BABALARIMIZ OĞUZLAR
(TÜRKMƏNLƏR)
İLK TANIŞLIQ ÜÇÜN BİR
NEÇƏ MÜLAHİZƏ
Dünyanı cənginə alan qloballaşma gün keçdikcə bəşəriyyəti
yeni-yeni çağırışlar
qarşısında qoyur.
Dünənə qədər
qarşıda bioloji müxtəlifliyin qorunması,
ekoloji balansın saxlanılması vəzifəsi
dayanırdı. Bu gün artıq insanlığın ən
dəyərli sərvətlərindən
olan etnik müxtəlifliyin, etno-mədəni
identikliyin mühafizəsi
də ciddi aktuallıq qazanmaqdadır.
İnsan həyatının,
məişətin, gündəlik
vərdişlərin, davranış
modellərinin unifikasiyası
(eyniləşməsi) etnik
özəllikləri, düşüncə
və baxış unikallığını sınağa
çəkir, populyasiyalar
arasında özünəməxsus
fərqlər silinir, milli-sosial psixologiya, idrak və özünüdərk
mexanizmləri aşınır,
sürətlə yuyulub
əriyir. Harda yaşamasından və milli mənsubiyyətindən
asılı olmayaraq bəşər övladı
özünü müasir
sivilizasiya və urbanizasiyanın yetirməsi
və daşıyıcısı
kimi hiss etməyə başlayır.
“Postmodern insan”, “dünya vətəndaşı”
standartlarına cavab vermək, məişətdə,
ailədə, ictimai həyatda dəbyaradıcı
şablon və klişelərə uyğunlaşmaq
orta statistik kütlənin kredosuna, amalına çevrilir.
Doğrudur, milli
təfəkkür sərhədlərinin
pozulması halları
ilə nisbətdə
milli kimliklərin təcavüzə uğraması
halları hələ
tas-tamam kütləviləşməyib,
amma etnik iqlimin dəyişmə tendensiyası göz qabağındadır. Etnoqrafik
xüsusiyyətlərin yalnız
ekzotika təzahürü
kimi maraq doğurduğu belə bir təhlükəli şəraitdə xalqların
öz mədəni-mənəvi
irsinə, dəyərlər
sisteminə, ilk növbədə isə tarixinə sıx bağlanması, sahib çıxması müstəsna
önəm daşıyır.
Tarix, milli kimliyin ən etibarlı sığınacağıdır;
eyni zamanda həm onun formalaşma
mühitinin ümdə
şərti, həm də müasir qoruyucu sipəri kimi çıxış edir. Sirr deyil
ki, özünü, valideynlərini, yeddi arxa dönənini tanıyan toplumların xarici təsirlərə müqavimət qüvvəsi
daha böyük olur. Bu mənada
etnik əcdadlarımızı,
babalarımızı, atalarımızı,
qardaşlarımızı və dolayısı ilə özümüzü
tanımaqda şəksiz
istinadgahımız olan
tarix sadəcə keçmişə aid əfsanə, rəvayət
və hadisələr
məcmusu olmayıb, bugünkü ziddiyyətli
dünyada real güc mənbəyimizdir.
Türk Dövlətləri
Birliyinin təsis olunması, qardaş xalqlarımız arasında
siyasi-mədəni əlaqələrin
dərinləşdirilməsi bu cəhətdən əlamətdar hadisədir.
Ümumtürk tarixinin
araşdırılması ön
plana keçib, prioritet qazanıb, bu yöndə ciddi və samballı
işlər başlanıb.
Ən böyük naqislik isə tarixin geniş kütlələrə çatdırılması
sahəsindədir. Keçmişimizə
marağın azalması
da etnik nihilizm və özgələşmə meylləri
ilə birbaşa bağlıdır. Biz tarixin milli-praqmatik əhəmiyyətini onun əsl varisi olan xalqa aşılaya
bilməmişik və
bu, əslində, tək türk xalqlarına aid deyil, universal-bəşəri
nöqsandır. Tarix,
elmi biliklər cərgəsinə daxil ediləndən sonra fizika, kimya, riyaziyyat kimi tədricən xalq həyatından qoparılıb
və azsaylı mütəxəssislərin ixtiyarına
buraxılıb. Onlar da bilərəkdən-bilməyərəkdən
istədiklərini ediblər.
Dünyanı cənginə alan qloballaşma gün keçdikcə bəşəriyyəti
yeni-yeni çağırışlar
qarşısında qoyur.
Dünənə qədər
qarşımızda bioloji
müxtəlifliyin qorunması,
ekoloji balansın saxlanılması vəzifəsi
dayanırdı. Bu gün artıq insanlığın ən
dəyərli sərvətlərindən
olan etnik müxtəlifliyin, etno-mədəni
identikliyin mühafizəsi
də ciddi aktuallıq qazanmaqdadır
Həddən artıq siyasiləşdirilməsi
akademik tarixə inamı sarsıdıb. İlk növbədə bu inam bərpa
olunmalıdır. Tarix:
1) ideoloji “qatqı”lardan
təmizlənməli, 2) bugünkü
real siyasətdən (realpolitic) ayrılmalı,
onun aləti olmaqdan qurtulmalıdır.
Tarix və müasir gerçəklik
başqa-başqa realiyalardır
və misal üçün, alman türkoloqu Gerhard Dörfer İranın
997-ci ildən 1925-ci ilə
qədər, yəni təxminən min il ərzində türk hakimiyyəti altında olduğunu söyləyibsə, bu, tarixi faktın konstatasiyasından başqa
bir şey deyil və kiminsə
həmin fikri müasir geosiyasi proseslər müstəvisində
sui-istifadə etməsinə
görə Dörfer
(tarixçi) məsuliyyət
daşımır.
Özünü, valideynlərini, yeddi arxa dönənini tanıyan toplumların xarici təsirlərə müqavimət qüvvəsi
daha böyük olur.
Tarix- yaddaşdır,
sınaqdır, təcrübədir,
dərsdir, gələcəyə
gedən yolda ən etibarlı bələdçidir. Xalqları
işğal altına
almağın, əsarətdə
saxlamağın, milli
mənliyindən məhrum
etməyin, özünə
və doğmalarına
yadlaşdırmağın ən məkrli yolu onların tarixini, keçmiş haqqında təsəvvürlərini
saxtalaşdırmaqdan, genetik
yaddaşı zədələməkdən,
onları qan qardaşlarından ayırmaqdan,
yalançı qardaşlar
qondarmaqdan keçir. Çarizmin, sonra isə sovet rejiminin müstəmləkə
siyasəti də məhz bu prinsiplərə
əsaslanmış, türk-müsəlman
xalqlarının mədəni-mənəvi
birliyi inkar olunmuş, əvəzində
onların əlahiddəliyi
ideyası təbliğ
edilmişdir. Türk-İslam birliyinə
rəxnə salmaq üçün kiçik,
əhəmiyyətsiz fərqlərin
şişirdilib mahiyyət
göstəricisi kimi qələmə verilməsi,
digər analoji təmayüllər
zaman keçdikcə
qüvvətlənmiş və
yazılmamış qanun
halını almış,
tarixi düşüncə
tərzimiz təbii məhvərindən qoparılmış,
beləliklə, bizi bir-birimizdən soyutmağa,
aramızı pozmağa,
qardaşlıq rəmzi
olan keçmişimizi
uydurma problemlər girdabına salmağa çalışmışlar. Odur
ki, bu gün
yabançı təzyiqlər
qarşısında keçmiş
sovet xalqları daha zəif, daha köməksiz durumdadır. Vaxt itirmədən tariximizin həqiqi daxili inkişaf qanunauyğunluqlarını
üzə çıxarmalı,
nicat yolumuzu kənar təsirlərdə
yox, keçmişimizin
həqiqətlərində axtarmalı, qardaşlıq
ruhumuzdan güc almalıyıq. Bunun üçün isə, təkrar edirik, tarix tarixşünaslığın
əsarətindən, dissertasiya
və avtoreferatlar qəbristanlığından çıxarılıb
onu yaradan və yaşadan xalqa qaytarılmalıdır.
Yüz ildir ki, tarixi inhisara
götürmüş tarixşünaslıq
elmi onu ideoloji manipulyasiya alətinə çevirib,
ondan öz sahibinə qarşı silah kimi istifadə
edib. Tarixi həqiqətlərin xalqlardan
gizlədilməsi 70 il
ərzində “vahid sovet xalqı” nəzəriyyəsinə işləyib,
bu gün isə etnik müxtəlifliyin silinməsi
ideyasına qulluq eləyir. Halbuki tarix- tarixşünaslığın
yalnız predmetidir, heç bir vəchlə “ata malı” deyil.
Bu gün
biz sizinlə babalarımız oğuz-türkmənlərin
şərəfli və
eyni zamanda keşməkeşli ömür
yolu haqqında maraqlı və uzun bir söhbətə
başlayırıq.
Oğuzlar kimlərdir?
İlk məskənləri
hara, babaları kimlər olub? Tarix səhnəsinə harda, haçan çıxıblar? Haralara
köç etmiş,
hansı torpaqlarda kök atıb məskən salmışlar?
Hansı dövlətlərin
təməlini qoymuş,
yaratdıqları dövlətlərə
çox vaxt niyə qənim kəsilmişlər? “Nifaq
alması” nə olub?
“Oğuzçuluq ideologiyası”nın kökündə nələr
durub? Niyə bütün oğuz ellərində hakim ideologiyaya çevrilə bilməyib?
Oğuz tayfa
və dövlətləri
eyni soydan gəldiklərini bilə-bilə
nəyin davasını
döyüb, nəyin
ədavətini aparıblar?
Oğuzmənşəli xalqların diferesiallaşması
nə vaxt və hansı şərtlər altında
başlayıb, hansı
istiqamətdə gedib?
Bu ayrılmaların səbəb və nəticələri nə
olub?..
Bu və
başqa suallara cavab axtarmağa, babalarımızı tanımağa
və tanıtmağa
çalışacağıq. Amma əvvəlcə “tanışlıq” üçün
mühüm saydığımız
bir neçə məsələni aydınlaşdırmağa
lüzum görürük.
Türkiyədə, Azərbaycanda, keçmiş
Sovetlər İttifaqında,
eləcə də digər ölkələrdə
oğuz-türkmənlərin yetərincə araşdırılmadığını
iddia etmək haqsızlıq olardı. Öyrənilməyinə öyrənilib,
özü də kifayət qədər ətraflı öyrənilib.
Amma əksər hallarda yaratdıqları, yaşatdıqları və
yeri gələndə
də dağıtdıqları
dövlətlərin siyasi
tarixinə illüstrasiya
kimi öyrənilib. Yəni, hadisələrin mərkəzinə dövlətlərin
siyasi tarixi yerləşdirilib, oğuzların
özləri isə bu tarixin əsas
iştirakçıları, hətta yaradıcıları
olmalarına rəğmən,
arxa plana keçirilib, onlara ikinci-üçüncü dərəcəli
rollar ayrılıb. Hadisələr oğuzların
fonunda yox, oğuzlar hadisələrin
fonunda araşdırılıb.
Türk irqinin bir böyük qolu kimi onların
tarixi özəllikləri
məxsusi tədqiqat predmetinə nadir hallarda çevrilib. Biz baxış bucağını bir qədər dəyişmək,
dövlətlərin siyasi
tarixinə oğuz-türkmənlərin
istək və arzuları, əzəli inancları, məqsəd və məramları, dünyagörüşləri işığında
baxmaq niyyətindəyik.
Rəssamlıqda, fotoqrafiyada
olduğu kimi, tarixin təfsirində də obyektin hansı nöqtədən
görülməsi, yaxud
çəkilməsi vacib
məsələdir. Biz
də tariximizdə baş vermiş siyasi proseslərə oğuzların həyati maraqları rakursundan fokuslanmaq istəyirik. Düşünürük ki,
bu yol tariximizin
daha aydın təsvir və şərh edilməsi üçün məqsədyönlü
olacaq.
Biz tarixşünaslığın
mövcud nailiyyətlərindən
qətiyyən imtina etmir, tarixi “yenidən yazmağa” yox, necə deyərlər, “yenidən
oxumağa” cəhd edirik. Biləsiniz ki, deyəcəyimiz nə varsa, mövcud qaynaqlarla birlikdə tarixçi tədqiqatlarından, tarixçı
yozumlardan mayalanır.
Bəli, biz də hamıya məlum olan xronikalara əsaslanırıq.
Amma hadisələrin təsviri konkret şəraitdə oğuzların
davranış səbəblərinin
açıqlanmasına nə
qədər imkan verirsə, yalnız o dərəcədə! Başqa
sözlə, oğuz dövlətlərinin siyasi
tarixi bu yazının araşdırma
obyekti deyil. Məramımız oğuz-türkmənlərin
dövlətçilik fəlsəfəsini,
ideal dövlət haqqında təsəvvürlər
kompleksini və bunun tarixi hadisələrə
proyeksiya vektorlarını
açıb-göstərmək, oğuzçuluq ideologiyasının
təməl prinsiplərinə
aydınlıq gətirməkdir.
Bu gün
biz sizinlə babalarımız oğuz-türkmənlərin
şərəfli və
eyni zamanda keşməkeşli ömür
yolu haqqında maraqlı və uzun bir söhbətə
başlayırıq. Oğuzlar
kimlərdir? İlk məskənləri hara, babaları kimlər olub? Tarix səhnəsinə
harda, haçan çıxıblar? Haralara
köç etmiş,
hansı torpaqlarda kök atıb məskən salmışlar?
“Tarix təkrarlardan ibarətdir”,- deyirlər. Bu ifadə daha çox məcazi mənada, insan cəmiyyətlərinin öz tarixi dərslərindən ibrət götürmədiyini bildirmək üçün işlədilir. Oğuz-türkmənlər tarix uzunu həyati tələbatlarını ödəyə biləcək bir dövlət qurmaq arzusu ilə yaşamış, yayıldıqları nəhəng coğrafiya boyunca bu diləklə neçə-neçə dövlətin təməlini qoymuş, neçə-neçə xanədanı hakimiyyətə gətirmiş, hər dəfə təxminən eyni səbəblər ucundan məyusluğa düçar olmuş, amma yenə qayələrindən əl götürməmiş, hər dəfə yeni fütuhatlar ardınca qoşmuşlar...
N.MUSTAFA
Davamı növbəti sayda
İki
sahil.- 2023.- 1 noyabr, ¹200.- S.6.