BABALARIMIZ OĞUZLAR
(TÜRKMƏNLƏR)
Ümumtürk tarixinin inkişaf istiqamətlərini anlamaq istəyiriksə,
köçəriliyin spesifik əlamətlərini bilməyimiz şərtdir. Qədim dövrlərdən
əsas etibarilə böyük ailələr
(nəsil, qəbilə)
şəklində yaşayan
nomadlar geniş otlaqlar tapmaq üçün ən əlverişli məskənlər
axtarır, sürüləri
böyüyəndə, yaxud
hansısa başqa səbəblər üzündən
“izomorfizm pozulub icmanın tələblərini
ödəməyəndə” (H.Quliyev) avtomatik
olaraq yerlərini dəyişir, ailələr
törəyib artanda isə ana icmadan ayrılır, yeni obalar yaradırdılar. Qohumlar,
doğmalar, eyni kökdən gələnlər
yaxın (bu “yaxınlıq” da xeyli şərti anlayışdır)
ərazilərdə yerləşir,
dar gündə bir-birinə dayaq olurdular. İ.Qəfəsoğlunun
yazdığına görə,
bozqırda yaşayan əski türk boylarında ən kiçik ailə belə bir el
sayıla bilərdi. Alimin fikrincə, bu, türklərin azad insanlar olması
ilə bağlı idi. Maddi və ruhi-mənəvi azadlıq
hərəkət azadlığının
təməli idi: “Köç zamanı sürülərini və
daşınan mallarını
özləri ilə apara bilmələri ailə və fərdlərin sərbəstliyini
təşviq edir. Bu özəllik özünü
sosial strukturun daha yüksək səviyyələrində belə
göstərir... Don-Aşağı
Dunay çayları arasında
yaşayan cəmi 8 boydan ibarət peçeneqlərə də,
XII əsr qıpçaqlarına
da, bu, eyni dərəcədə xasdır”.
Başlıca qayğısı
ailəsini, nəslini,
yaxınlarını rifaha
qovuşdurmaq olan, bunun üçün daim daha əlverişli
otlaqlar axtaran köçəri insan özünü mənsub olduğu icma çərçivəsində tanıyıb dərk edir, ətrafındakılara,
etnik soydaşları olsalar belə “başqaları” kimi yanaşırdı. Çünki
ən yaxşı məskənlər tutmaq istəyi bu azad ruhlu köçərilərin
ümumi əlaməti
idi və onların hamısı belə məskənlərə
sahib olmağa can atır,
mübahisəli ərazilər
uğrunda “başqaları”
ilə mübarizə
aparmalı olurdu. “Böyük çöl çox sayda türk etnosları ilə məskunlaşmışdı
və bu etnoslar çox zaman öz aralarında müharibələr aparırdı.
Həyat onları etnik cəhətdən qohum populyasiyalarla üz-üzə gətirirdi.
Və bu da onların spontan-arxetipik icma praqmatizmindən irəli gəlirdi” (Həsən Quliyev).
Ümumtürk tarixinin inkişaf
istiqamətlərini anlamaq
istəyiriksə, köçəriliyin
spesifik əlamətlərini
bilməyimiz şərtdir.
Türklərin döyüşkənliyi də Allahın lütfü olmaqla yanaşı, köçəriliyin
tələbi idi.
İbn-Haldunun təbirincə
desək, “şiddət
və cəngavərlik
köçərilərin xislətindədir”.
Bir və ya bir neçə ailəni, uzaq başı, qohum nəsilləri birləşdirən
köçəri obası-
böyüklü-kiçikli, qadınlı-kişili- hər
an özünü müdafiə
etməyə, yaxud da yerini dəyişməyə-
ağır və təhlükəli köç
prosesinə başlamağa
hazırlıqlı olmalı
idi. Bu mənada hərbi məharəti əfsanəyə çvrilmiş
atlı-köçəri icması
vazkeçilməz ortaq
məqsədlər və
bir-biri uğrunda canlarını qurban verməyə hazır olan şəxslərdən
ibarət səyyar bir ordu təəssüratı
bağışlayır. Təsadüfi
deyil ki, “ordu”/”orda” təbiri
də boy bəyinin qərargahını bildirir.
Mütəhərrik atlı-köçəri
ordası öz-özünü
idarə etdiyi üçün “hərbi
demokratiya” və ya “hərbi aristokratiya” adlandırılır.
Amma bir obanın yüksək döyüş
qabiliyyəti hələ
onun istənilən basqına duruş gətirə biləcəyinə
zəmanət verə
bilməz. Yaxın, bir-birinə qohumluq əlaqəsi ilə bağlanan obaların ittifaq qurması da daha güclü düşmən qarşısında
müqavimət gücünü
artırmaq zərurətindən
yaranır. İli indiki
kimi 4 fəslə yox, qışa və yaya bölən və bu bölgüyə
görə ümumi razılıq əsasında
müəyyənləşdirilən yaylaq və qışlaqları arasında
get-gəl eləyən
köçəri üçün
sürülərinin və
ailəsinin təhlükəsizliyinə
təminat verən, ailələr, obalar, tayfalar arasında nizama qarant duran
dövlətin varlığı
vacib şərt sayılırdı. Qeyri-müəyyənlik
köçərilərə əl vermirdi və onlar boylararası
münasibətlərin tənzimləndiyi
federativ və ya konfederativ dövlət təsisatı
qurmağın zəruriliyinə
çox erkən inanmışdılar. Türk
bozqır dövlətlərinin
qədim zamanlardan yaranması məhz bu zərurətdən doğurdu. Dinc dövrdə yalnız öz başçılarına
güvənən atlı-köçəri
obaları hərbi təhlükə ilə üzləşdikdə, yaxud
kütləvi köçlər
zamanı müttəfiq
oba bəylərinin birgə qərarları əsasında idarə olunurdu. Atlı-köçəri
obasının, obalar birliyinin, sonradan isə tayfa ittifaqlarının (özünəməxsus
konfederasiya tipi) idarəçilik
mexanizmini əks etdirən bu təsisatlar klassik dövlətlərlə müqayisədə
nə qədər bəsit görüsə də qədim dövr və erkən orta əsrlər üçün
mütərəqqi səciyyə
daşıyırdı.
İbn-Haldunun təbirincə desək, “şiddət və cəngavərlik köçərilərin xislətindədir”.
Uzun əsrlər boyu dünya hərb sənəti təməli
atlı-köçəri türklər
tərəfindən yəhərin
kəşf edilməsi
ilə qoyulan süvari döyüş birləşmələrinin taktiki-strateyi
əməliyyat üsullarına
əsaslanıb. Böyük-böyük
imperiyaların ordu başçıları, sərdar
və sərkərdələri
atlı-süvari türklərdən
seçilib. Səlcuqilər
dövlətini oğuz
türklərinin qınıq
boyundan Səlcuq bəyin nəvələri
məhz köçəri
türkmən atlı-süvarilərinin
igidliyi və rəşadəti hesabına
yaratmışdı. Türk
əsilli Qaraxanilərə
və fars kökənli Samanilərə
əskər verməklə
əvvəlcə öz
boyuna geniş otlaqlar alan Səlcuq
bəy sonradan müsəlmanlığı qəbul
edərək, Samanilər
ordusunda nüfuzlu komandanlardan olmuşdu. Samanilər türk döyüşçülərinin bacarıqlarını yüksək
qiymətləndirir, vaxtaşırı
Anadoludakı türkmən
bəyliklərindən muzdlu
döyüşçülər alırdılar. Əsir düşmüş türk
qulamlarını hərbi
və idarəçilik
xidmətinə hazırlamaq
məqsədi ilə xüsusi məktəb də açmışdılar.
Nizamülmülk “Siyasətnamə”sində bu
məktəblərdən çıxan
və yüksək mövqe qazanan türkləri nəzərdə
tutaraq yazırdı:
“Bu yolla orduda və dövlət idarəçiliyində türklərin
önəmi artırdı”.
Samani ordusunda yüksək rütbəyə
çatan türklərdən
biri də Mahmud Qəznəvi idi ki, sonradan öz dövlətini yaratmışdı.
Göründüyü kimi, nomad türk qəbilələrinin
(sonradan dövlətlərinin)
suverenliyi və avtonomluğu bir neçə özəlliyə
əsaslanıb: azadlıq
ruhuna, təsərrüfat
tipinin müstəqil idarəçilik və özəl mülkiyyət
üçün əlverişli
olmasına, hərbi təcavüz qarşısında
elliklə silahlanmaya və yaxud ittifaqlar
qurmağa. Atlı-köçəri
türkləri xarakterizə
edən bu ümdə xüsusiyyətlər
təkamülün sonrakı
mərtəbələrində də dəyişməmiş,
bir bəydən narazılıq yarandığı
halda onların mobil qruplar şəklində
başqa birinə biət etmələrinə
imkan yaratmışdır.
Bunu daim nəzərə almalı
olan köçəri
dövlət başçıları
da nomadların daxili müstəqlliklərini tanımış
və suveren hüquqlarına hörmətlə
yanaşmışlar.
Araşdırmalar bizi bu qənaətə gətirir
ki, köçəri həyat
tərzini dünyadan təcrid olunmaq kimi qələmə doğru deyil. Avrasiya coğrafiyasında
köçərilər və
oturaq cəmiyyətlər
arasında qarşılıqlı
faydalı münasibətlərin,
praktiki məzmun daşıyan “modus vivendi”nin
(latınca “müvəqqəti
razılaşma” mənasındadır)
mövcudluğu tarixşünaslıqda
artıq çoxdan qəbul edilib. Qazax alimi M.Sarsembayevin yazdığına
görə, müasir
elm köçəri cəmiyyəti
sistemini müxtəlif
funksiyalı iki alt-sistemdən – “maldar-köçəri”
və “oturaq-əkinçi”
komponentlərindən təşkil
olunmuş vahid bütöv kimi nəzərdən keçirir.
Köçərilər əkinçi
və sənətkarların,
onlar isə nomadların məhsulları
(ət, yağ, dəri, süd, xalça və digər toxuculuq məmulatları, yəhər-yüyən
və s.) olmadan yaşaya bilməzdilər.
Bu mənada bir-birlərindən
asılı idilər
və bir-birinin həyat tərzini bəyənməsələr də
nomad-şəhərli (yaxud
oturaq kəndli) ortaqlığı hər
iki tərəfə fayda verirdi. “Bölgənin hər hansı bazarında şəhər sakinləri
ilə köçərilər
arasında aşkarca görünə bilən rahat ünsiyyət elə bir qarşılıqlı
razılaşmanı əks
etdirir ki, bu, Mərkəzi Asiya (bizcə, bütün Avrasiya-N.M.) şəhərlərinin
ərəblərin gəlişinədək
(yəni, İslamın
yayıldığı dövrə
qədər-N.M.) və
daha sonrakı zamanlarda çiçəklənməsinə
imkan yaradırdı”
(F.Star). Zaman keçdikcə təhlükəsiz
qalalar (şəhərlər)
gəlirləri artan
nomad konfederasiyalarını həm də sərvətlərini qorumaq
baxımından cəlb
etməyə başlayır.
Nomad türk qəbilələrinin
(sonradan dövlətlərinin)
suverenliyi və avtonomluğu bir neçə özəlliyə
əsaslanıb: azadlıq
ruhuna, təsərrüfat
tipinin müstəqil idarəçilik və özəl mülkiyyət
üçün əlverişli
olmasına, hərbi təcavüz qarşısında
elliklə silahlanmaya və yaxud ittifaqlar
qurmağa.
Amma əks təmayülü də nəzərdən qaçırmamalıyıq. Tarix
həmçinin köçərilərlə
oturaq şəhərli
və kəndlilər,
daha doğrusu, bu iki mədəniyyət
dairəsi arasında barışmaz bir rəqabətin olduğuna
şəhadət verir.
Səlcuq Aqşin Somelin fikrincə, İslam
dininin qəbul edilməsindən sonra yaranan dövlətlər şəhər əsaslıdır,
“hakim elita özünü
kosmopolit (daha doğrusu, ümmətçi-N.M.)
və ənənəçi
İslam sivilizasiyasının daşıyıcısı hesab
edir və bir mədəni sosial təbəqə olaraq oymaq, elat
əsaslı köçərilərdən
ayırır”. İslam dininin
təsirindən söz
düşmüşkən, onun ümumtürk
tarixində müəyyənləşdirici
amillərdən olduğunu
daim fikrimizdə tutmalı və nəzərə almalıyıq.
“Əlimizdəki zəngin
tarixi qaynaqlar və materiallar əsasında Avropa, Rusiya, Qafqaz, Misir, Hindistan, İran və Çin coğrafiyasında daha çox dini təsirlər altında əriyərək assimilyasiyaya
məruz qalmış
türk xalqlarının,
boylarının və
dövlətlərinin geniş
bir siyahısını
tərtib etmək mümkündür” (Əkbər
Nəcəf). Köçəri
türkmənlərə gəlincə,
onlar İslamı Səlcuq bəy dövründə qəbul
etmişdilər. Amma orası
da nəzərə alınmalıdır
ki, onların dini inancları ortodoksal İslamdan daha çox heterodoksal xarakterli “mistik və eklektik, hələ qəlibləşməmiş
xalq İslamı”ndan
qidalanır (Xəlil İnalcıq) və özündə qədim göytanrıcı baxışların
izlərini daşıyırdı.
Cahangirlik iddialarını
gerçəkləşdirmək üçün Xilafətə
bağlı klassik müsəlman dövlətçiliyi
modelinə asanlıqla
keçən türk
xanədanlarının köçəriləri
itaətə gətirmək
uğrunda mübarizəsi
çox vaxt şəriət ehkamları
“cilası altında” ört-basdır edilir, siyasi məqsədlər dini hökmlərlə əsaslandırılırdı. Öz həyat tərzinə, mədəni
irsinə (adət, vərdiş, davranış
modelləri, yasa, törə, qadağalar sistemi, mərasimlər və s.), ənənələrinə
sədaqətini canı
və qanı bahasına da olsa, qoruyub saxlamaq istəyən qarşı
tərəf isə
milli varlığını təsdiqləməkdən ötrü
bütün mümkün
vasitələrdən istifadə
edir, silaha əl atmaqdan belə çəkinmirdi.
Osmanlı dövləti
və Anadoludakı köçəri türkmənlərin
qarşıdurması buna bariz
nümunədir. Yaranışından
özünü “Dövləti-Aliyyə”,
“Məmaliki-Məhruseyi Şahanə”
və ya sadəcə, “Dövləti-Osmaniyyə”
adlandıran bu möhtəşəm imperiyanın
ideoloji əsasını
“ilahi-kəlimullahı bütün
dünyaya yaymaq”, bir cahan dövlətinə
çevrilmək məqsədi
güdən “qəzavat”
qayəsi təşkil
edir. Bu dünyagörüşü
Osmanlı xanədanının
dövlət kimliyi anlayışında “etnik
bir ünsürün
var olmadığını qabarıq şəkildə
büruzə verir”. Qəza anlayışı
Osmanlıların Bizans
və Avropa dövlətlərinə münasibətdə
yürütdükləri hərbi
siyasətin ideoloji əsasını təşkil
edir.
N.MUSTAFA
(ardı var)
İki
sahil.- 2023.- 3 noyabr, №202.-S.6.