Repressiya qurbanı olmuş qadınlarımız

 

Onların tükürpədici həbsxana həyatlarının hər anı ağlasığmaz faciələrlə doludur

 

1920-1950-ci illərdə sovet dövlətinin apardığı repressiya siyasəti nəticəsində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Bu bir  faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş Sovet respublikaları içərisində birinci yerdə dururdu.

1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı-hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi və onların ailə üzvləri Sibirə, Orta Asiyaya və Qazaxıstana sürgün olunmuşdur. Güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin arasında qadınların sayı az olmayıb. Bu qadınların böyük əksəriyyəti Sovet rejimi, kommunist ideologiyası və mövcud quruluşa qarşı realciddi təhlükə yarada biləcək güc və zəka sahibləri kimi qəbul edilirdilər.

37-nin 37 yaşlı qurbanı: İlk repressiya olunan qadın Umgülsüm Sadıqzadə

1937-ci ilin qurbanlarından olan Umgülsüm Sadıqzadə 1900-cü ildə ruhani ailəsində doğulmuşdu. Bakının Novxanı və ətraf kəndlərində məşhur olan Əbdüləziz kişinin üçüncü qızı hələ uşaq yaşlarından ədəbiyyata, şeirə, sənətə meyil göstərirdi. Get-gedə genişlənən bilikləri və istedadı ona heca və əruz vəznlərində gözəl şeirlər yazdırırdı. Əlbəttə ki, onun bu istedadı tezliklə diqqət çəkdi. O, 1914-cü ildən etibarən artıq – “Açıq söz”, “Birlik”, “İqbal”, “Yeni iqbal”, “İstiqlal”, “Azərbaycan”, “Ədəbiyyat”, “Şərq qadını” kimi mətbu orqanlarda çıxış etməyə başladı. Milli ruhlu şeirləri ilə tez bir zamanda ədəbi aləmdə tanınmağa başlayan gənc şairənin istedadı və cəsarəti o vaxt mətbuatda qadın azadlıqları, hüquqları uğrunda mübarizəyə həsr olunmuş məqalələrlə çıxış edən Seyid Hüseynin də diqqətindən yan keçmədi. 1920-ci ildə ailə quran Seyid HüseynUmgülsümün dörd övladı dünyaya gəlir: Cığatay, Toğrul, OqtayQumral. Gənc ailə artıq əsməkdə olan repressiya rüzgarını hiss edirdi. Umgülsümün həyat yoldaşı Seyid Hüseyni 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs edirlər. Oğlu Toğrulun - “Ata, nə vaxt qayıdacaqsan” sualı əbədi olaraq cavabsız qalır. 1938-ci ilin yanvar ayında Seyid Hüseyn güllələnir. 1937-ci ilin noyabr ayında onuxalq düşməni”nin arvadı kimi həbs edib Bayıl həbsxanasına salırlar. Beləcə, 37-nin 37 yaşlı qurbanı olur Umgülsüm Sadıqzadə. Həm də ilk repressiya olunan Azərbaycan qadını. Ona səkkiz il kəsərək 1938-ci ildə Mordova Muxtar Respublikasının Yavas qəsəbəsindəki Temlaq əmək islah düşərgəsinə göndərirlər. O, düşərgədə olduğu müddətdə ağır sürgün günlərini yazmaqla ovunurdu. “Qala xatirələrim” beləcə yaranır. O, Mikayıl Müşfiqin sevimli Dilbəri ilə eyni düşərgədə olub, onun vəziyyətini acı ilə qələmə alıb. Umgülsüm xanım 1943-cü ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək, azadlığa buraõılmasını õahiş edir. Onun azad olunmasına yalnız 1945-ci ilin aprel ayında qərar verilir. Artıq sürgün günlərinin geridə qaldığına, uşaqlarına evinə qovuşduğuna yenicə sevinmiş bu əzabkeş qadına iyirmi gün sonra Bakıda qalmaq yasaqlanır. O, Vətənində sürgün olunur. Bakıdan Şamaxıya köçməli olur. Burada da uzun müddət yaşaya bilmir üç ay sonra qızı Qumralın qolları arasında gözlərini əbədi olaraq yumur.

Anasının dəfnində həbs edilən azərbaycanlı jurnalist

Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O Vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsinə böyük xidmətlər göstərmişdir.

1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir.

1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə günahsız olduğunu qeyd etmişdir. 1939-cu il fevralın 1-də Azərbaycan SSR Prokurorunun müavini Selivestrov martın 28-də XDİK yanında Xüsusi Müşavirə Katibliyinin müvəkkili, leytenant Xolodirov, Xüsusi Müşavirə Katibliyinin I müavini leytenant Borovkov qərara razılıq vermişlər. Beləliklə, Xüsusi Müşavirənin 1939-cu il 9 iyul tarixli (protokol ¹14) qərarı ilə Gülarə Qədirbəyova 5 il Sibirə sürgün edilmiş, 1942-ci ildə isə Sibir sürgünündə dünyasını dəyişmişdir. Gülarə Qədirbəyovanın həyat yoldaşı Asəf Rəhmanov 1938-ci il yanvarın 3-də güllələnmiş, qardaşı Kərim Qazıyev isə Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilmişdir.

Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Əyyubova

Sənubər Nəsib qızı Əyyubova 1905-ci ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Onun müəllimlik fəaliyyəti Quba ilə bağlıdır. Sənubər dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edib burada qadınlar klubunu açıb. O, Quba Qızlar Seminariyasına rəhbərlik etdiyi zaman qızların təhsilinə, təlim-tərbiyə işlərinə ciddi yanaşırdı. Sənubər 1928-ci ildə Qubanın prokuroru Mehdi Məhərrəmovla ailə qurur. Sonra ailə Bakıya köçür. Mehdi Respublika prokurorunun müavini, Sənubər isə maarif komissarlığında şöbə müdiri vəzifələrində çalışırdılar. 1935-ci ildə Sənubər Əyyubova indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir. Lakin 20 iyul 1937-ci ildə onlar həbs edilir repressiyaya məruz qalırlar. Həyat yoldaşı Mehdi Məhərrəmov həbsxanada güllələnir, Sənubər isəxalq düşməni”nin həyat yoldaşı kimi Qazaxıstanın “ALJİR” düşərgəsinə sürgün edilir. 8 illik sürgün həyatından sonra Sənubər 20 iyul 1945-ci ildə azadlığa çıxır 1947-ci ildə Azərbaycana qayıdır. Bir müddət o, Kürdəmir Şamaxıda baytar həkimi işləyir. 1956-cı ildə Sənubərə bəraət verilir o, Bakıda yaşamaq hüququnu alır. Sənubər Əyyubova 1970-ci ildə Bakıda vəfat edir.

Akmola: “Qadınlar üçün yerdə cəhənnəm

Qeyd etdiyimiz kimi, o dövrdə Qazaxıstan Stalinin hökmü ilə xalqların zindanına çevrilmişdi. Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülmüş bunlardan 28 min nəfəri məhkəmə istintaq olmadan güllələnmişdir. Stalin repressiyalarının qurbanı olmuş şəxslərin ailə üzvləri olan qadınların bu düşərgədəki acı taleləri o dövrün dəhşətlərindəndir. Bu qadınların məcburi saxlanıldığı islah əmək düşərgəsi sayılan, işgəncə tətbiqinə görə analoqu olmayan Akmola düşərgəsiniQadınlar üçün yerdə cəhənnəmadlandırıblar. Bu düşərgəyə xalq düşməni adı ilə güllələnlərin həyat yoldaşlarını sürgün ediblər. Düşərgədə cəza çəkən qadınlar öz aralarında cəhənnəmi xatırladan bu məkana qeyri-rəsmi “ALJİR” adası (Àêìîëèíñêèé ëàãåðü æåí èçìåííèêîâ Ðîäèíû) adını qoyublar. Düşərgə hazırda Qazaxıstanın paytaxtı olan Astanadan çox da uzaqda olmayan səhralığın ortasında salınıb. ALJİR-Akmola siyasi repressiya qurbanları düşərgəsində Azərbaycan Respublikasının dövlət himninin müəllifi, görkəmli şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım da daxil olmaqla, 44 azərbaycanlı qadın sürgün həyatı yaşayıb. Sürgün olunan qadınların arasında həmçinin Fətəli xan Xoyskinin qızı Tamara Xoyskaya Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova kimi onlarla azərbaycanlı qadın var idi.

Düşərgədə cəza çəkənlərin yaşam tərzi ağılasığmaz dərəcədə ağır olub. Qış fəslində havanın temperaturunun mənfi 40 dərəcə olduğu halda sıra baxışına düzülmək üçün bir dəqiqə vaxt verilib. Verilmiş müddətdə sırada olmayanları cəza gözləyib. Düşərgədə saxlanılan qadınlara düşərgədə nəzarət üçün saxlanılan itlərə verilən yemək verilib. Çox nadir hallarda onlara düşərgədə xidmət edənlər üçün kəsilmiş donuz və inəklərin ayaqları verilib ki, nə vaxtsa alim, həkim, müəllim, dövlət xadimlərinin arvadları üçün bu, sözün əsl mənasında bayram payı sayılıb. Burada cəza müddəti 5 ildən 10 ilə qədər olub. Amma 1941-ci ildə müharibə başlananda cəza müddəti qeyri-müəyyən vaxta qədər uzadılıb. Yəni, cəza müddəti başa çatanlar bu cəhənnəm məkanından xilas ola bilməyiblər. Həmçinin düşərgədə çox sərt daxili rejim qaydaları hökm sürüb. Bu qaydaları pozanlara isə rejim qaydalarından da daha sərt cəzalar tətbiq edilib. Düşərgədəki qadınlara mənəvi əzab vermək üçün yerli “NKVD” orqanlarının əməkdaşları tez-tez görüşlər keçiriblər. Onlar qadınlara övladları haqqında məlumat veriblər, bildiriblər ki, uşaqlar valideynlərinə xalq düşməni kimi nifrət edirlər və heç vaxt onlarla görüşmələrini arzu etmirlər.

30 hektar ərazidə yerləşən düşərgədə ilk tikinti işlərini, barakları, tikiş sexlərini, inzibati və yardımçı otaqları ilk sürgünə göndərilən qadınlar tikiblər. Düşərgənin tikintisi üç növbədə aparılıb. Təkcə altı ay müddətindəki tikinti zamanı soyuqdan 98 nəfər qadın ölüb. Akmola düşərgəsində mövcud olduğu illər ərzində 18 min qadın (bəzi versiyalara görə 26 min) cəza çəkib. Akmola düşərgəsinin fəaliyyəti 1953-cü ildən dayandırılsa da, 1958-ci ilə qədər bu düşərgədə cəza çəkən qadınlara Qazaxıstanı tərk etmək qadağan olunub. Hazırda düşərgənin ərazisində muzey fəaliyyət göstərir, həmçinin ərazidə çox böyük xatirə kompleksi də yaradılıb.

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 8 mart.- S.7.