Ümummilli Lider Heydər
Əliyev və Azərbaycan
təhsili
Bu il
böyük şəxsiyyət,
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edirik. Prezident
İlham Əliyevin imzaladığı Sərəncama
əsasən “Azərbaycan
Respublikasında 2023-cü il
“Heydər Əliyev İli” elan edilib. Həmin Sərəncamda deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb
tarixi-siyasi sınaqlarından
uğurla çıxarmış
və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli
şəxsiyyətdir. Azərbaycan
xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının
işığında qədəm
qoymuşdur. Davamlı
yüksəliş yolunda
inamla irəliləyən
müasir Azərbaycan
Heydər Əliyevin həyat amalının təntənəsidir”.
Ulu Öndər
Heydər Əliyevin ölkəmizə rəhbərliyinin
birinci dövrü Sərəncamda çox yığcam, amma dolğun ifadə edilib: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər
Əliyev özünün
qeyri-adi idarəçilik
bacarığı, polad
iradəsi və yüksək vətənpərvərliyi
sayəsində, uzaqgörən
və məqsədyönlü
qərarları ilə
çox qısa müddətdə respublikamızda
sosial-iqtisadi, elmi-texniki
və mədəni sahələrin inkişafında
böyük sıçrayışa
nail olmuşdur. Tariximizin gedişatının
və həyatımızın
ahənginin köklü
surətdə dəyişdiyi,
azadlıq və müstəqillik duyğularının
milli düşüncəmizdə
üstünlük təşkil
etməyə başladığı
bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.
Ulu Öndərin xalqın yaradıcılıq
enerjisini bir məqsədə yönəltməklə
tarixi yaddaşın bərpası istiqamətində
atdığı qətiyyətli
addımlar o dövrdə
milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki
və soy-kökə qayıdışı təmin
etmiş, müstəqil
dövlət quruculuğuna
aparan yolun təməl daşına çevrilmişdir”.
Bu gün
biz gündəlik həyat və fəaliyyətimizin hər
addımında bu dahi insanı xatırlayır, Onun nəcib və uzaqgörən əməllərinin
ürəkaçan nəticələri
ilə rastlaşırıq.
Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü
məqamları, dövlətçiliyin
qorunması ilə bağlı bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün
bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə
də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz,
dövlətçilik, idarəetmə,
regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın
bu dahi oğlunun
fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır.
Bütün bunlar gənc nəsil üçün xüsusilə
vacibdir.
Məhz Ulu
Öndərin qətiyyəti,
iradəsi və cəsarəti sayəsində
Azərbaycanın “qara
qızıl”ı bu millətin ağ günlərinin tarixini yazmağa başladı. Ulu Öndərin öz sözləri ilə desək: “Azərbaycanın
böyük neft və qaz sərvətlərinə
malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün, eləcə
də gələcəkdə
xalqımızın yaxşı
yaşaması üçün,
ölkəmizin inkişaf
etməsi üçün
ən əsas amildir”. , Azərbaycana rəhbərliyinin
birinci və ikinci dövründə Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı,
polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində,
uzaqgörən və
məqsədyönlü qərarları
ilə çox qısa müddətdə
respublikamızda sosial-iqtisadi,
elmi-texniki və mədəni sahələrin
inkişafında böyük
sıçrayışa nail
olub. Dahi şəxsiyyət müəllifi
olduğu milli inkişaf strategiyasında
ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə
qarşıda duran vəzifələri uzaqgörənliklə
müəyyənləşdirib və məharətlə həyata keçirib. Heydər Əliyevin milli neft strategiyasının
uğurla reallaşdırılması
nəticəsində xalqımız
öz təbii sərvətlərinin tam sahibinə çevrilib və qısa müddətdə ölkəmizin
inkişafına güclü
təkan verən resurslar əldə edilib. Müstəqil Azərbaycan Respublikasının
ilk Konstitusiyasının
qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik,
hüquqi dövlət
quruculuğu, nizami ordunun yaradılması Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz
xidmətlərindəndir.
Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında
müstəqilliyin bərpasından
sonra bu strateji sahəyə milli təhlükəsizliyin
mühüm amillərindən
biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə
əsas verir ki, ölkədə elm və təhsil
problemləri ümumi
inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.
Ulu Öndər
Heydər Əliyev Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə,
dövlətçilik şüurumuzda
böyük məna yükü daşıyan şəxsiyyətdir. O, ömrünün
30 ildən çox hissəsini müasir Azərbaycan quruculuğuna
həsr edib. Ümummilli Lider Azərbaycan xalqının
yüksək elmi biliyə, savada malik olduğunu və bu dəyərlərin
Azərbaycanda yaranmasının
müəllim, pedaqoq və alimlərimizin gərgin əməyinin nəticəsi olduğunu bildirib. Ulu Öndər
Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi
qayğı və diqqət özünəməxsusluğu
ilə seçilir. Belə ki, Heydər
Əliyevin hakimiyyətə
gəldiyi 1969-cu ildən
başlanan tarixi mərhələ bugünkü
Azərbaycan elminin inkişaf dövrü kimi tanınır. Heydər Əliyevin fəaliyyəti müstəqil
Azərbaycanın dünya
standartlarına uyğun
təhsil islahatları
əsasında yeni milli təhsil quruculuğuna rəhbərliyi
ilə başlanan indiki dövrü əhatə edir.
Ümummilli Lider
öz çıxışlarında
da dəfələrlə
təhsilin mürəkkəb
və olduqca vacib bir sahə
olduğunu vurğulayaraq
demişdir: “Təhsil
sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır,
nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Ulu Öndərin
Azərbaycana rəhbərliyinin
birinci dövründə
həyata keçirilən
təhsil islahatları
bu sahənin inkişafına zəmin yaratdı. Hələ
1972-ci ildə “Gənclərin
ümumi orta təhsilə keçidini
başa çatdırmaq
və ümumtəhsil
məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş
şəraitini daha da yaxşılaşdırmaq
haqqında” qəbul edilmiş qərarların
icrası nəticəsində
respublikada orta məktəb şəbəkəsi
genişləndirildi, əsaslı
keyfiyyət dəyişikliyinə
nail olundu. Həmçinin məktəblərin
dərsliklərlə təminatı
problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin
pulsuz verilməsinə
başlanıldı.
Həmin dövrdə
təhsilin inkişafına
xüsusi diqqət məktəb tikintisində
də özünü
göstərdi. 1979-cu ildə
ümumtəhsil məktəblərinin
sayı 1965-ci ilə nisbətən üç
dəfədən çox
artaraq 2117-yə, 1982-ci ildə
isə 4267-yə çatdı.
Şagirdlərin sayı
1970-ci ildəki 368 mindən
1980-ci ildə 710 minə
yüksəldi. 1970-1980-ci illərdə
respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da
1946-1970-ci illərdəki müvafiq
göstəricidən iki
dəfə çox idi. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə
məktəblərinin sayı
1965-ci illə müqayisədə
1,7, təhsilalanların sayı
isə 2,5 dəfə
artdı. Onun təşəbbüsü ilə
1971-1975-ci illər üçün
texniki peşə təhsilinin təkmilləşdirilməsi
və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə
təhsili müəssisəsi
fəaliyyətə başladı.
Ulu Öndər
Heydər Əliyev müstəqillik illərində
də elm və təhsilin inkişafını diqqətdən
kənarda qoymamış,
o cümlədən elm-təhsil
problemlərinə kompleks
şəkildə yanaşmışdır.
Əgər 1993-1994-cü tədris
ilində respublikanın
4364 ümumtəhsil məktəbində
1 milyon 549 min şagird təhsil almışdısa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində
1 milyon 600 min nəfərdən çox
yeniyetmə təhsilini
davam etdirirdi. Təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, 200 yeni məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin
müvəqqəti məskunlaşdığı
rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil
edildi. İstedadlı
uşaqların qabiliyyətini
inkişaf etdirmək məqsədilə 30-a yaxın
lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu. Ulu Öndərin
2002-ci il 4 oktyabr tarixli “Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərınin müvafiq
texniki bazasının
möhkəmləndirilməsi haqqında” Sərəncamı
milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biridir. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin
tikintisi, əsaslı
təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci
illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 17 fevral
2003-cü il tarixli Sərəncamı da ölkədə bu sahədə yaranmış
problemlərin aradan qaldırılması yönümündə
müstəsna əhəmiyyətə
malik dövlət sənədi olmuşdur.
Bu da danılmaz faktdır ki, Ulu Öndər
Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən
ali məktəblərimizin
əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat
işlərinə cəlb
olunması üçün
şərait yaradılmışdır.
Son dövrlər hər il tələbələrin
müxtəlif fənlər
üzrə respublika olimpiadaları, konfranslar, aspirantların və gənc tədqiqatçıların
respublika simpoziumları,
müsabiqələr keçirilir
ki, bu da
elmə, elmi tədqiqatlara olan marağı daha da artırır. Eyni zamanda, araşdırmalardan
aydın olur ki, 1998-ci ildən bu günə qədər elmi-tədqiqat
müəssisələrinin və ali məktəblərin
1500-dən artıq əməkdaşı
müxtəlif ölkələrdə
- ABŞ, Böyük Britaniya,
Polşa, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və başqa ölkələrdə
yaradıcı ezamiyyətlərdə
olmuş, Azərbaycan
elmini yüksək səviyyədə təmsil
etmişlər. Nəzərə
alsaq ki, istənilən sahədə,
o cümlədən elmdə
sürətli inkişafın
başlıca amillərindən
biri də çevik inteqrasiya və beynəlxalq əməkdaşlıqdır, onda
yuxarıda qeyd edilənlər də Azərbaycan elminin inkişafı istiqamətində
atılmış mühüm
addım kimi qəbul edilə bilər.
Bu gün
Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursuna sadiq qalaraq
digər sahələrlə
yanaşı, təhsilimizə
də yüksək qayğı göstərir.
Aidə Əsgərova,
ADPU-nun nəzdində
Azərbaycan
Dövlət Pedaqoji Kollecinin müəllimi
İki
sahil.- 2023.- 5 noyabr, ¹204.- S.5.