Özgəsinin əli ilə torpaq işğal etməyin adı nədir?
1916-cı ilə qədər Qərbi Azərbaycanı idarə edənlər arasında bir nəfər də erməni olmayıb
Bəziləri bu suala leksikonumuzda
olmayan ifadələrlə
cavab verirlər. Haqları da var. Çünki müxtəlif ölkələrdə
sərgərdan həyat
keçirən vətənsiz
ermənilərə ərazimizdə
yer vermişik, hətta bizim torpaqlarda özlərinə
müstəqil dövlət də qondarıblar. Ona görə də digər ərazilərimizi
işğal etmək ermənilərin namərdliyidir.
Onlar minnətdar olmaq əvəzinə bizə qarşı soyqırımlar törətdilər,
saxta tarix uydurub özlərini yerli kimi göstərməyə
çalışdılar. Mədəniyyətimizdən
tutmuş mətbəximizədək
hamısını öz
adlarına çıxmaq
niyyətinə düşdülər. Ancaq təkzibolunmaz tarixi faktlar əsl həqiqətdən xəbər
verir.
Yaranışından daim feodal müharibələrinə,
xarici müdaxilələrə
və müharibələrə
məruz qalan Qərbi Azərbaycan tarixi hadisələrlə
zəngindir. Orta əsrlərdə bu torpaqlarda xalqımızın
xilaskarı Sultan Alp-Arslanın, böyük
sərkərdə Əmir
Teymurun, Şah İsmayıl Xətainin, Pənahəli xanın, Abbasqulu bəy Şadlinskinin və başqalarının izləri
qalmaqdadır.
Tarixdən məlum
olduğu kimi, XVIII əsrin ortalarında Azərbaycan torpaqlarında
yaranan İrəvan xanlığı Ağrı
dağı ilə Ələyəz (Alagöz)
dağı arasında
qalan və Araz çayının hər iki sahilində
yerləşən ərazini
əhatə etmişdir.
İrəvan xanlığı
şimaldan Pəmbək
əyaləti, Şəmşəddil-Qazax
sultanlıqları və
Gəncə xanlığı,
şərqdən Qarabağ
və Naxçıvan
xanlıqları, cənubdan
Xoy və Maku xanlıqları və Bayazid paşalığı ilə,
qərbdən Qars paşalığı və
şimali-qərbdən Şörəyel
sultanlığı ilə
həmsərhəd idi.
İrəvan xanlığının
ərazisi təqribən
23,8 min kvadrat kilometr olmuşdur.
Təsvir olunan
ərazi XV əsrin əvvəllərindən başlamış,
İrəvan xanlığının
yaranmasınadək olan
dövrdə Qaraqoyunlu
tayfa birliyinə daxil olan Səədli
tayfasının başçıları
tərəfindən idarə
olunmuşdur. Yerləşdiyi
coğrafi mövqeyinə
görə Çuxur
Səəd – yəni,
Səədin Çuxuru
adlandırılmışdır. Bəzi mənbələrdə
həm də Çuxur-Səəd hakimi
Əmir Səədin vəfatından sonra
1413-cü ildə onun
oğlu Pir Hüseyn tərəfindən
inşa olunan ailə məqbərəsi
hazırda İrəvan
şəhəri yaxınlığındakı
Cəfərabad (ermənilər
1946-cı ildən Arqavand
adlandırıblar) kəndinin
ərazisindədir və
həmin abidəni indi ermənilər “Türkmən abidəsi” kimi təqdim etməyə çalışırlar.
1501-ci ildə Səfəvilər dövləti
yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü
baxımından 4 bəylərbəyliyə
bölünmüşdü və Çuxur-Səəd
bəylərbəyliyi onlardan
biri idi. Bəylərbəyliyin mərkəzi
1509-1510-cu illərdə inşa
olunmuş İrəvan
şəhəri idi və o, İrəvan bəylərbəyliyi kimi
də tanınırdı.
Çuxur-Səəd bəylərbəyliyi
müəyyən vaxtlarda
Osmanlı Türkiyəsinin
tərkibində olmuş
və İrəvan əyaləti statusu ilə tanınmışdır.
1728-ci ildə osmanlılar
tərəfindən tərtib
edilən “İrəvan
əyalətinin icmal dəftəri”nə görə
əyalət ərazi-inzibati
bölgüsü baxımından
aşağıdakı hissələrə
bölünmüşdü: İrəvan şəhəri,
Qırxbulaq, Karbi, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran,
Göycə, Dərələyəz,
Məzrə, Sürməli,
İğdır, Aralıq,
Şərur nahiyələri,
Şörəyel (Şürəgəl)
və Naxçıvan
sancaqları.
Nadir şah
Əfşarın hakimiyyəti
dövründə (1736-1747-ci illər) İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində
olmuşdur. 1747-ci ildə
Nadir şahın sui-qəsd nəticəsində
öldürülməsindən sonra Əfşarlar imperiyası dağılmış,
müstəqil xanlıqlar
yaranmışdı. Azərbaycanın
digər xanlıqlarında
olduğu kimi, İrəvan xanlığı
da inzibati-ərazi bölgüsü baxımından
mahallara, mahallar isə öz növbəsində nahiyələrə
və kəndlərə
bölünürdü.
İrəvan şəhəri ayrıca
inzibati-ərazi vahidi kimi götürülürdü.
Xanlığın mərkəzi
kimi, İrəvan şəhərində xeyli
abadlıq və quruculuq işləri həyata keçirilmiş,
memarlıq inciləri
sayılan məscidlər,
karvansaralar, hamamlar inşa edilmişdi. İrəvanın özü
qala-şəhər kimi
möhtəşəm memarlıq
kompleksi idi.
1795-ci ildə Ağa Məhəmməd Şah Qacar İrəvan xanlığını
özündən asılı
vəziyyətə salmışdı.
Qacar xanlığı,
eyni zamanda Şörəyel və Pəmbək ərazilərini
də xüsusi fərmanla İrəvan xanı Məhəmməd
xanın tabeliyinə vermişdi. Mahalların coğrafi mövqeyi və inzibati vahidləri, müharibələr
nəticəsində dağıdılmış
kəndlər haqqında
1829-1832-ci illərdə keçmiş
İrəvan xanlığı
ərazisində kameral
siyahıyaalma keçirən
rus tarixçi-statistiki
İvan Şopen ətraflı məlumat vermişdir.
İrəvan xanlığının Rusiya
qoşunları tərəfindən
1827-ci ildə işğalı
ərəfəsində xanlığın
inzibati-ərazi bölgüsü
15 mahaldan və xanlıqdan yarıasılı
Şörəyel sultanlığından
ibarət olmuşdur. Mahalların adları belə idi: Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Körpübasar, Sərdarabad, Talın, Səədli, Abaran, Seyidli-Ağsaqqallı, Dərəçiçək,
Göycə,
Şərur, Dərəkənd-Parçenis, Sürməli. Mahallardan yalnız ikisi – Dərəkənd-Parçenis
və Sürməli mahalları Araz çayının sağ
sahilində yerləşirdi.
Mahalların təşkili
zamanı suvarma sistemlərinin mövcudluğu,
kəndlərin çay
hövzələrinə yaxınlığı
əsas meyar kimi götürülürdü.
Məsələn, Zəngibasar
mahalına Zəngi çayının suyundan
istifadə edən kəndlər daxil edilmişdi. 1828-ci il İrəvan şəhəri
və qalası uğrunda döyüşlərdə
qalib gələn Rusiya orduları şəhərdə böyük
dağıntılar törətdilər
və rus generalları xanlığın
idarəçiliyini öz
əllərinə aldılar.
İrəvanı kimlər
idarə etmişlər?
Çuxursəəd bəylərbəyləri:
Əmir Səəd-
(XIV əsrin sonlarından
1410-cu ilə qədər),
Pir Hüseyn-
(1410-1413), Pir Yaqub (Pir Hüseyn oğlu) -(1420-ci illər),
Əbdül (Pir Hüseyn oğlu)
-(1440-cı illər), Yaqub
bəy- (1440-cı illər),
Həsənəli Qaraqoyunlu-
(1460-cı illər), Div
Sultan Rumlu -(1515-dən),
Hüseyn xan Sultan Rumlu- (1550-ci ildən), Şahqulu Sultan Ustaclı (1550-1575), Məhəmməd xan Toxmaq Ustaclı -(1576-1583),
Lələ paşa-
(1577), Xıdır paşa-
(1583), Məhəmməd Şərif
paşa- (1604-cü ilədək),
Əmirgünə xan
Qacar -(1604-5-1625), Təhmasibqulu
xan Qacar- (1625-1635), Fərhad paşa -(1635), Kalbalı xan- (1636-1639), Çağata Kötük
Məhəmməd xan-
(1639-40-1648), Xosrov xan
-(1648-1652-53), Məhəmmədqulu xan Lələ bəy- (1652-53-1659-60), Nəcəfqulu
xan -(1659-60-1663), Abbasqulu
xan Qacar (Əmirgünə xan Qacarın oğlu)-
(1663-1666), Səfi xan
(Alxas Mirzə)-
(1666-67-1674), Sarıxan bəy
-(1674-1675), Səfiqulu xan
-(1675-1679), Zal xan
(1679-1688),
Murtuzaqulu xan-
(1688-1691), Məhəmmədqulu xan- (1691-1694), Zöhrab xan -(1694-1699), Fərzəli
(Fətəli) xan Qacar -(1699-1705), Əbdül
Məhəmməd xan
-(1705-1709), Mehrəli xan
-(1709-1719), Allahqulu xan-
(1719-1725), Rəcəb paşa-
(1725-1728), İbrahim paşa
və Mustafa paşa -(1728-1734), Əli paşa Dəftərdar-
(1734), Hacı Hüseyn
paşa- (1734), Məhəmmədqulu
xan - (1735), Pir Məhəmməd xan -
(1736),
İrəvan xanları:
Mehdi xan
Qasımlı (Əfşar)
-(1747-1748), Məhəmməd Hüseyn xan Gəraylı -(1748-1751), Xəlil
xan Özbək
-(1751-1755), Həsənəli xan Qacar - (1755-1759), Hüseynəli xan Qacar (Həsənəli xan Qacarın qardaşı)-(1759-1783, noyabr),
Qulaməli xan Qacar (Hüseynəli xan Qacarın oğlu) -(1783-1784, yay), Məhəmməd Hüseyn
xan Qacar (Hüseynəli xan Qacarın oğlu)
-(1784-1797, iyun), Əliqulu
xan Qacar (Ağa Məhəmməd şah Qacarın qardaşı) -(1797, iyun),
Həsən xan Makulu -(1797, yay), Mehdiqulu xan Qacar
-(1805, yay — 1806, avqust),
Əhməd xan Marağalı - (1806, avqust-oktyabr),
Hüseynqulu xan Qacar - (1806, dekabr-1827, oktyabr),
Qubernatorlar:
Nazarov
İvan İvanoviç
general-mayor,
-1849-1859
Astafyev Mixail İvanoviç
general-mayor,
-1860-1866
Roslavlev
Mixail İvanoviç
general-mayor,
- 1867-1880
Şalikov Mixail Yakovleviç
general-leytenant,
-1880 - 1890
Freze
Aleksandr Aleksandroviç
general-leytenant,
-1891- 1895
Tizenhauzen
qraf Vladimir Fyodoroviç
həqiqi
mülki müşavir.
- 1896-1916
Adları
çəkilən komendantlar
İrəvanın Rusiya
qoşunlarının işğal
etməsindən 20 il sonra
təyin olunublar. Bu faktlar ermənilərin sərsəm ərazi iddialarına, guya bu ərazinin onlara məxsus olmasına ən tutarlı cavabdır. Göründüyü kimi,
Qərbi Azərbaycan ərazisini idarə edənlər arasında bir nəfər də erməni yoxdur. Bu, onu sübut edir ki, ermənilərin uydurma tarixi də özləri kimi saxtadır. Həmin saxta tarix Azərbaycan
ərazilərinin ermənilər
tərəfindən hissə-hissə
işğal edilməsinə
və Ermənistana qatılmasına bəhanə
vermək üçündür.
Ancaq daha keçməz. "Dəmir
yumruq" həmişəlik
onların başları
üzərində olacaq.
Acı həqiqətlər
bizə dərs verir ki, namərd erməni toplumuna bir daha etibar
etmək, onların yaltaq və şirin dillərinə inanmaq qətiyyən olmaz!
Vəli İlyasov
İki sahil.- 2023.- 4 noyabr,
¹203.- S.7.