Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Xətai rayonunun məktəbliləri
arasında bu mövzuda keçirilən
inşa yazı müsabiqəsi və şahmat turnirinin qalibləri mükafatlandırılıb
Noyabrın
6-da Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və
“Təhsil” Respublika İdman Mərkəzi 3 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat
məktəbinin birgə
təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə rayon
məktəbliləri arasında
"Zəfər zirvəsinə
yüksələn qəhrəmanlar"
mövzusunda
təşkil olunan inşa yazı müsabiqəsinin
və şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad
olunması yolunda canlarından keçən
Vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş
sözü ilə açan YAP Xətai rayon təşkilatının
sədri Vüqar Rəhimzadə bildirib
ki, dövlətimizin qüdrəti, rəşadətli
ordumuzun gücü, xalqımızın birliyi,
həmrəyliyi sayəsində
44 günlük İkinci
Qarabağ müharibəsində
qazandığımız şanlı
Zəfərimizdən üç
il keçir. Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasında Zəfər
Gününün təsis
edilməsi haqqında”
Sərəncamına uyğun
olaraq Qarabağın tacı, türk dünyasının mədəniyyət
paytaxtı Şuşanın
işğaldan azad edildiyi tarix - 8 noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edilib. Bu münasibətilə paytaxt və bölgələrdə silsilə
tədbirlər keçirilir,
Zəfərə gedən
yol geniş təhlil olunur, Zəfərin qəhrəmanlarının
həyat yoluna nəzər salınaraq vətənpərvərlik məktəbi
kimi öyrənilməsinin
vacibliyi bildirilir.
Vüqar Rəhimzadə
onu da qeyd
edib ki, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Tədbirlər
Planına uyğun olaraq Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirir. İnşa yazı müsabiqəsi və şahmat turniri də bu tərkibdəndir.
YAP Xətai rayon
təşkilatının sədri
vurğulayıb ki, Vətən
müharibəsində qəhrəmancasına
döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlaməti olaraq onların ruhu qarşısında baş
əyir, Allahdan rəhmət diləyirik. Zəfər zirvəsinə
yüksələn qəhrəmanlar
hər zaman xalqımızın qəlbində
yaşayacaq.
Xətai
Rayon İcra Hakimiyyəti başçısının
müavini Rafiq İsayev qeyd edib ki, tarixi Zəfərimiz qürurumuzdur. Azərbaycan
xalqının əzmi
və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini
təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın
zəngin dövlətçilik
və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı
qəhrəmanlıq salnaməsi
yazaraq, özünün
qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən
üzərində tarixi
Zəfər qazandı.
Xalqımızın qüdrətinin
və milli qürurumuzun təntənəsinə
çevrilən, dövlətimizin
nüfuzu və gələcək inkişafı
baxımından müstəsna
əhəmiyyət kəsb
edən bu misilsiz Qələbənin
əbədiləşdirilməsi məqsədilə 8 noyabr
tarixinin Zəfər Günü kimi təsis edilməsi hər birimizi qürurlandırır, dastana
çevrilən Şuşa
əməliyyatının fonunda
işğal altındakı
bütün torpaqlımızın
azad edilməsi üçün canlarını
fəda edən Vətən övladlarının həyat yolunun vərəqlənməsində
əhəmiyyətli rol
oynayır.
“Təhsil”
Respublika İdman Mərkəzi 3 nömrəli
Respublika ixtisaslaşdırılmış
olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat
məktəbi Publik
Hüquqi Şəxsin
direktoru Cəmil Fətullayev ölkəmizdə idmanın
hər bir növünün inkişafı
üçün geniş
imkanlar yaradıldığını
qeyd edib. Bildirib ki, belə tədbirlər gələcəyimiz
olan gənclərin vətənpərvərlik ruhunda
tərbiyə olunmasında
əhəmiyyətli rol
oynayır.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
İki
sahil.- 2023.- 7 noyabr, №205.- S.3.