Aprel döyüşləri:

Tarixi Zəfərə aparan yol

 

2016-cı ilin aprelində Lələtəpədən verilən Qələbə müjdəsi 2020-ci ilin noyabrında möhtəşəm Şuşa Zəfəri ilə bitdi

 

Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Bəyanata imza atmaq məcburiyyətində qoydu. Bu şanlı Zəfər tariximizin başlanğıcı isə yeddi il əvvələ - 2016-cı il Aprel döyüşləri ilə qoyulmuşdu.

Məlumdur ki, 1994-cü il mayında Azərbaycan Ermənistan arasında atəşkəs sənədi imzalandıqdan sonra qarşı tərəf buna əməl etmir, demək olar ki, düşmən hər gün yaşayış məskənlərini hədəf alırdı. Bu, əslində erməni işğalçılarının öz mənfur niyyətlərindən əl çəkmədiyinin göstəricisi idi. 2016-ci ilin mart ayında da erməni təxribatçıları hər gün atəşkəs rejmini pozur, dinc sakinləri hədəf alırdılar. Artıq düşmənədurdemənin vaxtı çatmışdı. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı birləşmələri Azərbaycanın ön xətt mövqelərini yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutmağa başladı. Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ordumuz mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Ağdərə-Tərtər-Ağdam Xocavənd-Füzuli istiqamətində dərhal cavab tədbirləri həyata keçirməyə başladı. Qısa bir müddətdə erməni terrorçuları ağır məğlubiyyətə uğradıldı. Döyüşlərin ilk saatlarında düşmənə məxsus 6 tank, 15-dək artilleriya qurğusu möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi. Ordumuz qısa bir müddətdə surətli əks-hücum əməliyyatları nəticəsində düşmənin illərdən bəri möhkəmləndirdiyi istehkamları, müdafiə xətlərini yara bildi. Uzun illər düşmən cəbhə xəttində mühəndis istehkam baxımından dayanıqlı müdafiə xətti hazırlamışdı. Bu istehkam xətlərinin yarılması düşmənə ağır zərbə oldu. Əməliyyatlar zamanı düşmənin Ağdərə, Suqovuşan digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri ordumuz tərəfindən zərərsizləşdirildi. Bütün bunlar ordumuzun yüksək döyüş hazırlığında olduğunun göstəricisi idi. Silahlı Qüvvələrimizin düşmənin mövqelərinə ard-arda vurduğu zərbələr, kəşfiyyatçılarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi, cənubda isə Horadiz qəsəbəsi Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi onun ətrafındakı strateji cəhətdən mühüm əlverişli ərazilər düşməndən azad edildi. Azad olunmuş ərazilərdə ordumuzun yeni mövqeləri yerləşdirildi. Surətli əkshücum əməliyyatları zamanı ordumuz Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndini, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yüksək strateji əhəmiyyətli məntəqələri düşməndən tamamilə təmizlədi. Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini düşmən tapdağından azad etdi, həmçinin min hektardan çox ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Aprelin 1-dən 5-nə qədər davam edən bu döyüşlərdə ordumuz düşmənin 30-dan çox tankını, 25-dən çox artilleriya qurğusunu, saysız-hesabsız zirehli texnikasını sıradan çıxartmışdı. Aprel döyüşləri zamanı düşmənin 300-dən çox hərbçisi məhv edilmiş, 500-dən çox hərbçisi yaralanmışdı. Aprel döyüşləri zamanı qazanılan qələbə ordumuzun uzun illərdən sonra qazandığı ilk qələbə idi. Düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsindəməğlubedilməz erməni ordusumifi dağıdıldı.

Aprel döyüşlərinin nəticələri Ermənistan cəmiyyətinə təsirsiz ötüşmədi əhali arasında onsuz da etimadını itirməkdə olan Serj Sarkisyan hakimiyyətinin dayaqları daha da zəiflədi. Cinayətkar Koçaryan-Sarkisyan rejiminin yarıtmaz idarəçiliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdə hakimiyyətin siyasi reytinqini təmin edən yeganə amil bu klanın qonşu ölkənin torpaqlarını nəzarətdə saxlaması idi. Dördgünlük müharibəErmənistan əhalisinin erməni ordusunun yenilməzliyinə olan inamını alt-üst etdi, bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu ki, bu fonda da Serj Sarkisyan hakimiyyətini itirdi. Düzdür, onu əvəz edən Nikol Paşinyan bir müddət danışıqlarla bağlı imitasiya etdi. Lakin sonda o daQarabağ Ermənistandırsərsəmləməsi ilə erməni kimliyini, işğalçı xislətini büruzə verməli oldu. Onun kabinetinin müdafiə naziri isə bir qədər irəli gedərək Amerikadakı görüşlərin birində Azərbaycanın yeni torpaqlarını işğal edəcəkləri iddiasını səsləndirdi. Bu sərsəmləmələrin fonunda 2020-ci ilin Tovuz hadisələri baş verdi Azərbaycan bir daha bütün dünyaya Ermənistanın hansı siyasətə üstünlük verdiyini çatdırdı. Ermənistanın 2020-ci il sentyabrın 27-də əl atdığı növbəti hərbi təxribat isə işğalçı ölkənin ordusu üçün ölüm fərmanı oldu

Dövlət başçısının Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban vermişdir. Lakin bu hal uzun sürmədi. Xalqımızın şanlı Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində Ermənistan işğalın ağır bədəlini ödəməli oldu. Düşmən faktiki olaraq qalib Azərbaycan Ordusu qarşısında kapitulyasiyaya məcbur edildi! Ermənistan indi revanşist niyyətlərindən əl çəkib reallıqla barışmalıdır. Ölkə başçısı dəfələrlə qətiyyətlə bildirib ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu günonun tərkibindədir, gələcəkdə də olacaq!

 

Sevinc Azadi

 

İki sahil.- 2023.- 31 mart.- S.6.