Bizim bir dilimiz
var-Azərbaycan dili!
Ulu öndər Heydər
Əliyevin ana dilimizin inkişafı yönündə dönməz
mübarizəsi Vətənə
və xalqa misilsiz xidmət nümunəsidir
1970-ci illərin ortalarından
başlayaraq SSRİ-ni
təşkil edən respublikaların ictimai-siyasi
həyatında dil məsələsi yenidən
gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan
sonra milli dillərin sıxışdırılması
prosesi daha da gücləndirildi.
Belə bir şəraitdə ana dili məsələsinin
təbliği ilə məşğul olmaq böyük cəsarət
tələb edirdi.
Hətta
keçmiş Sovet respublikalarının rəhbərləri
də ana dili məsələsini gündəmə gətirməkdə
aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində
öz mövqeyini çox cəsarətlə,
qətiyyətlə bildirmişdir.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan
SSR Ali Sovetinin Azərbaycan
Sovet Sosialist Respublikası Konstitusiyasının
layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına
həsr olunmuş VII sessiyasında məruzə
ilə çıxış
edən dahi şəxsiyyət Heydər
Əliyevin təşəbbüsü
ilə 73-cü maddəni
aşağıdakı redaksiyada
vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət
dili Azərbaycan dilidir.”
Ümummilli Liderin bu təşəbbüsü 1978-ci il 21 aprel
tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndər Heydər Əliyevin xalq qarşısında ən
böyük tarixi xidmətlərindən biridir.
Dahi şəxsiyyət bununla gələcək müstəqil
dövlətçiliyin milli
rəmzlərindən birini
məharətlə qoruyub.
Hər bir xalqın milli-mənəvi
dəyərlərini yaşadan,
inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının
da ana dili
onun milli varlığını müəyyən
edən başlıca
amillərdəndir. Ana
dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn
kimi müqəddəsdir.
Dövlət dili uğrunda
ardıcıl mübarizə
aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq
hüququ uğrunda mübarizəyə cəlb
edərək bütün
qüvvələri səfərbər
etmişdir.
Ulu öndər
Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi üçün
müxtəlif vasitələrdən
istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli
dildə nəşr edilən kitabların tirajlarının artırılması
və digər tədbirlər ana dilinin daha da
inkişaf etdirilməsi
məqsədi daşıyırdı.
Ana dilimizin işlənməsi
və inkişaf etdirilməsi məsələsinə
xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarıb. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası hazırlanarkən
dövlət dilinin necə adlandırılması
ilə bağlı müxtəlif təkliflər
irəli sürülürdü.
Bu təkliflərin çox böyük əksəriyyətində Ulu
Öndərin təklif
etdiyi ana dilimizin Azərbaycan dili adlandırılması
dəstəklənirdi. Geniş müzakirələrdən sonra
1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın
21-ci maddəsində Azərbaycan
Respublikasının dövlət
dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da
gücləndirildi.
Ulu öndər
Heydər Əliyev ana dilimizin tarixi
keçmişi ilə
yanaşı, mövcud
durumunu və problemlərini daim diqqət mərkəzində
saxlayıb və bu yöndə bir sıra mühüm
tədbirlərin həyata
keçirilməsini təmin
edib. Dahi şəxsiyyət
dövlət dilinin yeni inkişaf dönəmində yaranmış
vəziyyəti nəzərə
alaraq 2001-ci il
iyunun 18-də “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman imzaladı. İlk növbədə müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsi,
formalaşması və
möhkəmləndirilməsi baxımından müstəsna
əhəmiyyət daşıyan
bu tarixi Fərman dövlət dili ilə bağlı
hərtərəfli və
geniş məlumatları
özündə ehtiva
edir. Sözügedən Fərmanla Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.
Ulu Öndərin
2001-ci il 9 avqust tarixli müvafiq Fərmanına əsasən isə hər il avqustun
1-i ölkəmizdə Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
“Azərbaycan Respublikasında
dövlət dili haqqında” Qanun 2002-ci il 30 sentyabr tarixində qəbul edilib. Qanuna əsasən Azərbaycan
Respublikası Azərbaycan
dilinin dövlət dili olaraq işlədilməsini
öz müstəqil dövlətçiliyinin başlıca
əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır.
Həmçinin dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi
üçün zəmin
yaradır. Həmin Qanun
Azərbaycan Respublikası
Konstitusiyasına uyğun
olaraq Azərbaycan dilinin dövlət dili kimi hüquqi
statusunu nizamlayır.
Ulu öndər
Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və
xarici təsirlərdən
qorunması, habelə
dilimizin saflığı
istiqamətində müdrik
siyasəti hazırda dövlət başçısı
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Bu gün
harada yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlı
xalqımızın ən
qiymətli mənəvi-ideoloji
sərvəti sayılan
milli birliyə nail olmaq və dövlətçiliyimizin
daha da möhkəmləndirilməsi
uğrunda bütün
güc və bacarığını səfərbər
etməyə borcludur.
Prezident İlham Əliyevin vurğuladığı
kimi: “Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz
var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız
var - azərbaycançılıq
məfkurəsi.”
Cavid Əkbərov
İki sahil.- 2023.- 15 mart.- S.11.