Doğma yurdlar öz sakinlərini
gözləyir
Qərbi Azərbaycan: Tarixi diyar, doğma Vətən
Qərbi Azərbaycan İcması
Avropa Şurasının Parlament Assambleyasını Ermənistandan
qovulmuş azərbaycanlıların öz evlərinə
qayıtması üçün monitorinqə başlamağa
çağırıb. İcma həmçinin Ermənistanın
baş naziri Nikol Paşinyandan doğma yurdlarından didərgin
salınmış Qərbi azərbaycanlıların öz evlərinə
geri dönmələrinə lazımi şəraitin
yaradılmasını da tələb edib.
Tələblərdə
bildirilir ki, Ermənistanın öz ərazisindən azərbaycanlıları
qovması və onların doğma evlərinə təhlükəsiz
və ləyaqətli şəkildə qayıtmasına imkan
verməməsi bu ölkənin insan hüquqları sahəsində
Avropa Şurası çərçivəsində
götürdüyü, o cümlədən Avropa İnsan
Hüquqları Konvensiyasından və Milli Azlıqların
Qorunması üzrə Çərçivə
Konvensiyasından irəli gələn öhdəliklərinin
ciddi şəkildə pozulmasıdır. Qərbi Azərbaycan
İcması hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların
hüquqları məsələsi Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) bu ölkənin öz üzərinə
götürdüyü öhdəliklərini yerinə yetirməsi
üzrə monitorinq prosedurunun predmeti olmalıdır.
Bütün bunları nəzərə alaraq, Qərbi Azərbaycan
İcması Avropa Şurasına üzv dövlətlər tərəfindən
öhdəliklərin yerinə yetirilməsi üzrə
AŞPA Komitəsinin (Monitorinq Komitəsi) Ermənistan üzrə
həmməruzəçiləri Kimmo Kilyunenə və Boriana
Eberqə məktub göndərərək, onları Ermənistandan
qovulmuş azərbaycanlıların geri qayıtma hüququnun
təmin edilməsi sahəsində Ermənistanın öhdəliyini
yerinə yetirməsi üzrə monitorinq proseduruna
başlamağa çağırıb.
Monitorinq
proseduru çərçivəsində bu məsələyə
spesifik şəkildə baxmaq Monitorinq Komitəsinin vəzifəsi
olmaqla yanaşı, insan hüquqlarının universal və
effektiv şəkildə tanınması və onlara riayət
olunmasına, eləcə də davamlı sülh və təhlükəsizliyin
bərqərar olunmasına böyük töhfə olardı.
Qeyd olunub ki, İcma bu mövzuda AŞPA Monitorinq Komitəsi ilə
dialoqa hazırdır.
Haqqın,
ədalətin, insan hüquqlarının təmin
olunmasında məsul olan bu beynəlxalq təşkilat
hüquqları vəhşicəsinə pozulmuş Qərbi azərbaycanlıların
ata-baba yurdlarına qayıtmalarına kömək etməlidir.
Onların öz vətənlərindən qovulması sivil
dünyanın gözü qarşısında baş verib.
Sübuta heç bir ehtiyac yoxdur. Bizim qədim
torpağımızda məskunlaşan ermənilərin hər
cür ittiham olunması üçün saysız-hesabsız
faktlar və dəlillər var. Şahidlərin məlumatlarına
görə, ermənilər azərbaycanlılara məxsus olan
tarixi, dini və mədəni abidələri hələ də
söküb qurtara bilməyiblər. Goreşənlər qəbiristanlıqları
tamamilə dağıtmağa macal tapmayıblar. Yer
adlarının dəyişdirdirilməsini başa
çatdırmayıblar. Ona görə də ermənilər
bir çox adları olduğu kimi işlədirlər.
Dünyanın bir çox tanınmış sərkərdələri,
alimləri, şairləri, coğrafiyaşünasları Qərbi
Azərbaycanda olmuş və onlar bu yerlərin özünəməxsus
gözəlliyi, təbiəti, iqlimi və
yaşıllığı haqqında yaddaqalan fikirlər
söyləmiş, xatirələr yazmışlar. Təbii
ki, o dövrlərdə yerli əhalinin tərkibi barədə
məlumat verəndə ermənilərin adları belə
çəkilməyib. Çünki Rusiyanın çar
hakimiyyəti onları bu yerlərə 1828-ci ildən sonra
İrandan və Türkiyədən daşıyıb gətirib.
İlk köçürülənlər azərbaycanlıların
tövlələrində, anbarlarında və digər
yardımçı binalarında məskunlaşdırılıblar.
Bundan sonra ermənilərə özlərinə ev tikmək
üçün torpaq sahələri ayrılıb. Həmin
torpaq sahələri çox vaxt azərbaycanlı kəndlərinə
bitişik yerlərdə verilirdi. Məsələn, Dərələyəz
mahalının kəndlərinin bir çoxunun lap
yaxınlığında erməni kəndlərinin tikilməsi
buna sübutdur.
Qərbi
Azərbaycan İcmasının tələbinə ilk reaksiya
Nikol Paşinyandan gəlib. Paşinyan adəti üzrə məsuliyyətdən
yaxa qurtarmaq üçün azərbaycanlıların
deportasiya olunduqlarını az qala həyasızcasına
danıb və utanıb-qızarmadan "Azərbaycanlıları
Ermənistandan heç kim qovmayıb, özləri gediblər"-deyib.
Həyasızlığın dərəcəsini
gördünüzmü?! Ancaq darıxmasın, əvvəlki
digər aqressiv fikirlərini "yediyi" kimi, bu sözləri
də ona "yedirdəcəklər." Yəni, bu,
"ölünü özbaşına" qoysalar...Ancaq
"ölünü özbaşına" qoymayacaqlar. Ermənilər
Qarabağdan dördəlli yapışıb qaldıqları
kimi, Qərbi azərbaycanlıların da öz doğma
yurdlarına dönmək və əbədi yaşamaq
hüquqları var.
Vəli İlyasov
İki sahil.- 2023.- 17 mart.- S.7.