BABALARIMIZ OĞUZLAR

 

(TÜRKMƏNLƏR)

 

İLK TANIŞLIQ ÜÇÜN BİR NEÇƏ MÜLAHİZƏ

 

Tarixin təkrarlardan ibarət olması fikri elə hərfi anlamda da özünü doğruldur: zaman məkanca bir-birlərindən xeyli uzaq olmalarına baxmayaraq, qohum xalqların oxşar tarixi situasiyalarda eyni ya analoji reaktivlik göstərməsi mənasında. Keçmişimizə eyni bir müstəvidə nəzər yetirdikcə, xalqlarımızın əksər tarixi çağırışları təxminən eyni cür cavablandırdıqları açıq-aşkar görünür...

Burada, əlbəttə ki, başqa təsirlər istisna deyil, amma hər iki halda başlıca səbəb, heç şübhəsiz, həyat tərzinin eyniliyidir. Eyni kökə bağlı olub, oxşar coğrafi-sosial mühitlərdə yaşayan insan qruplarının təbiət cəmiyyət hadisələrinə oxşar reaksiyalar verməsindən daha təbii bir şey ola bilməz. Bəzən həyat tərzi deyəndə qeyri-real, daha çox obrazlı mücərrəd bir anlayış düşünülür. Həqiqətdə isə bu, tamamilə real məfhum olub, coğrafi, sosial, dini-idraki b. amilləri ehtiva edir.  Yəni, həyat tərzi bazisdir, mütləq təyinedicidir. İnsanın təbiət qüvvələrinə hakim olmadığı qədim çağlardan başlayaraq, onun hansı coğrafi arealda məskunlaşması, birgəyaşayış prinsipləri, məişət həyatının xüsusiyyətləri, qonşularla münasibət meyarları, inancları, kainat insan haqqında təsəvvürləri   bunlara bənzər yüzlərlə başqa komponent küll halında qovuşub qaynaşaraq ayrı-ayrı qrupların düşüncə, davranış yaşayış üsullarını formalaşdırır, xalqların başlıca özünəməxsusluğu olan mədəniyyətlərin təşəkkülünə həlledici təsir göstərir. Stereotiplər, adətlər, vərdişlər, arxetiplər, reaktivliyin məxsusi cizgiləri, dünyanınbizonlar” (özümüz özgələr) arasında bölünmə mexanizmi, başlıca əxlaqi meyarlar, digər sosio-mədəni özəlliklər... göydən düşmür, təsadüflərdən yox, həyat tərzinin insan şüurunda inikasından yaranır. Elə buna görə əsrlərcə sıradan çıxmır, millətlərin dəyişməz yol yoldaşı olur, onların istiqamətverici inkişaf təsirlərini müəyyənləşdirir. Cəmiyyətlər heç qarşılaşdıqları bütün təmayülləri mənimsəmir, yalnız özlərinin həyat düşüncə tərzinə, arxetipik baxışlarına uyğun olanları qəbul edir. Milli-mədəni yaddaşın müxtəlif elementləri çox zaman unudulmuş kimi görünsə , kollektiv şüuraltıya keçərək, ən gözlənilməz hallarda zühur etməkqabiliyyətinə malikdir”. Səbrlə vaxtını gözləyir, vədəsi çatanda mədəni varisliyipərdə arxasındanidarə təmin edir. Misal: Qacar sarayında hakim olan rəsmi terminologiyaya diqqət yetirdikdə bir çox istilahların Göytürklərdən götürüldüyünü görmək çətin deyil. Ehtimal olunur ki, bu terminlər göytürklərdən uyğurlara, onlardan da Yabğulu oğuzlara səlcuqilərə ötürülmüş, elxanilər-teymurilər-səfəvilər xətti ilə qacarlara yetişmişdir. Adıkeçən dövlətlərin bəzilərində həmin terminlərin işlədilməsinə dair əlimizdə dəlil-sübut olmasa belə, qacarlar nümunəsi varisliyin bütün bu dövrdə davam etdiyinə şübhə yeri qoymur, hətta bu ardıcıllığın məntiqini, bir növ, bərpa edir.

Oğuz tayfa dövlətləri eyni soydan gəldiklərini bilə-bilə nəyin davasını döyüb, nəyin ədavətini aparıblar?

Türk xalqlarının tarixi mədəni irsiyyətə əsaslanan bu cür irili-xırdalı təzahürlərlə doludur. O başqa məsələdir ki, varislik əlaqələri bəzən müstəqim şəkildə yox, siyasi hadisələrin daxili məzmunundan aşkarlanır. Bizi yan-yörəmizdəkilərdən ayıran belə hadisələrdən aşağıda  bol-bol söz açacağıq. Burada isə qeyd edək ki, ortaq keçmişimizə möhür vurmuş bu hadisələrin böyük bir qismi indiyədək düzgün şərh olunmayıb, daha doğrusu, məqsədli şəkildə təhrif edilib. Təməl dəyərlərimizi, davranış, düşüncə həyat tərzimizi hədəf alıb, bizi, necə deyərlər, can evimizdən vurmağa çalışıblar. Zənnimizcə, hadisələrin təsvirinə keçməzdən əvvəl onların səbəbiyyət əlaqələrini açıqlayan bir neçə faktora nəzər yetirmək vacibdir.               

Ana vektorlardan biri köçərilik mövzusundan keçir. Özü bu mövzu qədim türk sosial həyat standartlarının qəbilə-tayfa təsisatlarına uyğunlaşması ilə paralellik təşkil edir. Bunlar bir-birini doğuran tamamlayan, deməli, həm izah edən xüsuslardır. Tariximiz ən çox elə həmin paraleldə saxtalaşdırılıb,- desək, zərrəcə yanılmarıq. Köçərilik tayfa institutlarını bilərəkdən ayırıb, hər biri ilə ayrı-ayrılıqda manipulyasiya ediblər. Təsadüfi deyil ki, köçərilik bugünə qədər bəşər övladına xas həyat fəaliyyətinin aşağı pilləsi kimi qələmə verilir. Halbuki bu təhqiramiz münasibət tarixin məğzini yanıltmaqdan başqa heç nəyə yaramır. Sovet tarixşünaslığında köçərilik ibtidai ovçuluq qədim keçmişə malik bütün xalqların keçdiyi ilkin tarixi mərhələ hesab olunurdu. Onu qədim insanın salamat qalmaq strategiyasının komponentlərindən biri kimi  götürən həmin baxışlara əsasən, köçərilik arealı bəzən dağ meşələr, bəzən dəniz səhralar, bəzən adalar böyük çöllandşaftı ilə əhatələnib. Aydın məsələdir ki, bu bölgüdə qədim türklərin (pratürklərin, ana türklərin) doğma arealı kimi böyük çöl göstərilir. Razılaşırıq. Amma guya tarixin sonrakı mərhələlərində insanlıqağıllanıboturaq həyat tərzinə keçib, keçməyənlər isə ictimai inkişafdan geri qalıbmış. Həmin  məntiqlə türklər özlərini sivil təkamül proseslərindən təcrid edən etnik qruplar kimi qələmə verilib. Bax, bu, kökündən səhv zərərli iddiadır. Zira babalarımızın  qüdrətli imperiyalar, möhtəşəm (meqa-) polislər, təkrarsız mədəni abidələr yaratdıqları son orta əsrlərdə beləöz mental landşaftları” (Həsən Quliyev) daxilində- böyük çöldə kütləvi şəkildə köçəri həyat tərzi keçirdikləri gizli deyil. Onu da deyək ki, sovet dövründə əksər tarixçilərimizin köçərilik mövzusuna ehtiyatla yanaşması, bəzən buna göz yumması, bəzən səthi ötəri toxunması elə həminbarbaryarlığından yaxa qurtarmaq istəyinin acı nəticəsidir. Sanki utanıblar, bu vacib məsələni görməzliyə vurmaq, üstündən adlamaq istəyiblər. Halbuki Frederik Starın təbirincə, Mərkəzi Asiya (bizə görə, bütün Avrasiya) tarixininsəciyyəsini gəlişdirən köçərilikheç təkamülün aşağı pilləsi deyil, bəşər tarixinin oturaq həyat tərzi ilə eyni dərəcədə yaşamaq haqqı qazanmış qanunauyğun mərhələsidir. Qədim orta əsrlər Avropasında həsəd doğurmuş, Starınitirilmiş maarifadlandırdığı nəhəng mədəni irs çox cəhətdən bizim köçəri babalarımızın əvəzsiz mirasıdır.

Oğuzmənşəli xalqların diferesiallaşması vaxt hansı şərtlər altında başlayıb, hansı istiqamətdə gedib? Bu ayrılmaların səbəb nəticələri olub?..

Həyat tərzi, qeyd etdiyimiz kimi, təsadüfi bir seçim olmayıb, insanın yaşayış fəaliyyətinin onun məskunlaşdığı təbii mühitlə uyğunluq təşkil etməsinə, elmi dillə desək, izomorfluğuna əsaslanır. Köçərilik insanlığa xas universal bir tarixi mərhələ kimi pratürklərin salamat qalmaq üçün zəruri izomorfizmi yayla, dağ, meşə, dəniz ya adalıqlarda deyil, “munis bir təbii mühitdə”- böyük çöldə axtarmaları ilə şərtlənirdi. Bu mühit isə əkinçilik üçün yox, məhz atçılıq, heyvandarlıq üçün əlverişli idi köçəri türklər təbiidir ki, məhz bununla məşğul olurdular. “3500 illik həyatı bozqır coğrafi şərtləri içində keçən türklərin özünəməxsus bir mədəniyyət tipinə sahib olması təbii qarşılanmalıdır”,-deyən İbrahim Qəfəsoğlu xatırladır ki, türklər yalnız atçılıq heyvandarlıqda deyil, həm dəmirçilik işində böyük irəliləyişlərə nail olmuşlar. Haqlıdır. İndi gəlin, düşünək: bəyəm atçılıq, yaxud köçəri ya yarımköçəri (pastoral) heyvandarlıq dəmir emalı bəşər sivilizasiyasının inkişafına oturaq həyat tərzinin törəməsi olan əkinçilikdən azmı fayda verib? Əsla! Köçəri türklərin tədarük istehsal etdikləri məhsulların, yaratdıqları innovasiyaların tarixi əhəmiyyəti ölçüyəgəlməzdir. Sualımızı bir qədər vulqarlaşdıraq: söhbət bəşər övladının salamat qalmaq strategiyalarından gedirsə, köçərilərin bu ümumbəşəri qayəyə əkinçilər, sənətkarlar qədər töhfə vermələrinə zərrəcə şübhə varmı? Yoxdur ola da bilməz. Bu halda köçəriliyi insan təkamülünün aşağı səviyyəsinə müncər edən psevdo-elmi baxışlara haqq qazandırmaq olarmı? Olmaz!

Bəyəm atçılıq, yaxud köçəri / yarımköçəri (pastoral) heyvandarlıq dəmir emalı bəşər sivilizasiyasının inkişafına oturaq həyat tərzinin törəməsi olan əkinçilikdən azmı fayda verib? Əsla!

Köçərilər (yaxudnomad”lar) bəşəriyyətin ögey övladları, insanlığınikinci sortudeyil. Onlar dünya tarixinə möhtəşəm imperiyalar, əsrlər uzunu sınaqdan çıxmış hərbi mülki texnologiyalar bəxş ediblər. Əkinçilərlə birlikdə onlar da bugünkü sivil dünyamızın maddi mənəvi sərvətlərinə ortaqdırlar. Türklərin köçəriliyə sədaqəti isə geridəqalmışlığın yox, çöl landşaftı ilə doğmalaşmanın spesifik bozqır mədəni mirasını nəyin bahasına olursa-olsun qorumaq səylərinin nəticəsidir. Bir Çingizxan ya Əmir Teymur düşünün ki, ömrü boyu alaçıqda yaşamağı saraylardan üstün tutsunlar, həm guya özgeri zəka”ları ilə tarixin gedişatını dəyişdirsinlər... Cəfəng söhbətdir! İnkarolunmaz həqiqətdir ki, bu böyük hökmdarlardan yadigar qalan şəhər mədəniyyəti nümunələri, zərif memarlıq sənət əsərləri tarixin köksünə köçəri çöl sivilizasiyasının əzəmətini həkk etdirib, möhrünü vurub!

Türklərin köçəriliyə uzunmüddətli bağlılığı subyektiv olduğu qədər obyektiv zərurətdən qaynaqlanıb. Əlbəttə ki, tarixi tələbat olmasaydı qlobal sosial dəyər kəsb etməsəydi, əcdadlarımıza tam rasional düşüncə aşılayan köçərilik belə uzun zaman yaşaya bilməzdi. Böyük ideoloq Məhəmməd Əmin Rəsulzadə 1924-cü ildə  Müasir İranın çöhrəsiməqaləsində yazırdı: “İran yaylasının qədər nüfuz ehtiva eylədiyi çox ixtilaflı bir məsələdir. İxtilaf 7 milyon ilə 15 milyon arasındadır. Biz bunu 8-9 milyon miqdarında təxmin edərsək, ehtimal ki, həqiqətə pək o qədər qarşı gəlməyiz. Bundan 3-4 milyonu köçəbədir. Mütəbaqi qismin əksəriyyəti-əziməsini köylü təşkil edib digər qismi isə şəhərlərdə əsnaflıq ticarətlə yaşarlar”. XX əsrin əvvəllərində İran əhalisinin az qala tən yarısının köçəri olması nonsens sayıla bilməz. Tarixə diqqət yetirsək, həmin dövrdə qazax-qırğızlar, quzey azərbaycanlıları, türkmənlər, özbəklər b. arasında da köçərilərin xüsusi çəkisinin bundan az olmadığını aydın görə bilərik. Hələ biz burada əsas etibarilə klassik köçərilikdən danışırıq. Yaddan çıxarmayaq ki, “köçərilikdedikdə, eyni zamanda yarımköçəri (pastoral) həyat tərzi nəzərdə tutulur türk xalqlarının bir çoxunda bu həyat tərzinin qalıqları hələ yaşamaqdadır.

 

N.MUSTAFA

 

(ardı var)

 

İki sahil.- 2023.- 2 noyabr, ¹201.- S.6.