİ LİDER SÖZÜ VƏ
ƏMƏLİ İLƏ HƏR KƏSƏ
VƏTƏNİ QARŞILIQSIZ NECƏ SEVMƏYİN YOLLARINI
ÖYRƏTDİ
Yunan filosofları insan zəkasının,
istedadının ən yüksək zirvəsi və ya
xariqüladə ağıl və zəka sahiblərini
düha adlandırmışlar. Düha kəlməsi başqa
bir mənada dahi deməkdir. Çünki “genius” (dahi) kəlməsi
“genesis” (yaranış) sözü ilə sıx
bağlıdır. Bu da yunan və latın sözləri olan
“yaratmaq”, “doğmaq”, “törəmək” sözlərindən
yaranmışdır. Alman filosofu İmmanuel Kanta görə, dahilik elə
işlər görməkdir ki, onları başqalarından
öyrənmək və başqalarına öyrətmək
mümkün deyil. Filosof şairimiz, böyük dramaturq, Azərbaycan
ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının
ən qüdrətli nümayəndəsi olan Hüseyn Cavid isə
-
Kəssə
hər kim tökülən qan izini,
Qurtaran
dahi odur yer üzünü!
– söyləməklə dahiliyin nə
olduğunu hamının başa düşəcəyi dildə
izah etməyə çalışmışdır.
Bütün
bu araşdırmaların nəticələrini birləşdirdikdə,
dahiliyin hərtərəfli və dəqiq mənasını
ifadə etmiş oluruq: dahilik xidmətləri ilə geniş
mənada dünyaya, dar mənada aid olduğu ölkəsinə,
millətinə xalqına “sevinc, xoşbəxtlik gətirən”
anlamını verir.
Hesab edirəm ki, dahilik xüsusiyyətləri anadangəlmə
olmasa, o sonradan qazanıla bilməz. Deməli, dahilik təkcə nə
elmi xidmətlə bağlı olmadığı
üçün, hər elmi kəşf edənə də
dahi deyilməmiş, nə də ədəbiyyat, mədəniyyətlə
də əlaqədar deyil deyə, hər roman, şeir
yazıb, musiqi bəstələyib ədəbiyyat, mədəniyyət,
incəsənət nümunələrini yaradana da düha demək
mümkün olmamışdır. Heç dahilərin
yaranması hansısa ölkənin ərazisi, əhalisinin
sayı, böyük tarixi keçmişi ilə də əlaqəli
deyil. Təsəvvür edin, 350 illik tarixə, 10 milyon
kvadrat kilometrlik bir əraziyə və 350 milyonluq əhalisi
olan Amerikanın da, eləcə də cəmi 100 illik
müasir dövlətçilik tarixinə, 86,7 min kvadrat
kilometrlik əraziyə, 10 milyonluq əhaliyə malik Azərbaycanın
da dahi şəxsiyyətləri olub. Belə ki,
Corc Vaşinqton – Amerika dövlətçiliyinin banisi və
"Amerika xalqının atası" hesab edildiyi kimi, Heydər
Əliyev də müasir Azərbaycan dövlətçiliyinin
banisidir. Hər iki böyük tarixi şəxsiyyətin
ismi dahi deyə çağırılır. Çünki onların tarixdə eyni rolu olduğu
üçün, bu misiyanın adı da yaratmaq, bir sözlə
dahilik olmuşdur. Ona görə ki, bu
gün əgər hər iki dünya lideri haqqında eyni
xoş ifadələr işlənirsə, bu, onların məhz,
dünya miqyaslı dahi şəxsiyyət olaraq qəbul edilmələri
ilə əlaqədardır.
Dahi şəxsiyyətlərin tarixi rolu
yaşadığı dövrdə deyil, dünyadan
köçüb getdikdən sonra, illər keçdikcə,
daha böyük qiymətini alır. Axı sirr deyil ki,
böyük şəxsiyyətlər tək bir xalqa deyil,
bütün dünyaya məxsus olurlar. Ona
görə də biz digər xalqların yetirdiyi dahi
insanları öyrəndiyimiz, tanıdığımız və
sevdiyimiz kimi, başqa xalqlar da bizim xalqdan yaranan dahi insanlara
maraq göstərir, tanıyır və sevirlər. Bu
fikirlərin nə qədər böyük həqiqət
olduğuna bir daha əmin olmaq üçün Rusiyanın məşhur
teleaparıcısı Leonid Yakuboviçin ona ünvanlanan –
Şəxsən tarixdən oxuduğunuz və ya
gördüyünüz, tanıdığınız görkəmli,
dahi şəxsiyyətlər arasında Sizdə ən
böyük təəssürat yaradan insan kim
olub - sualına verdiyi cavabı təkrar-təkrar dinləmək
lazımdır: “Dahilər haqqında
danışırıqsa, əlbəttə Heydər
Əliyevi xüsusi qeydə edə bilərəm. O zamandan o qədər
illər ötüb ki, yeganə bir görüş məndə
heç vaxt unuda bilməyəcəyim təəsüratı
formalaşdırdı. Mən onu görən
zamandan ötən müddətdə hələ də o
görüşün təəssüratı içindəyəm.
İndi dəqiq xatırlamıram. Mənə elə gəlir ki, bu, Bakıda hansısa
tamaşa vaxtı idi. Orada olan jurnalistlərlə
görüşmək üçün 10 dəqiqə vaxt
ayıra biləcəyi xəbərini verdilər. Biz onun yanına gəldik, protokol üzrə
görüş idi. İçəri
girdi, hamının əlini sıxdı, öz yerinə
keçdi. Təyin edilmiş 10 dəqiqə
ərzində Azərbaycanın xarici, daxili siyasətinin
mövcud vəziyyəti haqqında danışdı. Gözünü qırpmadan, üz cizgilərini dəyişmədən,
qaşını belə tərpətmədən fikirlərini
ifadə etdi. Sonra digər televiziya və mətbuat
nümayəndələri çıxdı və mən tək
qaldım. Təxminən 2-3 saat onunla
danışdıq. Mən ikinci belə bir
şəxs olardı ki, ona bütün həyatımı danışdım.
Mən heç vaxt bu qədər onu yaxından
görməmişdim. Onun gözlərinə
baxaraq tamamilə başqa tarixi şəxsiyyətlərdə
görə bilmədiyim, sözlə ifadə etməkdə
çətinlik çəkdiyim çox şeyi
gördüm. O, inanılmaz dərəcədə
böyük bir insan idi”.
Araşdırmalar
da göstərir ki, tarixdə çox az
sayda xoşbəxt millətlər vardır ki, onların həyatında
misilsiz rol oynayan dahi şəxsiyyətləri olub. Bəli, belə xoşbəxt millətlərdən
biri də azərbaycanlılardır. Ümummilli
lider Heydər Əliyev Azərbaycanın dünyaya bəxş
etdiyi dühadır. Söz yoxdur ki, illər
keçdikcə və qüdrətli Azərbaycan dövlətinin
inkişaf yolları araşdırıldıqca hər dəfə
daha aşkar görünür ki, bu ölkəni qlobal dövlət
olmaq halına Heydər Əliyev gətirib. Hər şeydən öncə O, Azərbaycanın
xilaskarı olub. İstər
respublikamıza birinci rəhbərliyi dövründə, istərsə
də müstəqillik illərində hakimiyyətə yenidən
qayıdışı zamanı Vətənimizin böyük
çətinliklərdən xilas edilməsində
böyük rol oynadı. Buna səbəb
Onun uzaqgörənliyi, qətiyyəti, inadkarlığı,
Vətəni hədsiz sevməsiydi.
Ötən əsrin 90-cı illərinin əvvəlində
yaşanmış hərbi məğlubiyyət və daxili
böhran suverenliyin gələcəyini sual altına
qoymuşdu. Ölkə daxilində gedən xoşagəlməz
proseslər siyasi çəkişmələr, hakimiyyət
uğrunda mübarizə yeni təhdidləri
yaratmışdı. Ümidsizlik, cəmiyyətdə
hökm sürən total apatiya, depressiya, heç bir siyasi
qüvvəyə inamın olmaması - gənc müstəqil
Azərbaycanın sosial-siyasi mənzərəsini təşkil
edirdi. Müstəqilliyimizin ilk illərində
torpaqlarımız əldən gedirdi, ərazi
bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300
mindən çox azərbaycanlı öz doğma
torpaqlarından qovulmuşdu. 1993-cü ildə
xalqın təkidli tələbi ilə ölkəyə rəhbərliyi
öz üzərinə götürən Ümummilli Lider
ölkəmizin parçalanmasının
qarşısını aldı. Ölkə
faktiki dağılmış vəziyyətdə idi. Ordu yox, iqtisadiyyat dağılmış, ərazilərin
böyük hissəsi işğal olunmuşdu. Amma Heydər Əliyevin sabaha inamı itməmişdi.
Tez-tez televiziya və radiolarda Onun
çıxışlarından parçalar verilirdi.
Görün necə ümidlə deyirdi ki, vaxt gələcək
bütün işğal olunmuş torpaqlar azad olunacaq: “... Arzu edirəm ki, biz sizinlə gedək Şuşaya.
İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür.
Hər bir azərbaycanlı üçün bir
iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin,
tariximizin rəmzidir. Şuşa hamı
üçün əzizdir. Amma tək Şuşa
deyil, Laçın dağları da elədir. Biz
Laçınsız yaşaya bilmərik. Ağdam
kimi gözəl şəhər, Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin
o İstisusu. Biz özümüzü onlarsız təsəvvür
edə bilmərik... Gün gələcək, Novruz
bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Ağdamda, Füzulidə,
Zəngilanda qeyd edəcəyik. Mən çox
nikbinəm və çox inanıram, əminəm ki, Azərbaycan
üçün ağır olan problemi həll edəcəyik
və işğal olunmuş torpaqlar azad olunacaq.
İnsanlar öz doğma torpaqlarına qayıdacaq...”.
Səksən illik ömrünün 60 ildən
çoxunu Vətəninə, torpağına, xalqına həsr
etmiş Ulu öndərimiz Heydər Əliyev hər zaman azərbaycanlı
olması ilə fəxr edib qürurlanmışdır. “Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
Azərbaycanlıyam!” deyən dahi şəxsiyyət azərbaycanlı
olmaqla fəxr etməyin nümunəsini yaratmaqla, Azərbaycanı
necə sevməyin yollarını hər bir azərbaycanlıya
öyrədə bilmişdir. İstər Azərbaycana rəhbərlik
etdiyi illər ərzində, istərsə sovet imperiyasında
fəxri kürsülərdə əyləşdiyi, fəaliyyət
göstərdiyi zamanlarda belə Onu Azərbaycan məhəbbəti,
azərbaycançılıq hissləri bir an
da olsa tərk etməmişdir.
Həm Azərbaycanda
dinc quruculuq dövrlərində, həm Qarabağ
münaqişəsi vəziyyətində, həm Vətənimizin
üzərini qara buludlar alıb, vətəndaşlarımız
qanına-qəltan edilib, tanklar dinc həmvətənlərimizi
toza-torpağa qarışdırdığı zamanlarda Ulu
Öndərin qəlbi Azərbaycan eşqi ilə
alışıb yanmışdır. O, Vətəndə və
Vətəndən uzaqlarda olduğu vaxtlarda da özünü
Vətənində xalqı ilə bir yerdə hiss etmişdir.
Göründüyü
kimi, onun qəlbi həmişə can Azərbaycanla
döyünüb. Apardığı uzaqgörən
siyasət müstəqilliyini itirmək təhlükəsi ilə
üz-üzə qalan ölkəni qurtuluşdan tərəqqiyə
apardı, layiqli davamçısı cənab Prezident İlham
Əliyev isə ölkəmizi tərəqqidən
Böyük Zəfərə daşıdı.
Görkəmli şəxsiyyət, müstəqil Azərbaycanımızın
qüvvətli ordusu, üçrəngli bayrağı ilə
öyünüb fəxr etmişdir. O, öz bariz irsi, tükənməz
coşub-çağlayan əməlləri ilə qəlbimizdə
əbədi bir abidə qoymuşdur: «Mən bütün həyatımı
xalqıma xidmət etməyə həsr etmişəm, bundan
sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət,
müstəqil Azərbaycan dövlətinə, Azərbaycan
respublikasına hədsiz məhəbbət mənim həyatımın
mənasıdır».
Dahi şəxsiyyətin Azərbaycan sevgisi onun cəmiyyətin
bütün təbəqələrindən olan üzvlərinə
eyni münasibət sərgiləməsində də büruzə
vermişdir.
Bu fikrimə yaşlı nəslin nümayəndələrindən
eşitdiyim maraqlı bir xatirə ilə aydınlıq gətirmək
yerinə düşər: Sovet dövründə ümummilli
lider Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasına
prezident seçilməsi üçün namizəd göstərilmiş
tədqiqat institutlarının rəhbərləri ilə elə
həmin elmi müəssisələrin özündə
görüşürlər keçirməli olur. Elmlər Akademiyasına prezident təyin edilməsi
üçün namizədliyi irəli sürülən alimlərdən
biri də akademik Əli Quliyev olub. Ona
görə Heydər Əliyev akademikin rəhbərlik etdiyi
Aşqarlar Kimyası İnstitutunu ziyarət etmiş, kollektivlə
görüş keçirmişdi. Məsələ
ondadır ki, Ulu Öndərin dəhlizdə xadiməyə
belə əl uzadıb onunla görüşməsi, hal-əhval
tutması həmin görüşdən xatirə qalan ən
unudulmaz hadisə olmaqla, kollektivin qəlbində hədsiz sadə
insan təəssüratı yarada bilmişdir.
Yuxarıda qeyd etdiklərim Azərbaycanı
Qurtuluşdan Tərəqqiyə, oradan Zəfərə aparan
Heydər Əliyev irsinin indiki və gələcək nəsillər
üçün zəngin xəzinə, Vətənə, xalqa
və dövlətə xidmət nümunəsinin kiçik
bir hissəsidir. Bu irs ölkəmizin inkişaf
istiqamətlərini müəyyənləşdirən
siyasi-iqtisadi, mənəvi baxışlar sistemi olub,
xalqımızın bundan sonrakı inkişafında da
mühüm əhəmiyyət kəsb edəcək. Bu nöqteyi nəzərdən indiki məqamda Heydər
Əliyev irsinin təbliği xüsusilə gənc nəslin
dövlətçilik və vətənpərvərlik ruhunda
formalaşması baxımından çox vacibdir.
Artıq ölkəmiz inkişafın yeni mərhələsinə
qədəm qoyub. Müasir dövrdə Azərbaycan
davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir. Uğurlu sosial-iqtisadi inkişaf kursunun və sistemli
islahatların həyata keçirilməsi nəticəsində
əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun
həcmi ildən-ilə artır. Ölkəmiz
bir çox postsovet dövlətləri ilə müqayisədə
həm ümumi iqtisadi gücünə, həm də milli
iqtisadiyyatın kəmiyyət və keyfiyyət göstəricilərinə
görə qabaqcıl yerlərdən birini tutur.
Müasir
dövrdə Azərbaycan xalqının və dövlətinin
tarixi nailiyyətlər əldə etməsi dahi liderin
özü qədər inandığı və etibar etdiyi
Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətləri
ilə sıx şəkildə bağlıdır və 44
günlük Vətən müharibəsində şanlı Qələbənin
əldə edilməsi bunun növbəti sübutu oldu. Bəli, xalq-dövlət birliyinin möhkəmlənməsi
istiqamətində Prezident İlham Əliyevin
apardığı məqsədyönlü siyasətin də
məntiqi nəticəsi özünü parlaq şəkildə
Vətən müharibəsi zamanı göstərdi.
Müharibə dövründə ölkə vətəndaşları
milli-etnik və dini mənsubiyyətindən, siyasi
baxışlarından asılı olmayaraq Müzəffər
Ali Baş Komandanın ətrafında sıx birləşdi
ki, bu da milli həmrəyliyin və vətəndaş
birliyinin təcəssümü idi.
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın
hərbi birləşmələrini cəmi 44 gün ərzində
darmadağın etməsi və ölkəmizin ərazi
bütövlüyünün bərpası
xalqımızın milli qürur hissini özünə
qaytardı.
Ali Baş Komandanın rəhbərliyi və müzəffər
ordumuzun “Dəmir yumruq” əməliyyatı ilə əldə
etdiyimiz parlaq Qələbə eyni zamanda,
"sındırılmış qürurumuzu"
özümüzə qaytarmaqla, həm də bizi məğlub
ölkədən qalib ölkənin vətəndaşı
olmaq səviyyəsinə yüksəltdi, regionumuzda da tamamilə
yeni reallıqlar yaratdı.
Bundan sonra yeni reallıqlar şəraitində Heydər
Əliyevin ideyalarına sadiq qalaraq, Azərbaycanın modernləşmə
yolu ilə inkişafını, xalqımızın xoşbəxt
və firavan həyat şəraitində yaşamasını
təmin etmək isə məmurdan tutmuş sıravi vətəndaşa
qədər hər birimizin əsas amalı olmalıdır. Belə olan
halda xalqımızın maraqlarına söykənən fəaliyyətimiz
ölkəmizin bütün sahələrdə bundan sonra
neçə yüz illikdə davamlı inkişafını təmin
edəcəyinə şübhə olmamalıdır.
Qarşıdan Ümummilli Liderin anadan olmasının 100
illik yubileyi gəlir. Artıq bu il Ulu Öndərin yubiley
ildönümünü məğrur millətin, qalib ölkənin
qürurlu vətəndaşları kimi daha çoşqu,
sevinc və xoşbəxt hisslərlə, bayram şəklində
qeyd edəcəyik. Bu, təkcə 2023-cü
ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar
deyil. Nəzərə alaq ki, ümummilli
lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər
önəmlidirsə, Onun doğum günü də Azərbaycan
xalqı üçün bir o qədər böyük bayram
sayılır. Yuxarıda da qeyd etdik ki, Ulu
Öndərin Azərbaycan tarixindəki yeri misilsizdir.
Çünki O, Azərbaycanın tarixində dönüş
yaradaraq, ölkənin istiqamətini tənəzzüldən
tərəqqiyə, oradan Böyük Qələbəyə
doğru çevirən şəxsiyyətdir. Dünya
ölkələrinin tarixini varaqlasaq belə, hər bir
xalqın taleyində bunu etməyi bacaran bir, ya iki rəhbər
olub, ya olmayıb. Ona görə də ulu
öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə
şəxsiyyətdir ki, doğum günü öz tarixi
önəminə görə tamamilə haqlı olaraq milli
bayram statusu daşıyır.
Milli
bayramımız mübarək olsun!!!
Əfsun Sucayev,
YAP İdarə Heyətinin
üzvü,
kimya elmləri doktoru
İki sahil.-
2023.- 7 mart.- S.5.