Türk tarixinin
şərəf salnaməsi
18 mart Çanaqqala Zəfəri
Bu müqəddəs savaşa qatılmaq üçün
3 mindən çox azərbaycanlı türklük, İslam və
Vətən uğrunda canlarından
keçən 253 min məhmətçiklə
eyni taleyi paylaşaraq qəhrəmancasına şəhid
olmuşdur
1915-ci il martın 18-dən 1916-cı il
yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti
var. Osmanlı dövlətinə
məxsus boğazlar strateji
baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya
ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək
və İstanbulu ələ keçirməklə
Osmanlı Türkiyəsinin Qara dənizdə
hökmranlığına birdəfəlik son qoymaq idi.
İstanbulu ələ keçirməyin ən
real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi
hələ 1914-cü ilin avqustundan
nəzarətə götürülmüşdü.
1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən “Mesudiye” zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu. Fevralın 19-da düşmənin döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu.
Bu dövrdə Mustafa Kamal Paşayà Ànàfàrtàlàr cəbhəsində îrdu qruplàrındàn birinə rəhbərlik åtmək tàpşırılmışdı. Həmin dövrdə cəbhədə vəziyyət àğır îlàràq qàlırdı. Dənizdən hücumlà Çanaqqalanı ələ kåçirə bilməyəcəyini ànlàyàn düşmən tàktikànı dəyişərək Mustafa Kamal Paşanın dådiyi kimi, Seddülbahirdən quruyà qîşun çıxàrmàğà bàşlàyır. 1915-ci il aprålin 25-də àdıçəkilən istiqàmətdə quruyà çıxàrılàn ingilis-frànsız əsgərləri ilə Osmanlı îrdusu àràsındà î dövrün ən qànlı döyüşləri bàşlàyır. Bàşdàn-àyàğà qədər silàhlànàn çîxsàylı düşmən qàrşısındà Osmanlı əsgərlərinin sàyı îlduqcà àz idi. Bu zaman Mustafa Kamal Qocaçiməndə, Conkbayırda döyüşürdü. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi və “Mən sizə ölməyi əmr edirəm. Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək”, - deyə bildirdi. Bu, bəlkə də tarix boyu görünməmiş ən böyük sınaq və şərəf döyüşü oldu. Şəhid olan əsgərlərin yeri həmin an doldurulurdu. Tezliklə dekabrın 20-də Anafartalar və Arıburnu cəbhəsi, 1916-cı il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Beləliklə, düşmənin birləşmiş qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq döyüş məkanını tərk etdi.
İstanbul fəth edilməz, Çanaqqala keçilməz!
Ümumiyyətlə, 1914-cü ildə bàşlànàn bu àğır sàvàşın ilk bir sààtı îlduqcà dəhşətli kåçmişdi. Tîpçulàrın àçdıqlàrı àtəş düşmənin “Àgàmånîn” gəmisinin gövdəsini pàrçàlàmış, “İnfåxiblå” gəmisinin kîmàndà məntəqəsini dàğıtmışdı. Düşmən gəmiləri Çanaqqalayà 7 kilometrə qədər yàxınlàşà bilmişdi. Lakin türk əsgərlərinin mətinliyini və əzmkarlığını, eləcə də döyüşün àrzuådilən səviyyədə gåtmədiyini görən Rîbåck frànsız gəmilərini döyüş måydànındàn uzàqlàşdıràràq, ingilislərin dàhà bir nåçə gəmisini bîğàzà yåritmişdi. Bunà bàxmàyàràq, düşmən istəyinə nàil îlà bilmədi. Türk tîpçulàrının àçdıqlàrı sərràst àtəş nəticəsində Frànsànın zədələnən “Gàulîis” ziråhli gəmisi döyüş måydànını tərk åtdi. Înun àrdıncà zədələnən “Bîuvåt” gəmisi də döyüş måydànındàn uzàqlàşmàq istərkən minà ilə tîqquşàràq pàrtlàdı, nəticədə gəmidə îlàn 639 hərbiçi suyà qərq îldu. “Bîuvåt”in yàrdımınà gələn və înu xilàs åtmək istəyən “Suffrån” və “Gàulîis” gəmiləri də minàyà düşərək bàtdılar. Båləliklə, 6 sààt ərzində müttəfiqlər 3 böyük ziråhli gəmisini itirmiş, bir î qədər də gəmi zədələnmişdi. Bunu görən Rîbåck dînànmàyà gåri çəkilmək əmri vårmiş, bu döyüşlərdə düşmən tàmàmilə sàrsılmış və bir dàhà dənizdən İstanbulu ələ kåçirmək mümkün olmamışdır. Bu, Osmanlı əsgərlərinin Çanaqqala döyüşündə düşmən üzərində qàzàndıqlàrı ən böyük tàrixi Zəfər idi. Pis silahlanmış, lakin son dərəcə döyüşkən və əzmkar olan türklərin o dövrün ən son hərbi nailiyyətlərindən istifadə edən avropalıları geri oturtması onların mərdlik və cəsurluğunun parlaq nümunəsi kimi qiymətləndirilməlidir. Beləliklə, Çanaqqala döyüşü məhv olma vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi kimi artıq hər bir türk vətəndaşının mübarizliyinin simvolu kimi əbədiləşmişdir. Müttəfiqlər üçün isə bu döyüş hərbi bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmaqdadır.
Azərbaycanlıların
yardımı
I Dünya müharibəsi zamanı Çanaqqala cəbhəsində verilən mücadiləyə türk dünyasının hər yerindən minlərlə insan dəstək vermişdir. Bu məqsədlə onlar Çanaqqalaya gəlmiş, türk qardaşları ilə birgə çiyin-çiyinə döyüşərək əsl qəhrəmanlıq nümayiş etdirmişlər. “Qardaş qardaşın dar gündə köməyi olmalıdır” ənənəsinə sadiq qalan Azərbaycan türkləri könüllü olaraq Çanaqqala döyüşünə qatılaraq düşmən qüvvələrə qarşı mübarizə aparıblar. Tarixi faktlara əsaslansaq, bu döyüşə qatılmaq üçün 3 mindən çox azərbaycanlı türklük, İslam və Vətən uğrunda canlarından keçən 253 min məhmətçiklə eyni taleyi paylaşaraq qəhrəmancasına şəhid olmuşdur. Bu da ayrıca bir qürur ünvanıdır. Ümumiyyətlə, istər Balkan müharibələri, istər Birinci Dünya müharibəsi, istərsə də Milli Mücadilə dövründə Osmanlı ordusuna qoşulan könüllülərdən başqa, Azərbaycandan Türkiyəyə müxtəlif yardımlar da göndərilib. Rusiya hakimiyyət orqanlarının ciddi nəzarətinə baxmayaraq Azərbaycan xalqı hər çətinlikdə Osmanlı dövlətinin yanında olub və ona dəstək verib. Nargin adasındakı türk əsirlərinə yardım edilməsi, onların qaçırılmasının təşkili ilə bağlı arxivlərdə yüzlərlə sənəd var. Bütün bu tarixi faktlar Azərbaycan-Türkiyə qardaşlığının dərin köklərə malik olduğunu və 1918-ci ildə təşkil edilən Qafqaz İslam Ordusunun da bu möhkəm mənəvi özül üzərində qurulduğunu ortaya qoyur.
1 kvadrat
metrə 6000 mərmi…
Dünya tarixini dəyişdirən, bu torpaqların ən inanılmaz müqavimətlərindən olan Çanaqqalaya dair maraqlı və az məlum olan faktların bir neçəsi ilə tanış olaq: Havada iki güllənin toqquşma ehtimalının 600 milyonda bir olmasına baxmayaraq müharibə sahəsində havada toqquşan yüzlərlə mərmi tapılmışdı; 1 kvadrat metrə 6000 mərminin düşdüyü Çanaqqala dünya müharibələri tarixində ən yüksək nisbətə malikdir; Dövrün universiteti kimi tanınan Darül Fünunun bütün son sinif tələbələri şəhid olduğu üçün o il universitet məzun verməmişdi; İngiltərə və Fransa, Çanaqqalanı keçə bilmədiyi üçün müttəfiqi Çar Rusiyasına yardım edə bilməmiş və ölkədə baş verən bolşevik inqilabı ilə birlikdə çar dövrü də sona çatmışdı; Çanaqqala müqavimətinin təsiri bütün dünyaya yayılmışdı. Həmçinin Çanaqqala müqaviməti, I Dünya müharibəsinin daha iki il uzanmasına, bəzi ölkələrin sərhədlərinin dəyişməsinə və müstəmləkə altında olan ölkələrdəki milliyyətçilik düşüncəsinin yayılmasına səbəb olmuşdu; İngilislər müharibəni udacaqlarına o qədər əmin idilər ki, İstanbulda istifadə etmək üçün pullarını da özləri ilə gətirmişdilər. Ancaq qarşısındakıların türk olduğunu unutmuşdular. “120 Gümüş Qəpik” yazılan ingilis əskinasları özləri kimi Çanaqqalanı keçə bilmədi və sularda itib-batdı.
Sevinc Azadi
İki sahil.- 2023.- 18 mart.- S.14.